131
kür edirik. Çox minnətdarıq.
Bizim durduğumuz bu ərazilər
bir neçə ay əvvəl tamamilə su altında qalmışdı. Sizin sə-
rəncamınızla görülən operativ tədbirlər nəticəsində bütün
ərazi sel sularından təmizlənmiş, işlərimiz qaydasına düş-
müşdür. Hətta bizi gözəl evlərlə təmin etdiniz, çox sağ olun.
Bu evlərin içərisində bütün avadanlıq yerləşdirilmişdir, in-
sanların rahat yaşaması üçün bütün şərait йарадылmыşdыr.
Buna görə bütün kənd camaatı adından, cənab
Prezident,
Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.
S a f u r a x a n ı m G ö z ə l o v a (kənd sakini): Cənab
Prezident, xoş gəlmisiniz kəndimizə, elimizə-obamıza! Mən
1945-ci ildə – Qələbə günündə anadan olmuşam.
Mən çox çə-
tinliklər görmüşəm, yetim balalar saxlamışam, pambıq yığmı-
şam, çox əziyyətim olub. Əziyyətlə kərpicdən bir ev tikmişdim,
bu fəlakətdə uçdu. Bizi balalarımızın yanında üzüqara qoy-
madınız, bizə yaxşı evlər tikdirdiniz, içərisinə yaxşı əşyalar
qoydurdunuz. O ulu Tanrıdan arzu edirəm ki, Sizə uzun ömür
versin, Mehriban xanımla bir yerdə.
Dördüncü dəfədir ki, Siz rayonumuza gəlirsiniz. Sizin gə-
lişinizlə əlaqədar rayonumuzа, kəndimizə qaz çəkilir. Allah
Sizdən muğayat olsun. Cənab Prezident, əziz balamız, gün
o gün olsun ki, belə üzaçıqlığı, alınaçıqlığı ilə, bu cür şərəflə
bayrağımız əlinizlə Qarabağ torpağımıza sancılsın. Amin!
İ l h a m Ə l i y e v: Çox sağ olun, xoş sözlərinizə görə
minnətdaram. Mən doğrudan da Hacıqabul rayonuna bir
neçə dəfə gəlmişəm. Əvvəlki gəlişlərim hər hansısa açılışlarla
bağlı idi. Rayonda böyük işlər görülür.
Həm yaxşı günlərdə, həm Allah eləməsin, pis günlərdə də
hamımız birlikdəyik. Bu mənim borcumdur.
Azərbaycan
xalqına xidmət eləmək, istənilən şəraitdə, yaxşı gündə, pis
gündə biz Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsini
yaxşılaşdırmaq üçün işləməliyik, Azərbaycanın qüdrətini ar-
tırmalıyıq. Bizim gücümüz xalqın gücüdür.
Bilirsiniz, indi inkişaf etmiş başqa ölkələrdə belə fəla-
kətlər baş verdiyi zaman orada ziyanı sığorta şirkətləri ödə-
132
yir. Çünki bütün evlər sığortalanır. Bizdə bu hələ ki, yoxdur.
Bizdə hansı ev sığortalanıb? Xüsusilə çiy kərpicdən tikilmiş
ola. Ona görə belə olan halda dövlət insanlara öz dəstəyini
göstərməlidir, insanları təkbaşına buraxmamalıdır. Mənim
də prezident kimi, borcum xalqıma xidmət etməkdir.
Bütün dövlət qurumları, icra hakimiyyətinin əməkdaşları,
vətəndaşlar səfərbərlik içində işləyib. Qarşıya vəzifə qoyul-
muşdu ki, birinci növbədə insanları qorumalıyıq, tezliklə onları
fəlakət zonasından çıxarmalıyıq və çalışmalıyıq ki,
bu zərəri
minimum səviyyəyə endirək. Ona görə də bütün insanlar,
texnika səfərbər olundu. Bakıdan nə qədər maşın karvanları,
vertolyotlar gəldi, böyük qayalar gətirildi. O bəndlərin bərki-
dilməsi üçün nə qədər böyük səylər göstərildi. Bir tərəfdən, bən-
di bərkidirsən, digər tərəfdən, çay vurub onu dağıdır. Göllər,
çaylar çıxdı məcrasından. Böyük bir fəlakətlə üzləşmişdik.
Ancaq bu sınaqdan da şərəflə, üzüağ çıxdıq. Bir nəfər
də olsun
insan itirmədik. Üç-dörd ay keçəndən sonra belə gözəl evlər
tikdik. Belə də olmalıdır. Azərbaycan qüdrətli dövlətdir, bizim
güclü siyasi iradəmiz vardır. Bir daha demək istəyirəm ki, əsas
vəzifə Azərbaycan xalqını qorumaq, onlara yaxşı şərait
yaratmaq, işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır.
Allah etməsin ki, biz yenə belə bir fəlakətlə üzləşək. An-
caq biz artıq əlavə tədbirləri də görürük. Bizim işimiz təkcə
ev tikməklə, yaxud kompensasiya verməklə məhdudlaşmır.
Böyük məbləğdə vəsait ayrılır və ayrılacaq ki,
bütün bənd-
bərkitmə işləri lazımi səviyyədə qurulsun. Bu işlərə ən qa-
baqcıl xarici mütəxəssisləri cəlb eləmişik ki, suyu idarəetmə
mexanizmləri Azərbaycanda ən müasir səviyyədə təşkil olun-
sun. Çünki bu bəndlər əvvəlki dövrlərdə tikilibdir. Biz on-
ların bəzilərinə yenidən baxmalıyıq və elə etməliyik ki, gə-
ləcəkdə lap belə sellər, daşqınlar zamanı insanlarımızı mak-
simum dərəcədə qoruyaq.
Sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı müna-
sibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı və xoşbəxtlik
arzulayıram.