Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə36/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   32   33   34   35   36   37   38   39   ...   112

 
128
 
 
 
KÜR ÇAYININ DAŞMASI NƏTİCƏSİNDƏ 
YARANAN TƏBİİ FƏLAKƏT ZAMANI 
HACIQABUL RAYONUNUN MEYNİMAN 
KƏNDİ ƏRAZİSİNDƏ EVLƏRİ DAĞILAN 
VƏTƏNDAŞLAR ÜÇÜN YENİ TİKİLƏN 
MƏNZİLLƏRİN ВЕРИЛМЯСИ  МЯРАСИМИ 
 
7 sentyabr 2010-cu il 
 
Kür  çayının daşması  nəticəsində yaranan təbii fəlakət 
zamanı Hacıqabul rayonunun Meyniman kəndi  ərazisində 
evləri dağılan vətəndaşlar üçün yeni mənzillər tikilib istifadəyə 
verilmişdir.  
Sentyabrın 7-də yeni mənzillərin orderləri sahiblərinə  təq-
dim olunmuşdur.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məra-
simdə iştirak etmişdir.  
Bu ilin mayında Kür  çayında baş verən daşqın təbii 
fəlakətlə nəticələndi. Daşqından dərhal sonra prezident İlham 
Əliyevin sədrliyi ilə mayın 7-də keçirilən müşavirədə  döv-
lətimizin başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə 
bağlı müvafiq orqanlara tapşırıqlar verdi. Minlərlə texnika və 
canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə 
cəlb olundu. Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı 
dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində 
alındı. Dağılan bəndlərin operativ bərpası,  əhalinin daha 
təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatına yol 
verilmədi. Mayın 11-də prezident İlham Əliyevin təbii fəlakət 
bölgəsinə getməsi və burada sakinlərlə  görüşməsi, onların 
problemləri ilə maraqlanması, dəyən ziyanın aradan qaldırıl-
masının dövlətimizin başçısının daim diqqətində olduğunu 
göstərdi. Tədricən əhalinin yaşayış yerlərinə köçürülməsi, ev-


 
129
ləri dağılan insanların mənzil problemlərinin həlli başlandı. 
Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri 
zamanı  əsas diqqət evlərin  əvvəlki kimi çiy kərpicdən yox, 
daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına 
yönəldildi. Daşqınlar nəticəsində dağılmış evlərin əvəzinə yeni-
lərinin tikilməsi, zədələnmiş binaların bərpası istiqamətində 
görülən işlər uğurla həyata keçirilir.  
Tikinti işlərinin başa  çatdığı  ərazilərdən biri də Hacıqabul 
rayonunun Meyniman kəndidir. Bu il mayın 23-də  kəndin  əra-
zisində  Kür  çayı  öz məcrasından  çıxaraq təxminən 85 metr 
uzunluğunda qoruyucu bəndi dağıtmışdı. Nəticədə Meyniman 
kəndindəki 280 ev və 286 təsərrüfat, o cümlədən 1350 nəfər 
əhalisi olan 1-ci Meyniman kəndindəki 150 həyət su altında qal-
mışdı. Daşqın zamanı Meyniman kəndində 35 ev tamamilə  uç-
muş, 64 ev qəzalı vəziyyətə düşmüşdü. 
Dövlətimizin başçısı  əvvəlcə  təbii fəlakət nəticəsində da-
ğılan evlərin və yeni mənzillərin fotolarına baxdı.  
Prezident İlham Əliyev kənd sakini Mərhəmət Yaqubovun 
mənzilində oldu, burada yaradılan  şəraitlə maraqlandı. Döv-
lətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni evlər 
bütün zəruri avadanlıqларla təchiz edilmişdir.  
İ l h a m  Ə l i y e v: Əziz dostlar, ilk növbədə sizi qarşıdan 
gələn müqəddəs Ramazan bayramı  münasibətilə  ürəkdən 
təbrik etmək istəyirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. 
Bu gözəl müqəddəs bayram ərəfəsində sizə yeni evlər təqdim 
edilir. Bu evlər dövlət tərəfindən tikilmişdir. Əminəm ki, siz 
bu evlərdə rahat yaşayacaqsınız.  
Bildiyiniz kimi, bu il dünyanın hər bir yerində təbii fəla-
kətlər baş verdi, o cümlədən Azərbaycanda da sellər, daşqın-
lar nəticəsində insanlarımız böyük  çətinliklərlə  üzləşmişlər. 
On minlərlə hektar torpaq sahəsi su altında qalmışdır. Bir 
neçə min ev tamamilə dağılmışdır. O cümlədən sizin ev-
ləriniz də dağılmışdır. Belə olan halda Azərbaycan dövləti 
bütün imkanlarını səfərbər etdi. Qarşıya birinci vəzifə qoyul-
muşdu ki, xilasetmə  işləri operativ şəkildə  təşkil edilsin. Çox 


 
130
şadam ki, bizim xilasedicilər böyük peşəkarlıqla işlədilər. Bir 
nəfər də itki, tələfat olmadı. Biz görürük ki, bu təbii hadisələr 
başqa  ölkələrdə  nə  qədər böyük fəlakətlərə, insan itkisinə 
gətirib çıxarır. İkinci vəzifə ondan ibarət idi ki, biz sizi bu çətin 
vəziyyətdən xilas etmək üçün müvəqqəti şəraitlə təmin edək. Bu 
işlər də təşkil olundu. Səhiyyə, təhsil məsələləri həll edildi, bəzi 
yerlərdə  müvəqqəti  çadır  şəhərcikləri quruldu. Azərbaycan 
dövləti əlindən gələni edirdi ki, təbii fəlakətdən əziyyət çəkmiş 
insanların yaşayış  səviyyəsini maksimum dərəcədə  yüngülləş-
dirək. Bu gün biz artıq görülən işlərin birinci mərhələsinə 
qədəm qoyuruq. Mən o vaxt məsələ ilə məşğul olanda demiş-
dim ki, qış gələnə qədər bütün evlər bərpa olunmalıdır. Mən bu 
vəzifəni qarşıya qoydum. Çünki qış  gələnə  qədər insanlar 
normal evlərlə  təmin olunmalıdırлар  və birinci evlər, bax, bu 
gün sizə təqdim edilir.  
Böyük çətinliklərlə üzləşmişdik, çayların məcradan çıxması, 
göllərin, bəndlərin dağılması bir gün deyil, iki gün deyil, bir 
neçə  həftə davam edib. Sellər, yağışlar böyük bir təbii fəlakət 
idi. Ancaq xalqımız  həmişə olduğu kimi, yenə  də  həmrəylik 
göstərdi. Bütün dövlət qurumları  çox səmərəli və  böyük peşə-
karlıqla işlədi.  Özəl qurumlar da öz təşəbbüsü ilə, təmənnasız 
bu işlərə  cəlb olundu. Mən  çox  şadam ki, biz həm birinci 
mərhələdə insanları xilas etmək  üçün bütün tədbirləri lazımi 
səviyyədə gördük və bu gün evlərin tikintisinə nail olduq, həm 
də artıq təbii fəlakətlə  üzləşmiş  bütün bölgələrdə ev tikintisi 
gedir. Biz yaxın zamanlarda başqa rayonlarda da belə  gözəl 
açılışları qeyd edəcəyik. Bugünkü mərasim birincidir və bu çox 
vacibdir. 
 
 
* * * 
 
Sonra prezident İlham  Əliyev mənzillərin orderlərini və 
açarlarını sahiblərinə təqdim etdi. 
T a l ı b   H ü s e y n o v (kənd sakini): Cənab Prezident, 
kəndimizə  gəldiyinizə  görə camaatımız adından Sizə  təşək-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə