Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

 
113 
bölüşdürmə(distribution)  formasında,  Albaniya  yalnız  bölüşdürmə,  Polşa  isə  pulla 
satış  formasında  aparmağa  üstünlük  vermişdir.  Aqrar  təsərrüfatlar  restrukturizasiya 
olunan  zaman  isə  həmin  təsərrüfatların  qeyri-torpaq  resursları  təsərrüfat  işçiləri  və 
üzvləri arasında bölüşdürülmüşdür. Torpaq və qeyri-əmlak resursları bölüşdürüldükdən 
sonra təbii ki, əvvəlki təsərrüfatların yeni formalarda qurulması və buna paralel olaraq 
yeni fərdi təsərrüfatların ortaya çıxması prossesi də getmişdir. Bu zaman Rumuniya və 
Bolqarıstan fərdi, korporativ və assosiativ, MacarıstanÇexiya və Slovakiya fərdi və 
korporativ, Albaniya isə ancaq fərdi təsərrüfatlara üstünlük vermişdir.  
Aparılan  islahatlar  aqrar-sənaye  müəssisələrinin  özəlləşdirilməsi,  regonal 
maliyyələşdirmə  və  instutsional  islahatlarla  da  dəstəklənməklə  bu  ölkələrdə  aqrar 
sektoru böhran vəziyyətindən çıxarmaq və inkişaf “relsi”nə salmaq mümkün olmuşdur. 
Postsovet Keçid  qtisadiyyatı Ölkələri 
Aqrar  islahatlar  zamanı  Baltikyanı  ölkələrdə  bütün  torpaqlar  potensial  xüsusi 
mülkiyyətli  elan  olunmuş,  özəlləşdirilən  torpaqlar  kollektivləşmə  prossesindən  öncəki 
sahiblərinə  və  ya  onların  varislərinə  təzminat  şəklində  verilmiş,  qeyri-torpaq  resursları 
müəssisələrin işçiləri və ya üzvləri arasında bölüşdürülmüş, torpaq üzərində mülkiyyət 
və  istifadə  hüquqlarının  tam  olaraq  ötürülməsinə  şərait  yaradılmış,  torpaqların 
bölüşdürülməsi  fiziki  formada  həyata  keçirilmiş  və  təsərrüfatların  restrukturizasiyası 
zamanı isə fərdi və korporativ formalara üstünlük verilmişdir. 
Digər ölkələrdə isə aqrar islahatların elementləri bir qədər fərqli xüsusiyyətlər kəsb 
etmişdir. Belə ki, torpaqların xüsusi mülkiyyətdə olmasına icazə verilməsi baxımından 
ə
ksər  ölkələrdə  bütün  torpaqlar  potensial  xüsusi  mülkiyyətli  elan  olunduğu  halda 
Özbəkistan  və  Tacikistanda  heç  bir  torpaqların  xüsusi  mülkiyyətdə  olmasına  icazə 
verilməmiş,  Qazaxıstan  və  Belarusda  yalnız  ev  təsərrüfatı  torpaqlarının  xüsusi 
mülkiyyətdə  saxlanmasına  icazə  verilmiş,  Qırğızıstanda  isə  1998-ci  il  iyun  ayında 
keçirilən  referendumla  bütün  torpaqların  potensial  xüsusi  mülkiyyətdə  olmasına  icazə 
verilmişdir.  Torpaq  üzərində  xüsusi  mülkiyyət  və  istifadə  hüquqlarının  ötürülməsinə 
icazə  verilməsi  baxımından  isə  vəziyyət  daha  da  fərqlidir.  Belə  ki,  Ermənistan
Gürcüstan,  Azərbaycan  və  Moldovada  bu  hüquqlar  tam  şəkildə  tanındığı  halda, 
Rusiya,  Ukrayna  və  Qazaxıstanda  istifadə  hüquqlarının  ötürülməsi  tanınsa  da, 
mülkiyyət  hüquqlarının  ötürülməsi  məhdudlaşdırılmış,  Tacikstan  və  Özbəkistanda 


 
114 
xüsusi  mülkiyyət  hüququ  olmadığı  halda  istifadə  hüquqlarının  ötürülməsi  birincidə 
tanınmış,  ikincidə  isə  qadağan  edilmiş,  Belarusda  istifadə  hüquqlarının  ötürülməsi 
qadağan  olduğu  halda  mülkiyyət  hüququnun  ötürülməsi  məhdudlaşdırılmış, 
Türkmənistanda istifadə hüquqları qanunla qadağan edilməsə də praktikada buna icazə 
verilməmiş, Qırğızıstanda isə 1998-ci ildə torpaq üzərində xüsusi mülkiyyət və istifadə 
hüquqlarının 
ötürülməsinə 

