124
simindəki çıxışımı bir daha xatırlatmaq
istəyirəm, Azər-
baycan bayrağı Dağlıq Qarabağda dalğalanacaqdır!
Bizim işimiz haqq işidir. Azərbaycan sülhsevər dövlətdir.
Biz bütün ölkələrlə münasibətlərin qarşılıqlı hörmət əsasında
qurulmasına çalışırıq, buna nail oluruq. Ölkədə gedən pro-
seslər, bir daha demək istəyirəm ki, müsbət istiqamətdə
davam edir. Bugünkü məclis özlüyündə gözəl bir göstəricidir.
Azərbaycanda bütün xalqlar, bütün millətlərin, bütün dinlə-
rin nümayəndələri, sözün əsl mənasında, dostluq, qardaşlıq
şəraitində yaşayırlar.
Mən bu gözəl gündə öz dostuma – şeyx
həzrətlərinə min-
nətdarlığımı bildirmək istəyirəm ki, şeyx həzrətləri öz
fəaliyyəti ilə Azərbaycanın haqq işinin dünya birliyinə çat-
dırılmasında mühüm işlər görür. Onun beynəlxalq səviyyə-
dəki nüfuzu və ona olan hörmət Azərbaycanı gücləndirir.
Şeyx həzrətlərinin təşəbbüsü ilə keçirilmiş gözəl beynəlxalq
tədbirlər bunun əyani sübutudur.
Həm dünya dini rəh-
bərləri, həm də böyük dövlətlərin başçıları ilə görüşlərdə şeyx
həzrətləri haqqında xoş sözlər eşidəndə çox sevinirəm. Bu,
ədalətli qiymətdir və mən çox şadam ki, nəinki Azərbay-
canda, ölkəmizdən kənarda da şeyx həzrətlərini tanıyırlar,
hörmət edirlər. Mən əziz dostum şeyx həzrətlərinə gələcək
fəaliyyətində uğurlar diləyirəm. Arzu edirəm ki, onun bütün
arzuları həyatda öz əksini tapsın
və mən bilirəm ki, onun ən
böyük arzusu Azərbaycan torpaqlarının işğal altından
çıxmasıdır, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Bir daha, əziz dostlar, bu gözəl gündə mən sizi ürəkdən
salamlayıram. Qarşıdan Ramazan bayramı gəlir. Bu gözəl
bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik,
əmin-amanlıq, rifah arzulayıram. Sağ olun.
125
RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK
Hörmətli həmvətənlər!
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu müba-
rək Ramazan ayı başa çatmaqdadır. Bu ayda müsəlmanlar
Allah və din qarşısında öz vicdani borclarını daha
dolğun
yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət
və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin
nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.
İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda
milli və dini mərasimlər, o cümlədən Ramazan bayramı hər
il təntənə ilə qeyd edilir. Orucluğun sınaqlarından alnıaçıq
çıxan mömin vətəndaşlarımız Ramazan
günlərini qürur hissi
ilə yola salır, bayram sevincini məmnunluqla bölüşürlər. Öl-
kəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün diləklər
edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu
əziz bayram günlərində bütün xeyirxah niyyətlərlə həmrəy
olduğumu bildirir, dualarınızın Tanrı dərgahında qəbul
olunmasını arzu edirəm.
Əziz bacı və qardaşlarım!
Qəlbləri ilahi hikmətlə nurlandıran Ramazan bayramı
insanları sülhə, əmin-amanlığa və həmrəyliyə dəvət edir, cə-
miyyətimizdə nəcib əməllərin və savab işlərin təntənəsinə yol
açır. Bu mübarək bayram münasibətilə hər
birinizi və ölkə-
mizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı
ürəkdən təbrik edir, ailələrinizə xoşbəxtlik, firavanlıq, süfrə-
lərinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı,
6 sentyabr 2010-cu il
126
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının Yeni il bayramı – Roş-Ha-Şana
münasibətilə ürəkdən təbrik edir, hamınıza ən
səmimi arzu
və diləklərimi yetirirəm.
Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi
icması bu gün çoxmillətli cəmiyyətimizin ayrılmaz hissəsinə
çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız
ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, müs-
təqil dövlətimizin daha da möhkəmləndirilməsi, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal
vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Roş-Ha-
Şana yenilik, mənəvi saflıq, xoş müjdələr
və həmrəylik bay-
ramıdır. Bu əziz gün münasibətilə bir daha Sizi təbrik edir,
hər birinizə xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayı-
ram.
Bayramınız mübarək olsun!
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı,
6 sentyabr 2010-cu il