39
istisna olmaqla digər qanunların dəyişilməsi investisiya qoyuluşu şəraitini
pisləşdirdikdə 10 il ərzində investisiyanın qoyulması zamanı qüvvədə olan
qanunvericiliyin tətbiq olunması, milliləşdirmə və rekvizisiya zamanı investora təxirə
salınmadan müqabil və səmərəli kompensasiyanın ödənilməsi, istehsal etdiyi məhsula
qiymətqoyma, satış sərbəstliyinin verilməsi, məcburi sığorta xaricində digər sığorta
növlərini seçmə sərbəstliyinin verilməsi, bəzi gömrük əməliyyatlarının rüsumlardan
azad edilməsi kimi məsələlərin qanunda yer alması ölkədə xarici investorların
fəaliyyətinə əlverişli mühit yaratmışdır.
Aqrar sektorun yenidən qurulmasında mühüm rol oynayan məsələlər sırasında
maliyyə-kredit sistemindəki islahatları da göstərmək zəruridir. Belə ki, 7 avqust 1992-ci
il “Milli Bank haqqında” və “Banklar və bank fəaliyyəti haqqında” qanunlarının
qəbulu ilə ölkədə ilk pillədə pul-kredit siyasətini həyata keçirən Milli Bank, ikinci
pillədə isə azad bazar subyektlərinə xidmət göstərən kommersiya bankları dayanmaqla
ikipilləli bank sistemi yaradıldı. Bununla da bütün bazar subyektləri kimi aqrar
təsərrüfat subyektləri də öz pul-kredit əməliyyatlarını müstəqil kommersiya bankları ilə
bağladıqları sərbəst müqavilələr əsasında həyata keçirməyə başladılar. Xatırladaq ki,
pul-kredit sistemini tənzimləyən bu qanunlar indiyə qədər iki dəfə, 1996 və 2004-cü
illərdə yeniləri ilə əvəz edilmişdir.
Aqrar sektorda iqtisadi münasibətlərin yenidən qurulmasında mühüm rol oynayan
digər bir vacib qanun, 15 dekabr 1992-ci ildə qəbul edilən “Sahibkarlıq fəaliyyəti
haqqında” AR qanunudur. Qanuna əsasən fəaliyyət qabiliyyəti olan AR vətəndaşı,
mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər, hər bir xarici vətəndaş və
vətəndaşlığı olmayan şəxs və xarici hüquqi şəxslər sahbkarlıq fəaliyyətinin subyekti ola
bilərlər. Sahibkarlara imkan verilir ki, qanunla qadağan olunmayan istənilən sahibkarlıq
fəaliyyəti növü ilə məşğul olsunlar, hüquqi şəxs yaradaraq fəaliyyət göstərmək
istəyənlər Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçsinlər, hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər sadəcə vergi orqanlarında
fiziki şəxs kimi uçota alınsınlar, bəzi fəaliyyət növləri ilə məşğul olmaq üçünsə xüsusi
lisenziya əldə etsinlər. Bundan başqa qanunda ölkəmizdə sahibkarlığın prinsipləri,
sahibkarlıq subyektlərinin hüquq və vəzifələri, onun dövlət tərəfindən müdafiə və təqdir
olunmasının forma və üsulları, sahibkarların dövlət orqanları ilə qarşılıqlı
40
münasibətlərini müəyyənləşdirən maddələr öz əksini tapmışdır ki, bu da azad
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə əlverişli şərait yaradır.
Ölkədə
azad
sahibkarlıq
genişləndikcə,
dövlətin
bazarda
aktiv
rolu
məhdudlaşdırıldıqca yeni bir problem-bazar subyektləri arasında azad rəqabətin təmin
olunması, inhisarçı meyllərin qarşısının alınması məsələsi ortaya çıxırdı. Bunu nəzərə
alaraq hələ XIX əsrin II yarısından Kanada və ABŞ-da, 1930-cu illərdə Qərbi Avropada
tətbiq olunan “Antiinhisar fəaliyyəti haqqında” qanun 4 mart 1993-cü ildə prezident
tərəfindən imzalanaraq ölkəmizdə də qüvvəyə mindi. Qanun inhisarçılığın Dövlət, Sahə,
Yerli, Təsərrüfat subyektlərinin, Maliyyə-kredit, Bazar subyektlərinin üfüqi və şaquli
sazişləri nəticəsində yaranan, Təbii, Patent-lisenziya, Yerin təkindən istifadə növlərini
fərqləndirməklə bazarda payı 35%-dən çox olan təsərrüfat subyektinin hökmran
mövqedə sayılmasını təsbit etmişdir. Bununla yanaşı təsərrüfat subyektlərinin
yaradılması, yenidən təşkili və ləğv edilməsi, onların birliklərinin yaradılması,
səhmlərin əldə edilməsi üçün onlar arasında bağlanmış əqdlərin həyata keçirilməsində
antiinhisar qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti, inhisarçı fəaliyyətin
məhdudlaşdırılması və aradan qaldırılması yolları, bu sahədə müvafiq icra hakimiyyəti
orqanlarının hüquq və vəzifələri, qanunun pozulmasına görə həm bazar subyektləri və
onlarının rəhbərlərinin, həm də dövlət orqanları və onların vəzifəli şəxslərinin
məsuliyyəti kimi məsələlər də qanunda öz əksini tapmışdır.
Aqrar sektorda təşkilatı-idarəetmə münasibətlərinin yenidən qurulması da aparılan
islahatların mühüm istiqamətlərindəndir. Bazar iqtisadiyyatında müəssisələr müxtəlif
təşkilati-hüquqi formalarda qurulmaqla əsasən korporativ idarəetmə sisteminə
malikdirlər. Yəni müəssisə fəaliyyətinin əsas istiqamətləri ilə bağlı qərarların,
nizamnamənin qəbulu və dəyişdirilməsi, idarəetmə orqanlarının seçilməsi kimi
məsələləri həll edən Ümumi Yığıncaqla yanaşı, cari idarəetməni həyata keçirən darə
Heyəti, darə Heyətinin fəaliyyətinə Ümumi Yığıncaqlar arası dövrdə nəzarət edən
Müşahidə Şurası və maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edən Maliyyə-təftiş
Komissiyası kimi orqanlar fəaliyyət göstərir və bu zaman təsisçilər, payçılar,
səhmdarlar, menecerlər və müəssisədə marağı olan digər şəxslərin hüquqlarının
reallaşdırılması əsas məqsədi təşkil edir. Bu münasibətlərin tənzimlənməsində təsis
müqaviləsi, müəssisənin nizamnaməsi, müəssisə rəhbərinin əmrləri, kollegial qərarlar
41
və.s kimi daxili sənədlərlə yanaşı, “Müəssisələr Haqqında”( 1 iyul 1994, artıq
qüvvədən düşüb), “Səhmdar cəmiyyəti haqqında”(12 iyul 1994), “Hüquqi şəxslərin
dövlət qeydiyyatı haqqında”(6 fevral 1996, 12 dekabr 2003-cü ildən yenisi
qüvvədədir), “Kooperasiya haqqında”(7 fevral 1996), “Məhdud məsuliyyətli
müəssisələr haqqında”(29 dekabr 1998),“Mülki Məcəllə” (1 sentyabr 2000) kimi
normativ-hüquqi aqtlardan da istifadə edilir.
Bazar iqtisadiyyatının formalaşdırılmasında xüsusi mülkiyyətin yaranma
mənbələrindən
biri
də
dövlət
ə
mlakının
özəlləşdirilməsidir.
Azərbaycan
Respublikasında bu prosses 7 yanvar 1993-cü ildə “Dövlət mülkiyyətinin
özəlləşdirilməsi haqqında” qanununun imzalanması ilə başlamışdır. Həmin qanunun 2-
ci maddəsində mənzil və torpaq fondunun özəlləşdirilmə prossesinin digər qanunlarla
həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin qanun aqrar sektorda
torpaq və mənzil fondundan başqa digər dövlət əmlakının özəlləşdirilməsini əhatə
etmişdir. Qanuna əsasən özəlləşdirmənin dövlət proqramının hazırlanması da nəzərdə
tutulurdu ki, bu da “AR-də 1995-1998-ci illərdə dövlət mülkiyyətinin
özəlləşdirilməsinin Dövlət Proqramı” adı altında 29 sentyabr 1995-ci ildə prezident
fərmanı ilə təsdiq olunmuşdur. Qanun özəlləşdirmənin obyekt və subyektlərini,
prinsiplərini, qaydalarını, forma və metodlarını, yerli və xarici subyektlərin prossesdə
iştirak qaydalarını müəyyənləşdirirdi. 26 yanvar 1993-cü ildə isə dövlət və ictimai
mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxslərə həmin
mənzilləri pulsuz özəlləşdirmək hüququ verən “AR-də mənzil fondunun
özəlləşdirilməsi haqqında” qanun qüvvəyə mindi. Xatırladaq ki, göstərilən bu
normativ-hüquqi sənədlər kiçik müəssisələrin özəlləşdirilməsinin nəzərdə tutulduğu
ilkin mərhələni əhatə edir. Orta və iri müəssisələrin özəlləşdirilməsini nəzərdə tutan
ikinci mərhələ isə 16 may 2000-ci il “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”
qanun və 10 avqust 2000-ci il tarixli “Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət
Proqramı”nın qəbul olunması ilə başlamış və indi də davam edir.
Ölkədə aqrar islahatların aparılmasına isə 18 fevral 1995-ci ildə qəbul olunan
“Aqrar islahatların əsasları haqqında” qanunun qəbulu ilə start verilmişdir. Aqrar
bölmədə aparılan islahatların əsas istiqamətlərini, onların hüquqi təminatını müəyyən
Dostları ilə paylaş: |