illik 
moratorium 
qoyulmuşdur. 
Təsərrüfatlar 
transformasiya edilən zaman isə ErmənistanGürcüstan fərdi, MoldovaAzərbaycan 
və  Qırğızıstan  fərdi  və  korporativ,  digərləri  isə  korporativ,  kollektiv  və  fərdi 
təsərrüfatlara üstünlük vermişdir.  
Nəticədə, aqrar sahə də daxil olmaqla aparılan islahatlar və onların məqsədinə nail 
olma səviyyəsi baxımından postsovet ölkələri arasında Baltikyanı ölkələr digərlərindən 
xeyli fərqlənmiş və demək olar ki, keçid prossesini başa vuraraq Avropa Birliyinin tam 
hüquqlu üzvlərinə çevrilmişlər. Digər ölkələrdə isə aparılan islahatlar makroiqtisadi və 
hüquqi-instutsional  baxımından  əlverişsiz  mühütə  malik  olmaqla  əsasən  səmərəsiz 
olmuş və öz məqsədlərinə elə də yüksək səviyyədə nail ola bilməmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
115 
Nəticə və təkliflə
 
Aqrar  sektor  təsərrüfatçılığın  ən  qədim  sferalarından  biri  olmaqla  dünya  iqtisadi 
inkişafının  bütün  mərhələlərindən  keçərək  müasir  dövrə  qədər  gəlib  çıxmışdır.  Bu 
mərhələlərin  hər  birində  iqtisadiyyatdakı  rolu  dəyişən  və  inkişaf  edən  aqrar  sektor 
özü ilə bağlı nəzəri baxış və siyasi doktrinaları da dəyişməyə məcbur edərək müasir 
səviyyəyə çatdırmışdır. Həmin nəzəriyyə və siyasi doktirnaları araşdırarkən dövlətin 
aqrar  siyasətinin  məqsəd  və  vəzifələrinin  sabit  və  keçid  iqtisadiyyatı  şəraitində 
fərqləndikləri  ortaya  çxsa  da  bu  siyasətin  daim  bir  ümumi  cəhətə  –  aqrar  sektorun 
təbiətindən  irəli  gələrək  onun  daim  dövlətin  proteksionist  yanaşmasına  ehtiyacı 
olduğuna – malik olduğu da açıqlığı ilə görünür;  
 
Müasir  dövrdə  aqrar  sektorun  tənzimlənməsində  istifadə  olunan  metod  və 
mexanizmlər 
iqtisadiyyatın 
dövlət 
tənzimlənməsinin 
ümumi 
metod 
və 
mexanizmlərinin bu sektora uyğunlaşdırılmış xüsusi formaları olmaqla özündə geniş 
miqyaslı  tədbirlər  kompleksini  birləşdirir.  Bu  baxımdan  əsasən  dolayı(iqtisadi) 
tiplərinə üstülük verilən bu metod və mexanizmlər yalnız kompleks, bir-birilə əlaqəli 
və  harmonizə  edilmiş  şəkildə  tətbiq  edilərsə  müəyyən  səmərə  verə  bilər  və  aqrar 
siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq olar; 
 
Aqrar  sahibkarlıqda  hüquqi  tənzimlənmənin  mövcud  prinsip,  metod  və 
xüsusiyyətləri  iqtisadi  cəhətən  mübadilələr,  hüquqi  baxımdan  müqavilələr  zənciri 
olan bazar iqtisadiyyatında aqrar subyektlər arasındakı bu münasibətlərinin səmərəli 
şə
kildə qurulmasının və stabilliyinin dövlət tərəfindən təminatına xidmət edir. Məhz 
dövlət  aqrar  sektorda  yeni  iqtisadi  münasibətlərin  formalaşması  və  inkişafına 
sistemli  yanaşmalı,  radikal  iqtisadi  islahatlar  və  onlara  hüquqi  baza  yaradılmasında 
obyektiv  iqtisadi  qanunlardan  və  qanunauyğunluqlardan  irəli  gələn  dialektik 
ə
laqələrə  əsaslanan  qanunlar,  fərmanlar,  sərəncamlar,  qərarlar  və  müxtəlif  səpkili 
normativ-hüquqi  aqtlar  qəbul  etməlidir  ki,  bunlar  da  həyata  keçirilən  hüquqi 
tənzimləmə prossesinin əsas vasitələridir;  
 
Keçid iqtisadiyyatı şəraitində aqrar münasibətlərin tənzimlənməsi prossesində dövlət 
bu  tənzimləmənin  iqtisadi  bazasını  sosialist  iqtisadiyyatından  qalma  köhnə  və 
səmərəsiz  şəkildə  qurulmuş  münasibətlərin  bazar  iqtisadiyyatı  şəraitində  yeni  və 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə