Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə30/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   26   27   28   29   30   31   32   33   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Kimeric v
ə Titon
(Xaltan lay d
əstəsi)
çöküntül
ərinin neftliliyi əsasən onun kəsilişində olan
Zemçay d
əstəsi (Xaltan lay dəstəsinin alt hissəsi) və İlisu 
lay d
əstəsi (Xaltan lay dəstəsinin üst hissəsi) adlanan və 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
132
qalınlığı 0,5-1,5 m olan Kimeric–Titon qumdaşıları ilə 
əlaqədardır. Xaltan lay dəstəsinin qumdaşıları gillər və 
mergell
ərlə növbələşərək kifayət qədər qalınlığa malik 
sabit d
əstələr əmələ gətirir. Böyük Qafqazın cənub-şərq 
batımında bu dəstənin qalınlığı 800 m-ə qədər çatır. 
K
əsilişdə kollektorluq xassəsinə malik üzvi əhəngdaşı-
larına da təsadüf edilir. Bu qumdaşı və əhəngdaşılarına 
Qızılqazma, Xaltan, Qonaqkənd, Ugah, İstisudərə, Xata-
d
ərə və başqa sahələrin kəsilişində rast gəlinir 
[
10
]
.
Tabaşir çöküntüləri 
Alt 
Tabaşir
çöküntül
əri Böyük və Kiçik Qafqaz dağ-
larında geniş yayılıb. Qusar-Dəvəçi (Yalama və Xudat), 
Xızı (Bəyimdağ-Təkçay, Keşçay, Sitalçay və Şurabad) və 
Şamaxı-Qobustan rayonlarında (Gədisu, Kürkeçidağ və 
Qızmeydanı) qazılmış axtarış-kəşfiyyat quyularının demək 
olar ki, hamısında bu çöküntülər açılmış və neft-qaz təza-
hürl
əri qeydə alınmışdır. Sənaye əhəmiyyətli neft-qaz 
axınları isə Bəyimdağ-Təkçay sahəsində Valanjin-Hoteriv 
m
ərtəbəsinin, Şurabad sahəsində Alb mərtəbəsinin qum-
daşılarından alınmışdır [29]. 
Valanjin m
ərtəbəsi
çöküntül
əri Böyük və Kiçik Qaf-
qaz 
ərazisində terrigen-karbonatlı süxurlardan ibarətdir. 
Onların litofasial tərkibi həm yayılma sahəsi, həm də kəsiliş 
üzr
ə dəyişir. Valanjin mərtəbəsi çöküntüləri Böyük Qafqaz-
ın Şahdağ-Sudur və Təngi-Beşbarmaq zonalarında boz, 
sarımtıl-boz, bərk, qalınlaylı, üzvi-qırıntılı, dolomitləşmiş 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
133 
əhəngdaşı və qumdaşılarından təşkil olunub. Burada Valan-
jin çöküntül
ərinin qalınlıqları 90-100 m arasında dəyişir. 
Gilgilçaydan Ataçaya q
ədər uzanan sahədə Valanjin 
çöküntül
əri boz, açıq-boz pelitamorf əhəngdaşı, tünd və 
yaşılımtıl-boz gil laycıqları olan mergel və nadir hallarda 
nazik laylı qumdaşılarından ibarətdir. Keşçay istiqamətində 
çöküntül
ərin tərkibi dəyişir və əsasən boz, pelitamorf, 
qumlu 
əhəngdaşı, gil, mergel, qravelit və əhəngdaşılı xırda 
qırıntılı konqlomeratlar üstünlük təşkil edir. Keşçay anti-
klinalının şimal-şərq qanadında Valanjin çöküntülərinin 
qalınlığı 1200 m-ə çatır. 
Xızı zonasında və Dübrar çökəkliyində Valanjin 
çöküntül
əri əsasən bazal konqlomeratı, boz və açıq-boz 
pelitamorf, qumlu 
əhəngdaşı, yaşılımtıl mergel, boz, tünd-
boz gil v
ə daxilində mikrokonqlomerat aralaycıqları olan 
qumdaşılardan ibarətdir. 
Qazılan quyuların məlumatlarına görə, burada çökün-
tül
ərinin qalınlıqları 250-1500 m arasında dəyişir. Bəyim-
dağ-Təkçay sahəsinin cənub-şərq periklinalında qazılan 10 
saylı quyuda çöküntülərin qalınlığı 1410 m-dir. 
Tufan antiklinoriumunun şimal-şərqində yaşılımtıl-boz 
qumdaşı və konqlomeratlardan təşkil olunan Qızılqazma lay 
d
əstəsi ayrılır. Onun qalınlığı 5 m-dən 30 m-ə qədər dəyişir.
Valanjin çöküntül
əri Zaqatala-Qovdağ sinklinoriumu 
v
ə Vəndam antiklinoriumunda geniş yayılıb. B. Qafqazın 
c
ənub yamacında karbonatlı alt yarımmərtəbə və fliş 
xarakterli üst yarımmərtəbəyə (Babadağ lay dəstəsi) ayrılır.


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
134
Zaqatala-
Qovdağ zonasında Valanjin mərtəbəsi çö-
küntül
əri boz, bozumtul qumdaşı, əhəngli qumdaşı, üzvi-
qırıntılı, pelitamorf əhəngdaşı və boz şistli gil, gilli, şistli 
argillitli v
ə aralaycıqlı mergellərdən ibarətdir. Burada 
çöküntül
ərin qalınlıqları 1300-1500 m təşkil edir.
V
əndam antiklinoriumunda çöküntülər konqlomerat, 
qravelit v
ə kobud-ortadənəli qumdaşılardan ibarətdir. 
Zaqatala-
Qovdağ zonasından fərqli olaraq burada gilli şist 
v
ə şistli gil təbəqələrinin qalınlıqları xeyli azalır. Çöküntü-
l
ərin qalınlıqları isə 220-620 m arasında dəyişir [12, 30]. 
Kiçik Qafqazda Valanjin çöküntül
əri əsasən vulkanik 
süxurlardan ibar
ət olub, tuflu qumdaşı, tuflu konqlomerat 
v
ə içərisində şist laycıqları olan porfiritlərdən təşkil olunub. 
Çöküntül
ərin qalınlıqları 180 m-dir. 
Valanjin m
ərtəbəsinin neft-qazlılığı onun kəsilişində 
qeyd olunan alevrit, 
az qalınlıqlı qumdaşıları və məsaməli-
çatlı, karbonatlı-gilli çöküntülərlə əlaqədardır. Valanjin 
m
ərtəbəsi çöküntülərindən Bəyimdağ-Təkçay sahəsində 3 
v
ə 20 saylı quyulardan sənaye əhəmiyyətli neft, qaz və 
ko
ndensat alınıb, bir neçə quyuda isə neft-qaz təzahürləri 
qeyd edilib.
Şurabad sahəsində qazılmış 34 saylı quyuda qazıma 
zamanı Valanjin çöküntülərindən qaz təzahürləri qeydə 
alınmışdır. 
B
əyimdağ-Təkçay sahəsində qazılmış 1, 4, 5, 15, 16, 
18 
saylı quyuda Valanjin mərtəbəsi çöküntülərindən 
müxt
əlif intensivlikli qaz təzahürləri, sınaq zamanı 2 saylı 
quyuda qaz t
əzahürləri, 9 saylı quyuda neft pərdəcikləri və 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
135 
qaz ayrılmaları, 10 saylı quyuda qaz təzahürləri, 11 saylı 
quyuda qaz axını müşahidə edilmişdir.

saylı kəşfiyyat quyusunda, 1929-1832 m intervaldan 
debiti 11586 m
3
/gün olan qaz, 1812-1770 m intervaldan 7 
mm ştuserdən su ilə birlikdə qaz və neft (qaz 63940 m
3
/gün, 
neft v
ə su 19 və 15 m
3
/gün), 1767-
1643 m intervalından 
60000 m
3
/gün hasilatla 
açıq qaz fontanı və 20 m
3
/gün neft 
alınmışdır. 7 saylı quyuda 1857-1593 m intervalda (Hoteriv-
Valanjin) filtr endiril
ərkən kəmər arxasında 25000 m
3
/gün 
debitl
ə qaz axını qeyd edilmiş, 12 saylı quyuda 3-25 m
3
/gün 
z
əif qaz çıxışları müşahidə olunmuşdur. 20 saylı quyuda isə 
Valanjind
ən 85000 m
3
/gün debitl
ə qaz alınmışdır. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə