Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə38/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

 
101 
tərəfindən  həyata  keçirilən  müdaxilə  xarakterli  satınalmaları(taxıl,  süd  və  süd 
məhsulları,  ət  və  bəzi  sektorlarda)  və  aşağı  qiymətli  xarici  məhsullara  qarşı  tətbiq 
edilən idxal vergiləri və ya məhdudiyyətləri nəzərdə tutur; 
2.
 
Xarici  rəqabətə  qarşı  qorunmanı  təmin  edən  rejim:  Bu  aqrar  istehsalın  25%-ni 
ə
hatə etməklə və yalnız xarici qorunma tədbirlərini nəzərdə tutmaqla yumurta və ev 
heyvanı  ətləri,  keyfiyyətli  şərablar,  çiçəklər,  bəzi  meyvə  və  tərəvəz  qrupları  üçün 
tətbiq  edilir.  Bu  zaman  həmin  məhsullar  üçün  qarant  qiymət  səviyyəsi  qoyulmur, 
qoruma  tədbirləri  də  idxalatda  təsbit  olunmuş  qiymətlər  və  kompensasiyaedici 
rüsumlardan ibarətdir; 
3.
 
Ə
lavə istehsal yardımlarını təmin edən rejim: Aqrar istehsalın 2,5%-ni əhatə edən 
bu rejim əlavə istehsalı təşviq etməklə Birlik qiyməti ilə idxal məhsulların qiymətləri 
arasındakı  fərqin  aradan  qaldırılmasını  nəzərdə  tutur  və  raps,  günəbaxan,  pambıq, 
noxud kimi məhsullar üzrə tətbiq edilir; 
4.
 
Məhdud yardımları təmin edən rejim: Kətan, çətənə, ipəkqurdu və toxumluq kimi 
xüsusiyyətləri olan məhsulları əhatə etməklə hər hektara və ya istehsal həcminə görə 
müxtəlif yardımların verilməsini nəzərdə tutur; 
Beləliklə,  yuxarıda  göstərilənləri  ümumiləşdirərək  AB  Ortaq  Aqrar  Siyasətində 
istifadə edilən mexanizmləri aşağıdakı şəkildə qruplaşdıra bilərik: 
 
Qiymət  mexanizmləri:  1962-ci  ildən  bəri  hər  il  AB-də  Ortaq  Bazar  Rejimlərinə 
daxil  olan  məhsullar  üçün  ortaq  qiymətlər  təyin  edilir.  Bu  zaman  təyin  edilən 
qiymətlər “hədəf qiymətləri” və “müdaxilə qiymətləri” olmaqla iki formada təsbit 
edilir.  Əgər  bazar  qiymətləri  “hədəf  qiymət”dən  aşağı  olarsa,  onda  tənzimləyici 
qurumlar fermerlərdən müəyyən standartlara cavab verən məhsulları qarantiya altına 
alınmış “müdaxilə qiymətləri” ilə satın alırlar; 
 
Sərbəst dövriyyəni təmin edən mexanizmlər: Birlikdaxili ticarətdə gömrük vergisi, 
ikiqat  vergi  və  rüsumlar  və  digər  tarif  və  ya  qeyri-tarif  məhdudiyyətlərin  hamısı 
aradan götürülmüşdür; 
 
Üçüncü ölkələrə tətbiq edilən gömrük mexanizmləri: AB üçüncü ölkələrdən aqrar 
məhsul  idxalatına  bir  sıra  istisnalar  xaricində  ciddi  tarif  və  qeyri-tarif 
məhdudiyyətləri tətbiq edir; 


 
102 
Birliyin həyata keçirdiyi Ortaq Aqrar Siyasətin maliyyələşdirilməsi mexanizmi 
də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə 4 aprel 1967-ci ildə Kənd Təsərrüfatını 
Yönləndirmə  və  Qarantiya  Fondu(FEOGA)  yaradılmışdır.  AB  büdcəsinin  təqribən 
50%-ni  təşkil  edən  bu  Fond  iki  bölmədən  ibarətdir.  Qarantiya  Bölməsi  Ortaq  Bazar 
Rejimləri  daxilində  qiymət  və  bazar  mexanizmləri  ilə  bağlı  bütün  məcburi  xərcləri 
ödəməklə Fondun 90%-ni təşkil edir. Digər Yönləndirmə Bölməsi isə Fondun 10%-ni 
təşkil etməklə aqrar sektorda həyata keçirilən struktur islahatlarını bütövlükdə, regional 
inkişafla  bağlı  tədbirlərinsə  bir  hissəsini  maliyyələşdirir.  Yönləndirmə  Bölməsini 
Qarantiya  bölməsindən  ayıran  əsas  fərq  ondadır  ki,  Qarantiya  bölməsi  bütövlükdə  AB 
büdcəsindən,  o  isə  AB  büdcəsi  ilə  üzv  ölkələrin  birgə  maliyyələşdirməsi  nəticəsində 
formalaşır.   
FEOGA  iə  yanaşı  Ortaq  Aqrar  Siyasətin  maliyyələşdirilməsində  regionlar  arası 
inkişaf  fərqlərini  aradan  qaldırmaq  məqsədilə  yaradılan  Avropa  Regional  nkişaf 
Fondu(FEDER),  AB  miqyasında  ixtisas  artırma,  məşğulluq  və  insan  resurslarının 
inkişaf etdirilməsi məqsədilə yaradılan Avropa Sosial Fondu(FSE) və regional inkişafı 
dəstəkləyən  fəaliyyətləri  tamamlamaq  üçün  yaradılan  LEADER  qurumu  da  yaxından 
iştirak edir.  
Hal-hazırda  AB-nin  Ortaq  Aqrar  Siyasəti,  xüsusilə  ÜTT-nin  1994-cü  il  Uruqvay 
Raundundan  sonra  yaranan  yeni  şəraitə  uyğun  olaraq  özünün  formalaşdırdığı 
proteksionist sistemdə dəyişiklikləri nəzərdə tutan keçid dövrünü yaşamaqdadır. 
Yaponiya 
Yaponiya 
aqrar 
təsərrüfatçılığın 
qədim 
ölkələrindən 
olmaqla 
yanaşı, 
iqtisadiyyatının bütün sahələrində olduğu kimi bu sahədə də  kapitalist sisteminin tələb 
etdiyi  prinsiplərə  keçid  Meiji  Yenidənqurması  dövrünə  (Meiji  Restoration  Period  - 
1868-1911)  təsadüf  edir.  Həmin  illərdə Meiji  hökuməti  yapon  aqrar  sektorunu Avropa 
və  Amerika  dövlətləri  ilə  geniş  əməkdaşlığa  cəlb  etməklə  yanaşı  1875-ci  ildə  torpaq 
vergisi  üzrə  islahatlara  başladı. 
slahat  nəticəsində  artıq  vergilər  torpağın 
məhsuldarlığına görə deyil, onun dəyəri əsasında hesablanmağa, natural formada deyil, 
pul  formasında  ödənilməyə  və  əvvəlki  dövrlərdən  fərqli  olaraq  icarəçilərdən  deyil, 
torpaq sahiblərindən toplanmağa başlandı
49
.  
                                                 
49
Xəndan Rəcəbli, “Yaponiyanın aqrar-ərzaq siyasəti”, “Ekspert” iqtisad jurnalı, (10) 2002, səhfə: 40;  


 
103 
Lakin  II  Dünya  müharibəsinə  qədər  olan  dövrədək  yapon  kənd  həyatında 
torpaqların təxminən yarısına sahib “Jinushi” adlanan iri mülkədarlar(landlords) hakim 
mövqedə  qalırdı.  Digər  tərəfdən  isə  Yapon  aqrar  sektorunun  bel  sütunu  sayılan  və 
sayları  5,5  milyona  çatan  kəndli  ev  təsərrüfatları  fəaliyyət  göstərirdilər  ki,  bunların  da 
1/3-i  “Kosaku”  adlanan  və  istehsal  etdikləri  məhsulların  50%-ə  qədərini  iri 
mülkədarlara  torpaq  istifadəsi  haqqı  kimi  ödəyən  icarəçilərdən  ibarət  idi.  Bununla 
yanaşı  yapon  aqrar  sektoru  istehsalının  hələ  də  50%-ə  qədərini  çəltiyin  təşkil  etməsi, 
kənd  yerlərində  məskunlaşmanın  hədsiz  yüksək  olması,  təsərrüfatlar  arasında  yüksək 
texnologiyaların  tətbiqinə  imkan  verməyən  kiçik  ölçülülərin  üstünlük  təşkil  etməsi, 
dövlət siyasətinin sənaye və ticarət sektorlarının xeyrinə diskriminativ xarakter daşıması 
kimi ziddyyətlər də daşıyırdı. Bütün bu problemlər müharibə ilə bir qədər də kəskinləşdi 
və  müharibədən  sonra  şğal  Qüvvələrinin  də  ciddi  dəstəyi  ilə  Yapon  hökuməti 
tərəfindən həyata keçirilən aqrar islahatların həll etməli olduğu əsas məsələlərə çevrildi. 
Müharibə  qurtaran  kimi  Yapon  Kənd  Təsərrüfatı  Nazirliyi  hələ  şğal  Qüvvələri  öz 
fikrini dəqiqləşdirmədən əvvəl aqrar islahatların əsaslarını müəyyənləşdirmiş və 1938-ci 
il  “Aqrar  Torpaqların  Tənzimlənməsi  Qanunu”nun  bir  növ  yenidən  qurulması  olan 
Torpaq  slahatı  Qanunu”  layihəsi  22  noyabr  1945-ci  ildə  Nazirlər  Kabineti 
tərəfindən qəbul edilərək Parlamentə göndərilmişdir. Özündə 4 yerli təşkilatı birləşdirən 
Ümumyapon Kəndli  ttifaqının da təzyiqi ilə əvvəlki mülkədarlıq sisteminə elə də zərbə 
vura bilməyəcək qanun layihəsi parlamentdə ciddi müxalifətlə üzləşdi.  ctimaiyyət daha 
radikal dəyişiklik tərəfdarı olduğunu görən  şğal Qüvvələri Yapon hökumətinə yuxarıda 
göstərdiyimiz  problemlərin  ciddi  həllinə  nail  ola  biləcək  yeni  aqrar  islahat  proqramı 
hazırlanmasını  göstəriş  verdi  və  proqram  əsasında  11  oktyabr  1946-cı  ildə  1938-ci  il 
tarixli  “Aqrar  Torpaqların  Tənzimlənməsi  Qanunu”na  dəyişiklikləri  nəzərdə  tutan 
və  “Şəxsi  Fermer  Təsərrüfatlarının  Qurulmasının  Xüsusi  Tədbirləri  Qanunu” 
(Owner  farmer  Establishment  Special  Measures  Law)  adlı  qanunlar  qəbul  olunaraq 
aşağıdakı istiqamətləri əhatə edən torpaq islahatlarına başlanıldı
50

 
Torpaqlar  yenidən  bölüşdürülməsi:  “Torpaq  əkinçilərə”(land  to  tillers)  şüarı 
altında  aparılan  islahatlar  zamanı  torpağı  olduğu  yerdə  yaşamayan  iri 
                                                 
50
Toshihiko  Kawagoe,  “Agricultural  Land  Reform  in  Postwar  Japan:  Experience  and  Issues”,  World  Bank  Policy 
Research Working Paper 2111, May 1999, səhfə:29-33;  


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə