28
iqtisadi sistem təbii və ya spontan sistemdən çıxaraq artifisyal sistemə doğru hərəkət
edir.
Qeyd etdiklərimizi bazar iqtisadiyyatı şəraitində konkretləşdirsək deyə bilərik ki,
iqtisadi sistemin mükəmməl şəkildə işləməsinə çalışan dövlət bu sistemdə yaranan
iqtisadi münasibətləri tənzimləmək üçün aşağıdakı istiqamətlərdə hüquqi tənzimləmə
sistemini formalaşdırır:
Bazarın fromalaşmasını təmin edən rəqabət, mülkiyyət, miras və ticarət
münasibələrinə dair norma, qayda və qurumların yaradılması;
Ə
mək münasibələri sisteminə dair hüquqi norma, qayda və qurumların yaradılması;
Sosial müdafiə sisteminə dair hüquqi norma, qayda və qurumların yaradılması;
Maliyyə sistemi ilə bağlı hüquqi norma, qayda və qurumların yaradılması;
Pul - kredit sistemi ilə bağlı hüquqi norma, qayda və qurumların yaradılması;
Xarici ticarət sistemi ilə bağlı hüquqi norma, qayda və qurumların yaradılması;
ntellektual mülkiyyət hüquqları ilə bağlı hüquqi norma, qayda və qurumların
yaradılması və.s;
Bazar iqtisadiyyatında iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin yuxarıda
göstəriyimiz çərçivəsi daxilində iqtisadiyyatın ayrı-ayrı sahələrində yaranan
münasibətlərin hüquqi tənzimlənməsi özünəməxsusluğu ilə seçilir ki, bunlardan biri də
aqrar sahədir. Bu sahədə həyata keçirilən sahibkarlıq fəaliyyəti zamanı yaranan
münasibətlər 2 № - li Əlavədə verilmişdir.
Cədvəldən göründüyü kimi aqrar sahibkarlıqda hüquqi tənzimlənmənin obyekti
qismində iki qrup münasibətlər sistemi çıxış edir. Çox geniş dairəni əhatə edən bu
münasibətlər sistemi hüququn müxtəlif sahələrinin, torpaq, mülki, əmək, inzibati,
maliyyə, cinayət və.s hüquq sahələrinin normaları ilə tənzimlənir və bu zaman azad
bazar iqtisadiyyatından irəli gələn bir sıra prinsiplər gözlənilməlidir
23
:
Ölkə vətəndaşlarının mükəmməl qidalanma hüququnun təmin edilməsi;
Aqrar münasibət subyektlərinin hüquq bərabərliyinin təmin edilməsi;
Kəndlilərin əmək istiqamətləri və formalarını, təsərrüfat fəaliyyətini könüllü seçmək
hüququnun təmin edilməsi;
23
L.T. Axundzadə, A.Ə. Əsədov, “Aqrar Hüququ”, Bakı, “Qanun”, 2003, səhfə: 16-17;
29
Çoxukladlı mülkiyyət formalarının möhkəmləndirilməsi və onlara əsaslanan
təşkilati-hüquqi formaların hərtərəfli mühafizəsi;
Aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zəmanət sisteminin genişləndirilməsi;
Aqrar sahibkarlıq sferasında dövlətin təsbit edilmiş tənzimləyici funksiyasının
möhkəmləndirilməsi;
Aqrar sahibkarlığın əmək fəaliyyətinin təbii iqlim şəraiti ilə üzvi əlaqəsi və həmin
fəaliyyətin ekoloji istiqamətinin nəzərə alınması;
Təsərrüfat və hüquqi müstəqillik, sahibkarlıq fəaliyyətinin nəticələrinə görə kənd
təsərrüfatı kommersiya təşkilatlarının cavabdehliyi və maddi maraqlılığının təmin
edilməsi;
Aqrar münasibətlərin hüquqi tənzimlənməsinin tamlığı, aqrar qanunvericiliyin
mütəmadi yeniləşməsi, aqrar münasibətlərin bütün iştirakçılarının fəaliyyətində
qanunçuluğun təmin edilməsi;
Aqrosənaye kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi;
Aqrar hüquq münasibətləri iştirakçılarının subyektiv hüquqlarının reallığı və
zəruriliyinin gözlənilməsi və.s;
Məhz bu prinsiplərə uyğun olaraq da aqrar sektorda hüquqi tənzimlənmənin icazə,
göstəriş və qadağan xarakterli metodları müvafiq şəkildə seçilirək tətbiq edilir.
Aqrar münasibətlərin hüquqi tənzimlənməsində icazə xarakterli metodlar dedikdə
qanunla qadağan olunmayan istənilən iqtisadi fəaliyyət və əməliyyatın yolverilənliliyi
prinsipi nəzərdə tutulur. Belə ki, bazar iqtisadiyyatı şəraitində hər bir bazar subyekti
qanunla qadağan olunmayan istənilən fəaliyyətlə məşğul ola bilər və istənilən
ə
məliyyatın iştirakçısına çevrilə bilər. Başqa sözlə iqtisadi subyekt mövcud
qanunvericiliklə qadağan olunmamış heç bir fəaliyyət və əməliyyata görə müvafiq
inzibati və ya cinayət məsuliyyəti daşıya bilməz. Bəzi fəaliyyət və əməliyyatlarla bağlı
isə xüsusi icazə (lisenziya) nəzərdə tutulur və bazar subyekti müvafiq rüsumu köçürərək
aidiyyətli dövlət orqanlarından belə icazələri alır.
Bazar iqtisadiyyatında qadağan xarakterli metodlara o qədər üstünlük verilməsə də
bir sıra ictimai təhlükəli və ictimai mənafeyə zərbə vuran fəaliyyət və əməliyyatlar
qanunverici tərəfindən qadağan edilərək sanksiyalaşdırılır. Məs, aqrar sektorda əksər
30
bitkilərin əkib - becərilməsi sərbəst olduğu halda, narkotik maddə istehsalında istifadə
edilən bir sıra bitkilər üzrə bu hüquq məhdudlaşdırıla və ya qadağan edilə bilər.
Aqrar sahibkarlıqda hüquqi tənzimlənmənin göstəriş xarakterli metodları isə özünü
ə
sasən
təsərrüfatdaxili
və
dövlət
orqanları
ilə
yaranan
münasibətlərinin
tənzimlənməsində göstərir.
Beləliklə, bütün bu prinsip və metodları özündə birləşdirməklə daimi və fasiləsiz
bir prosses olan hüquqi tənzimləmə normativ aktların ierarxiyası, bir-birini tamamlama
və konkretləşdirmə prinsipinə əsaslanaraq 3 №-li Əlavədə göstərdiyimiz model üzrə
ardıcıl həyata keçirilir.
Aqrar sahibkarlıqda yaranmış iqtisadi münasibətlərin əsas və zəruri bir hissəsini
torpaqla bağlı münasibətlər təşkil edir. Çünki aqrar sahibkarlıqda həyata keçirilən
təsərrüfat fəaliyyəti birbaşa torpaqla bağlı olduğundan bu fəaliyyətə başlayan hər bir
sahibkarın həll etməli olduğu ilk məsələlərdən biri torpaq resursunun təmin edilməsidir.
Bu zaman torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı hüquqi tənzimləmənin
qarşısına çıxan vəzifələr keçid iqtisadiyyatı və sabit iqtisadiyyat şəraitində
fərqlənir.Belə ki, keçid dövründə bütün sahələrdə olduğu kimi torpaq münasibətləri də
islahatlara məruz qalaraq yenidən formalaşır və bu zaman mövcud torpaqlar üzərində
yeni mülkiyyət hüququnun formaları, torpaqların bölüşdürülməsi, bölüşdürülmə
mexanizmi, bu zaman pay almalı olan subyektlərin əhatə dairəsi və.s məsələlərin həlli
qarşıya çıxdığı halda, sabit iqtisadiyyat şəraitində əsasən istehsal münasibətlərinin
təkmilləşdirilməsini, istehsalın məhsuldarlığının artırılmasını təmin etmək məqsədilə
torpaqdan istifadə ilə bağlı münasibətlərdə tənzimlənmənin səmərələşdirilməsi
məsələləri aktuallaşır. Bununla yanaşı hər iki şəraitdə torpaq sahələri üzrə icarə, alqı-
satqı münasibətləri, bir sözlə torpaqların dövriyyəsini təmin edən torpaq bazarının
tənzimi məsələləri də hüquqi tənzimlənmənin əsas vəzifələri hesab olunur.
Ümumiyyətlə torpaqla bağlı münasibətlərin hüquqi tənzimlənməsində istehsal
münasibətlərini daha da təkmilləşdirərək aqrar sektorda məhsuldarlığın artırılması,
sosial ədalətin təmin edilməsi və torpaqdan təyinatı üzrə istifadə edilməklə onun
səmərəliliyinin yüksəldilməsi prinsipləri əsas götürülür.
Aqrar təsərrüfatlarda hüquqi tənzimlənmənin digər bir istiqaməti maşın və
avadanlıqlar, binalar, qurğular və.s əmlak obyektlərinin yaradılması və onlardan
Dostları ilə paylaş: |