Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə37/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

 
98 
 
Müddəti:  Sonradan  genişləndirilmədiyi  təqdirdə  illərlə  azalmaq  şərtilə  7  ilə  başa 
çatır; 
 
Ödəmə limiti: Hər fermerə təxminən 40000$-dək nəzərdə tutulur; 
 
Torpaqların  istifadəsi:  Torpaq  meyvə  və  tərəvəzdən  başqa  istənilən  məhsulun 
istehsalı üçün istifadə edilə bilər; 
Lakin  bütün  bunlara  baxmayaraq  1997-1998-ci  illərdə  baş  verən  Asiya  iqtisadi 
böhranı  və  onun  nəticəsində  ABŞ  kənd  təsərrüfatı  məhsullarına  olan  tələbin  kəskin 
aşağı düşməsi Konqresi məcbur etdi ki, 1999-cu ildə yuxarıda göstərilən qanundan irəli 
gələn  bəzi  məsələləri  keçici  olaraq  təxirə  salan  və  dövlət  satınalmalarını  təşviq  edən 
qanunlar qəbul etsin. 
Yuxarıda  xarakterizə  etdiyimiz  bütün  mərhələlərdə  olduğu  kimi  indiki  dövrdə  də 
ABŞ  fermerləri  öz  fəaliyyətləri  ilə  dünya  kənd  təsərrüfatının  inkişafında  öncül  rol 
oynayırlar  və  son  illər  onlar  arasında  inteqrasiya  prossesi  xeyli  güclənmişdir
45
.  Artıq 
ABŞ-da  aqrar  təsərrüfatçılıq  ingiliscə    “agribusiness”  kimi  ifadə  edilən,  aqrar  texnika 
və  məhsulların  istehsalı,  emalı  və  ticarəti  ilə  məşğul  olan  nəhəng  kompaniyalar 
tərəfindən həyata keçirilir. Hal-hazırda ABŞ-da 1940-cı ildə orta hesabla 67 ha torpağa 
sahib 6 milyon aqrar təsərrüfat orta hesabla 190 ha torpağa malik 2,2 milyon təsərrüfata 
enmişdir.  Kənd  təsərrüfatında  çalışanların  da  sayı  xeyli  azalmış  və  indi  ümumi 
məşğulluğun 2%-i həddinə enmişdir ki, bunların da 60%-i yarım gün işləyən işçilərdir. 
ABŞ-da aqrar sektorun idarəetmə strukturları da böyük təcrübəyə malikdir. Hazırda 
digər  idarəetmə  orqanları  ilə  yanaşı  ABŞ  aqrar  siyasətinin  hazırlanması  və  həyata 
keçirilməsində  mərkəzi  icra  hakimiyyəti  orqanı  kimi  əsası  1862-ci  ildə  qoyulan  ABŞ 
Kənd Təsərrüfatı Departamenti (U.S. Department of Agriculture – USDA) çıxış edir. 
Hal-hazırda bu Departament aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir
46

 
stehsalçı  və  istehlakçılar  üçün  sağlam  qiymət  və  stabil  bazarlar  təmin  etmək 
məqsədilə kənd təsərrüfatı istehsalına yardım edir; 
 
Fermer gəlirlərinin qorunması və inkişaf etdirilməsi üçün tədbirlər görür; 
 
Kənd təsərrüfatı məhsulları üçün xarici bazarların genişləndirilməsinə yardım edir; 
                                                 
45
Daha ətraflı bax: Russell L. Lamb, Assistant Professor Agricultural and Resource Economics NCSU, “Consolidation in 
U.S.  Agriculture  And  the  role  of  Public  Policy”,  Prepared  for  Southern  Extension  Meetings  Williamsburg,  Virginia, 
http://www.ag-econ.ncsu.edu/faculty/lamb/lamb.htm

46
Ed. Rosalie Targonski, “Outline of U.S. Government”, Office of International Information Programs U.S. Department 
of State, 2000, səhfə: 50-53;  


 
99 
 
Yoxsulluğun,  aclığın  və  yetərsiz  bəslənmənin  qarşısını  almaq  məqsədilə  azgəlirli 
ə
hali üçün ərzaq talonları tətbiq edir; 
 
Qidalanma üzrə treninq proqramlarını maliyyələşdirir; 
 
Xüsusilə uşaqlar, kimsəsiz analar və yaşlılar üçün ərzaq yardımı proqramlarını idarə 
edir; 
 
Torpaq  sahibləri  və  ya  aqrar  istehsalçıların  istehsal  potensialını  artırmağa  kömək 
etmək  məqsədilə  torpaq,  su,  meşə  və  digər  təbii  resursların  qorunması  ilə  bağlı 
proqramlar həyata keçirir; 
 
Milli  iqtisadi  artım  siyasətini  tamamlayan  kəndin  inkişafı,  kreditləşdirmə  və 
resurslardan səmərəli istifadə ilə bağlı proqramlar həyata keçirir; 
 
Aqrar  sahənin  bütün  tərəflərini  əhatə  edən  elmi  və  texnoloji  araşdırmalar  həyata 
keçirir; 
 
Özünün  yoxlama  və  standartlaşdırma  xidmətləri  vasitəsilə  satış  üçün  təklif  olunan 
ə
rzaq məhsullarının keyfiyyətinə zəmanət verir və.s; 
Departamentin tərkibində bir sıra xidmətlər də fəaliyyət göstərir. Bunlardan Aqrar 
Araşdırma 
Xidməti(Agricultural 
Research 
Service) 
aqrar 
sektorun  strateji 
problemlərinin  həlli  ilə  bağlı  araşdırmalar  aparır,  Milli  Aqrar  Kitabxanası(National 
Agricultural  Library)  vasitəsilə  elmi  tədqiqatçılardan  tutmuş  geniş  xalq  kütlələrinə 
qədər  bütün  istifadəçiləri  informasiya  ilə  təmin  edir,  Xarici  Aqrar  Xidməti  (Foreign 
Agricultural  Service  –  FAS)  ixraca  xidmət  və  onun  təşviq  edilməsi  agentliyi  kimi 
fəaliyyət göstərməklə ABŞ-ın biznes maraqları və fermerləri üçün xarici ölkələrə aqrar 
araşdırmalarla  bağlı  mütəxxəsislər  göndərir,  Meşə  Xidməti  (Forest  Service)  isə  geniş 
meşə və boş çöl ərazilərinin idarə edilməsi məsələləri ilə məşğul olur. 
Avropa Birliyi 
nkişaf etmiş dünyanın ikinci böyük mərkəzi olan Avropa Birliyi də aqrar sektorun 
tənzimlənməsi  məsələləri  ilə  bağlı  zəngin  və  bir  qədər  də  spesifik  təcrübəyə  malikdir. 
Birlik  ölkələrinin  hər  birinin  aqrar  siyasətində  spesifik  cəhətlər  olsa  da  ümumi  şəkildə 
bu  siyasətlər  AB-nin  həyata  keçirdiyi  Ortaq  Aqrar  Siyasətin(Common  Agricultural 
Policy  –  CAP)  ümumi  prinsipləri  əsasında  formalaşır.  Belə  ki,  II  Dünya  müharibəsi 
zamanı  Avropada  baş  verən  ərzaq  qıtlığının  yaratdığı  təhlükənin  aradan  qaldırılması, 
AB əhalisinin mühüm bir hissəsini təşkil edən aqrar sektor işçilərinin gəlir səviyyəsinin 


 
100 
qorunması  və  üzv  ölkələrin  aqrar  siyasətləri  arasındakı  dərin  fərqliliklərin  aradan 
qaldırılması  məqsədilə  Birlik  bir  ortaq  aqrar  siyasət  formalaşdırmağa  başlamışdır
47

Roma Paktı”nın 3847-ci (Amsterdam Paktı ilə 3238-ci) maddəsi ilə qanuni çərçivəsi 
təyin edilən CAP rəsmi olaraq 1962-cı ildən həyata keçirilməyə başlamışdır ki, onun da 
məqsədləri 33-cü maddədə belə təsbit edilir: 
 
Texniki 
yeniliklərin 
stimullaşdırılması, 
kənd 
təsərrüfatı 
istehsalının 
rasionallaşdırılması  və  istehsal  faktorlarından,  xüsusilə  işçi  qüvvəsindən  optimal 
istifadənin və məhsuldarlığın artırılması təmin edilməsi; 
 
Kənd  əhalisinin  həyat  səviyyəsinin,  xüsusilə  aqrar  sektorda  çalışanların  gəlirlərinin 
artırılması yolu ilə yüksəldilməsi; 
 
Bazarlarda stabilliyin təmin edilməsi; 
 
Stabil məhsul təklifinin təminat altına alınması; 
 
Aqrar məhsulların istehlakçılara münasib qiymətlərlə çatdırılmasının təmin edilməsi; 
CAP  üç  təməl  prinsip  üzərində  qurulmuşdur:  Vahid  Bazar  prinsipi  üzv  ölkələrin 
kənd  təsərrüfatı  məhsullarının  sərbəst  hərəkətinə  mane  olan  bütün  məhdudiyyətləri 
aradan  götürərək  Vahid  Bazar  yaradılmasını  nəzərdə  tutur  ki,  bunun  üçün  də  ortaq 
qiymət  və  rəqabət  qaydalarını,  üzv  ölkələrdə  valyuta  kurslarının  stabilliyini  və  xarici 
bazarlara qarşı sərhədlərdə ortaq qorunma tədbirlərinin tətbiqini təmin etmək zəruridir. 
Birliyin  Üstünlüyü  prinsipi  Birlik  daxilində  istehsal  olunan  məhsullara  üstünlük 
verilməsini  nəzərdə  tutur  ki,  bunun  üçün  də  AB  aqrar  məhsullarının  idxala  qarşı 
qorunmasını,  ixracatına  isə  subvensiya  verilməsini  zəruri  edir.  Ortaq  Maliyyə 
Cavabdehliyi prinsipi isə CAP-lə bağlı bütün xərclərin Birlik ölkələri tərəfindən ortaq 
şə
kildə maliyyələşdirilməsini nəzərdə tutur. 
Beləliklə,  CAP  çərçivəsində  həyata  keçirilən  ortaq  siyasət  təxminən  22  əmtəə 
qrupunu əhatə etməklə aşağıdakı Ortaq Bazar Rejimləri yolu ilə reallaşdırılır
48

1.
 
Müdaxilə  və  xarici  rəqabətdən  qorunmanı  təmin  edən  rejim:  Bu  rejimlər  aqrar 
istehsalın 70%-ni əhatə etməklə daxili bazarda qiymətlərin müəyyən bir səviyyədən 
aşağı  enməsinin  qarşısını  almaq  məqsədilə  Birliyin  tənzimləmə  strukturları 
                                                 
47
http://www.deltur.cec.eu.int
, “Avrupa Birliği Tarım Politikası”, Representation of the European Commission to Turkey, 
səhfə: 3;  
48
Tarımsal  Politikalar  ve  Yapısal  Düzenlemeler  Özel  htisas  Komisyonu  Raporu”,  Sekkizinci  Beş  Yıllık  Kalkınma 
Planı, DPT: 2516 – Ö K: 534, Ankara 2000, səhfə: 45; 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə