14
Aqrar sektorda rəqabət daha kəskindir. Çoxlu istehsalçıların mövcudluğundan
irəli gələn bu xüsusiyyət sağlam rəqabətə geniş imkanlar açsa da bəzən rəqiblərin
ə
kilən torpaqların miqdarını təyin etmə kimi istehsal qərarlarını proqnozlaşdırmağın
çətinliyi bazar konyukturasını düzgün qiymətləndirməyə imkan vermir
13
;
Aqrar sektorda qiymətlər və gəlirlər yüksək dalğalanma nümayiş etdirir.
Məhsullarına olan tələbin qeyri-elastikliyi, istehsalın təbii amillərdən asılılığı və
mövsümiliyi, yüksək rəqabətlilik aqrar sektorda qiymətləri və gəlirləri tez-tez
dəyişdirən əsas amillərdir
14
;
Aqrar sektorda assimmetrik informasiya problemi qeyri-mükəmməl maliyyə-
kredit və sığorta bazarının yaranmasına səbəb olur
15
. Çünki gəlirlərin tez-tez
dəyişməsi maliyyə-kredit, sığorta müqavilələrinin bağlanmasına təsir göstərir və
həmin maliyyə institutlarının bu sektora olan maraqlarını zəiflədir;
Aqrar sektorda istehsal ərazilərinin miqyasca genişliyi bəzi əlavə xərclər
yaradır
16
.Xüsusilə təsərrüfat gəlirlərinin bölgüsündə iştirak etməyən işçilərə nəzarət
etmək üçün xeyli əlavə xərc çəkilir;
Aqrar sektorun yuxarıda göstərilən iqtisadi inkişafda rolu və təbii xüsusiyyətləri
nəzərə alınaraq formalaşan dövətin aqrar siyasəti bu gün ümumiqtisadi siyasətin tərkib
hissəsi olmaqla müxtəlif istiqamətləri əhatə edir və bu zaman aqrar sektor və aqrar
sektor istehsalçılarının daim dövlətin xüsusi proteksionist tədbirlərinə ehtiyac duyması
prinsipi gözlənilir.
Ümumiyyətlə kənd təsərrüfatının, kənd yaşayış məskənlərinin, bütövlükdə
aqro-sənaye kompleksinin inkişaf konsepsiyalarının, strateji, taktiki məqsəd və
vəzifələrinin işlənib hazırlanması, reallaşdırılması yollarının konkret tədbir və
mexanizmlərinin əsaslandırılması, həmçinin həyata keçirilməsi üzrə sosial-iqtisadi,
hüquqi və təşkilati xarakterli tədbirlərin məcmusu kimi xarakterizə edə biləcəyimiz
aqrar siyasət stabil iqtisadiyyat və keçid iqtisadiyyatı şəraitində qarşıya qoyduğu
məqsəd və vəzifələr baxımından fərqli mahiyyət kəsb edir.
13
Campell R. Mcconnell, and Stenley L. Brue, “Economics: principles, problems, and policies”, 14’th edition, Irwin
McGraw-Hill Companies, International Edition, 1999, səhfə: 684-688;
14
Eyni mənbə, səhfə: 684-685;
15
Hans P. Binswanger and Klaus Deininger, “Explaining Agricultural and Agrarian Policies in Developing Countries”,
Forthcoming in the Journal of Economic Literature, March 11, 1997, səhfə: 9-10;
16
Eyni mənbə, səhfə: 9-10;
15
Strateji məqsədi aqrar istehsalçıları ədalətli və zəruri həyat səviyyəsi,
istehlakçıları münasib qiymətlərlə və lazımı miqdarda ərzaq məhsulları, sənaye
sahələrini isə zəruri xammalla təmin etmək olan aqrar siyasət keçid dövründə bir sıra
alt məqsədlər də daşıyır:
Aqrar sektorun bütövlükdə bazar iqtisadi sisteminə transformasiyası;
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi;
Aqrar istehsalda keyfiyyət və məhsuldarlığın yüksəldilməsi;
Aqrar istehsalçıların gəlirlərində stabilliyin təmin edilməsi və onların həyat
standartlarının yaxşılaşdırılması;
stehsalın bazar tələblərinə uyğun, daxili və xarici tələb istiqamətində inkişaf
etdirilməsi və istiqamətləndirilməsi;
xracın genişləndirilməsi və dünya ticarət sisteminə uyğunlaşdırılması;
Cəmiyyətdə iqtisadi və siyasi tarazlıqların təmin edilməsi və qorunması;
Təbii resursların qorunması məqsədilə tarazlı və ekologiyaya uyğun infrastrukturun
formalaşdırılması;
Bununla yanaşı stabil iqtisadiyyat şəraitində həyata keçirilən aqrar siyasət tədbirləri
mövcud aqrar münasibətlərin səmərəliliyini artıraraq, onların daha da inkişaf
etdirilməsinə xidmət edirsə, keçid iqtisadiyyatı şəraitində köhnə münasibətlərin
tamamilə aradan qaldırılıb yeniləri ilə əvəz edilməsinə xidmət edir və bu köhnə
daxilində ortaya çıxaraq tədricən inkişaf edən yeni münasibətləri mövcud buxovlardan
azad etmək və ya tamamilə yenilərini formalaşdırmaq yolu ilə həyata keçirilir. Bu
baxımdan stabil iqtisadiyyat şəraitində aqrar siyasət kənd təsərrüfatı məhsullarının
qiymət və buraxılış səviyyəsini lazımı həddə saxlamaq, onların sığortalanmasını təmin
etmək, dünya bazarlarında satışını subsidiyalaşdırmaq, aqrar təsərrüfatlara xammal
yardımı göstərmək, torpaq və su ehtiyatlarını qorumaq, aqrar elm sahəsində
araşdırmaları genişləndirmək, fermerlərin kreditləşdirilmə məsələlərini həll etmək kimi
vəzifələri yerinə yetirsə də, keçid iqtisadiyyatı şəraitində onun qarşısında aşağıdakı
vəzifələrin yerinə yetirilməsi dayanır
17
:
17
Daha ətraflı bax: William Liefert and John Swinnen, “Changes in Agricultural Markets in Transition Economies”,
Economic Research Service United State Department of Agriulture (ERS), Agricultural Economic Report No. AER806,
March 2002; “Aqrar islahatın əsasları haqqında” AR-nin Qanunu, Bakı, 18 fevral 1995;
Dostları ilə paylaş: |