Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə43/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   40   41   42   43   44   45   46   47   48

 
116 
daha  səmərəli  şəkildə  qurulması  prinsipi  ilə  formalaşdırdığı  halda,  onun  hüquqi 
bazası  göstərilən  prossesin  həm  vasitəsi,  həm  də  nəticəsi  kimi  çıxış  edir.  Belə  ki, 
qəbul  olunan  hər  bir  yeni  normativ-hüquqi  aqt  bir  tərəfdən  yeni  iqtisadi 
münasibətlərin  formalaşmasına  xidmət  edirsə,  digər  tərəfdən  kortəbii  şəkildə 
formalaşan 
yeni 
iqtisadi 
münasibətlərin 
sistemli 
şə
kilə 
salınaraq 
“rəsmiləşdirilməsi”nə xidmət edir; 
 
Bazar  iqtisadiyyatına  keçid  prossesinin  əsas  istiqamətlərindən  olan  mülkiyyət 
münasibətlərinin  yenidən  qurulmasına  şərait  yaradan  dövlətsizləşdirmə  və 
özəlləşdirmə  prossesi  ölkəmizin  aqrar  sektorunda  torpaq  islahatı,  sovxoz  və 
kolxozların  islahatı  və  emal-infrastruktur  müəssisələrinin  islahatı  kimi  üç  əsas 
istiqaməti əhatə etməklə konseptual baxımdan əsasən düzgün şəkildə təsbit edilsə də 
praktikada  ciddi  qüsurlarla  müşahidə  edilmişdir  ki,  bunların  da  tam  aradan 
qaldırılması çox çətin olsa da bundan sonra formalaşdırılan siyasət mexanizmləri ilə 
onun  ağır  nəticələrinin  yumuşaldılmasına  və  neytrallaşdırılmasına  nail  olmaq 
mümkündür; 
 
Demək  olar  ki,  başa  çatmış  aqrar  islahatlar  nəticəsində  ölkə  aqrar  sektorunda  baş 
verən  kəskin  tənəzzülün  qarşısını  almaq,  daxili  tələbatın  ödənilməsində  müəyyən 
müsbət  nəticələr  əldə  etmək  mümkün  olsa  da,  hələ  də  ölkənin  ixrac  potensialında 
ciddi  geriliklər  özünü  göstərir  və  istehsal  həcmi  və  məhsuldarlıq  mövcud  imkanlar 
baxımından  xeyli  aşağıdır.  Bu  məsələləri  həll  etmək  üçün  növbəti  illərdə  aqrar 
siyasətin qarşısında mütərəqqi texnologiyalardan istifadənin genişləndirilməsi, dünya 
standartlarına uyğun məhsul istehsalı, yığımı, tədarükü, saxlanılması, qablaşdırılması 
və  daşınması  sisteminin  formalaşdırılması,  şoranlaşma,  eroziya,  su  çatışmazlığı  və 
xəstəliklərlə  mübarizənin  gücləndirilməsi,  damazlıq  və  seleksiya  işlərinin 
səmərəliliyinin  artırılması  kimi  istiqamətlərdə  bir  sıra  vəzifələrin  həll  edilməsi 
dayanmalıdır; 
 
Son  illər  ölkəmizdə  ümumi  sahibkarlıq  mühitinin,  xüsusilə  də  aqrar  sahibkarlıq 
mühitinin yaxşılaşdırılması ilə bağlı bir sıra normativ-hüquqi aqtlar qəbul edilmiş və 
hazırlanan proqramlarda qarşıdakı illər üçün bu sahədə bir sıra tədbirlərin görülməsi 
nəzərdə  tutulmuşdur.  Lakin  həmişə  olduğu  kimi  ölkəmizdə  problem  normativ-
hüquqi  sənədlərin  hazırlanması  sahəsində  deyil,  onlardan  irəli  gələn  müddəaların 


 
117 
icrası  sahəsindədir  və  hazırlanan  bu  normativ-hüquqi  xarakterli  sənədlərin 
reallaşdırılması  sahəsindəki  problemlərin  ortaya  çıxması  digər  amillərlə  yanaşı, 
mühüm  dərəcədə  bu  aqtlardan  irəli  gələn  vəzifələri  həyata  keçirəcək  inzibati-
instutsional  quruluşun,  başqa  sözlə  müvafiq  idarəetmə  strukturlarının  qeyri-təkmil 
xarakter daşımasından asılıdır; 
 
Ölkəmizdə  aqrar  sektorun  idarəetmə  strukturlarının  formalaşma  və  təkmilləşmə 
prossesi  davam  etsə  də,  hələ  də  Kənd  Təsərrüfatı  Nazirliyi  və  Torpaq  və 
Xəritəçəkmə  Komitəsinin  hüquq  və  vəzifələri  tam  şəkildə  bir-birindən 
ayrılmamışdır.  Aparılan  funksional  islahatlarla  yanaşı  bu  sektorun  idarəetmə 
orqanlarında korrupsioner-bürokratik sistemin dağıdılması, onların məhsuldarlığının 
artırılması,  şəffaflıq  və  demokratizm  ənənələrinin  kök  salması  və  desentralizsiya 
meyllərinin gücləndirilməsi istiqamətlərində ciddi tədbirlərin görülməsi vacibdir. Bu 
baxımdan  dünya  təcrübəsində  qəbul  olunan  ən  mütərəqqi  texnologiyaları  özündə 
birləşdirən  elektron  hökumət  layihələrinin  hazırlanaraq  sürətlə  həyata  keçirilməsi 
zəruridir; 
 
Aqrar  siyasətlə  bağlı  dünya  ölkələrinin  təcrübəsini  araşdırarkən  belə  bir  ümumi 
nəticəyə  gəlirik  ki,  ölkələrin  inkişaf  səviyyəsindən,  aqrar  sektorun  əsas  fəaliyyət 
sahələri  olub  olmamasından  asılı  olmayaraq  onların  hamısında  bu  sektor  dövlətin 
aktiv  proteksionist  siyasətinin  təsiri  altında  inkişaf  etmiş  və  indi  də  bu  davam 
etməkdədir.  Yalnız  1994-cü  il  ÜTT-nin  Uruqvay  Raundunda  aqrar  istehsala  daxili 
subsidiyaları,  bazara  giriş  maneələrini,  onların  ixracını  subsidiyalaşdırmağı,  qeyri-
tarif gömrük maneələrini aradan qaldırmağı nəzərdə tutan Kənd Təsərrüfatı Sazişinin 
(Agreement  on  Agriculture)  qəbul  edilməsi  ilə  bu  sahədə  bir  qədər  liberallaşdırma 
müşahidə  edilməkdədir.  Bu  baxımdan  ölkəmiz  üçün  də  dünyada  qəbul  olunan  yeni 
qaydalara  uyğun  olaraq  aqrar  sektoru  dəstəkləmə  tədbirlərini  özündə  birləşdirən 
sağlam  aqrar  siyasət  mexanizmlərinin  formalaşdırılması  və  həyata  keçirilməsi 
növbəti illərdə daha da aktuallıq kəsb edəcəkdir;           
 
 
 
 
 


 
118 
Ə
dəbiyyat siyahısı 
 
Dərslik və monoqrafiyalar: 
 
1.
 
William  J.  Barber,  “A  History  of  Economic  Thought”,  October,  2002,  orginally 
published  by  Preager  1968  and  Penguin  1967,  Elektron  kitab,səhfə: 
http://www.wesleyan.edu/css/readings/Barber/toc.htm

2.
 
Doç. Dr Arif Ersoy, “ ktisadi teoriler ve düşüncelerin gelişme tarihi”, II Baskı, 
zmir, 1990; 
3.
 
Henry W. Spiegel , “The Growth of Economic Thought”, Duke University Press, 
Durhan, North Carolina, 1971; 
4.
 
Maurice  Schiff  and  Alberto  Valdes,  World  Bank,  “Agriculture  and 
Macroeconomy”, Elsevier Science, Handbook of Agricultural Economics, Ed. By 
B.Gardner and G. Rausser, March 24, 1998 revisions;  
5.
 
Gustav  Ranis,  “The  evolution  of  development  thinking:  theory  and  policy”, 
Economic Growth Center Yale Univercity, Center Discussion Paper No. 886, May 
2004;  
6.
 
Claudio  Bravo-Ortega,  Daniel  Lederman,  “Agriculture  and  National  Welfare 
Around  the  World:  Causality  and  International  Heterogeneity  since  1960”, 
WB Research Working Paper 3499, February 2005; 
7.
 
Campell  R.  Mcconnell, and  Stenley L. Brue, “Economics: principles, problems, 
and policies”,14’th edition, Irwin McGraw-Hill Companies, International Edition, 
1999; 
8.
 
William  Liefert  and  John  Swinnen,  “Changes  in  Agricultural  Markets  in 
Transition Economies”,  Economic Research Service United State Department  of 
Agriulture (ERS), Agricultural Economic Report No. AER806, March 2002; 
9.
 
Kamil  Sadıqov,  “Milli  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  konseptual 
ə
sasları”, Bakı-1999; 
10.
 
L.T. Axundzadə, A.Ə. Əsədov, “Aqrar Hüququ”, Bakı, “Qanun”, 2003; 
11.
 
Economics”,  Fourth  edition,  Roger  A.  Arnold,  California  State  University,  San 
Marcos, South-Western College Publishing, Ohio, 1998; 
12.
 
Aziz Babacan, “Genel tarım politikaları çerçevesinde doğrudan gelir ödemeler 
sistemi”, 
TC 
Devlet 
Planlama 
Teşkilatı, 
Aralık, 
1999, 
http://ekutup.dpt.gov.tr/babacana/gelirode.pdf
;  
13.
 
Zvi  Lerman,  Csaba  Csaki,  and  Gershon  Feder,  “Land  Policies  and  Evolving 
Farm Structures in Transition Countries”, World Bank, January, 2002; 
14.
 
Sahib  Məmmədov,  “Əmək  hüquqları:  işçilər  və  həmkarlar  ittifaqları  fəalları 
üçün soraq kitabı”, elektron kitab, 
www.kitabxana.org

15.
 
Toshihiko Kawagoe, “Agricultural Land Reform in Postwar Japan: Experience 
and Issues”, World Bank Policy Research Working Paper 2111, May 1999; 
16.
 
Johan Swinnen and Ayo Heinegg, “On the Political Economy of Land Reforms 
in the Former Soviet Union”, Katholieke Universiteit Leuven, LICOS Centre for 
Transition Economics, 
http://www.econ.kuleuven.ac.be/licos
, Belgium, Discussion 
Paper 115/2002; 
 
 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə