Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

 
64 
2.3 Aqrar sektorda iqtisadi əlaqələr və onların müasir vəziyyəti 
Aqrar  sektorda  bazar  iqtisadiyyatına  keçidlə  bağlı  aparılan  islahatlar  bu  sektorda 
təkrar istehsalın bütün sferalarında baş verən iqtisadi əlaqələrin də yenidən qurulmasına 
gətirib  çıxarmışdır.  Hal-hazırda  müxtəlif  mülkiyyət  və  təşkilatı-hüquqi  fromada 
fəaliyyət  göstərən  bütün  aqrar  sektor  vahidləri  öz  təsərrüfat  müstəqilliyinə  malikdir  və 
digər  bazar  subyektləri  ilə  iqtisadi  əlaqələrini  mülki  qanunvericilikdə  göstərilən 
formalar  üzrə  və  öz  sərbəst  iradələrinə  əsaslanaraq  bağladıqları  müqavilələr  vasitəsilə 
qururlar.                                                                                                    
11  -li  Əlavədən  göründüyü  kimi  aqrar  təsərrüfat  vahidləri  öz  fəaliyyətləri 
zamanı  bütün  iqtisadi  əlaqələrini  kənd  təsərrüfatı  məhsullarının  istehsalının  təşkili, 
bölüşdürülməsi,  mübadiləsi  və  istehlakı  sferalarında  həyata  keçirdikləri  iqtisadi 
ə
məliyyatlar nəticəsində formalaşdırırlar. 
Bazar  iqtisadiyyatında  aqrar  təsərrüfatlar  öz  istehsal  faktorlarını  dövlətin  həyata 
keçirdiyi proteksionist siyasətin nəticəsində meydana gələn bəzi istisna hallardan başqa 
ə
sasən  tələb  və  təklif  mexanizmi  üzrə  fəaliyyət  göstərən  azad  bazarlar  vasitəsilə  əldə 
edirlər.  
Aqrar  subyektlər  torpaqları  torpaq  bazarı  vasitəsilə  təmin  edirlər.  Bu  zaman 
mülkiyyət və istifadə hüquqları “Torpaq bazarı haqqında” Qanunun 5-ci maddəsində 
göstərilən  torpağın  alqı-satqısı,  nizamnamə  fonduna  pay  kimi  verilməsi,  girovu, 
dəyişdirilməsi,  bağışlanması,  vərəsəlik  qaydasında  keçməsi  və  istifadə  və  icarə 
hüquqlarının  başqasına  keçməsi  kimi  əqdlər  yolu  ilə  əldə  edilir.  Əqdlərin  bağlanması 
birbaşa,  hərrac  və  müsabiqələr  yolu  ilə  həyata  keçirilə  bilər  ki,  bu  zaman  onların 
qiyməti  normativ  qiymətlərdən  aşağı  olmamaq  şərtilə  torpağın  keyfiyyəti,  tələb  və 
təklifin səviyyəsi kimi bir sıra amillərin təsiri ilə formalaşır. Bütün əqdlər müvafiq icra 
hakimiyyəti  orqanlarında  qeydiyyatdan  keçririlir  və  bu  zaman  müxtəlif  rüsumların 
alınması da nəzərdə tutulmuşdur. Beləliklə, aqrar təsərrüfatlar özlərinin sahib olduqları 
torpaq  sahələrini  digər  bazar  əqdləri  vasitəsilə  artıra  bilmə  imkanlarına  malikir.  Hal-
hazırda  ölkəmizdə  torpaq  üzərində  mülkiyyət  hüquqlarının  rəsmiləşdirilməsi  tam 
şə
kildə başa çatmadığından torpaq bazarı elə də yüksək inkişaf etməmişdir. 
Aqrar  təsərrüfatlar  öz  əmək  resurslarını  əmək  bazarında  müstəqil  şəkildə  fərdi 
ə
mək müqavilələri bağlayaraq təmin edirlər. Bu zaman işçi və işəgötürən arasında əmək 


 
65 
funksiyası, əmək şəraiti, əməyin ödənilməsi kimi bütün məsələləri özündə əks etdirən 
fərdi  əmək  müqavilələri  əsas  hüquqi  sənəd  sayılır.  2004-cü  ilin  məlumatına  görə 
ölkəmizdə  ümumi  məşğul  əhalinin  1497  min  nəfəri,  başqa  sözlə  40%-i  aqrar  sektorda 
çalışır.  
Kənd təsərrfatında istifadə edilən istehsal faktorlarından maşın və avadanlıqlar bu 
sektorda  məhsuldarlığın  artırılmasında  müstəsna  əhəmiyyətə  malikdir.  Yük 
avtomobilləri, traktorlar, pambıq və taxılyığan maşınlar, silos və yemyığan kombaynlar 
kimi  texniki  vasitələri  əhatə  edən  bu  məhsullar  onların  istehsalı,  satışı  və  lizinqi  ilə 
məşğul olan bazar subyektləri ilə bağlanan müvafiq müqavilələr vasitəsilə təmin edilir. 
Bu  zaman  lizinq  firmaları  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki  ölkəmizdə  aqrar 
istehsalçılar  hələ  yüksək  kapitala  malik  olmadığından  onlar  bu  kifayət  qədər  bahalı 
texnikanı  satın  almaq  imkanına  malik  olmurlar  və  bunların  əksəri  mövsümü  istifadə 
edilən  texnika  olduğundan  çox  vaxt  onların  icarəyə  götürülməsi  daha  sərfəli  variant 
kimi  çıxış  edir.  Doğurdan  da  statistikaya  nəzər  saldıqda  görürük  ki,  kənd  təsərrüfatı 
müəssisələrinin əsas istehsal fondlarının strukturunda bina, tikili və ötürücü qurğuların 
xüsusi çəkisi 1995-ci ildəki 44,8%-dən 2003-cü ildə 81,9%-ə yüksəldiyi halda, maşın və 
avadanlıqların  payı  18,4%-dən  10,2%-ə,  nəqliyyat  vasitələrinin  payı  isə  6,4%-dən 
3,8%-ə  enmişdir.  Bu  məqsədlə  23  oktyabr  2004-cü  il  tarixli  prezident  sərəncamına 
ə
sasən yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti mühüm əhəmiyyət kəsb edir. 
Nəzarət zərfi 100% dövlətə məxsus olan bu cəmiyyət dövlət büdcəsindən ayrılan vəsait 
hesabına  kənd  təsərrüfatı  texnikasının  lizinq  yolu  ilə  hüquqi  və  fiziki  şəxslərə  icarəyə 
verilməsini və ya satılmasını təmin edir. 
Bazar  iqtisadiyyatında  bütün  sektorlarda  olduğu  kimi  aqrar  sektorda  da 
təsərrüfatlar  maliyyə  resurslarının  mühüm  hissəsini  kredit  resursları  hesabına 
formalaşdırırlar.  Kredit  resursları  Milli  Bankdan  bu  xidməti  həyata  keçirmək  üçün 
xüsusi  lisenziyaya  malik  kommersiya  bankları  və  digər  kredit  təşkilatları  tərəfindən 
təmin  edilir.  Ümumi  halda  bu  təsərrüfat  subyektlərinin  fəaliyyətləri  ilə  bağlı 
hazırladıqları biznes-plan və kreditin alınması üçün zəruri təminatı ifadə edən əmlakın 
kredit  təşkilatına  təqdim  edilməsi  ilə  əldə  edilir.  Bir  sözlə  kredit  təşkilatı  ilə  təsərrüfat 
subyekti arasında biri kreditlə bağlı münasibətləri tənzimləyən kredit, digəri isə girovla 
bağlı  münasibətləri  tənzimləyən  girov  müqaviləsi  olmaqla  iki  ayrı  müqavilə  bağlanır. 


 
66 
Hal-hazırda  40-dan  çox  kommersiya  bankı  ilə  yanaşı  sahibkarları  kredit  resursları 
təmin etmək məqsədilə  qtisadi  nkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Milli 
Fondu fəaliyyət göstərir. Əsasən dövlət büdcəsindən maliyyələşən Fond öz vəsaitlərini 
hal-hazırda  müsabiqə  yolu  ilə  seçilmiş  14  müvəkkil  bank  vasitəsilə  sahibkarlıq 
subyektlərinə paylayır. Bu banklar həmin vəsaitləri öz adlarından və öz risqləri hesabına 
yerləşdirirlər  və  onlar  kiçik  və  orta  sahibkarlığın  inkişafı  ilə  bağlı  öncül  istiqamətlər 
üzrə real, perespektivli və investisiya marağı doğuran layihələrin maliyyələşdirilməsinə 
yönəldilir. Bu zaman fondun kreditləri aşağıdakı şəkildə differensiallaşdırılmışdır: 
 
1000 $ ekvivalentinədək – mikrokreditlər; 
 
 1000 $ -10000 $ ekvivalentinədək – kiçik həcmli kreditlər; 
 
10000 $-30000 $ ekvivalentinədək – orta həcmli kreditlər; 
 
30000 $-100000 $ ekvivalentinədək – böyük həcmli kreditlər; 
Kredit  vəsaitləri  ən  çoxu  5  il  müddətinə  verilir  və  istifadə  müddətlərinin  ilk  2/3 
dövrünə güzəşt müddəti müəyyən edilir ki, bu müddət ərzində də sahibkarlar ancaq faiz 
borclarını ödəyirlər. Faizin illik dərəcələri aşağıdakı şəkildə təyin edilmişdir: 
 
K V-in  inkişafı  layihələrinin  müəyyənləşdirilməsi  üzrə  kredit  məbləğinin  0,5%-i 
həcmində; 
 
stehsal və emal yönümlü layihələrin maliyyələşdirilməsi üzrə kredit məbləğinin 2%-
i həcmində; 
 
Qeyri-istehsal  sahələri  üzrə  layihələrin  maliyyələşdirilməsi  üzə  kredit  məbləğinin 
4%-i həcmində; 
 
Mikrokreditlər üzrə kredit məbləğinin 1,5%-i həcmində; 
Müvəkkil  banklar  isə  bu  faiz  dərəcələrinə  özlərinin  faiz  dərəcələrini  əlavə  edirlər 
və bu yuxarıdakı kredit dərəcələri də daxil olmaqla 7%-i (K V üzrə 5%-i) aşmamalıdır. 
Beləliklə, aqrar sahibkarlar illik maksimum 7%-lik dərəcə ilə Sahibkarlığa Kömək Milli 
Fondunun  kredit  resurslarından  istifadə  edə  bilirlər.  Lakin  bu  Fondun  resursları 
məhdud,  digər  kommersiya  banklarının  kredit  dərəcələrinin  və  tələb  etdikləri  girov 
məbləğinin  yüksək,    xüsusilə  də  əksərininin  qısamüddətli  olması  bütün  sahibkarlıq 
subyektləri  kimi  aqrar  sahibkarlıq  subyektlərinə  də  kredit  resurslarını  əldə  etmək 
baxımından çətinliklər yaratmaqdadır.  


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə