B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə44/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   40   41   42   43   44   45   46   47   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

36,9
5,0
18,9
15,9
19,3
18,2
24,3
34,4

A2

24

55

0,38

0,6

67

2

170

909

29

142,7

79,2

16,2

150

A3

24

44

0,28

0,6

67

2

214

907

29

94,2

66,4

17,3

214

a4

24

34

0,27

0,8

52

8

200

906

20,5

66,6

26,3

8,9

163

A5

25

76

0,32

0,8

69

10

190

908

20,4

59

19,2

14,8

189

A6

24

79

0,26

0,8

74

18

126

908

25

49,2

46,0

18,7

194

a7

25

43

0,39

1,0

71

22

180

911

14,5

49,2

32,0

12,6

168

a8

25

74

0,45

1,5

88

45

240

916

16,5

66,8

44,8

12,2

95

a9

24

492

0,42

1,7

90

55

150

915

16,5

55,4

43,6

24,7

66

Göründüyü kimi, ən kəskin sərhədlər iki halda qeyd edilir: A1 və A2 arasında V(ro)2 = 36,9 və A8 və A9 arasında V(ro)2 = 34,4. Bu o deməkdir ki, A1 obyekti ilə A2, eləcə də A8 və A9 kompleks parametrlərə görə oxşar deyil və onların gələcəkdə də işlənilməsi ayrıca aparılmalıdır. Belə hala kəsilişin A3-A4, A5-A6, A7 və A8 arasında da qeyd olunur. Yəni həmin obyektlər də müxtəlif xassəlidir V(r2) X2g;m və onların birgə istismarı rasional olmayacaqdır.
Lakin A2 ilə A3 (V(r2)=5,0); A4 ilə A5 ((V(r2)=15,9); A6 ilə A7 (V(r2)=18,2) arasında geoloji mədən göstəricilərinə görə oxşarlıq olduğundan onları birləşdirərək birgə istismarı təmin olunmalıdır. Bu tədbir neft mədənlərinin işlənilməsində çox vacib tədbirlərdən hesab olunur. Belə ki, kəsilişdə oxşar obyektlərin birləşdirilməsi onların işlək quyu fondundan səmərəli istifadəyə imkan verir (quyularda süzgəc intervalının artırılması əlavə neft hasilatının əldə edilməsinə və qum tıxacının intensivliyinin azaldılmasına gətirir).
Beləliklə, yeni yaradılmış geoloji-riyazi metoddan istifadə etməklə yataqlarda obyektlərin ayrılmasının yeni modeli əsaslandırıldı ki, bu da onlarda işlənilmənin tempini yüksəltməyə və quyuların istismar göstəricilərini yaxşılaşdırmağa kömək edir.
Bu üsul xeyli sayda quru və dənizdə işlənilən çoxlaylı neft mədənlərinin kəsilişinin istismar obyektlərinə bölünmə sisteminin təkmilləşdirilməsinə imkan vermişdir.
III.4. Ayrılmış yatağın (fərdi istismar obyektinin) işlənilmə sistemləri.
Qeyd edildiyi kimi, işlənilmə sistemin yatağın neft, qaz, kondensat və digər faydalı komponentlərin hasili üçün tətbiq olunan kompleks texniki-texnoloji proseslərin dinamikasını nəzərdə tutur.
Hər hansı bir mədənin kəsilişində ayrılmış istismar obyektində işlənilmə iki variantda aparıla bilər:
- yalnız təbii enerji ilə işlənilmə,
- süni təsir üsullarla işlənilmə.


III.4.1. Yalnız təbii enerji ilə işlənilmə.
Müasir dövrdə neft yataqlarının təbii enerjilərinə istinadən işlənilməsi əsasən iki halda aparılır:

  • lay enerjisinin aktivliyi şəraitində;

  • laylara su vurulmasının qeyri mümkünlüyü şəraitində (kəskin qeyri-bircinslilik, layların pazlaşma formaları və s. səbəblərdən).

Yataqların işlənilməsinin hər iki halının geoloji-mədən xüsusiyyətlərinə baxaq.
Lay enerjisinin aktivliyi şəraiti. Lay enerjisi subasqı və fəal elastik-subasqı rejimlərinin mövcudluğu şəraitində nefti istismar quyularına doğru sıxışdıra bilər. Bu tip rejimlərdə lay təzyiqinin düşküsü minimum olduğundan onlarda təbii ki, suvurma vasitəsilə əlavə enerji tətbiqi tələb olunmur.
Belə yataqların işlənilməsi üçün onun sahəsi su-neft konturuna paralel halqavarı sıralarla quyuların qazılmasını nəzərdə tutur. Sıralar arasında məsafə, həmin sıralarda yerləşən quyular arasındakı məsafədən çox götürülür ki, bu da susuz maye hasilatının müddətini uzadır (şək. III.3).

Şəkil III.3. Aktiv enerji mənbəyi olan yataqların işlənilmə sxemi
Bundan əlavə, quyularda süzgəc açarkən kənar suyun layın aşağı hissələrində daha aktiv hərəkət edəcəyi nəzərə alınmalıdır. Bu məqsədlə kontura yaxın sıralardakı quyularda neftli qalınlığın yalnız üst hissəsi, daxili sıralarda isə tavandan-dabana qədər perforasiya edilməlidir.
Bəzi hallarda layın daban hissələrində subasqı və elastik-subasqı rejimi mövcud ola bilər. Belə yataqların işlənilməsi dövrlərində su-neft konturu tədricən qalxır, quyularda süzgəcin aşağı hissəsinə sular daxil olur. Nəticədə yatağın neftli sahəsi tədricən azalır. Belə şəraitdə istismar quyularının yerləşdirilməsi yatağın hündürlüyündən, lay süxurlarının keçiriciliyindən və neftlərin özlülüyündən və s. amillərdən asılıdır. Belə ki, hərgah layın hündürlüyü az olduqda quyular bərabər şəbəkə üzrə qazılır və su-neft konturunun səviyyəsindən bir neçə metrdən yuxarı layın tavanına kimi perforasiya edilir. Yatağın hündürlüyü çox olduqda (yüz metrlərlə) isə, quyular yatağın mərkəzinə doğru sıxlaşan quyu şəbəkəsi ilə işlənilir.
Laylara su vurulmasının qeyri mümkünlüyü şəraiti. Qeyd edildiyi kimi laylarda kəskin qeyri-bircinsliliyi və pazlaşması, yatağın tektonik qırılmalarla kəskin mürəkkəbləşməsi və s. səbəblər üzündən yatağa suvurma mümkün olmur: vurucu quyularda ən yüksək təzyiqlərlə laya su yeridilə bilmir. Belə hallarda yataq ətrafındakı su-neft konturunun hərəkəti qeyd olunmur; lay təzyiqi tədricən enir, hər bir istismar quyusu özünün ətraf zonalarda neftdən ayrılmış qazların enerjisi hesabına istismar edilir (şək.III.4). Bu tip yataqlar neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunur və neftvermə əmsalının yüksək həddinə çatdırılmasına imkan vermir. İşlənilmə üçün qənaətbəxş olmayan bu tip yataqlarda bir qayda olaraq quyular bərabər formalı şəbəkə ilə qazılır və yatağın bütün qalınlığı bütövlükdə perforasiya edilir.

Şəkil III.4. Passiv enerji mənbəyi olan yataqların işlənilmə sxemi

Azərbaycanda da belə yataqlara rast gəlinir: onlar əsasən məhsuldar qatın alt şöbəsində yerləşən qırmaki lay dəstəsi obyektləri ilə əlaqədardır. Müxtəlif mədənlərdə (Balaxanı-Sabunçu-Ramana, Qala, Suraxanı və s.) bu lay dəstəsinə suvurma mümkün olmamışdır ki, bu da işlənilmənin effektli aparılmasına mane olmuşdur.


Bəzi aktiv qaz papağı olan yataqların işlənilməsində də suvurma üsullarından istifadə edilmir. Belə yataqlarda quyular strukturda bərabər şəbəkə ilə qazılır.
Belə hallarda quyulara qazın axımının qarşısını almaq üçün süzgəcin üst hissəsi qaz-neft kontaktı səviyyəsindən xeyli aşağı götürülməlidir (şək. III.5).

Şəkil III.5. Qaz papağı enerji mənbəyi olan yataqların işlənilmə sxemi

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə