42
edən və bu sahədə qəbul ediləcək normativ-hüquqi aqtlar üçün əsas sayılan bu
qanunun 1-ci maddəsində aparlacaq aqrar islahatların məqsədləri açıq aydın müəyyən
edilmişdir:
Aqrar sektoru böhrandan çıxarmaq: Məlum olduğu kimi müstəqilliyin ilk
illərindən başlayaraq aqrar sektorda məhsul istehsalı kəskin aşağı düşərək böhran
vəziyyətinə çatmışdır. Belə ki, bu sektorda istehsal olunan məhsulun ümumi həcmi
ə
vvəlki ilə müvafiq olaraq 1992-ci ildə 23,8%, 1993-cü ildə 15,5%, 1994-cü ildə
12,8%, 1995-ci ildə isə 7% aşağı düşmüşdür;
qtisadiyyatı sabitləşdirmək: Əsasən kənd təsərrüfatı ölkəsi olan ölkəmizdə
bütövlükdə iqtisadiyyatın digər sektorları ilə sıx bağlı aqrar sektordakı bu böhran
həm digər sektorların tənəzzülünü sürətləndirmiş, həm ölkədə istehlak məhsullarının
qıtlığına şərait yaradaraq inflayasiyanı artırmış, həm əhalinin böyük bir hissəsini iş
yerlərindən məhrum edərək işsizliyi dərinləşdirmiş, həm də bütövlükdə mənfi
iqtisadi artımın baş verməsində böyük paya sahib olmuşdur ki, bu da makroiqtisadi
qeyri-sabitliyin aradan qaldırılmasında bu sektorda aparılacaq islahatların nə qədər
zəruri olduğunu bir daha sübuta yetirir;
Ə
halinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq: Aqrar sektorda aparılan
islahatların əsas məqsədlərindən biri də bu sektorda yaranan böhranın təsiri
nəticəsində təxminən yarıya qədəri kənd yerlərində yaşayan və aqrar sektorda çalışan
ə
halimizin iş yerlərini itirməsi, gəlirlərinin azalması, qiymətlərin kəskin artımı
nəticəsində minimum istehlak ehtiyaclarını ödəyə bilməyəcək səviyyəyə düşmələri
və bu səbəbdən də qida rasiyonunun kəskin pisləşməsi və bir sıra zəruri sosial
xidmətlərdən məhrum olmaları nəticəsində yaranmış ağır sosial-iqtisadi vəziyyətini
yaxşılaşdırmaq olmuşdur;
qtisadiyyatın istənilən sahəsində aparılan radikal reformaların həyata keçirilməsi
iqtisadi subyektlərin böyük bir hissəsinin mənafeləri ilə birbaşa bağlı olduğundan və
həmin sahənin xarakterik xüsusiyyətlərindən irəli gələrək, reformaları həyata keçirəcək
hökumətlər bu sahədə bir sıra prinsipləri rəhbər ttacaqlarını qanunla öz üzərlərinə
götürürlər ki, bu da həyata keçiriləcək islahatların etibarlılığını artırmaqla yanaşı böyük
səmərə əldə etməyə də əlverişli şərait yaradır. Bu baxımdan ölkəmizdə aparılan aqrar
43
islahatlar zamanı rəhbər tutulmalı olan prinsiplər də yuxarıda adı çəkilən Qanunun 3-
cü maddəsində öz əksini tapmışdır:
Dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması: Bu prinsipin mahiyyəti
ondan ibarətdir ki, aparılan islahatlar dövlətin ümumi iqtisadi siyasətilə ziddiyyət
təşkil etməməməli və digər sahələrdə aparılan islahatlarla bir-birilərini
tamamlamalıdır. Başqa sözlə islahatlar sistemli olmalıdır;
slahatlar zamanı sosial ədalətin və könüllülüyün təmini: Xüsusilə də aqrar
islahatların həyata keçirilməsində dövlət əmlakında olan ictimai sərvətin böyük bir
hissəsinin ölkə vətəndaşlarına pulsuz və digər güzəştlərlə paylanması məsələsi geniş
yer tutduğundan bu prinsip özünü daha qabarıq şəkildə göstərməkdədir. Məsələn,
torpaq bölüşdürülməsində nə qədər sosial ədalət gözlənilirsə, vətəndaşın onun
üzərində hansı formalı təsərrüfat quracağı məsələsində də bir o qədər könüllülük
gözlənilməlidir;
stehsalçılar üçün təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsullarına
sərəncam verməkdə tam sərbəstliyin təmini: Bu prinsip əsasən torpaq üzərində
müxtəlif əmlak hüququna əsaslanaraq istehsal fəaliyyətini həyata keçirən subyektlərə
öz təsərrüfat formasını və ya onun təşkili üsulunu müəyyənləşdirməkdə, istehsal
etdiyi məhsulu qanuni dövlət məcburi ödənişlərini həyata keçirdikdən sonra istədiyi
kimi bölüşdürməkdə və istehsal bazarlarını seçməkdə və ya bununla bağlı istənilən
bazar subyektləri ilə müqavilə münasibətləri qurmaqda sərbəstlik imkanının
verilməsi nəzərdə tutulur;
Respublikanın kənd təsərrüfatı xüsusiyyətlərinin nəzərə alınması: Buraya
islahatların aparılması zamanı ərazilərin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı,
torpaqdan istifadənin yerli xüsusiyyətləri, torpaqların keyfiyyəti, ənənəvi
ixtisaslaşma meyli, ekoloji şərtlər və.s nəzərə alınmasını göstərmək olar;
Ə
traf mühiti mühafizə tələblərinə əməl edilməsi: Son dövrlər istər qlobal
səviyyədə, istəsə də milli səviyyədə ekoloji problemlər özünü daha ciddi şəkildə
göstərməkdədir. Bu baxımdan aqrar sahə təbiətlə daha çox bağlı olduğundan bu
sahədə aparılan islahatlar zamanı dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin
ekoloji tarazlığın pozulmasına yol verilməməsi ilə bağlı bir sıra qaydaları gözləməsi
də nəzərdə tutulur;
44
Kəndin sosial inkişafı və əhalinin sosial müdafiəsi: Aqrar sektor fəaliyyətləri
ə
sasən kəndlərdə həyata keçirildiyindən bu sektorda aparılan islahatların kəndlərin
sosial-iqtisadi həyatında böyük dəyişiklik yaradacağı şübhəsizdir. Bu baxımdan
aparılan islahatlar təkcə kəndlinin maddi vəziyyətinin yaxşılaşdırılmasına xidmət
etməməli, paralel olaraq onun bir sıra sosial tələbatlarının ödəndiyi kəndin sosial
münasibətlər sferasını da əhatə etməlidir ki, inkişaf birtərəfli olmasın;
Qanunu diqqətlə nəzərdən keçirdikdə görürük ki, ölkədə aparılacaq aqrar islahatlar
aşağıdakı 3 istiqamti əhatə edəcəkdir:
Aqrar sektorda yeni mülkiyyət münasibətlərinin qurulması;
Aqrar sektorda çoxnövlü təsərrüfat formalarının yaradılması;
Aqrar sektorda dövlət təminatı sisteminin yaradılması;
Məhz bu istiqamətlərdə islahatların aparılması məqsədilə “Aqrar islahatların
ə
sasları haqqında” qanununun ardınca 18 fevral 1995-ci ildə “Sovxoz və kolxozların
islahatı haqqında” və 16 iyul 1996-ci ildə “Torpaq islahatı haqqında” islahatların
ə
sas sütunlarını təşkil edən qanunların qəbulu ilə yanaşı “Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerqurluşu haqqında”(22 dekabr 1998), “Kənd
təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”(18 iyun 2002), “Meliorasiya
və irriqasiya haqqında”(5 iyun 1996), “Sovxozlarn, kolxozların və kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan digər hüquqi və fiziki şəxslərin(emal
müəssisələrindən başqa) vergi borclrının silinməsi haqqında” (26 mart 1999),
“Torpaq bazarı haqqında”(7 may 1999), “Torpaq icarəsi haqqında”(11 dekabr
1998), “Balıqçılıq haqqında”(27 mart 1998), “Bitki karantini haqqında”(23 aprel
1996), “Bitki mühafizəsi haqqında”(3 dekabr 1996), “Damazlıq işi haqqında”(26
may 1996), “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi
güzəştlərinin verilməsi haqqında”(27 noyabr 2001), “Seleksiya nailiyyətləri
haqqında”(15 noyabr 1996), “Taxıl haqqında” (16 iyun 2000), “Tütün və tütün
məmulatı haqqında”(8 iyun 2001), “Toxumçuluq haqqında”(11 mart 1997),
“Üzümçülük və şərabçılıq haqqında”(19 oktyabr 2001), “Torpaqların münbitliyi
haqqında”(30 dekabr 1999), “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri
haqqında”(24 mart 2000), “Su Məcəlləsi”(26 dekabr 1997), “Kənd təsərrüfatı
Dostları ilə paylaş: |