B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
247
Xırdalan, Qaraheybət, Güzdək, Korgöz-Qızıltəpə, Gülbaxt,
Qaradağ və başqa sahələrdə sənaye əhəmiyyətli neft və qaz
axımı alınıb. Göstərilən məlumatlar Abşeron yarımadasında
sənaye əhəmiyyətli yataqların axtarışı üçün Üst Miosen
(Diatom lay dəstəsi), Orta Miosen (Çokrak horizontu),
Oliqosen-Alt Miosen (Ma
ykop lay dəstəsi) və Eosen
(Qovunda
ğ lay dəstəsi) çöküntülərinin daha çox maraq
doğurduqlarını təsdiq edir.
Deyilənləri nəzərə almaqla, Abşeron NQR-da Miosen
çöküntüləri üzrə neft və qaz yataqlarının axtarış və kəşfiyyatı
perspektivliyini Qərbi Abşeronun sahələri və Abşeron
ya
rımadasının cənub sahil zonası ilə əlaqələndirmək olar.
Birinci halda Bibi-
Heybət, Lökbatan, Qaradağ strukturları
və daha sonra Şonqardan keçərək şimal-qərbə doğru
Sarınca-Gülbaxt və Güzdək muldasının şimal və şimal-şərq
bortuna meyll
i olan Qaraheybət, Şabandağ və Atəşgah
sahələri, ikinci halda isə Qaradağ-dəniz, Lökbatan-dəniz,
Bibiheybət-dəniz və başqaları ilə təmsil olunan Cənubi
Abşeron gömülmüş qalxımı və bu qalxım boyu şərqə Zirə
sahəsinə qədər yerləşən qırışıqlar (Suraxanı, Qaraçuxur,
Hovsan, Türkan, Dübəndi və b.) nəzərdə tutulur. Lakin
nəzərə almaq lazımdır ki, Miosen kollektorlarında neft-qaz
yataqlarının yerləşməsində struktur amillərlə yanaşı, litoloji
amillər də əsas rol oynayırlar.
Abşeron NQR-də Eosen çöküntülərinin kəsilişi onun
şimal sahələrində (Binəqədi, Ziyilpiri, Qırməki, Kürdəxanı və
b.) gilli litofasiyada açılmış və qazma prosesində heç bir neft-
qaz təzahürləri qeyd olunmayıb. Kompleks araşdırmaların
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
248
nəticələrinə görə bu çöküntülərin neft-qazlılıq perspektivliyi
yarımadada yüksək qiymətləndirilmir.
Aşağı Kür çökəkliyi Mezo-Kaynozoy zamanında inten-
siv çökməyə (çökmə süxurların qalınlığı 20 km-ə qədərdir)
məruz qalaraq böyük qalınlığa malik çöküntü kompleksi
top
lanmış və kəsilişdəki zəngin üzvi maddələrin karbohidro-
genlərə çevrilməsi üçün əlverişli geoloji şərait olmuşdur.
Çökəkliyin Şirvan və Muğan-Salyan sınklinallarında çox
güman ki, 6-
8 km dərinliklərə gömülmüş Alt Pliosen-Paleo-
gen çöküntülərində əmələ gəlmiş karbohidrogenlər miqrasiya
edərək, mövcud struktur və litostratiqrafik tipli tələlərdə
toplana biliblər. Bu sinklinallarda böyük həcmdə çökmə
materialların toplanmasına və onların tərkibində olan üzvi
maddələrin karbohidrogenlərə çevrilməsinə əlverişli şəraitin
olması ehtimal olunur. Perspektivlik cəhətdən konsedimen-
tasion inkişafa malik mövcud lokal antiklinal qalxımların
gömülmüş hissələri ilə əlaqədar litoloji-stratiqrafik tələlər də
maraq doğururlar. Bununla yanaşı, Kürovdağ, Babazənən,
Mişovdağ, B. Hərami və K. Hərami kimi intensiv paleoinki-
şafa malik lokal qalxımların tağyanı hissələrində bu çöküntü-
lərdə yataqların mövcudluğu üçün əlverişli geoloji şəraitin
olması gözlənilir. Bu baxımdan lokal qalxımların depres-
siyanın ən dərin hissələrinə tərəf yönəlmiş qanadları və
periklinalları neft-qaz yığımları üçün daha əlverişli sayıla
bilər. Aşağı Kür çökəkliyinin şimal-şərq bortu - Ələt tektonik
zonasının cənub-qərb qanadı son zamanlar aparılmış seysmik
kəşfiyyat profillərinə görə dik yatımlı monoklinal quruluşa
malikdir. Bu istiqamətdə Paleogen-Miosen çöküntülərinin
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
249
pazlaşması qeyd olunur. Ona görə də qonşu Nəvahi depres-
siyasının dərin hissəsindən neft və qazın miqrasiyası nəticə-
sində göstərilən zonada qeyri-antiklinal tipli (tektonik ekran-
laşmış, litoloji-stratiqrafik tipli) yataqların əmələgəlməsi
mümkündür. Güman olunan yataqlar 6000-
7000 m dərin-
liklərdə nəzərdə tutulur. Bu halda tələlərdə qaz-neft və qaz-
kondensat yataqlarına daha çox üstünlük verilir.
Paleogen-
Miosen çöküntülərinin pazlaşma zonaları
seysmik kəşfiyyatın ÜDN üsulu ilə çökəkliyin cənub-qərb
bortunda da (Kürd-
Sarxanbəyli-Şərqi Xəlfəli zonası) dəqiq-
ləşdirilmişdir. Paleogen-Miosen çöküntülərinin kəsilişinin
geoloji quruluşu və neft-qazlılığı haqqında tam təsəvvür
yaratmaq üçün bu zonada dəqiq seysmik kəşfiyyat işlərinin
aparılması məqsədəuyğun olardı.
Qeyd edildiyi kimi, Aşağı Kür çökəkliyinin cənub-qərb
bortunda Şorsulu və Orta Muğan sahələrində qazılmış
axtarış quyularında Pliosenin altında Miosen-Paleogenə aid
vulkanik-
çökmə süxurlar açılmışdır. Tuflu qumdaşıları, por-
firit
lər, tuffitlər və bazaltlardan ibarət bu süxurların keçirici-
liyi zəifdir. Lakin bəzən (1 saylı Orta Muğan quyusu) bu
göstəricilər yüksək (54-126 md) qiymətlərlə səciyyələnirlər.
Kompleks araşdırmaların nəticələrinə görə, belə fikir söylə-
mək olar ki, Muğan tektonik zonasından ona qonşu Muğan-
Sa
lyan sinklinalına doğru Paleogen-Miosenin vulkanik və
tufogen süxurları böyük qalınlığa malik terrigen və karbonat
süxurlarla əvəz oluna bilər. Belə halda sinklinalın bort
hissələrində litoloji-stratiqrafik tipli karbohidrogen yığımla-
rının varlığı (5 km-dən dərinlikdə) ehtimal olunur.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
250
Yevlax-
Ağcabədi çökəkliyi və Kür-Qabırrı çaylararası
sahədə Paleogen-Miosen çöküntüləri əsas neftli-qazlı kom-
plekslərdən biri sayılır. Yevlax-Ağcabədi çökəkliyində
Qazanbu
laq, Dəliməmmədli, Naftalan, Tərtər, Acıdərə kimi
kiçik ölçülü neft yataqları uzun müddətli olmasalar da
müəyyən müddətdə istismarda olmuşlar. Bu yataqlarda
sənaye əhəmiyyətli neft əsasən Maykop seriyası və Eosenin
foraminifer layları ilə əlaqədardır.
70-
ci illərdə bu regionlarda neft yataqları Muradxanlı
(Eosen, Maykop, Çokrak), Cəfərli (Eosen) və Tərsdəllər
(Eosen) sahələrində aşkar edilmişdir. Son illərdə aparılmış
tədqiqat işləri nəticəsində bu regionların və eləcə də ayrı-ayrı
zonaların quruluşu dəqiqləşdirilmişdir.
Paleosenin Danimarka əsrində Kür-Qabırrı çaylararası
rayonunda Qarayazı adlanan çökəkliyin mərkəzi hissəsində
gillər və mergellər, kənar hissələrində isə gillər və mergel-
lərlə yanaşı qumlar və qumdaşıları da çökürlər. Çökəkliyin
cənub-qərb bortunda yerləşən Məmmədtəpə sahəsində açıq-
boz rəngli qumlu gillərdən ibarət olan bu çöküntülərin
qalınlığı 150 m-ə çatır. Çökəkliyin mərkəzi hissəsində isə
gillər və mergellərdən ibarət olan Paleosen çöküntülərinin
qalınlıqlarının 300-400 m-ə qədər artması güman edilir.
Yevlax-
Ağcabədi çökəkliyində Paleosen çöküntüləri az
qalınlığa malik mergel, əhəngli qumdaşı və əhəngdaşı layları
olan gillərdən ibarətdir. Qalınlıqları çökəkliyin mərkəzi
hissələrində 300-400 m-ə çatdığı güman edilir. Çökəkliyin
cənub-qərb bortunun cənub-şərq hissəsində yerləşən
Beyləqan sahəsində Paleogen çöküntüləri qalınlığı 190 m-ə
|