Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə40/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   36   37   38   39   40   41   42   43   ...   112

 
144
edəcəyinə  əminəm. Hesab edirəm ki, enerji amili bu əlaqə-
lərin mühüm elementidir, lakin biz təkcə enerji əməkdaşlığı 
ilə kifayətlənməməliyik. Enerji sahəsində əməkdaşlıq iqtisa-
diyyatımızın bütün digər sektorlarına mühüm yol açacaq və 
təbii ki, biz siyasi əlaqələrimizin daha da inkişaf etdirilməsi 
üçün çalışacağıq. 
Bu gün Azərbaycan neft və qaz ehtiyatlarını  müxtəlif 
beynəlxalq bazarlara nəql edir. Uğurlu neft strategiyası  və 
siyasətinin nəticəsi olaraq Azərbaycan artıq qaz ixrac edən 
ölkəyə çevrilib. Bu ixracatın istiqamətləri genişlənir və həcmi 
də artır. Bu il qaz hasilatının həcmi təxminən 28 milyard 
kubmetr olacaqdır və bu bizə ənənəvi istiqamətlər üzrə ixra-
catı artırmağa imkan verəcəkdir. Bu gün biz qazımızı  dörd 
qonşu  ölkəyə ixrac edirik və  həmin ixracatın həcmi art-
maqdadır. Bizim təsdiq olunmuş  böyük ehtiyatlarımız var-
dır. Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş qaz 
ehtiyatları  təxminən 2 trilyon kubmetrdir, lakin reallıqda 
minimal potensial ehtiyatlarımız 5 trilyon kubmetrə yaxın-
dır. Bu, şaxələndirilmiş ixracat strategiyası üçün onilliklərə, 
bəlkə də yüz ilə kifayətdir.  
Mühüm məsələ odur ki, qazımızı müxtəlif bazarlara nəql 
etmək  üçün artıq infrastrukturumuz vardır. Bakı–Tbilisi–
Ərzurum qaz boru kəmərinin tikintisi regionlarımız arasında 
qaz sahəsində  əməkdaşlığın inkişafı  üçün böyük rol oyna-
mışdır. Lakin bu, nisbətən məhdud həcmə malik olan ilkin 
bir addım oldu. Hazırda biz şaxələndirmənin hamımıza 
fayda gətirəcəyini nəzərə alaraq yeni marşrutların müəy-
yənləşdirilməsi istiqamətində çalışırıq. Bu işləri görmək üçün 
planlarımız və güclü siyasi iradəmiz vardır. Mən əminəm ki, 
bu gün müzakirə edəcəyimiz məsələlər regionun gələcək 
enerji xəritəsi  üçün  çox mühüm rol oynayacaqdır.  Əslində 
biz enerji xəritəsini dəyişdiririk. Biz hasilat, nəqletmə, ixra-
cat marşrutları  və yeni marşrutların yaranması imkanları 
haqqında  ənənəvi anlayışları  dəyişdiririk. Biz bu vəziyyəti 
dəyişdiririk, vəziyyət öz-özünə yaranmır. Bu, liderlərin siyasi 


 
145
iradəsidir və eyni zamanda, praktiki layihələr, səylərin  əla-
qələndirilməsi  üzrə ciddi bir işdir. Mən  əminəm ki, ölkə-
lərimiz və ölkələrimizin rəhbərləri arasındakı anlaşma səviy-
yəsi, səylərimizin potensial əlaqələndirmə səviyyəsi tamamilə 
yeni bir şərait yaradacaqdır.  
Qeyd etdiyim kimi, biz qonşu  ölkələrlə enerji sahəsində 
fəal əməkdaşlıq edirik. Eyni zamanda,  Avropa təsisatları ilə 
də  sıx  çalışırıq. 4 il bundan əvvəl biz Avropa İttifaqı ilə 
Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlığa 
dair memorandum imzalamışıq və bu təmaslar  çox fəaldır. 
Mən çox şadam ki, bu gün Avropa İttifaqının iki üzv ölkəsi 
və Cənubi Qafqaz regionunun iki ölkəsi bu sammitdə iştirak 
edir. Uzun illər enerji sahəsində  fəal  əməkdaşlıq edən bu 
ölkələr indi bir komanda kimi çalışır. Mən çox istərdim ki
biz gələcəkdə  də birgə  çalışaq. Bu bizə qaz potensialımızı 
reallaşdırmağa kömək edəcək, bizim üçün yeni bazarlar 
açacaq və eyni zamanda, imkan verəcək ki, Avropa istehlak-
çılarının Xəzər regionuna, onun karbohidrogen ehtiyatla-
rına  çıxışını  təmin edəcək layihələr  üzrə birgə  çalışaq. Fik-
rimcə, əgər biz bütün maraqları üst-üstə qoymağa nail olsaq
qarşımızda aydın mənzərə və çox vədedici gələcək olacaqdır. 
Əminəm ki, dünən həmkarlarımla apardığım və bu gün 
cənab Baş nazirlə aparacağım danışıqlar bu əməkdaşlıq 
ruhunu gücləndirəcəkdir. 
Bu gün biz AGRİ adlanan layihə  üzrə  bəyannamə 
imzalayacağıq. Bu yeni bir addır və ola bilsin ki, onun haq-
qında hamının məlumatı yoxdur. Lakin yeni olmaq arxada 
qalmaq demək deyildir. Düşünürəm ki, bizim yaxşı dinami-
ka, sürət və sadiqliklə indiyədək müzakirə olunan bütün 
layihələr arasında lider olmağa yaxşı imkanımız vardır. Biz 
Cənub dəhlizinə aid layihələr  üzərində  çalışmağa davam 
edəcəyik və fikrimcə, AGRİ layihəsinin çox yaxşı potensialı 
vardır. Çünki biz onu irəliyə doğru aparmaq üçün aramızda 
olan güclü sadiqliyi görürük.  Əvvəl qeyd etdiyim kimi, biz 
artıq bir çox hazırlıq işlərini görmüşük, Anlaşma Memo-


 
146
randumu imzalanıb və bu gün mühüm sənəd imzalana-
caqdır. Bu səbəbdən güclü sadiqliklə, səylərimizi birləşdir-
məklə, əminəm ki, biz yaxşı nəticələr əldə edə biləcəyik. Fik-
rimcə, regionumuzda enerji əməkdaşlığının yeni səhifəsini 
aça bilərik və  açmalıyıq, baxmayaraq ki, AGRİ layihəsi 
haqqında  çoxlarının məlumatı yoxdur. Əminəm ki, bu 
sammitdən sonra AGRİ layihəsi regionumuzda və Avropa-
da olan mühüm enerji və qaz layihələri arasında  öz yerini 
tutacaqdır.  
Beləliklə,  çıxışımın sonunda bugünkü toplantıdan məm-
nunluğumu bildirmək istəйиряm.  Əziz qonaqlar, dəvətimi 
qəbul etdiyiniz üçün sizə  çox minnətdaram və  əminəm ki, 
bugünkü tədbir yaxşı nəticələrlə güclü əməkdaşlığın başlanıl-
ması kimi tarixə  düşəcəkdir. Diqqətinizə  görə  təşəkkür 
edirəm. 
 
 
 
 
 
 
 


 
147
 
 
 
DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ  
BİRGƏ MƏTBUAT KONFRANSI  
  
14 sentyabr 2010-cu il  
 
Sentyabrın 14-də AGRİ layihəsinə dair Bakı  Bəyanna-
məsi imzalanдыгdan sonra Azərbaycan prezidenti İlham  Əliyev, 
Rumıniya prezidenti Trayan Besesku, Gürcüstan prezidenti 
Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban 
birgə mətbuat konfransı keçirmişlər.  
İ l h a m   Ə l i y e v: Hörmətli xanımlar və cənablar!  
Mən hamını bu əlamətdar hadisə  münasibətilə  təbrik 
etmək istəйиряm. Biz indicə AGRİ layihəsi  üzrə  mühüm bir 
bəyannamə imzaladıq. Bu layihə  üzərində uzun müddət 
çalışmışıq. Nisbətən yeni bir layihə olmasına baxmayaraq, 
onun  çox yaxşı  gələcəyi var. Biz bu gün bunu müzakirə et-
dik.  Ölkələrimizin liderlərinin, insanlarımızın,  şirkətlərin və 
nazirliklərin təmsilçilərinin bizim bir araya gəlməyimiz üçün 
etdiyi səylər yaxşı  nəticələr verib. Biz böyük bir inkişafın 
başlanğıcındayıq və əminəm ki, bu iş uğurlu olacaqdır.  
Bu layihəni sürətlə irəliyə aparmaq üçün bizə lazım olan 
hər bir şey vardır.  İlk növbədə  çox güclü siyasi iradəmiz və  
ölkələrimiz arasında həm ikitərəfli, həm də  çoxtərəfli səviy-
yədə  sıx  əməkdaşlıq mövcuddur. Bugünkü sammit bunun 
yaxşı göstəricisidir.  
Bizim böyük həcmdə  təbii ehtiyatlarımız vardır. Azər-
baycan «Şahdəniz» və digər qaz yataqlarında hasilatı artır-
maq  üçün  öz töhfələrini verəcəkdir. Bizim etibarlı  nəqletmə 
və tranzit marşrutlarımız mövcuddur. Bizim dost qismində 
istehlakçılarımız vardır. Onların qaz təchizatının əlavə mən-
bələrinə ehtiyacları vardır. Əgər biz istənilən potensial enerji 
layihəsində  bütün  əhəmiyyətli elementləri bir araya qoysaq 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə