31
istifadə sahəsində yaranan münasibətlərdir. Bu zaman əmlakın yaradılmasında
təsərrüfat üzvlərinin, payçıların iştirakı, onların nizmnamə fonduna verilmə formaları,
müəssisədə ümumi və fərdi mülkiyyətli əmlakın ayrılması, onlarla bağlı icarə, alqı-satqı
münasibətləri,
təsərrüfatın
struktur
vahidləri
arasında
ə
mlak
hüquqlarının
bölüşdürülməsi kimi məsələlər ön plana çıxır. Keçid iqtisadiyyatı şəraitində isə bu daha
çox köhnə sistemdən qalmış təsərrüfatların sahib olduğu əmlakı təsbit edilmiş
subyektlər arasında bölüşdürülməsi ilə bağlı olmaqla əmlak hüquqlarının dəqiq
bölünməsi, onlar üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarının sərbəst
həyata keçirilməsi prinsipləri əsasında təmin edilir.
Aqrar təsərrüfatlarda əmək münsibətlərinin hüquqi tənzimlənməsi işçilərin öz iş
növünü seçib işləmə sərbəstliyi, əldə etdiyi gəlirlər üzərində sərəncamvermə sərbəstliyi,
minimum əmək və sosial standartlardan istifadə etmə, həmkarlar təşkilatlarında
birləşmə hüququnun təmin edilməsi kimi prinsiplər əsasında işçi işəgötürən
münasibətlərinin qurulmasını nəzərdə tutur.
Aqrar sahibkarlıqda təsərrüfatın idarə edilməsi ilə bağlı yaranan təşkilati-
idarəçilik münasibətləri də müəyyən hüquqi normalar əsasında həyata keçirilir. Bu
zaman idarəçilikdə, şəffaflıq, cavabdehlik, demokratiklik kimi prinsiplər üzrə onun
rəhbər orqanlarının formalaşdırılması, təsisçilər və payçıların idarəetmədə iştirakı, ali
idarəetmə orqanları ilə törəmə müəssisələr, filiallar arasındakı münasibətlərin hüquqi
tənzimi kimi məsələlər ön plana çıxır və bu prossesdə təsərrüfatdaxili normativ aktlar da
böyük rol oynayır.
Aqrar sahibkarlıqda təsərrüfat xarici münasibətlərin əsasını təşkil edən mülkiyyət
hüququnun həyata keçirilməsi sahəsində yaranan və müqavilə öhdəliklərindən irəli
gələn münasibətlər mülkiyyətin toxunulmazlığı, subyektlərinin hüquq bərabərliyi,
müqavilə azadlığı, müqavilədən irəli gələn öhdəliklərin məcburiliyi kimi prinsiplər
ə
sasında tənzimlənir və bu zaman mövcud qanunvericiliklə yanaşı subyektlərin öz
aralarında bağladıqları müqavilələrin əhatə dairəsinin genişləndirilməsinə böyük
ə
həmiyyət verilir.
Bazar iqtisadiyyatında dövlətlə sahibkarlıq subyektləri arasındakı münasibətlər
xarakter etibarilə büdcə - vergi münasibətləri də adlandırıla bilər. Çünki dövlət bu
subyektlər üzərində nəzarətini əsasən maliyyə mexanizmləri əsasında həyata keçirir.
32
Belə ki, hər bir aqrar təsərrüfat subyekti qanunla müəyyən edilmiş miqdarda və
formada ictimai fondlara öz fəaliyyətindən müəyyən maliyyə ayırmaları həyata
keçirməlidir və bu vergi, gömrük, sosial müdafiə və məşğulluğun təmini
istiqamətlərində özün göstərir. Dövlət orqanlarının işi də məhz adı çəkilən
istiqamətlərdə ödənilməli olan vəsaitlərin tam və vaxtında dövlət büdcəsinə
ödənilməsinə nəzarət etməkdir və başqa məqsədlərlə sahibkarlıq subyektlərinin işinə
müdaxiləyə yol verilmir. Bu zaman hüquqi tənzimləmə dövlətin mövcud statusundan
irəli gələrək müəyyən qədər imperativ xarakter daşıyır.
Beləliklə, aqrar sahibkarlıqda hüquqi tənzimlənmənin yuxarıda göstərdiyimiz
prinsip, metod və xüsusiyyətləri iqtisadi cəhətən mübadilələr, hüquqi baxımdan
müqavilələr zənciri olan bazar iqtisadiyyatında aqrar subyektlər arasındakı bu
münasibətlərinin səmərəli şəkildə qurulmasının və stabilliyinin dövlət tərəfindən
təminatına xidmət edir. Məhz dövlət aqrar sektorda yeni iqtisadi münasibətlərin
formalaşması və inkişafına sistemli yanaşmalı, radikal iqtisadi islahatlar və onlara
hüquqi baza yaradılmasında obyektiv iqtisadi qanunlardan və qanunauyğunluqlardan
irəli gələn dialektik əlaqələrə əsaslanan qanunlar, fərmanlar, sərəncamlar, qərarlar və
müxtəlif səpkili normativ-hüquqi aqtlar qəbul etməlidir ki, bunlar da həyata keçirilən
hüquqi tənzimləmə prossesinin əsas vasitələridir.
Nəhayət bu fəsldə biz aqrar sektor fəaliyyətləri və bu sahədə dövlət siyasətinin
mahiyyəti və əsas vəzifələrinə, bazar iqtisadiyyatı şəraitində onun dövlət
tənzimlənməsinin forma və metodlarına və bu tənzimlənmənin əsas istiqamətlərindən
biri olan hüquqi tənzimləməyə nəzəri-metodoloji aspektlərdən nəzər saldıq. Növbəti
fəsldə isə bazar iqtisadiyyatına keçid dövrünə qədəm qoymuş Respublikamızda bu
sahələrdəki mövcud vəziyyət araşdırılacaqdır.
33
Fəsil II: Keçid iqtisadiyyatı şəraitində aqrar sektorun
tənzimlənməsinin müasir vəziyyəti
2.1 Aqrar münasibətlərin tənzimlənməsinin iqtisadi və hüquqi bazası
XX əsrin sonlarına doğru dünya iqtisadi sistemi həmin dövrə qədər mövcud olan
komanda və bazar iqtisadi sistemlərinin bir-biri ilə kəskin rəqabətinin son mərhələsinə
daxil oldu və bu rəqabətə davam gətirməsinin mümkün olmadığı açıq aydın ortaya
çıxan komanda iqtisadiyyatı 1980-cı illərin ortalarından SSR -də M.Qorboçovun həyata
keçirdiyi “perestroyka” və “qlasnost” siyasətinin də təsiri ilə dağılma mərhələsinə
qədəm qoydu və nəticədə Azərbaycan Respublikası da daxil olmaqla bu sistemə malik
olan ölkələrin əksəriyyəti bazar iqtisadi sisteminə keçid yolunu tutaraq sistem
transformasiyası prossesinə başladılar. Bu prosses iqtisadi həyatın bütün sahələrini
ə
hatə etməklə yanaşı mühüm bir istiqamətini də həmin sistemdə yaşayan xalqların
ə
nənəvi təsərrüfatçılıq sferası olan aqrar sektor təşkil edirdi. Aqrar münasibətlərin
transformasiya prossesini və bu istiqamətdə dövlətin tənzimləmə funksiyalarını daha
dərindən dərk etmək üçün ilk növbədə bütövlükdə sosialist aqrar sektoruna, onun əsas
xüsusiyyətlərinə və bazar iqtisadi sistemində mövcud olan münasibətlərdən kəmiyyət və
keyfiyyət baxımından fərqli cəhətlərinə diqqət yetirmək zəruridir.
Aralarında Azərbaycanın da olduğu 15 respublikanı özündə birləşdirən
“sosializmin qalası” Sovetlər Birliyi II Dünya müharibəsindəki qələbəsi ilə artıq bu
respublikalarda sosial-iqtisadi həyatın bütün sahələrində başlatdığı acı milliləşdirmə
prossesini başa vurdu və bu respublikaların hər birinin o dövrlərdə tipik kənd təsərrüfatı
ölkəsi olduğunu nəzərə alsaq deyə bilərik ki, bu prosses birbaşa aqrar təsərrüfatla bağlı
olmuşdur.
Aqrar sektorda sosialist münasibətlərinin qurulması torpaq da daxil olmaqla bütün
istehsal vasitələrinin “milliləşdirmə” adı altında dövlət mülkiyyətinə keçirilməsini və
“kollektivləşmə” adı altında kollektiv təsərrüfat formalarının yaradılmasını nəzərdə
tuturdu. Bununla da aqrar sektorda təsərrüfatçılığın sovxoz və kolxoz adlı iki forması
yaradıldı ki, onları da bir-birindən ayıran əsas cəhətləri 4 №-li Əlavədə verilmişdir.
Göründüyü kimi sosialist aqrar sektorunda təsərrüfatçılıq dövlət və kollektiv
mülkiyyətə əsaslanırdı. Sovxoz adlanan dövlət təsərrüfatlarında bütün istehsal vasitələri
Dostları ilə paylaş: |