22
məhdudlaşdırmanın
üç
forması
tətbiq
edilmişdir:
1)
Ə
kilən
ə
razilərin
məhdudlaşdırılması; 2) Satış kvotalarının təyin edilməsi; 3) Torpaq banklarının
yaradılması;
Ə
kilən ərazilərin məhdudlaşdırılması(acreage allotment system) ilə ümumi
məhsul istehsalının aşağı salınması zamanı dövlət ayrı-ayrı fermerlər üçün hər il əkilən
ə
razilərinin nə qədər azaldılması ilə bağlı öhdəliklər qoyur. Nəticədə bazara təklif
olunan məhsulun həcmi potensial səviyyədən aşağı olur ki, bu da qiymətlərin müəyyən
səviyyədə saxlanılmasına imkan verir.
Satış kvotalarının təyin edilməsi(marketing quota system) zamanı isə əkilən
ə
razilər məhdudlaşdırılmır, sadəcə fermerlərin bazara çıxardıqları məhsulların həcminə
müəyyən kvotalar tətbiq edilir ki, bu da dolayı yolla fermerləri öz istehsallarını
azaltmağa məcbur edir.
Təklifi məhdudlaşdırıcı digər bir addım isə dövlət tərəfindən torpaq
banklarının(soil bank) yaradılmasıdır. Bu sistemin birincidən əsas fərqi odur ki,
fermerlərə birbaşa pul ödənərək onların torpaqlarının bir hissəsi əkindən kənarlaşdırılır.
Lakin hər iki sistemdə də fermerlər əsasən qeyri-məhsuldar torpaqlarını əkindən
ayırırlar.
c) Hədəf qiyməti və aradakı fərqin ödənilməsi (target prices and deficiency
payments): Qrafikdən göründüyü kimi dövlət məhsullar üçün konkret hədəf qiyməti və
ya qarant olunmuş qiymət(P
2
) müəyyənləşdirir və fermerlər də bu qiymətə uyğun
məhsul təklif(Q
1
) edirlər. Lakin istehlakçılar bu qiymətlə təklif olunan məhsulu satın
almırlar. Onlar yalnız P
1
kimi aşağı qimət səviyyəsində təklif olunan məhsulun hamısını
satın alırlar. Bu isə fermerlərin gəlirlərini xeyli azaldır. O zaman dövlət fermerlərə təklif
edir ki, məhsullarını istənilən qiymətə reallaşdırsınlar və əgər hədəflənən qimətdən
aşağı satarlarsa, aradakı fərq dövlət tərəfindən subsidiya şəklində onlara ödənəcəkdir.
Beləliklə, ödənən subsidiya miqdarı belə hesablanıla bilər:
Q
1
x (P
2
– P
1
)
Aydın olur ki, bu mexanizmdə istehlakçılar kənd təsərrüfatı məhsullarını yüksək
qiymətə almağa məcbur olmurlar, təklif artıqlığı yaranmır və dövlət də onu ehtiyat
fonduna satın almır. Sadəcə ödənən subvensiya vergi ödəyicilərinin yükünü artırır.
23
Qrafik № 3: Hədəf qiyməti və aradakı fərqin ödənilməsi mexanizmi
d) kili qiymət mexanizmi (dual price system): Bu mexanizmdə planlaşdırma və
azad bazar mexanizmi birgə fəaliyyət göstərir. kili qiymət mexanizmində dövlət
fermerlər qarşısında, fermerlər də dövlət qarşısında öhdəlik götürür. Öhdəliyə görə
dövlət fermerin istehsal etdiyi məhsuldan əvvəlcədən müəyyənləşdirilmiş miqdar və
qiymətdə tədarük edir. Əgər fermerin əlavə məhsulu qalarsa, ona imkan verilir ki, qalan
hissəni azad bazarda mövcud sərbəst qiymətlər səviyyəsində reallaşdırsın. Bu sistemdə
dövlət öz ehtiyat fondunu formalaşdırır və fermerlər üçün sabit qiymətli bazar qismində
çıxış edir.
Son illər qiymətlə bağlı həyata keçirilən bu mexanizmlərin bir qədər azaldığı və
yeni bir sistemin, Birbaşa Gəlir Ödəməsi
20
(direct income payment) sisteminin geniş
yayıldığı müşahidə olunur. Bu sistemə görə artıq qiymət dəstəkləmələri və təklifin
məhdudlaşdırılması kimi tədbirlər azaldılır və konkret təyin olunmuş təsərrüfat
subyektlərinə illik birdəfəlik maliyyə yardımı göstərilir və bu zaman yardımlar məhsula
görə deyil, istehsalçıya verilir və qiymətlər bazar tərəfindən sərbəst müəyyənləşir.
Sadəcə fermer əvvəlcədən dövlət tərəfindən nə qədər yardım alacağını bilir və
istehsalını da elə istiqamətdə qurur ki, zərər çəkməsin.
Aqrar sektorda maliyyə-kredit mexanizmlərinin isifadə olunduğu digər mühüm bir
istiqamət fermer təsərrüfatlarında istehsal xərclərini dolayı yolla aşağı salmaqdır. Bu
zaman dövlət xüsusi ixtisaslaşdırılmış aqrar banklar vasitəsilə fermerlərə güzəştli kredit
20
Bax: Aziz Babacan, “Genel tarım politikaları çerçevesinde doğrudan gelir ödemeler sistemi”, TC Devlet Planlama
Teşkilatı, Aralık, 1999,
http://ekutup.dpt.gov.tr/babacana/gelirode.pdf
;
24
imkanları yaradır, gübrə, toxum kimi xammal subvensiyaları tətbiq edir, istehsal
etdikləri məhsulların sığortalanmasını, anbarlaşdırılmasını həyata keçirir, onların
tanıdılması üçün marketinq-reklam sahəsində yardımlarını göstərir, elmi-texniki və
informasiya dəstəyi təmin edir.
Maliyyə-kredit mexanizmlərinin digər mühüm bir növü vergi və gömrük
vasitələridir. Belə ki, dövlət aqrar sektorun cəzbediciliyini artırmaq məqsədilə bəzən
vergi və gömrük güzəştləri təyin edir, yerli fermerlərin qorunması məqsədilə əksər
kənd təsərrüfatı məhsullarının idxalına yüksək idxal vergiləri və kvota, yüksək
keyfiyyət standartları kimi qeyri-tarif məhdudiyyətləri tətbiq edir.
Məlum olduğu kimi bazar iqtisadiyyatı şəraitində bir sıra əmtəə və xidmətlər
istehsalını həyata keçirmək ya özəl bölmənin imkanları xaricindədir, ya onları lazımı
səviyyədə həyata keçirə bilmirlər, ya da ümumiyyətlə bu işdə maraqlı deyillər. ctimai
ə
mtəə və xidmətlər dediyimiz bu nemətlər əsasən infrastruktur sahələrini əhatə edir ki,
onların da yaradılması birbaşa dövlət investisiyaları və dövlət sifarişləri vasitəsilə
həyata
keçirilir.
Dövlət
sifarişləri
dövlətin
investisiya
fəaliyyətinin
ə
sas
mexanizmlərindən biri kimi çıxış edir. Çünki bu investisiyalar həyata keçirilərkən lazım
olan bir sıra əmtəə və xidmətlər dövlət kontrakt sistemi çərçivəsində dövlət və ya özəl
bölmə müəssisələri ilə bağlanmış müqavilələr vasitəsilə təmin edilir. Bu zaman ən geniş
yayılmış mexanizmlərdən biri də tenderlərin keçirilməsidir.
Bu baxımdan aqrar sahədə dövlət investisiyaları suvarma sistemlərinin inkişafı,
meliorasiya-irriqasiya işlərinin, enerji təminatının yaxşılaşdırılması, təbii fəlakətlərin
qarşısının alınmasına və ya onun nəticələrinin aradan qaldırılmasına yönələn tədbirlərin,
karantin xidmətinin, ölkədə mövcud qida standartlarının təyin edilməsi və onların
inkişaf etdirilməsi ilə bağlı tədbirlərin, aqrar elmin inkişafı, bu sahədə elmi
araşdırmaların aparılması işlərinin, fermerlərin maariflənməsi üçün informasiya
sistemlərinin genişləndirilməsi kimi bir sıra ictimai xarakterli tədbirlərin həyata
keçirilməsi istiqamətlərinə yönəldilir.
Bazar iqtisadiyyatı şəraitində aqrar bölmənin tənzimlənməsi prossesində dövlət
sahibkarlığı mexanizminin də mühüm rolu vardır. Dövlət mülkiyyətli müəssisələrinin
həyata keçirdikləri dövlət sahibkarlığı əsasən aqrar sektora yönəlmiş yardım siyasətini
həyata keçirməkdə instutsional vahidlər kimi çıxış edirlər. Bunların tərkibinə müxtəlif
Dostları ilə paylaş: |