Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə25/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

 
67 
Aqrar  təsərrüfatların  fəaliyyətində  vaxtaşırı  tətbiq  etdikləri  mütərəqqi 
texnologiyalar  onların  məhsuldarlığının  və  rəqabət  qabliyyətinin  artırılması  yolunda 
mühüm  əhəmiyyət  daşıyır.  Ümumi  şəkildə  ingiliscədən  götürülmüş  “know-how” 
termini  ilə  ifadə  olunan  bu  texnologiyaların  müxtəlif  formaları  mövcuddur  və  onların 
yaradılması,  qorunması  və  istfadəsi  ilə  bağlı  yaranan  münasibətlər  ölkəmizdə 
əlliflik  və  əlaqəli  hüquqlar  haqqında”  (5.06.1996),  “Seleksiya  naliyyətləri 
haqqında”(15.11.1996)  və  “Patent  haqqında”(10.06.1997)  AR  qanunları  ilə 
tənzimlənir.  Aqrar  təsərrüfatların  ən  çox  ehtiyac  duyduğu  yeniliklər  seleksiya 
naliyyətləridir ki, bunlara da seleksiya işi nəticəsində yaradılmış cəmiyyət üçün faydalı 
bitki sortları, heyvan cinsləri, onların hibridləri, xəttləri, krossları və klonları aiddir. Bu 
naliyyətlər  onları  yaradanlar  tərəfindən  Kənd  Təsərrüfatı  Nazirliyində  seleksiya 
naliyyəti  kimi  patentləşdirilir  və  onlar  üzərində  müəlliflik  hüquqlarını  rəsmiləşdirirlər. 
Bu  naliyyətlərdən  istifadə  etmək  istəyən  aqrar  subyektlər  isə  bunu  patent  sahibləri  ilə 
bağladıqları  müstəqil  lisenziya  müqavilələri  yolu  ilə  reallaşdırırlar.  Qanun  lisenziyasız 
belə  naliyyətlərdən  istifadəni  qadağan  edir  və  onlardan  istifadə  nəticəsində  patent 
sahiblərinə patent haqqı ödənilməsini nəzərdə tutur. 
Kənd  təsərrüfatında  istehsal  əvvəlki  paraqraflarda  da  göstərdiyimiz  kimi  yüksək 
risqlilik  şəraitində  davam  etdiyindən  aqrar  təsərrüfatlar  ğorta  kompaniyalarının 
xidmətlərindən də tez-tez istifadə edirlər. 2004-cü ilin məlumatına görə ölkəmizdə 22-i 
milli,  7-i  müştərək  olmaqla  29  sığorta  kompaniyası  fəaliyyət  göstərir  ki,  bunların  da 
aqrar sektordakı fəaliyyəti çox zəifdir. Bu sektorda sığorta fəaliyyətinin gücləndirilməsi 
məqsədilə 18 iyun 2002-ci ildən “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması 
haqqında”  AR  Qanunu  fəaliyyət  göstərir.  Aqrar  istehsalçılar  öz  əmlaklarının 
sığortalanmasının  sığorta  kompaniyaları  ilə  bağladıqları  könüllü  müqavilələr  vasitəsilə 
həyata  keçirirlər.  Bu  zaman  sığortalı  tərəfindən  sığorta  kompaniyasına(sığortaçı) 
ödəniləcək  sığorta  haqqı  sığortaçı  tərəfindən  təyin  edilən  sığorta  tarifləri  əsasında 
hesablanır,  sığorta  hadisəsi(təbii  fəlakət  və  ya  digər  hallarda)  baş  verdikdə  sığortaçı 
tərəfindən  sığortalıya  ödəniləcək  vəsaitin  maksimum  həddini  göstərən  sığorta  məbləği 
isə belə hesablanır: 
 
Bitkilər üzrə onların məhsulunun dəyərinin azı 70%-i məbləğində; 


 
68 
 
K/t  heyvanları,  ev  quşları,  dovşanlar,  xəzdərili  vəhşi  heyvanlar,  arı  ailələri  üzrə 
hüquqi  şəxslərdə-onların  balans  dəyərinin,  fiziki  şəxslərdə  isə  bazar  qiymətinin  azı 
80%-i məbləğində; 
 
K\t  təyinatlı  bina,  tikili,  qurğu,  avadanlıq,  maşın,  nəqliyyat  vasitəsi  və  digər  əmlak 
üzrə bazar qiymətinin tam məbləğində; 
Qanunda kənd təsərrüfatı istehsalçılarına sığorta haqqlarının ödənilməsi sahəsində 
dövlət yardımlarının ödənilməsi qaydaları da öz əksini tapmışdır. 
Kənd  təsərrüfatı  istehsalçıları  istehsal  etdikləri  məhsulları  birbaşa  və  topdansatış 
ticarət şəbəkələri vasitəsilə azad bazarlarda, tələb və təklif əsasında formalaşan sərbəst 
qiymətlərlə  reallaşdırırlar.  Bəzi  məhsulların  istehsalı,  satışı  və  qiymət  səviyyəsi  ilə 
bağlı isə dövlət xüsusi siyasət həyata keçirdiyindən bəzən onların reallaşdırılması fərqli 
qaydalarla  da  həyata  keçiriliə  bilər.  Məsələn,  “Taxıl  haqqında”(16.06.2000)  AR 
Qanununun  8-ci  maddəsinə  görə  fövqəladə  hallarda  istehlakçıların  taxıl  məhsullarına 
olan tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq, beynəlxalq öhdəlikləri 
yerinə yetirmək və lazım gəldikdə, daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin 
qarşısını  almaq  məqsədilə  AR-də  Dövlət  Taxıl  Fondu  fəaliyyət  göstərir.  Əsasən  taxıl 
birjası  vasitəsilə  yerli  istehsal,  zərurət  yarandıqda  isə  idxal  hesabına  formalaşan  bu 
fonda taxıl tədarük etmək məqsədilə dövlət sifarişçi orqanları hər il təminatlı minimum 
qiymətlərlə  taxıl  tədarükü  barədə  K V-də  elan  dərc  etdirirlər  və  istehsalçılarla 
(malgöndərənlərlə)  əvvəlcədən  müqavilə  bağlayırlar.  Tədarük  zamanı  taxıl  birjasında 
faktiki qiymətlər yüksək olduqda, tədarük edilən taxılın qiymətinin təminatlı minimum 
həddinə  müvafiq  əlavələr  edilir.  Bu  zaman  müqavilə  əsasında  yerli  istehsalçılardan 
tədarük  edilən  taxılın  dəyərinin  30%-dən  az  olmayan  hissəsinin  avans  qaydasında 
ə
vvəlcədən ödənilməsi də nəzərdə tutulmuşdur. 
Bununla yanaşı aqrar istehsalçılar “Dövlət satınalmaları haqqında” (27.12.2001) 
AR  Qanununa  müvafiq  olaraq  dövlət  tərəfindən  satın  alınan  digər  kənd  təsərrüfatı 
məhsulları  ilə  bağlı  keçirilən  tenderlərdə  də  iştirak  edə  bilərlər  və  qanuna  görə  belə 
tenderlərin  keçirilməsi  zamanı  nəzərdə  tutulan  tender  şərtlərində  yerli  istehsalçılara 
güzəştlərlə bağlı maddələrin olması da mümkündür.
34
 
                                                 
34
Dövlət satınalmaları haqqında” AR Qanunu, 27.12.2001,maddə: 2;  


 
69 
Beləliklə,  aqrar  istehsalçılar  öz  məhsullarını  həm  dövlət  orqanları,  həm  yerli 
topdan  və  pərakəndəsatış  təşkilatları  və  həm  də  xarici  təsərrüfat  subyektləri  ilə 
bağladıqları müxtəlif müqavilə formaları ilə reallaşdırırlar. 
Kənd  təsərrüfatında  istehsal  yüksəldikcə  aqrar  subyektlərin  istehsal  etdikləri 
məhsulların reallaşdırılması ilə bağlı yaranan iqtisadi əlaqələri də ildən-ilə genişlənir və 
ölkə  sərhədlərini  aşaraq  ən  uzaq  xarici  ölkələrə  qədər  uzanır.  12  -li  Əlavənin 
məlumatlarından görürük ki, islahatların aparılmağa başlanıldığı 1996-cı ildən bu vaxta 
qədər  kənd  təsərrüfatı  istehsalı  orta  hesabla  hər  il  5%-ə  qədər  armış,  bu  sektorun 
məşğulluqdakı  payı  da  1996-cı  ildəki  31,8%-dən  2003-cü  ildə  40%-ə  yüksəlmişdir. 
Bununla yanaşı həmin illər ərzində aqrar sektorun ÜDM-dəki payı 33,1%-dən 19,8%-ə 
düşərək  ciddi  bir  azalma  göstərmişdir  ki,  bu  da  digər  sektorların,  xüsusilə  neft 
sektorunun iqtisadiyyatda daha yüksək xüsusi çəkiyə yüksəlməsi ilə izah oluna bilər. Bu 
illər  ərzində  aqrar  sektorda  təsərrüfat  subyektlərinin  strukturuna  nəzər  yetirdikdə 
görürük  ki,  fermer  təsərrüfatları  da  daxil  olmaqla  hüquqi  şəxs  yaradaraq  fəaliyyət 
göstərən  subyektlərin  sayında  azalma,  fiziki  şəxs  formasında  fəaliyyət  göstərənlərin 
sayında  isə  artım  müşahidə  edilir  ki,  bu  da  sektorda  müəssisələşmənin  zəif  olmasının 
göstəricisidir.  Hal-hazırda  bu  sektorda  12-i  xarici  investisiyalı  olmaqla  8125  müssisə, 
10305 ədəd isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən təsərrüfat subyekti əmtəə və 
xidmətlərin istehsalı ilə məşğul olurlar.  
slahatların  başlandığı  dövrdən  indiyədək  əksər  kənd  təsərrüfatı  məhsullarının 
istehsalında artım müşahidə edilsə də, pambıq, tütün, üzüm və çay yarpağı kimi strateji 
ə
həmiyyətli məhsulların istehsalında ciddi azalma müşahidə edilmişdir ki, bunları sovet 
dövründəki rəqəmlərlə ümumiyyətlə müqayisə etmək mümkün deyildir. Bununla yanaşı 
bu dövrlər ərzində məhsuldar mal-qara sayında da donuzlar istisna olmaqla artım davam 
etmişdir.  
Beləliklə,  islahatlardan  sonrakı  dövrdə  kənd  təsərrüfatında  daxili  tələbatın 
ödənilməsi baxımından müsbət meyllər əmələ gəlsə də ölkənin ixrac potensialında ciddi 
geriliklər  özünü  göstərmiş,  bununla  yanaşı  istehsal  həcmi  və  məhsuldarlıq  mövcud 
imkanlar baxımından xeyli aşağı olmuşdur. 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə