Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə36/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

 
96 
Bu  tədbirlərdən  sonra  1950-70-ci  illər  arasında  aqrar  sektorda  istehsal  həcmi 
yenidən durmadan artdı və hökümətin qiymət dəstəkləməsi sisteminin “maya dəyəri” də 
hədsiz  yüksəməyə  başladı  ki,  bu  da  hökuməti  yeni  yolların  axtarılmasına  sövq  etdi. 
Nəhayət,  1973-cü  ildə  hökumət  qiymət  dəstəkləməsi(price  support)  mexanizmindən 
çatışmazlıq  ödəmələri  (deficiency  payments)  mexanizminə  keçməyə  başladı
42
  ki,  bu 
zaman da ödəmələri əldə etmək üçün fermerlərin əkin ərazilərinin bir hissəsini istehsal 
xaricində  saxlamaları  tələb  olunurdu.  Həmin  dövrdən  başlayaraq  qiymət  dəstəyi  və 
çatışmazlıq ödəmələri yalnız taxıl, düyü və pambıq kimi bir sıra təməl məhsulları əhatə 
etməyə başladı ki, bu da bir sıra  məhsulun dövlət dəstəyindən kənarda  qalması demək 
idi.  Limon  və  portağal  kimi  bir  neçə  məhsul  üçünsə  təklifi  məhdudlaşdırma  xarakterli 
bazar kvotaları tətbiq edilməyə başlandı. 
1980-cı  illərdə  yuxarıda  göstərilən  proqramların  bəzən  vergi  ödəyicisinə  ildə  20 
mlrd.$-a başa gəlməsi onların haqlı narazılığına səbəb olurdu. Bu məqsədlə 1985-ci ildə 
Reagan  hökuməti  ABŞ  aqrar  sektorunun  beynəlxalq  rəqabət  qabliyyətliliyini  artırmaq 
məqsədilə  Konqresdə  yeni  “Aqrar  Qanunu”  qəbul  etdi.  Qanun  dəstək  xarakterli 
satınalmaları  məhdudlaşdırdı  və  ekoloji  şərtləri  də  nəzərə  alaraq  16-18  mln.ha  ərazini 
10-15  il  müddətinə  əkindən  kənar  elan  etdi  ki,  bu  da  aqrar  sektorla  bağlı  dövlət 
xərclərini xeyli aşağı saldı. Tədbirlərin davamı olaraq 1990-cı ildə bir sıra yeni qanunlar 
da qəbul edildi ki, bunlar da fermerləri çatışmazlıq ödəmələri çərçivəsinə daxil olmayan 
məhsulları  istehsal  etməyə  təşviq  edir  və  həmin  ödəmələrə  aid  olan  əraziləri  azaldırdı. 
Lakin  hələ  də  bəzi  məhsullara  tətbiq  edilən  yüksək  səviyyəli  dəstək  siyasəti  davam 
edirdi. 
Nəhayət, 1995-ci ildə “Fermer Azadlığı Aqtı”(Freedom to Farm Act-FFA) qəbul 
olunması  ilə  xərci  ən  yüksək  olan  qiymət  və  gəlir  dəstəyi  proqamları  aradan  qaldırıldı 
və fermerlərə dünya bazarları üçün istədikləri məhsulları istehsal etmək azadlığı verildi. 
Qanun həm də fermerlərə bazar qiymətlərindən asılı olmayan sabit miqdarda ödəmələr 
həyata  keçirilməsini  nəzərdə  tuturdu.  Adı  çəkilən  qanunun  müddəaları  da  özündə  əks 
etdirən  və  1933-cü  ildən  bəri  ABŞ  aqrar  sektorunda  davam  edən    subsidiyalaşmaya 
rəsmən  son  verən  geniş  miqyaslı  “Federal  Kənd  Təsərrüfatı  Təkmilləşdirmə  və 
                                                 
42
Bu mexanizmlərin fərqi “Bazar iqtisadiyyatı şəraitində aqrar münasibətlərin tənzimlənməsinin forma və metodları” 
adlı  paraqrafda verilmişdir;   


 
97 
Reform Aktı” (Federal Agricultural Improvement and Reform Act – FAIR) isə 1996-
cı  4  apreldə  Prezident  Clinton  tərəfindən  imzalandı.  “Aqrar  Bazara  Keçid  Aktı”, 
Aqrar  Ticarət”,  “Mühafizə”  (Conservation),  “Ərzaq  Yardımı”,  “Aqrar  Təşviq”, 
Kredit”,  “Kəndin  nkişafı”,  “Araşdırma,  Genişləndirmə  və  Maarifləndirmə”  və 
Müxtəlif” (Miscellaneous) kimi doqquz bölmədən ibarət olan bu sənəd bundan sonrakı 
dövrdə  ABŞ  aqrar  siyasətinin  əsasını  təşkil  etmişdir
43
.  Sənəd  fermerlərə  verilən 
subsidiyaların onların məhsullarının qiymətindən asılılığını yalnız bəzi  məhsullar üçün 
tətbiq  edilən  “istehsal  elastikli  müqavilə  ödəmələri”(production  flexibility  contract 
payments)  sistemi  ilə  aradan  qaldırdı.  Bu  zaman  istehsalçılar  əvvəlki  illərdə  dövlət 
subsidiyaları  üçün  qeydiyyatdan  keçirdikləri  torpaqlarının  miqdarına  uyğun  olaraq 
həmin  ödəmələrdən  istifadə  edə  bilirlər.  Ödəmələr  illik  sabit  miqdarda,  lakin  hər  il 
azalan  dərəcələrlə  7  ildən  sonra  dayandırılmaq  şərti  ilə  verilir  ki,  bu  da  fermerlərə  öz 
istehsal  qərarlarını  bazar  prinsiplərinə  uyğun  qurmağa  imkan  verir.  Belə  ki,  əvvəllər 
ödəmələr  Kənd  Təsərrüfatı  Departamenti  tərəfindən  təyin  edilən  qiymətlərlə  bazar 
qiymətləri  arasındakı  fərqi  əhatə  edirdisə,  indi  Departamentlə  istehsalçı  arasındakı 
kontraktda  göstərilən  torpaq  miqdarına  uyğun  illik  sabit  məbləği  əhatə  edir  ki,  bu  da 
istehsalçını  öz  istehsalını  bazara  uyğun  qurmağa  məcbur  edir.  Həm  də  əvvəlki 
proqramlara  xas  olan  və  istehsalçıların  üzərinə  öhdəlik  kimi  qoyulan  torpaqların  bir 
hissəsinin  becərilməməsi  sistemi  də  aradan  qalxmışdır.  Beləliklə,  FAIR-in  “Aqrar 
Bazara  Keçid  Aktı”  adlı  proqram  xarakterli  birinci  bölməsini  aşağıdakı  kimi 
xarakterizə edə bilərik
44

 
Hədəfi:  Aradan  qaldırılan  çatışmazlıq  ödəmələri(deficiency  payments)  sisteminin 
ə
vəzinə istehsalçıları müəyyən gəlirlə təmin etmək; 
 
Ödəmə 
bazası
Qanun 
qəbul 
olunanadək 
keçən 

ildə 
çatışmazlıq 
ödəmələri(deficiency payments) verilmiş torpaq miqdarı; 
 
Ə
hatə  etdiyi  məhsullar:  Buğda,  qarğıdalı,  kəliş(sorghum),  arpa,  düyü,  pambıq  və 
yulaf; 
                                                 
43
Daha  ətraflı  bax:  Kimberly  Stuart  and  C.  Ford  Runge,  “Agricultural  Policy  Reform  in  the  United  States  An 
Unfinished  Agenda”,  University  of  Minnesota,  Center  for  International  Food  and  Agricultural  Policy,  Working  Paper 
WP96-3, October 1996, səhfə: 5-19; 
44
John Baffes and Jacob Meerman, “From Prices to Incomes: Agricultural Subsidization without Protection?”, The 
World Bank, June 13, 1997, səhfə: 3-4; 
  


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə