Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə26/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

 
70 
Hal-hazırda  istehsal  olunan  istehsal  olunan  əksər  kənd  təsərrüfatı  məhsulları 
daxili bazarda reallaşır, sadəcə meyvə və tərəvəz sahəsində istehsalın müəyyən hissəsi, 
xüsusilə qonşu ölkələr olmaqla ixrac edilir. 
Beləliklə,  bu  fəsildə  ölkəmizdə  keçid  iqtisadiyyatı  şəraitində  aqrar  sektorun 
tənzimlənməsinin  müasir  vəziyyəti  ilə  tanış  olduq.  Bu  zaman  aqrar  təsərrüfatların 
fəaliyyətinin 
bütün 
mərhələlərində 
ortaya 
çıxan 
iqtisadi 
münasibətlərin 
tənzimlənməsində  yeni  iqtisadi  və  hüquqi  bazaya  nəzər  salınmış,  bu  sektorda  keçid 
prossesinin  əsas  elementi  hesab  olunan  özəlləşdirmə,  onun  bütün  istiqamətləri  üzrə 
mövcud  normativ-hüquqi  aqtlara  əsaslanaraq  şərh  edilmiş  və  ən  nəhayət  aparılan 
islahatlardan  sonra  aqrar  sektorda  yaranmış  yeni  iqtisadi  münasibətlər  sistemi, 
təsərrüfatlar  arası  iqtisadi  əlaqələrin  xarakteri,  onların  miqyası  müxtəlif  kəmiyyət  və 
keyfiyyət göstəriciləri əsasında qiymətləndirilmişdir. Növbəti və sonuncu fəsildə isə bu 
sektorda  iqtisadi  münasibətlərin  tənzimlənməsi  prossesinin  daha  da  təkmilləşdirilməsi 
üzrə  hal-hazırda  görülən  tədbirlər  və  dünya  təcrübəsi  qiymətləndirilərək  potensial 
imkanların ortaya çıxarılmasına çalışılacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
71 
Fəsil  III:  Aqrar  sektorda  iqtisadi  münasibətlərin 
tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri
 
3.1 Aqrar sahibkarlığın inkişafının tənzimlənməsinin iqtisadi-hüquqi əsasları 
XX  əsrin  sonlarına  doğru  aqrar  sektor  da  daxil  olmaqla  Azərbaycan  Respublikası 
iqtisadiyyatının  əksər  sahələrində  bazar  iqtisadiyyatına  keçidlə  bağlı  aparılan  radikal 
islahatlar  demək  olar  ki,  başa  çatmaq  üzrə  idi  və  bu  dövrdən  başlayaraq  iqtisadi 
tənzimlənmənin qarşısında yeni bir mərhələ - islahatlar nəticəsində yaranmış yeni bazar 
münasibətləri  və  strukturlarının  kəmiyyət  və  keyfiyyət  baxımından  daha  da 
təkmilləşdirilməsinə imkan verən inkişaf strategiyalarının qurulması və reallaşdırılması 
mərhələsi dayanmışdır.    
Bu  baxımdan  aqrar  sektorda  həmin  mərhələnin  ölkə  Prezidentinin  “Aqrar 
islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında” 22 mart 1999 118 №-
li  fərmanının  verilməsi  ilə  başlandığını  qeyd  etmək  mümkündür.  Həmin  fərman 
çərçivəsində kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna qalan bütün vergilərdən 
5 il müddətinə azad edilmiş(hal-hazırda bu müddət müvafiq qaydada 1 yanvar 2009-cu 
ilədək uzadılmışdır), 26 mart 1999-cu ildə qəbul olunan “Sovxozların, kolxozların və 
kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan  digər  hüquqi  və  fiziki 
şə
xslərin(emal  müəssisələrindən  başqa)  vergi  borclarının  silinməsi  haqqında” 
Qanunla  adı  çəkilən  subyektlərin  1999-cu  ilin  1  yanvar  tarixinə  olan  və  bu  Qanun 
qüvvəyə  mindiyi  günədək  ödənilməmiş  vergi  borcları,  onlara  tətbiq  edilən  maliyyə 
sanksiyaları  və  hesablanmış  peniyalar(həyətyanı  sahələr  üçün  hesablanmış  torpaq 
vergisindən  başqa)  silinmiş,  həmin  gün  NK-nın  qəbul  etdiyi  “Kənd  təsərrüfatı 
məhsullarının  istehsalçılarına  neft  məhsullarının  güzəştli  satışı  barədə”  49  №-li 
qərarı  əsasında  Kənd  Təsərrüfatı  Nazirliyi,  qtisadiyyat  Nazirliyi  və  Dövlət  Neft 
Ş
irkətinin  hazırladığı  Qaydalar  əsasında  adı  çəkilən  təsərrüfat  subyektlərinə  aradakı 
fərqin dövlət büdcəsi hesabına Dövlət Neft Şirkətinin təchizat təşkilatlarına ödənilməsi 
şə
rti ilə 30 min ton A-76 benzini, 120 min ton dizel yanacağı, 6 min ton M-8V1 və M-
12VB motor yağlarının təxminən yarı qiymətə satılması nəzərdə tutulmuş, habelə aqrar 
istehsalçılara  kredit  resurslarının  ayrılması  və  digər  tədbirlər  həyata  keçirilmişdir. 
Görülən tədbirlərin davamı olaraq 9 noyabr 1999-cu ildə bir növ aqrar sahədə aparılan 


 
72 
islahatlara  yekun  vurma  xarakteri  daşıyan  “1999-2000-ci  illərdə  AR-də  aqrar 
islahatların  dərinləşdirilməsi  və  kənd  təsərrüfatında  sahibkarlığın  inkişafına 
kömək göstərilməsinə dair Dövlət Proqramı haqqında” 203 №-li Prezident fərmanı 
verildi.  Proqramda  aqrar  islahatın  dərinləşdirilməsinə  dövlət  himayəsi  aşağıdakı  əsas 
istiqamətlərdə nəzərdə tutulmuşdu: 
 
Aqrar  sahədə  əmlakın  özəlləşdirilməsinin  başa  çatdırılması:  Burada  əvvəki 
fəsildə haqqında geniş danışdığımız sovxoz və kolxoz əmlakının, aqrar sahənin emal 
və  müvafiq  xidmət  sahələrinin  özəlləşdirilməsinin  və  kənd  sosial  infrastruktur 
obyektlərinin  mülkiyyət  formasının  müəyyənləşdrilməsinin  başa  çatdırılması 
nəzərdə tutulur; 
 
Torpaq islahatının başa çatdırılması: Torpaq paylarının, bununla bağlı mülkiyyət 
hüquqlarını  təsdiq  edən  sənədlərin  paylanması,  habelə  həyətyanı  sahələr  üzərində 
mülkiyyəti  təsdiq  edən  sənədlərin  verilməsinin  başa  çatdırılması  və  torpaq  bazarı 
institutlarının yaradılma işinə kömək edilməsi kimi tədbirləri əhatə edir; 
 
Meliorasiya  və  su  təsərrüfatı  sahəsində  islahatların  sürətləndirilməsi
Torpaqların  meliorativ  vəziyyətinə  və  sudan  istifadəyə  dövlət  nəzarətinin  təmin 
edilməsi,  təsərrüfatdaxili  meliorasiya  və  irriqasiya  sistemləri  üzərində  mülkiyyət 
hüquqlarının müəyyən edilməsi, sudan təsərrüfat məqsədləri üçün istifadə edənlərin 
hüquq  və  mənafelərinin  qorunması  məqsədilə  ölkədə  Sudan 
stifadəedənlər 
Assosiasiyasının  yaradılmasına  metodiki  köməklik  göstərilməsi  tədbirlərinin  həyata 
keçirilməsini nəzərdə tutur; 
 
Aqrar  sahədə  sahibkarlığın  inkişafına  dövlət  yardımı:  Kredit,  sığorta, 
texnologiyalar,  təchizat-satış  şəbəkələri,  idxal-ixarc  kimi  bir  sıra  sahələrdə  aqrar 
sahibkarlarlığın inkişafına xidmət edən geniş tədbirlər kompleksini əhatə edir; 
 
Aqrar  sahədə  idarəetmə  sisteminin  islahatı:  ASK-nın  bütün  həlqələrində  dövlət 
idarəetmə 
orqanlarının 
funksiyalarının 
bazar 
iqtisadiyyatı 
prinsiplərinə 
uyğunlaşdırılması və onların yenidən təşkil edilməsini nəzərdə tutur; 
 
Kəndin  sosial  inkişafı:  Kənd  təsərrüfatı  əmtəə  istehslçılarının  sosial  müdafiəsinin 
gücləndirilməsi  və  kəndlərdə  sosial  infrastrukturun  inkişaf  etdirilməsi  tədbirlərinin 
həyata keçirilməsindən ibarətdir; 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə