BaziDİOMİsetləR ŞÖBƏSİ -basiDİomycota


Quru havada onlar suyunu itirir



Yüklə 2,28 Mb.
səhifə3/4
tarix24.12.2022
ölçüsü2,28 Mb.
#97814
1   2   3   4
BAZİDİOMİSETLƏR ŞÖBƏSİ Rafiya

Quru havada onlar suyunu itirir,

rütubətli şərait yarandıqda isə

əvvəlki vəziyy ətini alır. Əksər

nümayəndələri saprofitdirlər,

parazit nümayəndələrinə yaşıl

bitkilər və həşaratlar üzərində

rastg əlinir.

Yarımsinfin Auriculariales və

Tremellales sıraları,

həmçinin Dacryomycetaceae

fəsiləsi geniş yayılmışdır.

Teliobasidiomycetes-Teliosporomisetidlər sinfi

Bu sinifə aid olan göbələk növləri ali bitkilər üzərində obliqat parazitdirlər. Bazidi sakit dövr keçirən inkişaf tsiklində qışlama mərhələsi funksiyasını yerinə yetirən, qalın divarlı, latent hüceyrədən- teliospordan əmələ gəlir ki, bu da möhkəm xarici membrana malikdir. Xarici membran əsasən xitindən təşkil olunmuşdur. Sinfin nümayəndələri obliqat parazit həyat tərzi keçirdiklərinə görə meyvə cismindən məhrumdurlar. Sinif iki sıranı özündə cəmləyir: Ustilaginales (sürmə göbələkləri) və Uredinales (pas göbələkləri) - növlərinin demək olar ki, hamısı ali bitkilərdə parazitlik edirlər.

Ustilaginales- Sürmə göbələkləri sırası- na özündə 1000-ə qədər növü birləşdirən 40

cins daxildir. Sürmə sporlarının cücərməsinə əsasən, sıra Ustilaginaceae və Tilletiaceae

fəsilələrinə bölünürlər.

Tilletiaceae- Tilletialar fəsiləsi- nə daxil olan nümayəndələrin sporlarının

cücərməsindən əmələ gələn promitselium- bazidium bir hüceyrəlidir və bazidisporlar onların

zirvəsində inkişaf edir. Fəsiləyə Tilletia, Entyloma, Tuburcinia və Daossansia cinsləri

daxildir.

Sürmə göbələkləri öz sporları ilə yoluxur, toxum və meyvə vasitəsilə yayılır. Belə ki, sürmə sporları bilavasitə bitkinin toxumu üzərinə düşərək onu zədələyə bilər. Bu yolla Tilletia caries növü buğdanın bərk sürməsini, Tilletia secalis növü çovdar surməsini, Spororium rellianum növü qarğıdalının tozlu surməsini törədir

Sürmə göbələkləri öz sporları ilə yoluxur, toxum və meyvə vasitəsilə yayılır. Belə ki, sürmə sporları bilavasitə bitkinin toxumu üzərinə düşərək onu zədələyə bilər. Bu yolla Tilletia caries növü buğdanın bərk sürməsini, Tilletia secalis növü çovdar surməsini, Spororium rellianum növü qarğıdalının tozlu surməsini törədir


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə