8
siyasət mexanizmlərində də yeni reallıqları
1
ortaya çıxarmışdır ki, bu aqrar sahədən
də yan keçməmişdir. Bu dövrün əsas xarakterik xüsusiyyətlərindən biri aqrar, sənaye
sektorları ilə yanaşı digər nəhəng bir sektor, xidmətlər sektorunun inkişaf edərək
hakim mövqeyə yüksəlməsidir;
Bu baxımdan aqrar sektor fəaliyyətləri və bu sektorla bağlı dövlət siyasətinin
nəzəri əsaslarının inkişaf istiqamətlərini araşdıran zaman ilk rast gəldiyimiz sistemli
nəzəriyyə merkantilizmdir. Sənaye kapitalizminə qədərki dövrün iqtisadi nəzəriyyə və
siyasi doktrinalarından biri, əsas prinsipləri qızıl və gümüşün sərvətin əsas mənbəyi
sayılması, ixracatın artırılması zəruriliyi, iqtisadiyyata dövlət müdaxiləsinin müdafiə
edilməsi, müstəmləkəçi siyasətin davam etdirilməsi, millətçi siyasət tədbirlərinə
ə
həmiyyət verilməsi və əhali artımının təşviq edilməsi olan merkantilizmin çıxış nöqtəsi
xarici ticarət balansında daim müsbət saldo yaratmaqla ölkə sərvətinin artırılması və
bunun üçün lazım olan bütün proteksionist tədbirlərin görülməsindən ibarətdir. Həmin
dövrdə xarici siyasətdə əsasən kənd təsərrüfatı məhsulları hakim olduğundan bu
siyasətin davamı kimi aqrar sektorun himayə edilməsini də göstərmək mümkündür
2
.
Tarixdə aqrar sektorun iqtisadi düşüncə və dövlət siyasətinin mərkəzində
dayanması isə birbaşa fiziokratizm məktəbi ilə bağlıdır və hətta o səviyyədə ki, bu
məktəbə kənd təsərrüfatı fetişizmi adı da verilmişdir
3
. ctimai həyatın tanrı tərəfindən
mövcud olan təbii qanunlarla
4
idarə olunduğunu, dövlətin bu qanunlara müdaxilə
1
Post-sənaye dövrünün reallıqları dedikdə əsasən bunlar nəzərdə tutulur: 1) Sənaye cəmiyyətindən informasiya cəmiyyətinə
keçid; 2) Fordist istehsal tərzindən çevik, elastik (flexible) istehsal tərzinə keçid; 3) Milli dövlətlər sistemli dünyadan
qloballaşmış dünyaya keçid; 4) Modernist fəlsəfi düşüncədən post-modernist fəlsəfi düşüncəyə keçid;
2
Məs: Fransada IV Henrinin maliyyə naziri olmuş merkantilist Maximilien Bethune Sully (1559-1641) kənd təsərrüfatının
inkişafı üçün bir sıra tədbirlər görmüş, boş əraziləri ölkəyə köçənlərə paylamış, kənd təsərrüfatı istehsalçılarını müdafiə
edən bir sıra hüquqi dəyişiklikləri müdafiə etmişdir. O, qeyd edirdi: ”Torpaq becərmək və heyvan saxlamaq Fransanın
döşləridir”(Doç. Dr Arif Ersoy, “ ktisadi teoriler ve düşüncelerin gelişme tarihi”, II Baskı, zmir, 1990, səhfə: 101);
taliyada merkantilist Ferdinands Galiani (1728-1787) “Buğda ticarəti haqqında dialoqlar” adlı əsərində bəlkə də ilk
dəfə olaraq ərzaq təhlükəsizliyi məsələsinə toxunaraq buğda ixracını bu prinsipi pozduğundan qəbul etməmişdir. Bundan
başqa xarici ticarət şərtlərinin buğda əleyhinə olmasını müdafiə etmiş və göstərmişdir ki, bu təbii şərtlərə bağlılığından
yüksək risqli olan kənd təsərrüfatı istehsalını azaldar və orada toplanan əlavə kapital az risqli sənaye sahəsinə yönəlmiş
olar(Eyni mənbə, səhfə: 124);
ngiltərədə merkantilist doktrina çərçivəsində kraliça I Elizabeth (1558-1603) tərfindən aqrar sektor xarici rəqabətdən
qorunmuşdur. ngilis yunlarının xammal şəklində ixracı qadağan edimiş, buğda qanunları (“Corn Laws”) yolu ilə buğda
yığımının məhsuldar olduğu dövrlərdə ümumiyyətlə onun idxalı qadağan edilmiş, daxili təklifin az və qiymətlərin yüksək
olduğu zamanlarda isə aşağı rüsumlarla idxalını nəzərdə tutmuşdur (William J. Barber, “A History of Economic
Thought”, October, 2002, orginally published by Preager 1968 and Penguin 1967, Elektron kitab, səhfə:
http://www.wesleyan.edu/css/readings/Barber/intro1.htm
);
3
XVIII əsrdə Fransada meydana gələn bu məktəb A.Smith tərəfindən “Millətlərin Sərvəti” adlı əsərin yazıldığı 1776-cı ilə
qədər Fransa və digər Qərb ölkələrində hakim nəzəriyyə və siyasət doktrinası olmuşdur;
4
“Təbii Qanun” adlı əsərində F. Kene torpaq və daşınar əmlakda özəl mülkiyyət, müqavilə azadlığı, iqtisadi təşəbbüskarlıq
azadlığı, ticarət azadlığı kimi təbii hüquqları qabardaraq göstərir ki, bu hüquqlar yalnız dövlətin ideal hüquq sistemi
vasitəsilə reallaşdırılarsa səmərəli ola bilər;
9
etməməsini, sadəcə daxili və xarici təhlükəsizliyi təmin edərək bəzi infrastruktur
xidmətlərini göstərməli olduğunu düşünən fiziokratlar hesab edirdilər ki, dəyərin
mənbəyi kənd təsərrüfatıdır, əlavə dəyər yalnız kənd təsərrüfatında yaradılır və buna
görə bu sektor yeganə məhsuldar sektordur, faiz aqrar kapitalın gəliridir, kapital yalnız
aqrar sektora qoyulmalıdır, ixracat yalnız aqrar məhsullara dayanmalıdır, yeganə
məhsuldar sektor aqrar sektor və yeganə məhsuldar sinif kənd təsərrüfatı istehsalçıları
olduğundan dövlət də vergini ancaq bu sektordan toplamalıdır. Əlavə dəyərin(surplus)
yalnız aqrar sektorda yarandığını qeyd edən fiziokratların ən böyük nümayəndəsi doktor
Fransua Kene bu dəyərin siniflər arasında necə bölüşdürüldüyünü göstərən məşhur
“ qtisadi Cədvəli” (Tableau Economique) ilə bir növ iqtisadi analizin də əsasını
qoymuşdur
5
.
Adam Smitin məşhur “Millətlərin Sərvəti”(Wealth of Nations) adlı əsərini çap
etdirdiyi 1776-cı ildən meydana gələn klassik iqtisadi məktəb iqtisadiyyata dövlət
müdaxiləsinin minimumlaşdırılması, şəxsi azadlıq, əmək bölgüsü, azad bazar
mexanizmi kimi prinsipləri müdafiə edərək iqtisadi sistemi kompleks şəkildə öyrənmiş
ilk məktəb və sənaye kapitalizminin ideoloji gücü olmuşdur. Aqrar sektorda renta,
torpağın məhsuldarlığı, əmək bölgüsü, istehsal vasitələrinin yeniləşdirilməsi, əhalinin
ə
rzaqla təminatı, dövlətin bu sektor fəaliyyətlərinə müdaxilə həddi kimi məsələləri geniş
şə
rh edən klassik iqtisadçılar sərvətin mənbəyinin yalnız bu sektorda olmadığını,
sənayenin də məhsuldar sektor olduğu fikrini müdafiə etmiş və sənayenin inkişaf
etdirilməsində aqrar sektorun rolu və bu rolun artırılması məsələləri üzərində
dayanmışlar
6
.
Klassik iqtisadi məktəbi tənqid edən cəryanlardan biri, əsasını alman Fridrix Listin
qoyduğu milli iqtisadiyyat cəryanı da aqrar sektor fəaliyyətləri və dövlətin aqrar
siyasəti baxımından öyrənilməsi zəruridir. Həmin dövrdə əsasən aqrar ölkə olan və hələ
sənayeləşə bilməyən ölkələrin klassik iqtisadçıların göstərdiyi azad xarici ticarət
prinsipi əsasında artıq sənayeləşmiş ölkələrlə rəqabət apara bilməyəcəyi fikrini müdafiə
5
F. Kene aqrar sektorda yaradılan əlavə dəyəri belə izah edir: Əlavə dəyər =Torpaqdan əldə edilən ümumi məhsul –
Torpaqda işləyənlərin xərcləri; Bundan sonra yaranan həmin əlavə dəyərin 3 sinif , əkinçilər, torpaq sahibləri və tacir,
sənayeçi, azad peşə sahibləri və bürokratlardan ibarət qısır sinif(sterile) dediyi siniflər arasında necə bölüşdürülərək dövr
etdiyini məşhur cədvəlində göstərir;
6
Ümumiyyətlə bu məktəb çərçivəsində ortaya çıxan Smitin “mütləq üstünlüklər”, Rikardonun “renta”, “müqayisəli
üstünlüklər”, “azalan məhsuldarlıq”, Maltusun “əhali qanunu”, Seyin “Bazar və ya məxrəclər qanunu” kimi
nəzəriyyələri o dövr iqtisadi düşüncə və siyasət doktrinasında əhəmiyyətli olmuş və bu gün də az-çox aktuallıqlarını
qorumaqdadırlar;
Dostları ilə paylaş: |