Naxçıvan mümkün neftli-qazlı rayonu.
Naxçıvan
MNQR
Naxçıvan Muxtar Respublikasının CQ hissəsində
yerl
əşir (şəkil 71). Cənub və cənub-qərbdən Araz çayı
vadisil
ə, şimal və şimal-şərqdən Dərələyəz və Zəngəzur
yaylaları ilə sərhədlənir. Çox mürəkkəb relyefə malik olan
bu rayon Araz çayı istiqamətində az mailli geniş dağlararası
çök
əklikdən ibarətdir.
Tektonik c
əhətdən mürəkkəb quruluşa malik olan və
Araz tektonik zonasına uyğun gələn Naxçıvan MR-in əra-
zisind
ə tədqiqatlara əsasən Baykal metamorfik bünövrəsi-
nin üz
ərində yaranan, onun mərkəz hissəsində şimal-şimal-
q
ərb və cənub-cənub-şərq istiqamətlərindən keçən Şərur-
Culfa Hersin yaşlı antiklinoriumu, ondan şərqdə miogeo-
sinklinal substrat üz
ərində əmələ gələn, ümumqafqaz isti-
qam
ətli Ordubad sinklinoriumu, Zəngəzur horst qalxımı,
q
ərb istiqamətində isə Şərur-Culfa antiklinoriumu və Ordu-
bad sinklinoriumunu ç
əp istiqamətdə kəsən Naxçıvan qon-
darma çök
əkliyi ayrılmışdır (Ş.Ə. Əzizbəyov və b.).
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
122
Şəkil 71. Naxçıvan mümkün neftli-qazlı rayonu.
Strukturların yerləşmə sxemi.
Bu tektonik vahidl
ər daxilində Mezozoy (Trias, Yura,
Tabaşir) və Kaynozoy (Paleogen-Miosen) çöküntüləri üzrə
lokal antiklinal qalxımlar aşkar olunmuşdur. Rayonda düz-
xətli qırışıqlığa malik antiklinal və sinklinal zonalar da möv-
cuddur.
Rayonun geoloji quruluşunda Devondan Antropo-
gen
ə qədər çöküntülər iştirak edirlər (şəkil 72, 73, 74)
[
30
]
.
Şərur-Culfa antiklinoriumu Naxçıvan MR ərazisində
Naxçıvan qondarma çökəkliyi ilə iki hissəyə - Şərur və
Culfa seqmentin
ə ayrılır. Bu hissələr arasında tektonik
əlaqə Naxçıvan qondarma çökəkliyinin mərkəzi hissəsində
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
123
Trias
yaşlı dolomitlərin axtarış quyuları ilə nisbətən kiçik
(1600-1900 m) d
ərinliklərdə açılması ilə sübut olunmuşdur.
Şəkil 72. Çeşməbazar qalxımı. Seysmogeoloji profil.
Şəkil 73. Yayıcı-Dizə-Şimali Gilançay istiqamətində
seysmogeoloji profil.
Şərur-Culfa antiklinoriumunda qırışıqlıq istiqamətləri
d
ərinlik qırılmalarının uzanma istiqamətləri ilə uyğunlaşırlar.
Bel
ə dərinlik qırılmalarından biri antiklinoriumu Ordubad
sinklinoriumundan ayırır ki, bu da yer üzündə meridional və
şimal-şərq istiqamətində uzanan qırılıb-qalxma və üstəgəlmə
pozğunluqlarından ibarət zona şəklində əks olunmuşdur.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
124
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
125
Antiklinoriumun
əsas hissəsi İran ərazisində yerləşən
Culfa seqmentinin Naxçıvan ərazisində yerləşən şimal-şərq
qanadı qırılıb-qalxma pozğunluqları ilə mürəkkəbləşmiş
Perm v
ə Trias çöküntülərindən təşkil olunmuşdur. Ordubad
sinklinoriumu vulkanogen v
ə çökmə mənşəli Yura, Üst
Tabaşir və Paleogen çöküntülərindən təşkil olunmuşdur.
Sinklinoriumun k
ənar hissələrində olan qırılmalar
şimal-qərb istiqamətində uzanan qırılıb-qalxma və
üst
əgəlmələrdən, mərkəzi hissəsində isə şimal-şərq istiqa-
m
ətli qırılıb-düşmə pozğunluqlarından ibarətdir.
Ordubad sinklinoriumunun geoloji quruluşunda karbo-
nat-terrigen Aalen-Kellovey, Turon-Konyak, Üst Eosen
yaşlı, karbonat (Santon-Kampan), terrigen (Maastrixt-Dani-
marka-Paleosen) v
ə vulkanogen (Leyas, Kimmeric, Eosen,
Oliqose
n) süxurları, qranitoid batolitləri iştirak edir.
Ordubad sinklinoriumunun c
ənub-qərb hissəsində Neogen
çöküntül
əri ilə örtülən böyük ölçülü mulda yerləşir. O
c
ənub-şərq istiqamətində çökəkliyin xeyli hissəsini əhatə
edir.
Son zamanlar burada aparılmış geofiziki kəşfiyyat
n
əticəsində muldanın mərkəzi hissəsində Trias çöküntüləri
üzr
ə Qıvraq, Şahtaxtı, Böyükdüz, Əliabad braxiantiklinal-
ları, cənub-şərq hissəsində isə Yura-Üst Tabaşir çöküntü-
l
əri üzrə Çeşməbazar, Nehrəm, Culfa və s. qalxımlar aşkar
olunmuşlar (şəkil 72, 74).
T
ədqiqatçılar Ordubad sinklinoriumunun cənub-şərq
hiss
əsinə Mehri-Ordubad batoliti hüdudunda Zəngəzur və
onun şimal-şərqində yerləşən Oxçu horst qalxımlarını,
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
126
Qafan antiklinoriumu s
ərhədində tikiş zonası və Mehri
qrabenini aid edirl
ər
[
23
]
.
Zəngəzur horst-qalxımı hər iki tərəfdən dərinlik qırıl-
ma
ları ilə hüdudlanır. Bu qalxımın Naxçıvan MR ərazisin-
də yerləşən cənub-qərb qanadı Üst Tabaşir və Alt Eosen
çöküntülərindən təşkil olunmuşdur. Qalxımın bünövrəsi isə
Kembri-
Kembriyəqədər yaşlı intensiv qırışıqlığa uğramış
qneyslər, mikalı şistlər, amfibolitlər və mərmərlərdən təşkil
olunmuşdur. Bu kompleks özü Eosenin sonu və Miosenin
əvvəllərində yaranmış Mehri-Ordubad qranitoid batoliti ilə
yarılmışdır.
Naxçıvan qondarma çökəkliyi Oliqosenin sonunda
formalaşmağa başlamış və Miosenin molass çöküntüləri ilə
doldurulmuşdur. Çökəkliyin geoloji kəsilişində çökmə
m
ənşəli orta və üst Paleozoy, Mezozoy və Paleogen
çöküntül
əri iştirak edir. Orta və üst Paleozoy və Trias
çöküntül
ərinin qalınlığı cənub-qərb istiqamətində artaraq
6-7 km-
ə çatır. Çökəkliyin əksər sahəsi qalın Oliqosen və
Neogen-Dördüncü dövr çöküntül
ərilə örtülüb. Naxçıvan
çök
əkliyində Miosen çöküntülərinin qalınlığı 2600 m-dən
artıqdır.
Çök
əkliyin geoloji quruluşunda iştirak edən Üst
Tabaşir-Paleogen çöküntü kompleksi hələ Oliqosenə qə-
d
ərki tektonik hərəkətlərlə qırışıqlığa məruz qaldığı üçün,
bu kompleksin qırışıqları ilə üstə yatan Miosen kompleksi
qırışıqları arasında
disharmoniya
mövcuddur.
Naxçıvan üstəgəlmə çökəkliyinin şərq hissəsi Şərur-
Culfa antiklinoriumunun üz
ərində yerləşir. Bu çökəklik
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
127
şimalda və şərqdə dərinlik qırılmaları ilə hüdudlandığı
halda, İran və Türkiyə ərazilərində geniş sahəni tutur.
Üst Oliqosen-Miosen çöküntül
əri qalınlıqlarının dəyi-
şilmə qradiyentinin çox böyük olması, Naxçıvan çökəkliyi
v
ə Ağqaya qalxımı qırışıqlığının uzlaşma xüsusiyyətləri,
üst
əgəlmə çökəkliyin yaranmasının dərinlik qırılması və ak-
tiv tektonik h
ərəkətlərlə əlaqədar olduğuna güman yaradır.
Bünövr
ə üzrə Üst Paleozoy-Trias kompleksində əks
olunan V
əlidağ, Şərur, Culfa, Zəngəzur horst-qalxımları
ayrılır (D.X. Babayev, İ.S. Həsənov T.S. Əmiraslanov).
T.S. Əmiraslanova görə Naxçıvan MR-in düzənlik
hiss
əsində qeyd olunan lokal qravitasiya anomaliyaları Üst
Paleozoy-Trias v
ə Mezozoy çöküntüləri üzrə yaranan qal-
xımları əks etdirirlər. Sədərək, Vəlidağ, Sarıdağ və Şərqi-
V
əlidağ lokal maksimumları - Devon; Şərur, Qıvraq, Təzə-
k
ənd, Xok, Böyükdüz, C.Böyükdüz, Keçəltəpə, Sovetabad
maksimumları - Trias; Şəkərabad qravitasiya maksimumu
is
ə Üst Tabaşir-Alt Eosen çöküntülərində olan qalxımlarla
izah olunur.
Naxçıvan MNQR-in neft-qazlılıq ehtimalı rayonun
c
ənub-şərq hissəsində Neogen çöküntülərilə örtülən böyük
ölçülü mulda il
ə əlaqəlidir. Bu mulda Ordubad
çök
əkliyinin cənub-şərq hissəsini əhatə edir. Onun mərkəzi
hiss
əsində Sarmat çöküntülərindən təşkil olunmuş bir neçə
braxiantiklinal qalxım aşkar olunmuşdur. Miosenin
terrigen və Mezozoyun karbonatlı çöküntülərindən ibarət
olan bu MNQR daxilində neft-qazlılıq baxımından əhə-
miy
yət kəsb edən Böyükdüz və Dəhnə-Vəlidağ mümkün
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
128
neft-
qaz toplanma zonaları mövcuddur. Mezozoy çöküntü-
l
əri kəsilişində neft-qazlılıq baxımından Trias və Üst
Tabaşirin karbonatlı-terrigen kollektorları daha çox maraq
doğurur.
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
129
Dostları ilə paylaş: |