25
istiqamətli infrastruktur xidmətlərini həyata keçirən müəssisələrlə yanaşı, həyata
keçirilən dövlət siyasətinə uyğun yaradılmış aqrar sektoru kreditlə, xammal və
yanacaqla təmin edən, onlara anbarlaşdırma xidməti göstərən, kənd təsərrüfatı
məhsullarını təyin edilmiş qiymətlərlə tədarük edib, sonradan müxtəlif bazarlarda
reallaşdıran dövlət tədarük müəssisələri kimi qurumlar daxildir.
Bazar iqtisadiyyatı şəraitində aqrar sahə də daxil olmaqla perespektivə yönəlmiş
iqtisadi idarəetmə komanda iqtisadiyyatında olduğu kimi direktiv planlaşdırmaya deyil,
strateji-indiqativ plan, proqnoz və proqramlara əsaslanır. Məhz bu mexanizmlərdən
istifadə edilməsi dövlətə imkan verir ki, bazar iqtisadiyyatının mürəkkəb, dəyişkən və
bəzi hallarda qeyri-müəyyən xarakterini nəzərə alaraq aqrar sektorda iqtisadi prossesləri
öz nəzarəti altında saxlaya bilsin və onların gələcəkdəki inkişafını yönləndirsin.
Proqnozlaşdırma ilə başlayıb müxtəlif istiqamətli proqramların həyata keçirilməsi ilə
başa çatan bu fasiləsiz prosses təxminən belə baş verir:
1.
Ə
vvəlcə aqrar sektorda baş verən sosial-iqtisadi prosseslərin inkişaf meylini
müəyyənləşdirən kompleks və ayrı-ayrı istiqamətli proqnozlar işlənib hazırlanır. Bu
proqnozlar cari (1 illik), orta (1-5 illik) və uzunmüddətli (5 ildən çox) dövrü əhatə
etməklə axtarış (mövcud obyektin gələcəkdəki vəziyyəti haqqında məlumat verən)
və normativ (görüləcək tədbirlər nəticəsində obyektin gələcəkdə necə dəyişəcəyi
haqqında məlumat verən) xarakterli ola bilər;
2.
kinci mərhələdə proqnoz məlumatları qiymətləndirilir, sektorda mövcud və baş verə
biləcək problemləri aradan qaldırmaq və onun gələcək inkişafına yön vermək üçün
ASK-nın inkişaf məqsədlərini və bu məqsədlərə nail olmaq yolunda zəruri olan
vasitələri özündə birləşdirən kompleks plan sənədləri işlənib hazırlanır. Bu
sənədlərdə planlaşdırılan dövr üçün inkişaf hədəfləri təyin edilir və onlara nail olmaq
üçün qarşıdakı dövrə aqrar siyasətin əsas istiqamətləri, prinsip və metodları təsbit
edilir, həmçinin məqsədli proqramlar üçün zəruri hədəflər ortaya qoyulur;
3.
Sonuncu mərhələdə isə planlaşdırma nəticəsində təsbit edilən ən mühüm problemləri
həll etmək və hədəflərə nail olmaq məqsədilə mövcud hökumət tərəfindən konkret
istiqamətlərə yönəldilmiş, konkret dövrə və maliyyələşmə mənbələrinə sahib
proqramlar işlənib hazırlanaraq həyata keçirilir. Məs, Aqrar sektorda enerji
26
təminatının yaxşılaşdırılması haqqında, Torpaqların münbitliyinin artırılması
haqqında v.s;
Beləliklə, son olaraq onu qeyd edək ki, bazar iqtisadiyyatı şəraitində aqrar sektorun
dövlət tənzimlənməsinin yuxarıda xarakterizə etdiyimiz əsas forma və metodları ayrı-
ayrılıqda deyil, yalnız birgə tətbiq edilir və belə də olmalıdır. Bu forma və metodlar
yalnız kompleks, bir-biri ilə əlaqəli və harmonizə edilmiş şəkildə həyata keçirildiyi
təqdirdə səmərə verə bilər və qarşıya qoyulmuş məqsədlərə nail olmaq olar.
Növbəti paraqrafda isə xüsusilə keçid iqtisadiyyatı şəraitində aqrar sektorda dövlət
tənzimlənməsinin əsas forma və mexanizmlərindən olan hüquqi tənzimləmə, onun
xarakteri və əsas prinsiplərindən geniş şəkildə bəhs etməyə çalışacağıq.
27
1.3 Aqrar sahibkarlıqda hüquqi tənzimlənmənin prinsipləri
Bilindiyi kimi hər bir cəmiyyət öz varlığını müəyyən bir sistem(quruluş)
çərçivəsində qoruyub inkişaf etdirir. Ümumiyyətlə elmi ədəbiyyatlarda sistemlərin
aşağıdakı üç tipini göstərirlər
21
:
1.
Təbii sistemlər: Təbii sistemlər elə sistemlərdir ki, onlar insanın iradəsindən asılı
olmadan mövcuddur və onun davranış və fəaliyyətindən asılı deyildir. Məs, günəş
sistemi, kristallar, orqanizmlər və.s;
2.
Spontan sistemlər: Bu sistemlər insanlar tərəfindən planlı şəkildə formalaşdırılmasa
da, onların fəaliyyət və davranışlarının nəticəsində özlüyündən əmələ gələn
sistemlərdir. Məs, dil, yazı, pul, əxlaq və.s;
3.
Artifisyal sistemlər: Başqa sözlə “qeyri-təbii” adlandıra biləcəyimiz bu sistemlər
insanın planlı şəkildə formalaşdırdığı, onun fəaliyyət və davranışları nəticəsində
yaranan sistemlərdir. Məs, texniki sistemlər, binalar, maşınlar və.s;
Yuxarıda göstərilənlər fonunda deyə bilərik ki, ictimai sistemlər bütövlükdə
özlüyündən formalaşan, inkişaf edən və ahəngdar şəkildə fəaliyyət göstərən bir sistem
deyildir. Başqa sözlə bu sistemlərin bütün sferalarında sağlam işləyən qayda və
qanunların olduğunu iddia etmək doğru deyildir. Bu fikir ictimai sistemin bir növ alt
sistemi kimi çıxış edən, lakin onun əhəmiyyətli bir hissəsini təşkil edən iqtisadi
sistemlərə də aiddir.
22
Məsələn, bazar özlüyündən formalaşan sistem olsa da, onu təbii
axarına buraxdıqda bəzi xoşagəlməz nəticələrə səbəb olur. Bu baxımdan bazar
sisteminin əsas prinsip, qayda və institutlarının dövlət tərəfindən formalaşdırılması,
instutsionallaşdırılması və tənzimlənməsi qaçılmazdır.
Göründüyü kimi iqtisadi subyektlərin qərarvermə sferaları və fəaliyyətlərini həyata
keçirdikləri mühitin uzun müddətdə formalaşan şərtlərini təyin edən qaydalar, normalar
və institutların məcmusu olan iqtisadi sistem dövlət müdaxiləsi olmadan da mövcud
olduğu halda, onun tam mükəmməl işləməsi üçün bu qayda, norma və qurumların
dövlət tərəfindən məqsədli şəkildə formalaşdırılmasına ehtiyac vardır. Başqa sözlə
21
http://www.canaktan.org/ekonomi/iktisat-okullari/okullar/freiburg.htm
,Prof. Dr Coşkun Can Aktan, “Freiburg ktisat ve
Hukuk Okulu”;
22
Fiziokrat və Klassik iqtisadi nəzəriyyələrin müdafiə etdikləri ictimai sistem və onun əsas hissəsi olan iqtisadi sistemin
özlüyündən formalaşan və heç bir kənar müdaxiləyə imkan verməyən təbii sistem olduqları fikri ilk dəfə 1930-40cı illərdə
Almaniyada fomalaşan Freyburq iqtisad və hüquq məktəbi nümayəndələrinin ortaya qoyduqları qtisadi sistem və qtisadi
Konstitusiya Hüququ nəzəriyyələri çərçivəsində geniş şəkildə tənqid edilərək bu sistemlərin formalaşdırıcı və
tənzimləyici müdaxilələrə ehtiyacı olduğu qeyd edilmişdir;
Dostları ilə paylaş: |