19
Beləliklə,
yuxarıda
qısa
xarakterizə
etiyimiz
tənzimlənmə
üsul
və
mexanizmlərinin aqrar sektorda necə həyata keçirildiyinə diqqət yetirək.
Aqrar münasibətlərin tənzimlənməsində istifadə edilən əsas müxanizmlərdən biri
mülkiyyət və sahibkarlıq münasibətləri üzrə tətbiq edilən normativ-hüquqi aqtların
qəbul edilməsidir. Əlavə № 2-dən də göründüyü kimi təsərrüfatdaxili və təsərrüfatxarici
olmaqla iki böyük münasibətlər blokunu özündə birləşdirən aqrar münasibələr
sisteminin tənzimlənməsi zamanı normativ-hüquqi aqtların qəbulundan geniş istifadə
edilir. Xüsusilə keçid iqtisadiyyatı şəraitində bu sahədə qəbul olunmuş normativ -
hüquqi aqtlar həyata keçirilən transformasiya prossesinin həm vasitəsi
(tənzimləmə aləti), həm də bir növ nəticəsi rolunda çıxış edir. Belə ki, qəbul edilən hər
bir yeni normativ-hüquqi aqt və ya ona edilmiş əlavə və dəyişikliklər bir tərəfdən yeni
iqtisadi münasibələrin formalaşmasına xidmət edirsə, digər tərəfdən inkişaf edən yeni
iqtisadi münasibətlər sistemi yeni normativ aqtların qəbulunu və ya onlarda müəyyən
dəyişiklik edilməsini zəruri edir. Bu zaman normativ-hüquqi aqtların tənzimləmə
obyekti kimi aqrar təsərrüfatlarda torpaq üzərində mülkiyyət və ondan istifadə
hüquqları, yaradılan əmlak üzərində ümumi və fərdi mülkiyyət hüquqlarının təsbiti,
ə
məyin təşkili, əmək intizamı, əməyin ödənilməsi və mühafizəsi sferasında yaranan
münasibətlər, təşkilatı-idarəetmə ilə bağlı münasibətlər, müqavilə münasibətləri, büdcə-
vergi münasibətləri, mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı digər şəxslərlə
yaranan münasibətlər və üçüncü şəxslərlə bağlı delikt münasibətləri çıxış edir
18
.
Bazar iqtisadiyyatı şəraitində aqrar sektorda dövlət təminatının həyata
keçirilməsində ən təsirli mexanizm kimi maliyyə-kredit mexanizmləri çıxış edir.
Ümumilikdə maliyyə-kredit mexanizmləri iqtisadiyyatda mühüm olan inflyasiya,
işsizlik, faiz dərəcələri, valyuta kursları, tədiyyə balansı kimi makroiqtisadi
göstəricilərin əlverişli səviyyədə saxlanmasını təmin etməklə yanaşı onun kredit, vergi-
gömrük və qiymət mexanizmlərindən aqrar sektorun tənzimlənməsində geniş istifadə
edilir. Bu sahədə dövlət fermerlər üçün ucuz kredit resurslarının təmin edilməsi, onlara
bir sıra vergi və gömrük güzəştlərinin tətbiq edilməsi, ixarcın subsidiyalaşdırılması və
kreditləşdirilməsi, yerli istehsalı qorumaq üçün idxal vergiləri və kvotalarının
müəyyənləşdirilməsi, istehsal olunmuş məhsullara minimum və ya maksimum qiymət
18
L.T. Axundzadə, A.Ə. Əsədov, “Aqrar Hüququ”, Bakı, “Qanun”, 2003, səhfə: 41-54;
20
hədlərinin qoyulması kimi tədbirləri həyata keçirir. Bu zaman əsas məsələ fermerlərin
gəlirlərini müəyyən səviyyədə qorumağa imkan verən qiymət siyasətinin həyata
keçirilməsidir ki, onun da aşağıdakı formaları mövcuddur
19
:
a) Qiymət səviyyəsinin qorunması (price support): Bu mexanizm kənd təsərrüfatı
məhsullarına dövlət tərəfindən təyin edilən minimum qiymət səviyyəsinin qorunmasına
xidmət edir. Mexanizmi daha aydın görmək üçün aşağıdakı tabloya nəzər yetirək:
Qrafik № 1: Qiymət səviyyəsinin qorunması (price support) mexanizmi
Qrafikdə P – məhsulun qiyməti, Q – məhsulun istehsal miqdarı və ya təklifi, S –
təklif əyrisi, D – tələb əyrisidir.
Fərz edək ki, dövlət buğdanın hər tonu üçün P
2
səviyyəsində minimum qiymət
təyin etmişdir və bu qiymətlə bazarda Q
2
miqdarında buğda reallaşdırmaq mümkün
olur. Əgər qiymət P
1
səviyyəsində olarsa, o zaman tələb və təklif əyriləri təklifin Q
1
səviyyəsində olduğu miqdarda kəsişərlər və P
1
tarazlıq qiyməti olar. Lakin P
1
qiymət
səviyyəsində təklif olunan məhsulun hamısı satılsa da, bu qiymət səviyyəsi dövlətin
təyin etdiyi minimum qiymət səviyyəsindən aşağıdır və dövlətin təyin etdiyi qiymət
səviyyəsində istehlakçılar yalnız Q
2
miqdarında buğda alacaqlar və bu da istehsal
olunmuş məhsulların hamısının satılmaması ilə nəticələnir və təklif artıqlığı
yaranır(surplus). Fermerlər isə məcbur olurlar ki, əllərində qalmış artıq məhsulu ucuz
qiymətə satsınlar. Bu zaman dövlət qiymətlərin təyin olunan P
2
səviyyəsində
19
Daha ətraflı bax: “Economics”, Fourth edition, Roger A. Arnold, California State University, San Marcos, South-Western
College Publishing, Ohio, 1998, səhfə: 581-586;
21
saxlanılması və istehsal olunan məhsulların hamısının reallaşması üçün yaranan təklif
artıqlığını (surplus) təyin etdiyi qiymətdən dövlət ehtiyat fondu üçün satın alır və
nəticədə tələb və təklif təyin olunmuş P
2
qiymət səviyyəsində tarazlıq əldə edir.
b) Təklifi məhdudlaşdırmaqla qiymət səviyyəsinin qorunması (restricting
supply): Gördüyümüz kimi fermerlərin əksər problemlərinin başında öz məhsullarının
ümumi təklif həcminə nəzarət edə bilməmələri və onu düzgün qiymətləndirə
bilməmələridir. Məhz belə olduqda əksər hallarda istehsal etdikləri məhsulları
istədikləri qiymətə reallaşdıra bilmirlər və bu da onların gəlirlərinə təsir göstərir. Bu
baxımdan dövlətin tətbiq etdiyi digər bir mexanizm kənd təsərrüfatı məhsullarının
ümumi təklifini məhdudlaşdıraraq fermerlər üçün təyin etdiyi minimum qiymət
səviyyəsini qoruyub saxlamaqdır. Adı çəkilən mexanizmi əyani şəkildə təsvir etmək
məqsədilə aşağıda hazırladığımız 2 № - li qrafikə diqqət yetirək:
Qrafik № 2: Təklifi məhdudlaşdırmaqla qiymət səviyyəsinin qorunması
mexanizmi (restricting supply)
Qiymət siyasətinin bu formasında dövlət daha əvvəlkində olduğu kimi qiymətin
aşağı düşməsinə imkan verən təklif artıqlığını(surplus) satın almır, sadəcə əvvəlcədən
təklifi məhdudlaşdıraraq onun yaranmasının qarşısını alır. Nəticədə Q
1
miqdarında
istehsal olunacaq məhsul nisbətən az, Q
2
miqdarında istehsal olunur, lakin dövlətin
müəyyənləşdirdiyi yüksək P
2
qiymət səviyyəsində reallaşdırılır. Təcrübədə bu
Dostları ilə paylaş: |