Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə23/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

 
61 
tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak isə özəlləşdirilir. Bu 
zaman  həmin  müəssisələrdəki  əmlak  payı  qanunun  11-ci  maddəsinə  əsasən  aşağıdakı 
ardıcıllıqla müəyyənləşdirilir: 
1.
 
Ə
mlak inventarlaşdırılır və qiymətləndirilir; 
2.
 
Müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar 
ödənilir; 
3.
 
Ə
mlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyən edilir; 
4.
 
Müəssisənin  əmlakında  bölünməyən  və  bölünən  hissələri  təyin  edilir  (ümumi 
istifadəsi  zəruri  hesab  edilən  əmlak  bölünməyən,  yerdə  qalan  əmlak  bölünən 
ə
mlakdır); 
5.
 
Ə
mlak  payları  əmək  fəaliyyəti  nəzərə  alınmaqla  müəyyən  edilir  və  mülkiyyətçilərə 
verilir(qanunun  9-cu  maddəsinə  əsasən  fərdi  əmlak  payları  pay  almaq  hüququ  olan 
şə
xslərin  qərarı  ilə  naturada  fərdi  və  ya  birgə  sahibkarlığa  əsaslanan  xüsusi 
mülkiyyətə də verilə bilər); 
Kolxoz  əmlakının  bölüşdürülməsi  isə  12-ci  maddəyə  əsasən  kollektivin  ümumi 
yığıncağının qərarı əsasında aparılır. Yəni burada düzgün olaraq kolxozlara müstəqillik 
verilir. 
10  -li  Əlavədən  göründüyü  kimi  1970  ədəd  olan  sovxoz  və  kolxozların  41 
qanuna uyğun olaraq 41-i dövlət mülkiyyətində saxlanılmış, 1929-u isə islahata məruz 
qalmışdır.  Məhz  bu  təsərrüfatların  ümumi  əmlakının  6,9%-i  “Sovxoz  və  kolxozların 
islahatı haqqında” qanunun 9-cu maddəsinə əsasən dövlət mülkiyyətində saxlanılmış, 
22,9%-i  adı  çəkilən  qanunun  10-cu,“Aqrar  islahatların  əsasları  haqqında”  qanunun 
isə  6  və  8-ci  maddələrinə  əsasən  bələdiyyə  mülkiyyətinə,  qalan  70,2%  isə  xüsusi 
mülkiyyətə  verilmişdir.  Beləliklə,  göstərilən  tarixə  qədər  əmlakın  bölüşdürülməsi 
demək olar ki, başa çatmışdır. 
Nəticədə  sovxoz  və  kolxozların  torpaq  və  əmlakı  bölüşdürülsə  də  onların  yerində 
Sovxoz  və  kolxozların  islahatı  haqqında”  Qanunun  13-cü  maddəsində  nəzərdə 
tutulmuş və bazar prinsiplərinə uyğun fəaliyyət göstərən dövlət k/t istehsalı müəssiələri, 
məhdud  məsuliyyətli  müəssisə  formasında  fəaliyyət  göstərən  birgə  təsərrüfatlar, 
kooperativlər  və  təsərrüfatlararası  müəssisələr,  səhmdar  cəmiyyətləri,  fərdi  müəssisə 
formasında  fəaliyyət  göstərən  kəndli(fermer)  təsərrüfatları,  şərikli-payçı  və  şərikli 


 
62 
müəssisə  formasında  fəaliyyət  göstərən  k/t  müəssisələri,  müəssisələr  birliyi 
formasında fəaliyyət göstərən birliklər, assosiasiyalar və digər mütərəqqi təsərrüfatçılıq 
formaları yaradılmış və yaradılmaqdadır.   
Aqrar  bölmədə  özəlləşdirmənin  sonuncu  istiqaməti  isə  bu  sektorda  istehsal-
infrastruktur  sahələrində  yeni  mülkiyyət  münasibətlərinin  qurulması  sahəsində 
olmuşdur. Bura aşağıdakılar aiddir: 
 
Meliorasiya və su təsərrüfatı obyektləri
 
Emal sənayesi və istehsal infrastrukturu obyektləri
 
Sosial infrastruktur obyektləri
Meliorasiya və su təsərrüfatı sahəsində mülkiyyət münasibətlərini dəyişdirmək və 
suyun  pullu  istifadəsini  tətbiq  etməklə  ondan  istifadənin  səmərəliliyini  yüksəltmək 
məqsədi güdülür. Bu zaman iri su mənbələri, meliorasiya və suvarma sistemləri, onların 
istismarı  müəssisələri  və  digər  obyektlərin  dövlət  mülkiyyətində  saxlanılması, 
təsərrüfatdaxili  meliorasiya  və  su  təsərrüfatı  obyektlərinin  isə  sovxoz  və  kolxozların 
qərarı  ilə  bələdiyyə  mülkiyyətinə  və  ya  islahat  nəticəsində  yaranan  mülkiyyətçilərin 
sərəncamına verilməsi nəzərdə tutulmuşdur.  
Emal  sənayesi  və  istehsal  infrastrukturu  obyektləri  bələdiyyə  və  dövlət 
mülkiyyətində  ola  bilər  və  “Aqrar  islahatların  əsasları  haqqında”  qanunun  7-ci 
maddəsinə əsasən özəlləşdirilə bilər. Bələdiyyə müəssisəsi özəlləşdirilərkən satılır və ya 
səhmləşdirilir.  Əgər  müəssisə  satılırsa,  üstünlük  kollektiv  uzvlərinə  və  xammal 
istehsalçılarına verilir, səhmləşdirildikdə isə nəzarət zərf paketi xammal istehsalçılarına 
güzəştli  şərtlərlə  satılır,  müəyyən  hissəsi  kollektiv  üzvlərinə  pulsuz  verilir,  qalan 
səhmlər  isə  ümumi  qaydada  satılır.  Bu  zaman  müəssisə  emal  müəssisəsidirsə,  onun 
dəyrinin 10%-ə qədərinin bələdiyyə mülkiyyətində saxlanılmasına icazə verilir. Dövlət 
mülkiyyəti  altında  olan  bu  tipli  müssisə  və  obyektlərin  özəlləşdirilməsi  isə 
özəlləşdirmənin  birinci  mərhələsində  “Dövlət  mülkiyyətinin  özəlləşdirilməsi 
haqqında”  (07.01.1993)  AR  Qanunu  və  buna  uyğun  olaraq  təsdiq  edilmiş  “AR-də 
1995-1998-ci  illərdə  dövlət  mülkiyyətinin  özəlləşdirilməsinin  dövlət  proqamı” 
(29.09.1995),  ikinci  mərhələsində  isə  yenidən  qəbul  olunmuş  “Dövlət  əmlakının 
özəlləşdirilməsi haqqında”(16.05.2000) AR Qanunu və  qəbul edilmiş “AR-də dövlə


 
63 
ə
mlakının  özəlləşdirilməsinin  II  Dövlət  proqramı”(10.08.2000)  adlı  normativ 
aktlara uyğun həyata keçirilir.                                       
Sovxoz  və  kolxozların  balansındakı  sosial  infrastruktur  obyektləri  üzərində 
mülkiyyət  məsələləri isə əmlak payı almaq hüququ olan şəxslərin qərarı ilə həll edilir. 
Bu zaman həmin obyektlərin əsas təyinatının dəyişdirilməsinə yol verilmədən səhiyyə, 
bədən  tərbiyəsi  və  idman  obyektləri,  uşaq  baxçaları  və  körpələr  evi,  ümumtəhsil 
məktəbləri  və  digər  obyektlərin  birgə  sahibkarlığa  əsaslanan  xüsusi  mülkiyyətdə 
qalması  və  ya  bələdiyyə  mülkiyyətinə  verilməsi,  kommunal  təsərrüfat,  istilik  və  su 
sistemləri,  məişət  xidməti,  ticarəti,  ictimai  iaşə  obyektlərinin  isə  satılması  və  ya  birgə 
sahibkarlığa  əsaslanan  xüsusi  mülkiyyətə  verilməsi  və  ya  mənzil  fondunun 
özəlləşdirilməsinə dair qanuvericiliyə uyğun olaraq kirayəçilərin mülkiyytinə verilməsi 
nəzərdə tutulmuşdur. 
Beləliklə,  bu  paraqrafda  ölkəmizdə  aqrar  sektorda  aparılan  islahatların  mühüm 
mexanizmləindən biri olan özəlləşdirməyə ətraflı şəkildə nəzər saldıq və  bu zaman öz 
araşdırmamızı  üç  istqamətdə-torpaq  islahatı,  sovxoz  və  kolxozların  islahatı  və  aqrar 
sektor  istehsal-infrastruktur  obyektlərinin  islahatı  istiqamətlərində  həyata  keçirərək 
aparılan özəlləşdirmə prossesinin məqsədi, istiqamətləri, əhatə dairəsi, həyata keçirilmə 
forma  və  metodları  və  əsas  prinsiplərini  mövcud  qanunvericilik  və  dünya  təcrübəsi 
ə
sasında şərh etməyə çalışdıq. Növbəti paraqrafda isə aparılan islahatlardan sonra aqrar 
sektorda iqtisadi əlaqələr və onların müasir vəziyyətinə toxunulacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə