B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
215
üçün əlverişli sayıla bilməz. Bu cəhətdən ancaq Alt Tabaşir
və Yura süxurları maraq doğura bilər.
Şəkil 81. Tabaşir üzrə karbohidrogenlərin kəşf olunmuş
(C
3
+D) resurslarının sıxlıqlar xəritəsi
(Ə.M.Süleymanov,
B.İ.Məhərrəmov)
.
Palçıq vulkanlarının sülb püskürmə məhsullarının
məlumatına görə Abşeron yarımadasında cənub istiqamətdə
Üst
Tabaşir çöküntüləri neft-qazlılıq üçün daha münasib
olan karbonat fasiyaya keçir. Lakin burada Mezozoyun səthi
çox dərində (6-8 km və daha artıq) yatır.
Abşeron yarımadasında güman edilən neftli-qazlı
obyektlər Alt Tabaşirin qalınlığı 80 m-ə çatan Alb (Küllülü)
q
umdaşıları, Valanjin-Hoteriv intervalı kəsilişində qalınlığı
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
216
40 m olan gilli, alevritli və qumlu dəstə, Üst Tabaşirin
(Senoman, Turon, Konyak) 40-
50 m qalınlığında qumlu-
alev
ritli kollektorlarla əlaqələndirilməlidir. Mezozoy üzrə ən
perspektivli sahə Şorbulaq sayılmalıdır.
Şamaxı-Qobustan NQR-də onun şimal tektonik zona-
sında böyük həcmdə struktur-xəritəalma və struktur-axtarış
quyularında intensiv neft-qaz təzahürləri müşahidə edilmə-
si
nə baxmayaraq indiyə qədər burada yataq aşkar edilmə-
mişdir. Buna baxmayaraq bu zona Yura (qumlu-alevritli
Aalen və Bayos mərtəbələri, zoogen əhəndaşılı, qumdaşılı və
alevritli Üst Yura), Alt Ta
başir çöküntüləri axtarış- kəşfiyyat
işləri üçün perspektivli obyekt sayılır. Şimali Qobustanın
cənub hissəsində Yura çöküntüləri 5-6 km dərinlikdə yatır.
Üst
Tabaşirin altında yatan Alt Tabaşir çöküntüləri qapalı
qırışıqlar əmələ gətirir və neft-qaz yığımları üçün əməli
əhəmiyyət daşıyarlar. Kəsilişdə Alb mərtəbəsinin Küllülü
qumdaşıları, Barremin bir-birindən qalın (150-200 m) gil
qatları ilə ayrılan və qalınlığı 40-50 m arasında dəyişən
qumdaşı və alevrit layları daha çox maraq doğurur.
Qeyd edək ki, Mərkəzi Qobustanın Şeytanud, Şərbət-
dağ, Şıxzəyirli və d. sahələrində Mezozoyun səthi geofiziki
məlumatlara görə nisbətən az dərinlikdə yatır. Burada Ta-
ba
şir çöküntüləri terrigen və karbonatlı fasiya ilə səciy-
yələnirlər.
Beləliklə, Şimali Qobustanın cənub hissəsində, Mər-
kəzi Qobustanın Mezozoy səthinin yer üzərinə yaxınlaşan
sahələrdə Üst Tabaşir çöküntüləri axtarış-kəşfiyyat qaz-
ması üçün ilk növbəli obyekt sayılmalıdır.
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
217
Cənubi Qobustanda Üst Tabaşirin kəsilişində Seno-
man (çatlı-məsaməli qumdaşıları, alevrit və əhəngdaşıları),
Turon-
Konyak (çatlı əhəngdaşıları) və Üst Kampan-Maas-
trixt (qumlu-
alevritli və çatlı əhəngdaşıları) neftli-qazlı dəs-
tələrə aid edilir. Lakin burada Mezozoy çöküntüləri 6-7 km
və daha çox dərinlikdə yatır.
Tabaşir və qismən Yura çöküntüləri Qızmeydan,
Cənubi Hilmilli, Şahandağ və Qabandağ sahələrində daha
çox maraq kəsb edir. Belə ki, Qızmeydan qalxımı ərazisin-
də çoxsaylı struktur-axtarış quyularında intensiv neft-qaz
təzahürləri müşahidə edilmiş, bəzi quyularda isə Tabaşir
çöküntülərindən 1,5-3,5 m
3
/gün hasilatla neft axımları
alınmışdır. Burada Albın qumlu layları daha böyük maraq
doğurur.
Kürkeçidağ, Şərqi Qabandağ, Zeynalabdin sahələrində
iştirak edən Yura və Alt Tabaşirin (Valanjin, Hoteriv, Alb)
qumlu-
alevritli, çatlı-karbonatlı kollektorları axtarış-
kəşfiyyat qazıması üçün əlverişli obyektlər ola bilər. Bəzi
sahələrdə 100 m qalınlıqda Albın Küllülü qumdaşılarından
intensiv neft-
qaz təzahürləri qeyd olunmuşdur.
Mərkəzi və Cənubi Qobustan sərhədində Yavandağ-
Səngəçal qravitasiya maksimumunda yerləşən strukturlarda
(Şeytanud, Şıxzəyirli və s.) Üst Tabaşir kəsilişinin çatlı
əhəngdaşıları neft-qazlılıq cəhətdən daha çox maraq
doğurur.
Ümumiyyətlə, Şamaxı-Qobustan rayonunda Tabaşirin
kəsilişində böyük qalınlıqda qumlu-alevritli kollektorların,
antiklinal tipli tələlərin iştirakı, intensiv neft-qaz təzahürləri
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
218
burada yerləşən qalxımların perspektivli olmasının
göstəriciləridir.
Respublika üzrə D
2
kateqoriyasının ən çoxu Şamaxı-
Qobustan rayonunun payına düşür. Bu rəqəm bütün Tabaşir
resurslarının 40%-dən çoxunu təşkil edir.
Yevlax-
Ağcabədi çökəkliyində qalınlığı 14 km-ə çatan
çöküntü kompleksi
toplanmışdır. Üzvi maddələrin karbohid-
rogen
lərə çevrilməsi üçün ən əlverişli şərait Üst Tabaşir və
Paleogen-
Miosen dövrlərində olmuşdur. Bu vaxt neft və qazın
toplanması üçün konsedimetasion inkişaf ilə səciyyələnən və
lateral miqrasiya
zamanı karbohidrogenlərin akkumulyasiyası
üçün əlverişli qalxımlar formalaşmış, layların pazlaşma
zonalarında isə stratiqrafık tip tələlər əmələ gəlmişdir.
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb yamacında
yerləşən qalxımlar və struktur çıxıntılar regional və lokal
qırılmalarla mürəkkəbləşmişdir. Onlar karbohidrogenlərin
dağılmasına, bəzi yerlərdə isə tektonik ekranlaşmış tələlə-
rin əmələ gəlməsinə səbəb olmuşdur.
Yevlax-
Ağcabədi çökəkliyinin şimal-şərq yamacı neft-
qazlılıq cəhətcə daha perspektivli sayılır. Burada yerləşən
Muradxanlı qalxımında Üst Tabaşir (Santon) yaşlı vulkano-
gen çöküntülərin aşınmaya məruz qalmış üst hissəsində
yaranan çatlı-məsaməli kollektorlarda neft-qaz yatağının
varlığı karbohidrogenlərin çökəkliyin yamac və sentriklinal
hissələrdə də varlığını ehtimal etməyə əsas verir. Muradxanlı
zonasında Üst Tabaşirin D kateqoriyalı balans və çıxarıla
bilən və (C
3
+D
1
+D
2
)
üzrə çıxarıla bilən neft resursları
hesa
blanmışdır.
|