16
1.
Aqrar bazarın liberallaşdırılması: Aqrar sektorda istehsal olunan məhsulların və
istifadə edilən resursların bölüşdürülməsində komanda iqtisadiyyatına xas olan
dövlət inhisarını aradan qaldıraraq bu funksiyanın azad bazarlara ötürülməsini
nəzərdə tutur. Əsas tədbirləri də qiymətlərin və ticarətin liberallaşdırılması, kənd
təsərrüfatı istehsalçı və istehlakçılarına olan subsidiyaların məhdudlaşdırlımasıdır.
Bu zaman dəyişən qiymətlər, gəlirlər və digər monetar kəmiyyətlər istehsalçı və
istehlakçıların bazar qərarlarını müəyyənləşdirən əsas faktora çevrilməklə ölkədə
kənd təsərrüfatı istehsalı, istehlakı və ticarətinin həcm və strukturunun daima
dəyişməsinə səbəb olur;
2.
Aqrar sektorda yeni mülkiyyət münasibətlərinin formalaşdırılması: Buraya
dövlət və bələdiyyə mülkiyyətində olan obyektlərin müəyyənləşdirilməsi, torpaq
islahatı və onun nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətli torpaqların
ayrılması, meliorasiya və su təsərrüfatı müəssisələri üzərində mülkiyyət
münasibətlərini dəyişdirməklə onlardan istifadənin mütərəqqi formalarının təsbit
olunması, kənd təsərrüfatı emal müəssisələrinin və infrastruktur obyektlərinin
dövlətsizləşdirilməsi və özəlləşdirilməsi, sosial infrastruktur obyektlərində yeni
mülkiyyət münasibətlərinin formalaşdırılması, istehlak kooperasiyalarının islahatı
kimi məsələlərin yerinə yetirilməsi aiddir;
3.
Aqrar təsərrüfatların restrukturizasiyası: Özəlləşdirmə və torpaq islahatı kimi
tədbirlərlə aqrar təsərrüfatlarda mülkiyyət münasibətləri, təşkilatlanma, idarəçilik
formalarının və istehsal üsulunun kökündən dəyişdirilməsini və bununla da
səmərəliliyin yüksəldilməsini nəzərdə tutur. Bu zaman kolxoz və sovxozların
bazasında və dövriyyəyə cəlb olunmuş yeni torpaqlar üzərində xüsusi mülkiyyətli
fermer təsərrüfatları və yardımçı təsərrüfatlar, birgə mülkiyyət hüququna əsaslanan
müştərək təsərrüfatlar, kooperativlər, səhmdar cəmiyyətləri və dövlət mülkiyyətinə
ə
saslanan dövlət kənd təsərrüfatı müəssisələri və səhmdar cəmiyyətlərinin
yaradılması əsas məsələlərdəndir;
4.
Aqrar sektorda kommersiya infrastrukturunun yaradılması: Bazar orientasiyalı,
səmərəli işləyən kənd təsərrüfatı iqtisadiyyatının ehtiyaclarını ödəyən özəl və dövlət
institutlarının və ya xidmətlərinin yaradılmasından ibarətdir. Buraya aqrar bank,
sığorta və digər kredit institutlarının, bazar informasiya sistemlərinin, təchizat,
17
bölüşdürmə və satış sistemlərinin, bazar subyektləri arasında yaranan
münasibətləri tənzimləyən hüquq infrastrukturunun yaradılması kimi məsələlər
daxildir;
5.
Aqrar bölmədə dövlət təminatı sisteminin yaradılması: Aqrar sektorda sosialist
dövlətinə xas olan sərt inzibati-amirlik idarəetmə sistemindən bazar prinsiplərinə
ə
saslanan və bütün ölkələrə xas olan aqrar sektorun dövlət təminatı sistemini özündə
birləşdirən iqtisadi idarəetmənin yaradılmasını nəzərdə tutur. Bu zaman aqrar
infrastruktur müəssisələrinin inkişafı, bir sıra vergi güzəştləri və maliyyə
yardımlarının tətbiq edilməsi, aqrar bazarın tənzimlənməsi, kənd əhalisinin sosial
müdafiəsi, aqrar bölmə mütəxəssislərinin hazırlanması, sektorun elmi təminatı kimi
məsələlər ön plana çıxır;
Beləliklə, yuxarıda aqrar sektor fəaliyyətləri və dövlətin aqrar siyasətilə bağlı
nəzəriyyələrə, aqrar sektorun dünya iqtisadiyyatında rolunun tarixən necə dəyişməsi və
buna uyğun olaraq da dövlətin aqrar siyasətinin hansı istiqamətlərdə inkişaf etməsi
məsələlərinə, müasir dövrdə dövlətin aqrar siyasətinin formalaşmasında mühüm rol
oynayan bu sektorun spesifik xüsusiyyətləri və onun ölkə iqtisadiyyatının inkişafına
göstərdiyi müxtəlif istiqamətli təsirlərə, bütün bu deyilənlər fonunda müasir dövrdə
ə
ksər ölkələrdə həyata keçirilən aqrar siyasətin mahiyyəti və onun qarşısında sabit
iqtisadiyyat və keçid iqtisadiyyatı şəraitində duran əsas vəzifələrə nəzər salınmış,
növbəti paraqrafda isə aqrar siyasətin qarşıya qoyduğu məqsəd və vəzifələrə uyğun
forma və metodları özündə birləşdirən, bazar iqtisadiyyatı şəraitində aqrar siyasətin əsas
tərkib hissəsi olan aqrar sektorun dövlət tənzimlənməsi məsələləri şərh ediləcəkdir.
18
1.2 Bazar iqtisadiyyatı şəraitində aqrar münasibətlərin tənzimlənməsinin
forma və metodları
Bazar iqtisadiyyatına keçid iqtisadiyyatın bütün sferalarında olduğu kimi aqrar
münasibətlərin tənzimlənməsində də yeni forma və metodların işlənib hazırlanmasını və
həyata keçirilməsini zəruri edir. Bu zaman azad bazarın əsas atributları olan istehsal
azadlığı, qiymət azadlığı, xüsusi mülkiyyət prioritet olmaqla mülkiyyət formalarının
müxtəlifliyi, azad rəqabət, müqavilə, əmək növünü seçib işləmək, fəaliyyətdən əldə
olunan gəlirin xərclənməsi, mülkiyyət əldə etmək və informasiya əldə etmək azadlıqları,
iqtisadiyyata dövlət müdaxiləsinin minimumlaşdırılması kimi prinsiplərin gözlənilməsi
ilə yanaşı aqrar sektorda dövlətin proteksionist fəaliyyətinin həyata keçirilməsi prinsipi
də təmin edilməlidir.
Ə
lavə №1- də də göstərdiyimiz kimi bazar iqtisadiyyatı şəraitində aqrar
münasibətlər iki formada, dövlət və təsərrüfatlar səviyyəsində tənzimlənir. Təsərrüfatlar
səviyyəsində tənzimləmə əsasən müəssisələrin marketinq xidmətlərinin fəaliyyəti,
onların ayrı-ayrı bazar subyektləri ilə bağladıqları müstəqil müqavilələr, üzv olduqları
və ya xidmətlərindən istifadə etdikləri sahibkar birlikləri, müxtəlif bazar informasiya
mərkəzlərinin fəaliyyəti vasitəsilə həyata keçirildiyi halda, dövlət səviyyəsində dövlət
idarəetmə orqanlarının işləyib hazırladığı və həyata keçirdiyi tənzimləmənin müxtəlif
üsul və mexanizmlərilə həyata keçirilir. Ümumi şəkildə tənzimləmə metodları adlandıra
biləcəyimiz bu üsul və mexanizmlər xarakter etibarilə birbaşa və dolayı metodlara
bölünürlər.
Birbaşa metodlar dövlətin inzibati-imperativ xarakterinə əsaslanmaqla aqrar
münsibətlərin tənzimlənməsinə birbaşa müdaxiləni nəzərdə tutur. Məs, aqrar sektorda
bəzi fəaliyyətlərin həyata keçirilməsi üçün dövlət tərəfindən tətbiq edilən
lisenziyalaşdırma mexanizmi kimi.
Daha çox üstünlük verilməsi məqsədəuyğun olan dolayı metodlar isə əsasən pul-
kredit və büdcə-vergi mexanizmlərindən istifadə edərək tələb, təklif və qiymət
səviyyəsinə təsir etməklə aqrar münasibətlərin lazımı istiqamətdə tənzimlənməsini
nəzərdə tutur. Məs. fermerlərin bir sıra vergilərdən azad edilməsi və ya güzəşt əldə
etməsi kimi.
Dostları ilə paylaş: |