34
dövlət mülkiyyətinə aiddir və bu təsərrüfatın işçiləri eyni ilə sosialist sənaye
müəssisələrində olduğu kimi sadəcə əmək haqqı alırdılar. Kollektiv mülkiyyətli
kolxozlarda isə istehsal vasitələri üzvlərin mülkiyyəti idi və onlar təqdim etdikləri
istehsal vasitəsinə uyğun olaraq kolxozun yaranan izafi gəlirinin bölüşdürülməsində
iştirak edirdilər.
Məsələn, kolxozda öz əməyi ilə iştirak edən bir növ bu gəlirdən əmək haqqı alırdı.
Bununla yanaşı 1960-cı illərədək kollektiv təsərrüfat üzvləri reallıqda təsərrüfatın qeyri-
sabit gəlirlərindən asılı olduqları halda, həmin dövrlərdən başlayaraq onlara Xruşov
tərəfindən minimum əmək haqqı qarantı verildi. Yəni əgər təsərrüfatın gəlirləri
minimum əmək haqqı səviyyəsini təmin etməzdisə çatışmayan fondlar dövlət
büdcəsindən təmin edilirdi. Lakin sosialist kollektiv təsərrüfat strukturları Qərb
ölkələrində mövcud olan kooperativ modellərindən fərqlənirdi. Çünki Qərb kooperativ
sisteminin əsas atributu olan “ortaq mənafe uğrunda könüllü birləşmə prinsipi” 1929-
30-cu illərdə . Stalin tərəfindən həyata keçirilən kollektivizm kompaniyasında
tamamilə nəzərə alınmamışdı və əksinə yaranan bütün kollektiv təsərrüfatlar siyasi və
psixoloji təzyiqlərə əsaslanırdı. Bu zaman Qərb kooperativ təsərrüfatlarının digər bir
prinsipi də, “kooperativdən istənilən vaxt çıxmaq azadlığı”(freedom of exit) da praktiki
olaraq aradan qalxmışdır.
Bununla belə sosialist kənd təsərrüfatında kolxoz və sovxozlarla yanaşı digər bir
təsərrüfatçılıq forması kimi də həmin təsərrüfat işçilərinin boş vaxtlarında məşğul
olduqları ev təsərrüfatları çıxış edə bilər. Bir növ kommersiya prinsipləri əsasında
fəaliyyət göstərən ev təsərrüfatları istehsal olunan məhsulların şəxsi tələbatı ödədikdən
sonra qalan hissəsinin bazarlara çıxarılması və ya tədarük müəssisələrinə verilməsi yolu
ilə kolxoz və sovxoz işçilərinin əlavə gəlir mənbəyi kimi çıxış edirdi.
Sovet aqrar təsərrüfatları kənd yerlərində sosial xidmətlər və digər infrastruktur
sahələrinə də məsuliyyət daşıyırdı və bu sosialist aqrar təsərrüfatlarının əsas
vəzifələridən hesab olunurdu
24
. Belə ki, təsərrüfatlar yerlərdə yaşayış və məktəb
binaları, klinikalar, mağazalar inşa edir, pulsuz enerji, su və istilik xidmətlərini təmin
edirdilər. Əslində dövlətin funksiyaları hesab olunan bu xidmətlərin həyata keçirilməsi
24
Zvi Lerman, Csaba Csaki, and Gershon Feder, “Land Policies and Evolving Farm Structures in Transition
Countries”, World Bank, January, 2002, səhfə: 26-27;
35
sosialist təsərrüfatına xas olan qarışıq mənbələr hesabına maliyyələşdirilirdi. şin
kökündə dayanan əsas məsələ ondan ibarətdir ki, sosialist təsərrüfatlarında heç vaxt
xalis biznes əməliyyatları olmamış, onlar sadəcə dövlətin buyruqlarını yerinə yetirmiş
və nəticədə də göstərilən sosial xidmətlər çox vaxt təsərrüfatın ümumistehsal və
ə
məliyyat xərclərinə daxil edilmiş və bəzən də müxtəlif yollarla dövlət tərəfindən
təsərrüfata qaytarılmışdır. Məsələn, müəllimlərin, doktorların, poçt işçilərinin maaşları
dövlət tərəfindən ödənilirdi, ancaq ödəmə çatışmazlığı yarandığı zaman bu yerli
təsərrüfatlar tərəfindən təmin edilirdi ki, sonradan da həmin məbləğ dövlət büdcəsindən
onlara qaytarılırdı. Bununla yanaşı, dövlət məhsul və faktor qiymətlərinə subsidiya, zəif
və zərərə uğrayan təsərrüfatlara maliyyə transfertləri tətbiq edir, rentabelli və rentabelsiz
işləyən təsərrüfatların fondlarını mərkəzi qaydada yenidən bölüşdürür və uzunmüddətli
dövlət kreditlərini səxavətlə paylayırdı ki, bunlar da dövlətdən həmin təsərrüfatlara öz
missiyalarını yerinə yetirmək üçün həyata keçirilən bir növ kapital transferti kimi çıxış
edirdi.
Ümumiyyətlə sosialist aqrar təsərrüfatları mərkəzi planlaşdırma mühitində idarə
olunduğundan onların məqsədləri mərkəzi plan orqanları tərəfindən təyin edilir və
təsərrüfatlar da çalışırdı onların qarşısında qoyulan istehsal vəzifələrini həyata
keçirsinlər. Nəticədə təsərrüfat qərarları da bazar iqtisadiyyatlı təsərrüfatlarda
mövcud olandan kəskin fərqlənirdi (bax: Əlavə № 5).
Beləliklə, yuxarıda əsas xarakteristikasını verdiyimiz sosialist aqrar təsərrüfatı
özünün spesifik xüsusiyyətlərindən irəli gələrək bir sıra neqativ nəticələri özündə ehtiva
edirdi ki, onları da 6 №-li Əlavədə göstərdiyimiz şəkildə ümumiləşdirə bilərik.
Göstərdiyimiz neqativ nəticələr təkcə aqrar sektoru deyil, butövlükdə sosialist
iqtisadiyyatını əhatə edirdi və bu iqtisadi sistemin özünün yeganə alternativi olan bazar
iqtisadi sistemi ilə girişdiyi rəqabətdə uduzmasının əsas səbəbləri kimi çıxış edirlər.
Bütün bu göstərilən spesifik xüsusiyyətləri və çatışmazlıqları fonunda Sovetlər
Birliyi aqrar sektor göstəricilərini kapitalist ölkələrindəki müvafiq göstəricilərlə
müqayisə etdikdə M. Qorboçovun da o vaxtkı çıxışlarında tez-tez səsləndirdiyi sosialist
aqrar sektorun səmərəsizliyi(return on investment) fikrini açıq-aydın görmüş oluruq.
Belə ki, sosialist iqtisadiyyatının son illərinin bəzi məlumatlarını özündə əks etdirən 7
№
-li Əlavəyə nəzər salsaq görürük ki, 1980 - cı illərdə Sovetlər Birliyində orta
Dostları ilə paylaş: |