148
görərik ki, mənzərə çox vədedicidir. Zənnimcə, imzaladı-
ğımız bəyannaməni hansı sürətlə və səmərə ilə icra etmə-
yimizdən, texniki əsaslandırmanı hansı sürətlə və səmərə ilə
hazırlamağımızdan və təbii ki, maliyyə ehtiyatlarının artırıl-
masından, bütün təcrübə və texniki bacarıqlarımızın istifa-
dəsindən çox şey asılı olacaqdır.
Əminəm ki, nəhəng enerji layihələrini irəliyə aparmaq və icra
etmək təcrübəsi bizə uğur gətirəcəkdir. Bizim özəl təcrübəmiz
vardır və bu gün biz sərmayələrin cəlb edilməsi, neft və qaz
sahəsinə sərmayə qoymaq və maliyyə ehtiyatlarının artırılması
üçün beynəlxaq maliyyə institutları ilə əməkdaşlıq məsələlərini,
tikilən boru kəmərlərini və istehlakçı, tranzit və hasilatçı ölkələr
arasında qurulan yaxşı əməkdaşlıq məsələlərini müzakirə etdik.
Bu maraqların tarazlığı, qarşılıqlı asılılıq layihələrin uğurla
həyata keçirilməsi üçün mühüm elementlərdən sayılır. Başqa
sözlə desək, layihəni həyata keçirmək üçün bizə lazım olan hər
bir şərait vardır. Ümid edirəm ki, bugünkü imzalanma
mərasimi və apardığımız danışıqlar, şirkətlərin və nazirliklərin
nümayəndələrinə verdiyimiz göstərişlər gələcəkdə uğurun əldə
olunması üçün öz rolunu oynayacaqdır.
Bir daha bu mühüm tarixlə bağlı hamını təbrik etmək
istəйиряm. Əminəm ki, bu gün tarixdə öz yerini tutacaq,
tərəfdaşlığı, enerji təhlükəsizliyini, üzərində çalışdığımız təd-
birləri gücləndirəcək, xalqlarımız və regionlarımız arasında
əməkdaşlığa, çiçəklənməyə və uğurun əldə olunmasına gəti-
rib çıxaracaqdır. Bir daha mən hörmətli qonaqlarımıza bi-
zimlə bir araya gəldiklərinə və bütün iştirakçılara gərgin
əməklərinə görə təşəkkür edirəm. Çox sağ olun və sözü
prezident Saakaşviliyə verirəm.
M i x e i l S a a k a ş v i l i ( Gürcüstan prezidenti ): İlk
növbədə mən Azərbaycan tərəfinə göstərilən qonaqpərvər-
liyə görə minnətdarlığımı bildirmək istəйиряm. Mən Bakıya
tez-tez gəlirəm və hər dəfə buraya gələndə bu şəhərin təkcə
həmişə inkişaf etdiyiniн deyil, onun parlaq gələcəyə sürətlə
addımladığının şahidi oluram. Əslində çox canlı şəhərdir,
149
burada həmişə nə isə baş verir. Dünən bizim İçərişəhəri
gəzmək və şəhərdə aparılan yeni tikinti işləri ilə yaxından
tanış olmaq üçün gözəl imkanımız oldu. Bilirsiniz, bu siyasət
elə bir fakta, elə bir fikrə əsaslanır ki, Azərbaycanın bütün
gəlirləri insanların, xalqın rifahına yönəlməlidir. Düşünürəm
ki, bunun əsasında davamlı, uzaqgörən siyasət dayanır.
Bakının gözəlliyi və prezident İlham Əliyevin ruh yüksəkliyi,
onun öz ölkəsinin gözəl gələcəyini necə təmin etməsinə dair
baxışları məndə dərin təəssüratlar yaratdı.
Xəritəyə nəzər yetirsəniz görərsiniz ki, bu, enerji daşıma-
ları üçün ən məntiqi marşrutdur. Belə ki, düz xətt üzərində
yerləşir və ən qısa yoldur. Qara dənizdən 1100 kilometr mə-
safəni əhatə etməklə, enerji ehtiyatlarının Xəzər dənizindən
Avropa istiqamətinə daşınmasında ən qısa yoldur. Bu layi-
hənin daha öncə ərsəyə gəlməməsinin səbəbi burada üçüncü
tərəflərin müəyyənləşdirilməməsi idi. Eyni zamanda, biz
Türkiyə ərazisindən keçəcək Nabukko boru kəmərini də tam
dəstəkləyirik. Lakin AGRİ layihəsi şübhəsiz ki, ən məntiqi
və qısa yoldur. Prezident Trayan Besesku da bu layihənin
sadəliyini görənlərdən biri oldu və «hə» dedi, lazımi işləri
həyata keçirdi. Bu gün Macarıstanın Baş naziri Viktor
Orbanı burada görməyimizə şadıq. Zənnimcə, bu onun
ölkəsi üçün, «Şərq Tərəfdaşlığı» proqramı üçün vacib mə-
sələdir.
Gələn il Macarıstan Avropa İttifaqının sədrliyini üzərinə
götürəcəkdir. Biz hamımız Avropa İttifaqının «Şərq Tərəf-
daşlığı» ilə daha sıx əlaqələrinin yaranmasında və bütün
istiqamətlərdə hansı işlərin görülməsində böyük rol oynayı-
rıq. Bu nöqteyi-nəzərdən düşünürəm ki, biz Macarıstanın
özündə, siyasətində, macar hökumətində yeniliklər müşahidə
edirik. Demək istəyirəm ki, onlar islahatlar həyata keçirirlər.
Bizim də çox islahatçı ölkə olduğumuzu bildirmək istərdim,
lakin bu mənada Macarıstanın da adını çəkməyə bilməzdim.
Digər tərəfdən, düşünürəm ki, bu, «Şərq Tərəfdaşlığı» siya-
sətinin tərkib hissəsi kimi, yeni enerji təchizatına gətirib
150
çıxaracaqdır. Macarıstanın bu layihədə iştirakı Avropada
enerji layihələrinə yeni nəfəs verəcək və yeni baxış yara-
dacaqdır. Macarıstanın və Rumıniyanın enerji sahəsində
ümumi Avropa İttifaqı siyasətinin yaradılması və Avropada
uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi üçün
səylər göstərəcəyinə ümid edirik. Mənim ölkəm hələ bir neçə
il öncə enerji məsələsində təhlükəsiz deyildi. Bu gün Gür-
cüstanın enerji təhlükəsizliyini və davamlı inkişafını təmin
etmək üçün səylərini bir araya toplayan azərbaycanlı dostla-
rımızın və digər tərəfdaşlarımızın sayəsində Gürcüstan dün-
yanın ən sabit və təhlükəsiz ölkələri sırasındadır.
Azərbaycana nəzər yetirsəniz şahid olarsınız ki, bir çox
layihələrdə bu ölkə heç kimi heç vaxt çətin vəziyyətdə qoy-
mayıb. Digər enerji ixracatçılarına nəzər yetirdikdə, bunun
müstəsna hal olduğunun şahidi olacaqsınız. Bu nöqteyi-
nəzərdən, indi biz nikbin olmalıyıq. Bu, ümumi bir bəyan-
namə deyil, reallıqdır, bu, regionda həyata keçiriləcək ən
sürətli layihə olacaqdır.
T r a y a n B e s e s k u ( Rumıniya prezidenti ): İcazə
verin, həmkarlarımı təbrik edim, çünki biz razılıq əldə etdik.
Bəyannamədə qeyd edildiyi kimi, biz bu layihəni reallaşdır-
maqda qərarlı olduğumuzu açıqladıq. Hesab edirəm ki, bu
layihə ilk növbədə Avropa İttifaqının «Şərq Tərəfdaşlığı»na
doğru yanaşmasının sübutudur. Bu layihə sübut edir ki,
Avropa İttifaqı sərhədlərinin şərq hissəsində yerləşən ölkələr
hər iki tərəfin maraqları çərçivəsində əməkdaşlıq edə bilər.
Layihə Avropa İttifaqının açıq bazarı təmin etmək məq-
sədilə alternativ yollar yaratmaq strategiyasına uyğun gəlir.
Həmçinin Qara dənizin iki tərəfini birləşdirən, demək olar
ki, ən mühüm layihədir.
Uzun müddət mən Avropa İttifaqı və digər beynəlxalq
təşkilatlarda belə bir fikri dəstəkləmişəm ki, Avropa İttifaqı-
nın, hətta NATO-nun təhlükəsizliyi Xəzər dənizi regionunda
və Mərkəzi Asiyada baş verən hadisələrdən çox asılıdır. Bu
layihə Avropa İttifaqı ölkələri, Xəzər dənizi və Mərkəzi
Dostları ilə paylaş: |