Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə19/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

 
50 
2.2 Aqrar sahədə özəlləşdirmə və onun əsas prinsipləri 
Aqrar  sektorda  sosialist  iqtisadiyyatından  bazar  iqtisadiyyatına  keçid  prossesinin 
ə
sas  istiqamətlərindən  biri  aparılan  mülkiyyət  münasibətlərinin  transformasiyasıdır  ki, 
bu  da  əsasən  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  və  dövlətsizləşdirilməsi  yolu  ilə 
həyata  keçirilir.  Dövlətsizləşdirmə  və  özəlləşdirmə  anlayışları  bəzən  eyni  mənada 
işlədilsə də mahiyyət etibarilə bir-birindən fərqlənirlər. Belə ki, dövlətsizləşdirmə daha 
geniş  anlayışdır,  kompleks  tədbirlər  sistemidir  və  özəlləşdirmə  onun  xüsusi  bir 
istiqaməti  və  ya  həyata  keçirilmə  vasitələrindən  biridir.  Bu  mənada  dövlətsizləşdirmə 
dedikdə,  çoxukladlı  iqtisadiyyata  keçid  prossesində  iqtisadiyyatın  idarə  olunmasının 
mərkəzsizləşdirilməsini,  dövlətin  iqtisadiyyata  müdaxiləsinin  minimum  səviyyəyə 
endirilməsini,  sosial-iqtisadi  həyatın  bütün  sahələrində  dövlət  inhisarının  aradan 
qaldırılmasını  və  çoxnövlü  mülkiyyət  münasibətləri  sisteminin  formalaşdırılmasını 
nəzərdə  tutan  tədbirlər  kompleksi  başa  düşüldüyü  halda,  özəlləşdirmə  dedikdə,  sadəcə 
dövlət  əmlakının  idarə  ediməsinin  və  ya  mülkiyyətinin  özəl  bölməyə  verilməsi  və  ya 
satılması  başa  düşülür.  Bu  baxımdan  dövlətsizləşdirmə  və  özəlləşdirmə  tədbirləri 
inkişaf etmiş ölkələrdə əsasən iqtisadiyyatın səmərəliliyinin artırılması məqsədi daşıdığı 
halda, Azərbaycan Respublikasının da daxil olduğu keçid iqtisadiyyatlı ölkələrdə sistem 
transformasiyasının ən effektli vasitələrindən biri kimi istifadə olunmaqdadır.  
Ölkəmizin  aqrar  sektorunda  aparılan  özəlləşdirmə  prossesi  özünü  aşağıdakı 
istiqamətlərdə göstərir: 
1.
 
Torpaq islahatı və torpaq üzərində yeni mülkiyyət münasibətlərinin qurulması; 
2.
 
Sovxoz  və  kolxozların  restrukturizasiyası  və  onların  bazasında  yeni  mülkiyyət 
münasibətlərinə əsaslanan təsərrüfatların qurulması; 
3.
 
Aqrar  bölmənin  istehsal-infrastruktur  sahələrində  yeni  mülkiyyət  münasibətlərinin 
qurulması; 
Torpaq  islahatı  tarixən  bütün  ölkə  və  xalqların  bu  və  ya  digər  şəkildə  şahidi 
olduğu, çox böyük sosial, iqtisadi, siyasi və mədəni aqt olmaqla mühüm əhəmiyyət kəsb 
edir.  Əslində  onun  mahiyyəti  haqqında  iqtisadi  ədəbiyyatlarda  ümumi  bir  fikir  birliyi 
yoxdur
28
. Kommunist sistemin ortaya çıxmasından əvvəl torpaq islahatı “hakim sosial 
                                                 
28
Toshihiko  Kawagoe,  “Agricultural  Land  Reform  in  Postwar  Japan:  Experience  and  Issues”,  World  Bank  Policy 
Research Working Paper 2111, May 1999, səhfə: 3;   


 
51 
münasibətləri dəyişdirmədən iqtisadi və siyasi ziddiyyətləri həll etməyə yönəlmiş 
qanunla  tətbiq  olunan  instutsional  yenilik
29
  kimi  qəbul  olunurdu.  Komunist 
sistemdə isə bu prosses şiddətli revalyusiya şəklində baş vermiş, mövcud sosial-iqtisadi 
qurluşu  məhv  etmək  məqsədi  güdürdü.  Bunları  nəzərə  alaraq  geniş  şəkildə  torpaq 
islahatına  mövcud  vəziyyətə  siyasi  nəzarəti  və  sinifi  srukturu  dəyişdirməyə  yönəlmiş 
siyasi aqt kimi baxa bilərik. Bu zaman torpaq üzərində mülkiyyət və istifadə hüquqları 
ya inzibati şəkildə, ya da stimullaşdırıcı bazar əmliyyatları vasitəsilə transfert edilir. 
Torpaq  islahatı  elə  bir  prossesdir  ki,  onun  nəticəsində  aqrar  sektorun  istehsal 
strukturu  və  üsulunda  kompleks  dəyişikliyə  nail  olmaq  mümkündür.  Məsələn,  torpaq 
islahatı  proqramı  kollektiv  və  dövlət  mülkiyyətli  təsərrüfat  strukturlarını  dağıtmağı  və 
böyük  plantasiyaları  kiçik  fermer  təsərrüfatlarına  ayırmağı  nəzərdə  tutursa,  bu  təkcə 
gəlir  və  sərvət  bölgüsünə  təsir  etməyəcək,  həm  də  fermerlərin  uyğunlaşdığı  istehsal 
məhsulları və texnologiyaları da dəyişdirəcəkdir. Bununla yanaşı prosses aqrar sektorda 
marketinq  institutlarının,  əmək  bazarı  strukturunun  və  menecment  sistemlərinin  də 
dəyişilməsini stimullaşdıracaqdır. 
Torpaq islahatı həm də siyasi və iqtisadi məqsədlər daşıya və ya onların hər ikisini 
özündə  birləşdirə  bilər.  Məsələn,  islahat  torpaq  əmlakını  yenidən  bölüşdürərək  sosial 
sabitliyə nail olmağı nəzərdə tutursa bu siyasi məqsəd, torpaq üzərində iqtisadi-hüquqi 
münasibətləri dəyişdirməklə aqrar istehsalda müəyyən səmərəliliyə nail olmağı nəzərdə 
tutursa iqtisadi məqsəd sayılır və bunlar bəzən bir-birilə ziddiyyət də təşkil edə bilərlər. 
Məhz  bu  baxımdan  ölkəmizin  də  daxil  olduğu  sosialist  sistemindən  bazar  iqtisadi 
sisteminə  keçid  prossesində  olan  ölkələrdə  aparılan  torpaq  islahatı  bütövlükdə 
transformasiya  prossesinin  tərkib  hissəsi  olduğundan  həm  siyasi,  həm  də  iqtisadi 
məqsədləri özündə birləşdirən islahat modeli kimi qiymətləndirilməlidir.  
Keçmiş  Sovet  Respublikalarında  torpaq  islahatının  başlanğıcı  əslində  hələ  bu 
qurum dağılmamışdan öncə, 1990-cı il fevral ayında qəbul olunmuş “SSR  və Müttəfiq 
Respublikalar Torpaq Qanunvericiliyinin Əsasları” (Principles of Legislation of the 
USSR and Union Republics on Land) adlı qanunun qəbulu ilə başlamışdır. Məhz həmin 
sənəd  Müttəfiq  Respublikalara  torpaq  münasibətləri  sahəsində  özlərinin  xüsusi 
                                                 
29
De Janvry Alain, “The Role of Land Reform in Economic Development: Policies and Politics”, American Journal of 
Agricultural Economics, 63, May, 1981, pp. 384-392, səhfə: 384-385;  


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə