Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə40/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

 
107 
tərəfindən  qəbul  olunan  müvafiq  qanunlar  vasitəsilə  təyin  edilmişdir  ki,  bu  da 
onların daha effektli və demokratik olmasını təmin etmişdir; 
 
EÖ-də aqrar təsərrüfat subyektləri yüksək şəkildə təşkilatlanmışdır ki, bu da onların 
öz hüquq və vəzifələrini daha səmərəli  şəkildə reallaşdırmalarına və aqrar siyasətin 
formalaşmasında yaxından iştirak etmələrinə şərait yaradır; 
 
Aqrar  siyasət  ümumiqtisadi  siyasətin  tərkib  hissəsi  olmaqla  ərzaq,  regional  inkişaf, 
resurs,  ekoloji  və  elmi-texniki  siyasətlərlə  qarşılıqlı  əlaqə  və  vəhdətdə  həyata 
keçirilir; 
 
EÖ-də aqrar sektor kifayət qədər yüksək inkişaf etsə də onun daşıdığı çox mühüm 
strateji əhəmiyyət və təbiətindən irəli gələn bir sıra spesifik cəhətlər bu sektorun hələ 
də  dövlətin  aktiv  proteksionist  siyasətinə  ehtiyacı  olduğunu  və  gələcəkdə  də  bunun 
davam edəcəyini görməkdəyik; 
 
Nəhayət,  EÖ-də  aqrar  sektorun  ÜDM-də  və  ümumi  məşğulluqdakı  payı  daim 
azalaraq bu günkü təxminən 2% həddinə gəlib çatmışdır. Bu ölkələrin aqrar sektorda 
strateji xəttlərindən biri də məhz kifayət qədər ağır fəaliyyət sahəsi olan bu sektorda 
ə
n son texnologiyaları tətbiq edərək daha az işçi qüvvəsi ilə daha məhsuldar istehsala 
nail  olmaqdır  və  bu  zaman  xüsusilə  “agribusiness”  deyilən  və  güclü  kooperasiya 
ə
laqələri olan iri aqrar təsərrüfatların geniş yayılması stimullaşdırılır; 
EOÖ-in  də  demək  olar  ki,  hamısının  aqrar  sektoru  EÖ-də  olduğu  kimi  uzun 
müddətdir  bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir. Lakin əsas fərqləri 
ondan  ibarətdir  ki,  EÖ-in  aqrar  sektoru  daha  yüksək  inkişaf  etmişdir  və  onlar  aqrar 
siyasət  mexanizmlərini  daha  effektli  şəkildə  reallaşdırırlar.  Çoxlu  ölkələri  özündə 
birləşdirən  EOÖ  qrupunun  da  aqrar  siyasət  təcrübəsinə  nəzər  saldıqda  1980-cı  illərə 
qədər  olan  aktiv  proteksionist  və  1980-cı  illərdən  sonra,  xüsusilə  1994-cü  il  ÜTT-nin 
Uruqvay  Raundundan  sonrakı  liberallaşma  dövrlərini  ayırmaq  mümkündür.  Bu 
ölkələrdə  həmçinin  digər  bir  ümumi  meyl  ondan  ibarətdir  ki,  liberallaşma  dövrünədək 
ə
sasən  idxalı  əvəz  edən  məhsulların  istehsalı  dəstəklənirdisə,  liberallaşma  dövründə 
ixrac  yönümlü  aqrar  məhsulların  dəstəklənməsinə  başlanmışdır.  Hal-hazırda  müəyyən 


 
108 
bir ümumiləşdirmə aparmalı olsaq həmin ölkələri aqrar siyasət təcrübəsi baxımından 
belə qruplaşdıra bilərik
53

 
Aqrar  strukturu  əsasən  ailə  təsərrüfatlarından  ibarət  olan  Cənubi-Şərqi  Asiyanın 
ndoneziyaMalaziyaTailandTayvanCənubi Koreya və Çin kimi ölkələrində 
1970-ci  illərdə  aqrar  sektorun  vergi  yükü  azaldılmış  və  kiçik  təsərrüfatlar  himayə 
edilməyə  başlanmışdır.  Həmçinin  bu  ölkələrdə  əlverişli  makroiqtisadi  siyasət 
qurulmuş,  regional  infrastruktur  və  sosial  xidmətlərə  ciddi  investisiyalar  qoyulmuş, 
araşdırma və yayın xidmətləri təmin edilmiş və stabil kiçik fermer kredit sistemləri  
dəstəklənmişdir. Nəticədə, aqrar istehsal sürətlə artmış və yoxsulluq içində yaşayan 
ailələrin sayı ciddi şəkildə azalmışdır; 
 
Argentina,  Qana,  Nigeriya,  Tanzaniya,  Uqanda,  Zambiya  və  əksər  Afrika 
ölkələrini  əhatə  edən  və  aqrar  strukturları  əsasən  ailə  təsərrüfatı  olan  bu  ölkələrdə 
aqrar  sektor  ixracın  vergiləndirilməsi,  sənaye  proteksionizmi  və  yüksək  valyuta 
kursları  yolu  ilə  ağır  diskriminasiya  tədbirlərinə  məruz  qalmışdır.  Bununla  yanaşı 
həmin ölkələrdə aqrar sektora kiçik həcmli dövlət yardımları təmin edilsə də bunlar 
ə
sasən  qeyri-məhsuldar,  lakin  siyasi  baxımdan  güclü  dəstəyi  olan  istehsalçılara 
yönəldilmişdir. Bu ölkələrin bəzi əlverişli aqrar şəraiti olan regionları xaricində aqrar 
istehsalın  artım  sürəti  əhalinin  artım  sürətinə  cavab  verə  bilməmiş  və  kənd  əhalisi 
arasında yoxsulluq sürətlə artmışdır. Lakin buna baxamayaraq həmin ölkələrin əksəri 
son illər makroiqtisadi sabitləşmə və struktur islahatları proqramları qəbul etmiş və 
çox zəif templə olsa da aqrar siyasət reormaları həyata keçirməkdədir; 
 
Keniya,  Meksika  və  Filippinlər  kimi  aqrar  strukturu  koloniya  dövründə 
formalaşmış  iri  malikanələrdən  ibarət  olan  ökələr  də  aqrar  sektora  ağır  vergi  yükü 
qoymaqla 
yanaşı 
qeyri-proteksionist 
tənzimləmə 
mühiti, 
valyuta 
kursu 
məhdudiyyətləri  və  idxal  baryerləri  yolu  ilə  həyata  keçirilən  qeyri-proteksionist 
siyasətə  malik  olmuşdur.  Lakin  bu  siyasəti  nisbətən  kompensasiya  edən  geniş 
miqyaslı  dövlət  regional  investisiya  və  struktur  problemlərini  həll  etməyə  yönələn 
torpaq  islahatı  proqramları  da  həyata  keçirmişlər.  Nəticədə  bu  ölkələrdə  aqrar 
istehsal  və  kənd  yoxsulluğu  səviyyəsində  nisbi  yaxşılaşma  olsa  da,  iri  fermer  və 
                                                 
53
Daha  ətraflı  bax:  Hans  P.  Binswanger  and  Klaus  Deininger,  “Explaining  Agricultural  and  Agrarian  Policies  in 
Developing Countries”, Forthcoming in the Journal of Economic Literature, March 11, 1997;  


 
109 
bürokratlar  tərəfindən  həyata  keçirilən  “renta  axtarışı”(rent-seeking)  dövlət 
xərclərini  ictimai  xarakterli  investisiyalardan  (məs.irriqasiya)  şəxsi  təsərrüfatların 
istehsal faktorlarını subsidiyalaşdıran (məs. su və elektrik enerjisi)xərclərə çevirərək 
onların  səmərəliliyini  aşağı  salmışdır.  Hal-hazırda  bu  ölkələr  zəif  də  olsa  dövlət 
xərclərinin səmərliliyi ilə bağlı islahatlar keçirirlər; 
 
BraziliyaKolumbiyaQvatemala və Cənubi Afrika kimi torpaqların və gəlirlərin 
hədsiz  qeyri-bərabər  bölüşdürüldüyü  ölkələrdə  bu  vəziyyət  sənaye  sektoru  himayə 
edildiyi  halda  aqrar  sektorun  birbaşa  və  dolayı  vergiləndirilməsi,  yüksək  valyuta 
kursları  kimi  qarışıq  iqtisadi  siyasət  nəticəsində  biraz  da  pisləşmişdir.  Bunun 
ə
vəzində  isə  kənd  elitası  mülkiyyət  hüquqlarının,  dövlət  investisiyalarının  və 
xidmətlərinin,  kredit  və  subsidiyaların  bölüşdürüməsi  məsələlərində  himayə 
edilmişdir. Lakin hökumətlər bəzən də kəndlərdəki sosial həyəcan və zorakılığa qarşı 
torpaqların yenidən bölüşdürülməsini nəzərdə tutan kiçik miqyaslı proqramlar həyata 
keçirmişlər  və  bu  daha  çox  icarə  hüquqlarının  məhdudlaşdırılması  şəklində  ortaya 
çıxmışdır; 
Aqrar  siyasət  baxımından  Çin  Xalq  Respublikasının  təcrübəsi  uğurlu  olmaqla 
yanaşı  həm  də  spesifikliyi  ilə  fərqlənir.  Bu  ölkədə  sənaye  ilə  aqrar  sektor  arasında 
qurulan  sağlam  qarşılıqlı  əlaqə  Çin  “iqtisadi  möcüzəsi”nin  əsas  faktoru  olmuşdur. 
Çinin iqtisadi strategiyasında sənaye həmişə prioritet xarakter daşıdığından aqrar sektor 
da daima onun inkişafına xidmət etmiş və bu 1949-78-ci illərdə aqrar sektorda toplanan 
izafi  kapitalın  sənaye  sektoruna  yönəldilməsi  istiqamətində  olmuşdur.  Mərkəzi  planlı 
xalis  sosialist  iqtisadiyyatının  olduğu  həmin  dövrdə  dövlət  inhisarçı  formada  aqrar 
məhsulları  satın  alır  və  aşağı  qiymətlərlə  reallaşdırırdı.  Bu  siyasətdə  məqsəd  sənaye 
sahələrini ucuz əmək və material ehtiyatı ilə təmin edərək onların gəlirlərini artırmaq və 
bu sektorda kapital investisiyaları formalaşdırmaq olmuşdur
54

                                                 
54
Won  W.  Koo  and  Jinqiang  Lou,  “The  Relationship  between  the  Agricultural  and  Industrial  Sectors  in  Chinese 
Economic  Development”,  Department  of  Agricultural  Economics  Agricultural  Experiment  Station  North  Dakota  State 
University, Agricultural Economics Report No.368, January 1997, səhfə:2-3;   


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə