B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


Layların neftverİmİnİ artıran üsullar



Yüklə 10,22 Mb.
səhifə51/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   47   48   49   50   51   52   53   54   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

Layların neftverİmİnİ artıran üsullar


İstismar obyektlərinin geoloji-mədən göstəriciləri

Lay neftinin özlülüyü,
mPa·s

Neftlə doyma, %

Lay temperaturu,
0C

Layın keçiriciliyi,
10-3 mkm2

Dərinlik, m



Qalınlıq, m

Kollektorun növü

Gillilik, %

Suyun minerallaşması, mq/l

Qaz papağı

Son neftveriminin artımı,
%

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

Fİzİkİ-kİmyəvİ

Səthi-aktiv maddələr

<3-5

>50

<70

0.1

Məhd. yox

3-12

Qumlu

<10

20

Zəif

2-3

Qələvi məhlullar

10-100

>50

<100

0.1

-''-

Məhd. yox

-''-

<10

<20

-''-

5-10

Polimer məhlullar

10-100

>50

<90

>0.1

-''-

3-6

-''-

<10

20

-''-

7-10

Miselyar məhlullar

<15

>25

<90

>0.1

-''-

<25

-''-

Zəif

<5

-''-

8-15

Köpüklə təsir

1-100

>50

<90

>0.05

-''-

20-dək

-''-

Zəif

<20

-''-

3-4

Fİzİkİ-hİdrodİ-namİkİ

Dövrlərlə suvurma

<25

60

Məhd. yox

>0.05

-''-

<20

Məhd. yox

Zəif

Məhd. yox

Məhd. yox

3-5

Dövrlərlə su-qaz qarışığı

<25

>60

-''-

>0.05

-''-

3-25

-''-

Məhd. yox

-''-

Zəif

5-6
Termİkİ

Lay daxili yanma


>10

>40

-''-

0.1

2000

2-30

-''-

-''-

-''-

-''-

20

Buxarla təsir


>10

>40

-“-

0.1

1800

>6

-''-

5-10

-''-

-''-

20

İsti su ilə təsir


5

>50

-''-

0.1

<1500

10-100

-''-

5-10

-''-

Məhd. yox

4-10

Qaz


CO2 ilə təsir

<10-15

>40

-''-

<0.1

1200

10-15

-''-

Zəif

-''-

Zəif

10-15

Yüksək təzyiqlə qazın vurulması

<10

>60

-''-

<0.1

1200

<10

-''-

-''-

-''-

-''-

10-15
Mİkrobİolojİ

>10

>30

25-35

>0.05

1800

8-10

-''-

-''-

-''-

-''-

14-19

Nüvə

5-25

80

Məhd. yox

0.1-1.0

>1200

10-45

Terrigen

Yüksək

-''-

-''-

8-12

AKUSTİK

-

50

-

<0.1

-

Məhd. yox

-''-

Zəif

-

-''-

2-7




  1. İşlənilmə obyektinin (layın) yatım dərinliyi (B). LNA üsulların tətbiqinin texniki imkanlarını nəzərə alaraq yataqları iki qrupda cəmləşdirilməsi nəzərdə tutulur: B1 dayazda yatan və B2 dərində yatan. Nəzərə almaq lazımdır ki, B1 qrupunda termiki üsullar tətbiq oluna bilirsə, B2 qrupunda isə bu proses effektli olmur (dərinlik artdıqca quyu kəmərində laya vurulan termiki üsulun təsiri zəifləyir). Layların yatım dərinliyi fiziki-kimyəvi, fiziki-hidrodinamiki və digər üsulların tətbiqini praktiki olaraq məhdudlaşdırmır. Belə olduqda, bu parametrə görə yataqlar iki qrupda cəmləşdirilir: B1 – layın yatım dərinliyi 2000 m qədər və B2 –layın yatım dərinliyi 2000 m çox.

  2. İşlənilən layın kollektorluğunu səciyyələndirən parametr – keçiricilik (C). Müəyyən olunmuşdur, LNA bir çox üsullar süxurların zəif keçiriciliyi şəraitində effektli olursa (qaz, dövrlərlə su-qaz qarışığı ilə təsir), digərləri (mitselyar və polimer məhlulları, qələvilər, su buxarı, laydaxili yanma) isə bu göstəricinin yüksək qiymətlərində müvəffəqiyyətlə tətbiq olunur. Onda laylar bu göstəricinin qiymətlərinə görə iki qrupa bölünür: C1 – < 0,1 mkm2 və C2 – > 0,1 mkm2 .

  3. Neft ehtiyatlarının mənimsənilmə dərəcəsi(D). Ölkəmizin neft mədənlərində yüzlərlə yataq uzun müddətdir ki işlənilmədədir. Müxtəlif texniki və texnoloji üsulların tətbiqinə baxmayaraq onların ehtiyatları qeyri bərabər mənimsənilmişdir. Azərbaycanın neft mədənlərinin fond məlumatlarının araşdırılması göstərir ki, bu yataqlarda cari neftvermə əmsalının qiyməti 0,05-0,65 hüdudlarında dəyişir. Bunu və balans neft ehtiyatlarının mənimsənilməsi zəif olan yataqlarda LNA üsullarının daha çox effekt (əlavə neft hasilatı) alınacağını nəzərə alaraq bu göstəricinin qiymətinə görə onlar üç qrupa bölünür: D1 <20%; D2 =20-40%; D3>40%.

Layların neftveriminin effektivliyinə təsir göstərən yuxarıda sadalanan dörd parametrin sərhəd qiymətlərini nəzərə alaraq riyazi məntiq elmində geniş tətbiq olunan “struktur ağac” formalı təsnifat modeli almış oluruq. Modelin strukturunda parametrlərin iyerarxik yerləşdirilməsi əsasında 24 qrup iştirak edir. Bu modelə istinad edərək yataqlarda LNA-nın hər hansı bir üsulunun tətbiqini kifayət qədər asan müəyyənləşdirmək mümkündür (şək.III.8.) Neft yataqlarının işlənilməsinin perspektiv planlaşdırılmasında tələb olunan məqsədyönlü məsələlərin həllində bu model həlledici əhəmiyyət kəsb edir (B.Ə.Bağırov, 1986).
Yataqlarda layların neftverimini artıran üsullarının
tətbiqi üçün növbəliliyin təyini.
Layların neftverimini artıran üsulların hər hansı bir region yataqlarında tətbiq problemlərinə baxarkən daha bir məsələnin həlli qarşıya çıxır. Bu da üsulların tətbiqi üçün ayrılmış yataqların növbəliliyinin müəyyən edilməsidir. Belə ki, regionlarda, o cümlədən bizim üçün böyük maraq kəsb edən Cənubi-Xəzər hövzəsində yataqların sayı çox olduğundan onlarda eyni zamanda hər hansı bir LNA üsullarının tətbiqi qeyri mümkündür. Odur ki, üsulların tətbiqi üçün yataqların növbəliyinin müəyyən edilməsi tələb olunur. Bu məsələnin həllində yataqlardan alına biləcək əlavə neft hasilatının miqdarı əsas götürülür. Daha yüksək effekt isə, digər eyni geoloji-istismar şəraitlərlə səciyyələnən yataqlarda, ilk balans ehtiyatlarının çoxluğu və onların realizə dərəcəsinin azlığı qeyd olunan hallarda əldə edilə bilər. Bu tələbata cavab verən bölgü sxemi (şək. III.9.) verilmişdir. Bu sxemin strukturunda hər hansı bir üsulun tətbiqi üçün hər birində dörd qrupdan ibarət iki səviyyə iştirak edir.
Birinci səviyyədə LNA üsullarının tətbiqi dörd növbəlidir: bütün hallarda ehtiyatların həcmindən asılı olmayaraq cari dövrdə onların mənimsənilmə dərəcəsi 20% qədər götürülmüşdür. Onda yataqların üsulların tətbiqinə cəlb edilməsi aşağıdakı ardıcıllıqla qruplara bölünə bilər: I qrup (növbə) – balans ehtiyatının həcmi 10 mln. tondan çox, II qrup – 5-10 mln. ton, III qrup – 2-5 mln. ton və IV qrup – 2 mln. tona qədər.
İkinci səviyyədə isə LNA üsullarının yataqlarda ehtiyatların istifadə dərəcəsi daha yüksək (20-40%) olduqda tətbiqi nəzərdə tutulur. Yəni V qrup (növbə) balans ehtiyatının miqdarı 10 mln. tondan çox, VI qrup – 5-10 mln. ton, VII qrup – 2-5 mln ton və VIII qrup – 2 mln. tona qədər.
Misal üçün balans ehtiyatının miqdarı 4,5 mln. ton, neftvermə əmsalı isə 0,14 olan yataqda mitselyar məhlulların tətbiqi I qrupa uyğun gəldiyindən ilk növbəli obyekt kimi nəzərdə tutulmalıdır. Digər bir misal: yatağın balans ehtiyatının miqdarı 8,2 mln ton, istifadə dərəcəsi isə 30 %-dir, onda bu yatağın növbəsi VI qrupa düşür.
Qeyd edək ki, neftvermə əmsalının qiyməti 0,40-dan yüksək olan yataqlarda LNA üsullarının tətbiqi daha sonra (I-VIII növbəli obyektlərdə LNA üsullarının tətbiqindən sonra) aparılmalıdır (B.Ə.Bağırov,1986).

Şəkil III.9. Yeni üsulların tətbiqi üçün növbəlilik sxemi


Layların neftverimini artıran üsulların tətbiqi üçün yataq sahələrinin müəyyən edilməsi.
Məlumdur ki, neft yataqlarının sahəsi üzrə lay parametrləri qiymətləri sabit qalmır: onların qalınlığı, qeyri-bircinslikliliyi, kollektorların neftlə doyma dərəcələri, neftlərin özlülüyü və s. müxtəlif dəyişmələrlə səciyyələnirlər. Burada aparılan neftçıxarma prosesləri parametrlərin ilkin paylanma vəziyyətinə təsir edərək onların müxtəlifliyini daha da kəskinləşdirir. Layların neftverimini artıran üsulların (LNA) effektli tətbiqi isə lay parametrlərinin cari göstəricilərinə istinad edir. Odur ki, bu üsulların tətbiqini planlaşdırarkən hər şeydən əvvəl yatağın geoloji quruluşunu səciyyələndirən parametrlərin sahəvi dəyişmələri aşkar edilməlidir. Təcrübələr göstərir ki, belə tədqiqatları apararkən parametrlərin paylanmasının həm qanunauyğun və həm də zonal (lokal) dəyişmələri aşkar edilməlidir. Belə qoyuluş isə yatağın sahəsi üzrə LNA-nın hər hansı bir üsulunun tətbiqi üçün tələb olunan ən əlverişli sahələrin mövcudluğunu, onların sərhədlərinin təyininə imkan yaradır. Beləliklə yatağın LNA-nın üsullarının sahəvi əhatəsindən onun daha kiçik əlverişli zonasının əhatəsinə keçilir ki, bu da maddi texniki imkanlardan səmərəli istifadə edilməsinə kömək edir. Bəzən yatağın sahəsində bir neçə belə zonalar ayrıla bilər. Belə hallarda LNA-nın üsullarını bütün zonalarda eyni vaxtda tətbiqi aparıla bilər. Maddi texniki imkanların məhdudluğu şəraitində isə ayrılmış zonaların LNA üsullarının tətbiqinin ardıcıllığı təyin edilməlidir. Bunun üçün həmin zonaların qalıq neft ehtiyatlarının həcmi hesablanmalıdır. Digər geoloji parametrlərin eyniliyi şəraitində ehtiyatları daha çox olan zona üsulların tətbiqi üçün ilk növbəli obyekt sayılır. Qeyd edilənləri konkret olaraq hipotetik bir yatağın timsalında təsvir edək.
Tutaq ki, bu yataqda uzun müddət işlənilmədən sonra neftvermə əmsalı kifayət qədər yüksək deyil. Cari dövrdə də istismar olunan quyuların hasilatı orta hesabla cəmi 3,5 ton təşkil edir. Aparılan geoloji - mədən tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, yataqda belə bir vəziyyətin yaranmasına səbəb hər şeydən əvvəl lay neftlərinin özlülüyü və sıxlığının yüksək olmasıdır. (Burada aparılan bir sıra tədbirlər, o cümlədən suvurma prosesləri kifayət qədər effektli olmamışdır.) Odur ki, bu yataqda termiki üsulların tətbiqinin labüdlüyü şübhə doğurmur.
Sahəsi 1000 hektardan çox olan bu yataq tektonik qırılmalarla mürəkkəbləşmiş braxiantiklinal strukturdur. Hazırda burada 145 quyu işlənilməni təmin edir. Bu yatağın geoloji-mədən səciyyələri haqqında ətraflı dayanmadan yalnız onu qeyd etmək lazımdır ki, termiki üsulların tətbiqi üçün onun bütün sahəsi yararlıdır. Belə ki, bu prosesin effektli tətbiqini müəyyən edən göstəricilər bu yatağa xasdır.
Neftin lay şəraitində hərəkətini səciyyələndirən əsas amillərdən sayılan özlülüyü 35-115 mPa·s, sıxlığı isə 912-942 kq/m3 intervalında dəyişir. Belə böyük neftlilik sahəsinə malik yatağın bütün hissələrində eyni zamanda termiki üsulların tətbiqi mümkün olmadığından burada ən əlverişli zonaların seçilməsi məsələsi qarşıya çıxır. Onun həlli aşağıdakı ardıcıllıqla həyata keçirilir.

  1. Yatağın sahəsi üzrə neftin özlülüyü və sıxlığının paylanma qanunauyğunluğunun təyini. Bu məsələnin həlli trend xəritələri vasitəsilə həyata keçirilir (şək.III.10.).

Neftin sıxlığını təsvir edən VI-ci dərəcəli trend xəritələrinin dəqiqlik dərəcəsi 87%-dir. Göründüyü kimi burada sıxlığı 942 kq/m3-a çatan daha ağır neftlər strukturun qərb sahəsində yerləşir. Şərq istiqamətində layın dərinliyi artdıqca neftin sıxlığı tədricən azalaraq 912-922 kq/m3 çatır(şək.III.10 a). Bu yataqda neftin özlülüyünün paylanma qanunauyğunluğunu aşkar etmək üçün dəqiqliyi 89% olan IV-cü dərəcəli trend xəritəsi tərtib olunmuşdur (şək.III.10.b). Göründüyü kimi bu göstəricinin qiyməti strukturun qərb hissəsindən şərqə doğru 135 mPa·s-dən 15mPa·s qədər azalır.

  1. Lokal (təsadüfi) zonaların ayrılması. Neftlərin sıxlığının və özlülüyünün baxılan yataqda təsadüfi paylanmalarını aşkar etmək üçün trend analizinin alqoritminin köməyi ilə xəritələr tərtib olunmuşdur (şək.III.11).

Göründüyü kimi daha ağır neftlər strukturun qərb və mərkəz hissələrindəki beş zonada yerləşmişdir. Özlülüyü daha çox olan neftlər isə yatağın həmin hissələrində dörd zona ilə əlaqədardır. Beləliklə, termiki metodların effektivliyinə əsaslı təsir göstərən hər iki parametrin zonal paylanma xəritələri qurulmuşdur. Lakin onların hər birinə ayrılıqda istinad etməklə bu üsulların tətbiq zonalarının seçilməsi əsaslı sayılmır. Belə ki, bu parametrlərin termiki üsulların effektli tətbiqinə ayrılıqda deyil, eyni zamanda birgə təsiri baş verir. Odur ki, hər iki parametrin yataq sahəsində paylanmasını əks etdirən ümumiləşdirilmiş xəritənin tərtibi tələb olunur. Bu xəritədə neftin həm sıxlığı və həm də özlülüyünün qalıq zonaları əks etdirilir (şək.III.12.). Göründüyü kimi bu xəritədə doqquz zona ayrılır ki, onlarda da hər iki parametrin qiymətlərinə görə işlənilmə üçün qeyri-qənaətbəxş şərait mövcuddur. Bu sahələrdə neftlərin böyük sıxlığa və özlülüyə malik olması hazırda tətbiq olunan işlənilmə prosesinin effektli olacağı şübhə doğurur. Odur ki, bu sahələrin neft ehtiyatlarının realizəsi termiki üsullarla aparılması məqsədəuyğun sayılır. Zonaların termiki üsulların tətbiqinə cəlb edilmə ardıcıllığı, yuxarıda qeyd edildiyi kimi, qalıq balans ehtiyatının həcminin nəzərə alınması ilə təyin edilir.



Şəkil III.10. Hipotetik yataqda neftlərin sıxlığı və özlülüyünün trend xəritələri

  1. neftin sıxlığı (VI dərəcəli trend); b) neftin özlülüyü (IV dərəcəli trend)

1 – quyu nömrəsi; 2 – layın tavana görə izohipslər; 3 – tektonik qırılmalar; 4 – trend səthi; 5 – su-neft konturu.

Şəkil III.11. Hipotetik yataqda neftlərin sıxlığı və özlülüyünün qalıq trend xəritələri
a) neftin sıxlığı (VI dərəcəli trend); b) neftin özlülüyü (IV dərəcəli trend)
1 – quyu nömrəsi; 2 – layın tavanına görə izohipslər; 3 – neftlərin sıxlığı və özlülüyü görə ayrılmış zonalar;
4 – tektonik qırılmalar; 5 – su-neft konturu.



Şəkil III.12. Hipotetik yataqda neftlərin sıxlığı və özlülüyünün ümumiləşdirilmiş “qalıq” trend xəritəsi.
1 – izohipslər; 2 – tektonik qırılmalar; 3 – istilik üsulları üçün seçilmiş sahələr; 4 – su-neft konturu.

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə