20
Dövlətimizin başçısı 400 nəfərlik imtahan və xüsusi məra-
sim zallarında yaradılmış şəraitlə də tanış oldu.
Prezident İlham Əliyev akademiyanın binasının tikintisini
əks etdirən fotolara baxdı. Sonra akademiyada tikinti pro-
sesini əks etdirən videoçarx nümayiş olundu.
Akademiyanın inşası zamanı istifadə olunan tikinti
materiallarına baxan dövlətimizin başçısı 55 metrlik tuneldə
yaradılan şəraitlə tanış oldu.
Daha sonra Ali Baş Komandan sərhədçiləri salamladı və
döyüş bayrağını akademiyaya təqdim etdi.
Akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında
meydana gətirildi.
Azərbaycan Respublikasının Dövlət himni səsləndi.
* * *
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev sərhədçilərə
göstərdiyi diqqətə və akademiyanın yaradılması ilə bağlı
verdiyi sərəncama görə prezident İlham Əliyevə təşəkkür etdi.
E l ç i n Q u l i y e v: Möhtərəm Prezident!
Cənab Ali Baş Komandan!
Azərbaycan sərhəd mühafizəsinin bu gününə və sabahına
ünvanlanmış sərəncamыnыzыn icrası üzrə inşa edilən Dövlət
Sərhəd Xidməti Akademiyasının açılışы mərasimində Sizi
salamlayır, bu
qürurlu anları bizə yaşatdığınıza görə dərin
minnətdarlığımızı bildirirəm.
Dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələ-
lərinə ali diqqətiniz sayəsində Dövlət
Sərhəd Xidməti bu gün
dinamik inkişafdadır. Bu inkişafın təməlində dahi öndərimiz
Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Ali
Baş Komandanlığınız altında ardıcıl həyata keçirilməsi du-
rur. Hər bir Azərbaycan sərhədçisi bu siyasətin gerçəkləş-
məsinin iştirakçısı olması ilə fəxr edir və qarşısına
qoyulmuş
tapşırıqları şərəflə yerinə yetirməyə daim hazırdır.