Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə34/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   30   31   32   33   34   35   36   37   ...   112

 
121
din ilə  dövlət arasındakı  münasibətlərin qurulmasına  çox 
böyük töhfə vermişdir.  
Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri bir 
ailə kimi yaşayırlar. Bizə  bəzən elə  gəlir ki, hər yerdə belə 
olmalıdır. Amma əfsuslar olsun ki, hər yerdə heç  də belə 
deyildir. Bəzi ölkələrdə dini zəmində qarşıdurmalar, mühari-
bələr, toqquşmalar baş verir. Azərbaycanda bütün dinlərin 
nümayəndələri, bir daha demək istəyirəm ki, qardaşlıq, 
mehribanlıq şəraitində yaşayırlar. Bu ənənələr möhkəmlənir 
və  şübhə etmirəm ki, gələcək dövrlərdə Azərbaycanda dini 
münasibətlər lazımi səviyyədə təşkil olunacaqdır.  
Biz  öz milli dəyərlərimiзi hər  şeydən  üstün tutan xalqıq. 
Bu  dəyərlər xalqımızın formalaşmasında həlledici rol oyna-
mışdır. Əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamış-
dıq, müstəqillikdən məhrum idik. Buna baxmayaraq, öz 
mənliyimizi, milli mənsubiyyətimizi, dinimizi, dilimizi, adət-
ənənələrimizi qoruya bilmişik.   
Son illər Azərbaycanda bütün dinlərə  məxsus olan abi-
dələrdə  təmir-bərpa işləri gedir. Yüzlərlə yeni məscid tikil-
mişdir. Digər dinlərin məbədləri tikilir, təmir olunur və 
gələcəkdə də tikiləcəkdir. Bu onu göstərir ki, Azərbaycanda 
bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Millətini sevən, 
dininə  hörmətlə yanaşan insan başqa millətdən olan insan-
ları da sevməlidir, başqa dinlərə  də  hörmətlə yanaşmalıdır. 
Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında din-
lərarası dialoqun inkişafında və təşkil olunmasında mühüm 
rol oynamağa başlamışdır. Mən  çox  şadam ki, Azərbay-
canda bu sahədə əldə edilmiş nailiyyətlər dünya birliyində də 
qiymətləndirilir. Bu nailiyyətlər bizə imkan verir ki, bu 
sahədə mötəbər tədbirləri Azərbaycanda keçirək. Bu barədə 
burada da deyildi. Hörmətli şeyx həzrətlərinin yubileyi Azər-
baycanda geniş qeyd olunmuşdur və müxtəlif ölkələrdən dini 
rəhbərlər qonaqlarımızın sırasında idi. Dünya dinlərinin 
zirvə  görüşü  də  Azərbaycanda  ən yüksək səviyyədə keçiril-
mişdir. Biz istəyirik ki, gələcəkdə belə tədbirlərin sayı çoxal-


 
122
sın.  Çünki Azərbaycan bu mövzuda tədbirlərin keçirilməsi 
üçün hesab edirəm ki, məqbul məkandır.  
Azərbaycanda vətəndaş birliyi, vətəndaş  həmrəyliyi 
vardır, dini, milli məsələlərin həllində  çox böyük uğurlar 
vardır. Bu bizim böyük sərvətimizdir, nailiyyətimizdir. Biz 
bunu yüksək qiymətləndiririk. Mən  əminəm ki, Azərbay-
canda bu sahədə əldə edilmiş nailiyyətlər, təcrübəmiz başqa 
yerlərdə də öyrənilə bilər və bu proseslər artıq başlanmışdır.  
Bir il bundan əvvəl biz bu salonda görüşmüşdük, fikir 
mübadiləsi aparmışdıq. Bir il çox tez keçdi və şeyx həzrətləri bu 
dəfə  məni iftar süfrəsinə  dəvət edəndə fikirləşdim ki, bir il nə 
qədər sürətlə keçdi. Nəyə görə? Çünki bu bir il ərzində o qədər 
hadisələr, o qədər tədbirlər görüldü. Azərbaycanda bütün işlər 
o qədər sürətlə aparılır ki, bəzən vaxtın bu qədər sürətlə keç-
məsinə  də fikir vermirsən. Son bir ildə  ölkəmizdə  bütün 
sahələrdə  çox müsbət proseslər gedib, daha da möhkəm-
lənib. Baxmayaraq ki, 2009–2010-cu illərdə  dünyada möv-
cud olan böhran, demək olar, bir neçə  ölkəni  çox ciddi 
sarsıtmışdır. Biz Azərbaycan  əhalisini bu böhranın fəsadla-
rından qoruya bildik. Azərbaycanın inamlı və sürətli inkişa-
fını təmin edə bildik.  
Ölkədə  bütün sosial və iqtisadi proqramlar plan üzrə 
aparılmışdır. Heç bir sahədə yubanma, geriləmə olmamışdır. 
Nəzərdə tutulmuş bütün layihələr vaxtında və yüksək səviy-
yədə icra edilmişdir. Bunun yeganə  səbəbi ondan ibarətdir 
ki, biz öz siyasətimizi düşünülmüş  şəkildə aparırıq. Bizim 
siyasətimiz həm gələcəyə, həm də  bu gün  ölkə qarşısında 
duran problemlərin həllinə  yönəldilib. Atılan bütün addım-
larımız bir məqsədi güdür: Azərbaycanı daha да  güclən-
dirək, Azərbaycan  əhalisinin rifah halını yaxşılaşdıraq,  öl-
kədə sabitliyi möhkəmləndirək, təhlükəsizlik tədbirlərini 
gücləndirək ki, Azərbaycan xalqı rahat, sərbəst, azad və fira-
van yaşasın. Bunu etmək üçün bizdə bütün imkanlar vardır. 
Dövlət quruculuğu işində  böyük uğurlara nail olan güclü 
dövlətimiz vardır.  


 
123
Azərbaycanda bütün azadlıqlar vardır. O cümlədən  vic-
dan azadlığı  yüksək səviyyədə qorunur. Demokratik azad-
lıqlar güclənir və bu meyillər möhkəmlənir, bu da çox 
mühüm amildir. İqtisadi islahatlar düzgün istiqamətdə apa-
rılır.  Əldə edilmiş nailiyyətlər bunun ən yaxşı  sübutudur. 
Sosial məsələlər həllini tapır. Azərbaycan təsir imkanlarını 
genişləndirir. Beynəlxalq müstəvidə  nüfuzumuz artır və 
tərəfdaşlarımızın sayı çoxalır. Azərbaycan artıq uzun illərdir 
ki, ikitərəfli və  çoxtərəfli  əsaslarda etibarlı  tərəfdaş kimi 
qəbul edilir. Hər bir tarixi dövr və gələcək dövr üçün konkret 
proqramlar tərtib edilib və icra olunur. Buna görə biz nail 
ola bilmişik ki, ölkə hərtərəfli inkişaf etsin. Ölkəmizin bütün 
problemləri tədricən həll olunacaqdır.  
Qarşımızda duran ən başlıca vəzifə,  ən böyük problem 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin 
həll olunmamasıdır. Bu istiqamətdə birmənalı  mövqeyimiz 
daha da güclənir. Azərbaycan gücləndikcə, təbii ki, ölkəmi-
zin mövqeyi də güclənəcəkdir. Nəzərə alsaq ki, mövqeyimiz 
hansısa qeyri-real arzulara deyil, məntiqə, beynəlxalq 
hüquqa,  ən mötəbər beynəlxalq təşkilatların qətnamələrinə, 
qərarlarına əsaslanır. Azərbaycan bu bölgədə öz fəaliyyəti ilə 
və irəli sürdüyü  təşəbbüslərlə  təsir imkanlarını  gücləndirib-
dir, iqtisadi cəhətdən böyük və  uğurlu yol keçibdir.  Şübhə 
etmirəm ki, bu məsələ  ədalətli, beynəlxalq hüquq normala-
rına uyğun və Azərbaycanın  ərazi bütövlüyü  çərçivəsində 
həll olunacaq.   
Biz elə etməliyik ki, hər bir vətəndaş tutduğu vəzifədən 
asılı olmayaraq, öz sahəsində  əməli işləri, fəaliyyəti ilə 
ölkəmizin güclənməsinə xidmət göstərsin və  öz töhfəsini 
versin. Azərbaycan uzun illərdir ki, bu ədalətsizliklə üzləşib.  
Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Vətəndaşla-
rımız tarixi torpaqlarından didərgin salınmışлар  və bu 
ədalətsizlik, əfsuslar olsun ki, bu gün də davam edir. Amma 
mən tam əminəm ki, Azərbaycan  ərazi bütövlüyünü  bərpa 
edəcəkdir. Mən Dövlət Bayrağı Meydanının açılışı  məra-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə