Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə39/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

 
104 
mülkədarların(absentee  landlords)  torpaqları  bütövlükdə,  topağı  olduğu  yerdə 
yaşayan 
iri 
mülkədarların(village 
landlords) 
icarə 
torpaqlarının 

hektardan(Hokkaidoda  4  hektardan)  çox  hissəsi,  mülkiyyətçilər  tərfindən  aşağı 
məhsuldarlıqla  becərilən  torpaqların  isə  3  hektardan(hokkaidoda  12  hektardan)  çox 
hissəsi  məcburi  şəkildə  dövlət  tərəfindən  satın  alınaraq  kəndlilərə  və  icarədarlara 
satılırdı; 
 
Torpaq  komitələrinin  qurulması:  Torpaq  Komitələri  (Land  Committees)  üç 
səviyyədə  -  Kəndlər(və  ya  Şəhərlər),  Prefakturalar  və  Mərkəzi  Torpaq  Komitələri 
səviyyələrində  -  qurulmuşdur.  Kənd  Torpaq  Komitələri  üzvlərinin  10-u  5-i 
icarəçilərdən,  3-ü  mülkədarlardan  və  2-i  şəxsi  təsərrüfatçılardan  olmaqla  seçilirdi. 
Satınalma planı Kənd Torpaq Komitələri tərəfindən Prefaktura Torpaq Komitələrinin 
təsdiqi  ilə  hazırlanır  və  torpaqların  satınalması  birbaşa  dövlət  tərəfindən  həyata 
keçirilirdi; 
 
Torpaq  icarəsi  sisteminin  yenidən  tənzimlənməsi:  slahatlar  zamanı  torpaq  icarə 
münasibələri  və  icarə  subyektlərinin  hüquqlarının  qorunması  sahəsində  də  müxtəlif 
tədbirlər görülmüşdür. Belə ki, bütün icarə haqqlarının pul formasında verilməsi və 
icarə  səviyyəsinin  aşağı  salınması  və  ya  dondurulması  təsbit  edilmiş  və  icarə 
müqavilələrinin  yalnız  Torpaq  Komitələrinin  razılığı  ilə  dəyişdirilməsi  təmin 
edilmişdir;  
slahatlar nəticəsində iri tormaq mülkədarlarlığına son qoyuldu, torpaqların böyük 
hissəsi  kəndlilərə  satıldı  və  xüsusi  kəndli  təsərrüfatları  aqrar  sektorun  həlledici 
qüvvələrinə  çevrildi.  Əldə  edilən  nəticələri  qoruyub  saxlamaq  və  yenidən  iri 
mülkədarların ortaya çıxmasının qarşısını almaq məqsədilə də torpaq bazarındakı bütün 
ə
qdlərin dövlət orqanlarının nəzarəti altında saxlanılmasını təmin edən “Aqrar Torpaq 
Qanunu”  1952-ci  ildə  qəbul  edildi.  Tarixdə  ən  uğurlu  torpaq  islahatlarından  biri  kimi 
qəbul edilən və Yapon kəndinin simasını tamamilə dəyişdirən bu islahat sonrakı dövrdə 
Yapon aqrar sektorunun yüksək inkişafının təməlində dayanan əsas faktor hesab edilir. 
1950-ci illərdən sonrakı dövrlər Yapon aqrar sektorunda yüksək mexanikləşmə və 
müasir  elektrotexnikalı  maşınlarla  təchizetmə  sayəsində  ciddi  məhsuldarlıq  əldə 


 
105 
edilməsi dövrüdür. Bu dövrlər aqrar sektora dövlət himayəsi aşağıdakı istiqamətləri 
ə
hatə etmişdir
51

 
Kiçik miniatür təsərrüfatlarını deyil, təsərrüfatlararası koopersiya əlaqələrini və yeni 
texnologiyaların tədbiqini stimullaşdırmaq; 
 
Yapon  əhalisini  balanslaşdırmış  ərzaq  rasionu  ilə  təmin  etmək  məqsədilə  düyü 
istehsalını  azaltmaq,  əvəsində  isə  heyvandarlıq  və  digər  bitkiçilik  məhsullarının 
istehsalını stimullaşdırmaq; 
 
Kəskin  urbanizasiyanın  qarşısını  almaqla  əhalinin  kənd  yerlərində  yaşayışına 
ə
lverişli şərait yaratmaq; 
 
Aqrar  sektorda  çalışan  insanların  gəlirləri  ilə  sənaye  işçilərinin  gəlirləri  arasındakı 
fərqi  minimuma  endirmək  məqsədilə  onların  gəlirlərini  artıran  tədbirləri 
stimullaşdırmaq; 
 
Nəhayət  dünya  sosial-iqtisadi  inkişafının  yeni  fonunda  milli  əkinçilik  və  kulinariya 
ə
nənələrini qoruyub saxlamaq; 
Hal-hazırda  yapon  aqrar  sektoru  da  digər  inkişaf  etmiş  ölkələrdə  olduğu  kimi 
dövlət  tərəfindən  ciddi  şəkildə  dəstəklənir  və  bu  zaman  mövcud  himayə 
mexanizmlərinin  hamısından  istifadə  edilməkdədir. 
ndiki  dövrdə  yapon  Kənd 
Təsərrüfatı, Meşə və Balıqçılıq Nazirliyi ilə yanaşı fəaliyyət göstərən Ərzaq Agentliyi, 
Heyvandarlığın  Dəstəklənməsi  Korporasiyası  kimi  orqanların  qarşısında  duran  əsas 
vəzifə ölkə əhalisinin ərzaq məhsulları, yüngül sənayenin xammalla təmin edilməsi ilə 
yanaşı,  torpaq  və  su  ehtiyatlarının,  ətraf  mühütün  mühafizəsi,  yeni,  sağlam  landşaftın 
qurulması,  milli  əkinçilik  mədəniyyətinin  və  ənənələrinin  yeni  nəsillərə  ötürülməsi 
istiqamətində siyasətlərin hazırlanaraq həyata keçirilməsindən ibarətdir. 
Yuxarıda üç ayrı iqtisadi mərkəz üzrə nəzər saldığımız inkişaf etmiş ölkələrin aqrar 
tənzimləmə  təcrübəsi  ilə  bağlı  ilkə  növbədə  onu  qeyd  etməliyik  ki,  bu  ölkələrdə  aqrar 
münasibələrin qanunvericilik bazası hələ  uzun illər öncə formalaşmış və bazar iqtisadi 
prinsiplərinin tələblərinə yüksək səviyyədə cavab verirlər, lakin bu sahədə dəyişikliklər 
yalnız dövrün tələblərinə uyğun olaraq dəyşən aqrar siyasətin tənzimləmə məsələləri ilə 
bağlı özünü göstərir. 
                                                 
51
Xəndan Rəcəbli, “Yaponiyanın aqrar-ərzaq siyasəti”, “Ekspert” iqtisad jurnalı, (10) 2002, səhfə: 40;  


 
106 
1990-cı  illərə  qədər  EÖ-in  aqrar  siyasətində  hədsiz  proteksionizm  və  xüsusilə 
subsidiyalaşma  davam  etsə  də  xüsusilə  ÜTT-nin  Uruqvay  Raundu  və  dünyada  buna 
qarşı  çıxan  dairələrin  çoxalmasından  sonra  son  illər  bu  siyasətdə  nisbətən  liberallaşma 
müşahidə edilir. Lakin bu liberallaşma istənilən səviyyədə davam etmədiyindən hələ də 
bəzi dairələrin ciddi və haqlı narazılığına səbəb olur
52
 və nöbəti illərdə bu sahədə ciddi 
irəliləyişlərin olacağını proqnozlaşdırmaq mümkündür. 
Beləliklə,  yuxarıda  qeyd  etdiklərimizi  nəzərə  alaraq  EÖ-lərin  aqrar  siyasət 
təcrübəsindən ölkəmiz üçün aşağıdakı nəticələri çıxarmaq mümkündür: 
 
Aqrar  sektor  EÖ-lərin  yüksək  inkişaf  etmiş  sənaye  cəmiyyətləri  olması  üçün  ilkin 
təkan  olmuşdur.  Güclü  sənaye,  sağlam  şəhər  həyatı  yalnız  güclü  və  sağlam  aqrar 
sektorun, kənd məskunlaşmasının üzərində formalaşaraq inkişaf edir; 
 
Aqrar  sektorun  inkişafında  istehsal  faktorları,  xüsusilə  torpaq  üzərində  səmərəli 
mülkiyyət  münasibətlərinin  qurulması  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  zaman 
torpağın  onu  becərənlərin  əlində  olması  prinsipinə  maksimum  əməl  edilməsi  bu 
sektorun inkişafına böyük təsir etmişdir; 
 
EÖ-də  yüksək  inkişaf  etmiş  aqrar  sektorun  mövcudluğu  bu  sahədə  elmi-texniki 
tərəqqinin geniş vüsət alması ilə birbaşa bağlıdır və bu işlərdə dövlət strukturlarının 
rolu həlledici olmuşdur; 
 
Aqrar sektorla sənaye arasında qurulan qarşılıqlı, sağlam və fasiləsiz əlaqələr hər iki 
sektorun birgə inkişafını təmin etmişdir; 
 
EÖ-də  aqrar  sektora  istiqamətlənən  səmərəli  siyasətin  qurulub  həyata  keçirilməsi 
idarəetmə  strukturlarının  effektliyindən  çox  asılı  olmuşdur.  Daim  təkmilləşən  bu 
strukturlar  həmişə  təsərrüfat  subyektləri  üçün  “yolgöstərici”  və  himayəçi  qismində 
çıxış etmişlər; 
 
EÖ-də  aqrar  münasibətləri  tənzimləyən  mükəmməl  qanunvericilik  bazası  olmaqla 
yanaşı  həyata  keçirilən  aqrar  siyasətin  əsas  istiqamətləri  də  daim  parlament 
                                                 
52
Hal-hazırda  The  Oxfam  təşkilatı  özünün  “Ədalətli  Ticarət  Yaradaq(Make  Trade  Fair)”  kompaniyası  çərçivəsində 
apardığı  araşdırmalar  nəticəsində  iddi  edir  ki,  varlı  ölkələr  aqrar  sahənin  subsidiyalaşdırılmasına  dünya  üzrə  gündəlik  1 
mlrd.$ vəsait sərf edir(“The Issues: Hard Facts” at the Make Trade Fair Compaign webside:
www.maketradefair.com
 ) . 
Digər bir hesablamada isə göstərilir ki, əsasən  EÖ-in aid olduğu OECD üzrə ildə orta hesabla 300 mlrd.$(2003-cü ildə isə 
350  mlrd.$)  aqrar  sektora  subvensiya  verilir(“OECD  agricultural  Policies  2004  at  a  Glance”,  Paris,  səhfə:17).  EÖ-in 
aprdığı  bu  proteksionist  siyasətin  EOÖ  üçün  haqsız  rəqabət  şəraiti  yaratdığı,  xüsusilə  bu  ölkələrin  yoxsullarını  daha  da 
yoxsullaşdırdığı qeyd olunur. Bəzi hesablamalara görə kənd təsərrüfatı məhsullarının ticarəti sahəsindəki baryerlər aradan 
qaldırılarsa  dünyada  200  mln.  nəfər  insanı  yoxsulluqdan  çıxarmaq  olar(William  R.  Cline  “Trade  Policy  and  Global 
Poverty”, Washington, Center for Global Development and Institute for International Economics, səhfə:129);          


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə