B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


III.4.3. Horizontal quyuların qazılmasının və istismarının geoloji şəraiti



Yüklə 10,22 Mb.
səhifə52/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   48   49   50   51   52   53   54   55   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

III.4.3. Horizontal quyuların qazılmasının və istismarının geoloji şəraiti.
Bəzi mütəxəssislər horizontal quyuların tətbiqini yataqların neftverimini artıran proqressiv üsullar cərgəsinə aid edirlər. Bu onunla əlaqələndirilir ki, yataqların son neftvermə əmsalının səviyyəsini əsaslandırarkən bu üsulun imkanları nəzərdə tutulmayır.
Dünya neftqazçıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə effektivliyini artırmaq üçün horizontal quyuların imkanlarından geniş istifadə edilir. Son illərdə bu üsulla qazılmış quyuların istismarı bir qayda olaraq layihə sənədlərində də öz əksini tapır. Horizontal quyular yeni kəşf edilmiş mədənlərlə yanaşı uzun müddət işlənilən yataqların reabilitasiyası üçün də istifadə edilir.
Horizontal quyu məfhumu quyu gövdəsinin mütləq horizontal olmasını nəzərdə tutmur; yatağın neftlilik həcminin forması və neftlədoymasından asılı olaraq onun gövdəsi istənilən kimi istiqamətləndirilə bilər (şək.III.13.).

Şəkil III.13. Horizontal quyunun sxematik görünüşü.

Beləliklə, horizontal quyuların həndəsi vəziyyəti yatağın neftlədoymuş sahəsində drenaj zonasını artırmağa, işlənilmə ilə əhatə olunmamış məhsuldar layları açmaqla işlənilməyə cəlb olunmasını təmin edir. Odur ki, belə quyuların hasilat imkanları adi (şaquli) quyulara nisbətən xeyli yüksəkdir, lakin horizontal quyuların qazılması və istismarı iqtisadi göstəriciləri yüksək olduğundan onların qazılma məsələlərinə məsuliyyətlə yanaşma tələb olunur.


Qeyd etmək lazımdır ki, dəniz akvatoriyasında yerləşən yataqların işlənilməsində bu qazıma üsulunun əhəmiyyəti daha böyükdür. Belə ki, onların tətbiqi nəticəsində özüllərin sayının azalmasına nail olunur.
Ümumiyyətlə horizontal quyularla yataqların işlənilməsi onların ehtiyatlarının aktiv mənimsənilməsinə gətirərək son neftvermə əmsalının artırılmasına imkan verir. Bu baxımdan horizontal quyularla istismar üsulunun layların neftverimini artıran üsullar kompleksinə daxıl edilməsi məqsədəuyğundur.
Horizontal quyuların ənənəvi istifadə edilən şaquli quyulara nisbətən bir sıra imkanları mövcuddur:

  • quyu gövdəsinin vəziyyətinin geoloji fəzada dəyişdirilməsi nəticəsində drenaj zonalarının əsaslı surətdə artırılması;

  • layda mayenin (neftin) axım istiqamətinin dəyişilməsi;

  • məhsuldar layın həcmində neftliliyin (sululuğun) paylanılmasından asılı olaraq onun tavanının (dabanının) iki və ya bir neçə dəfə kəsilməsi, şək.III.14.a.;

  • ekran tipli qırılmalar ilə məhdudlaşan yatağın qonşu bloklarının eyni vaxtda işlənilməyə cəlb edilməsi, şək.III.14.b.;

  • zəif sementləşmiş kollektorlarda işlənilmə prosesində baş verən qum tıxac əmələgəlmə intensivliyinin xeyli azalması.

Yataqların horizontal quyular ilə işlənilməsində alınan yüksək hasilat onların qazılmasına sərf olunan xərcləri tamamilə ödədiyindən iqtisadi cəhətdən əlverişli işlənilmə üsulu hesab edilir.


Şəkil III.14. Horizontal quyunun funksional imkanları.
Uzun müddət işlənilmədə olan yataqlarda minlərlə horizontal quyuların qazılması və istismarı təcrübəsində, onların daha effektli tətbiqinin geoloji-mədən meyarları müəyyən olunmuşdur (B.Ə. Bağırov, Ə.M.Salmanov,1994)
Onlar aşağıdakılardır:

  • yataqda kifayət miqdarda qalıq neft ehtiyatı;

  • kəsilişi qeyribircinsliliyi ilə səciyyələnən (bölünmə əmsalı böyük olan) laylar;

  • kollektorların kiçik keçiriciliyi ( kkeç < 0,1 mkm2);

  • işlənilməyə cəlb olunmayan və ya zəif drenaj olunan zonaların mövcudluğu;

  • neftlərin yüksək özlülüyü (µ > 10 mPa·s);

  • yatağın qeyri-aktiv təbii rejimi;

  • layın effektiv qalınlığı 3 m-dən az olmadıqda.

Onu da qeyd edək ki, horizontal quyuların qazılmasına təsir edən bir sıra digər amillər də (o cümlədən layların yatım dərinliyi) müasir dövrdə bu quyuların qazılma imkanlarını məhdudlaşdırmır.


Beləliklə, yuxarıda sadalanan meyarlara istinad etməklə hər hansı bir regionda işlənilən yataqlar sırasından horizontal quyuların qazılaraq istismarı üçün obyektlər seçmək olar. Ilkin tədqiqatlar göstərir ki, Azərbaycanın quru sahəsində və dəniz akvatoriyasında işlənilən yataqlarında horizontal quyuların qazılması üçün müvafiq geoloji-mədən şəraiti mövcuddur və bu üsulun tətbiqi yüksək səmərə verə bilər.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə