Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
228
Tabaşir və Paleogen çöküntüləri iştirak etmirlər. Quba-Dəvəçi
zonas
ında Qusar-Dəvəçi NQR-in başqa tektonik zonalarından
fərqli olaraq, Mezozoy və Paleogen-Neogen çöküntülərinin
kəsilişdə tam iştirakı güman olunur.
Paleogen-Miosen çökün-
tü
lərinin yerüstü çıxışları, qazılmış quyulardan qaldırılmış
süxur nümunələri bu kompleksin
daxilində karbohidrogen-
lərin əmələ gəlməsi və toplanması üçün əlverişli stratiqrafık
vahidləri ayırmağa imkan vermişdir.
Qusar-
Dəvəçi NQR-də Paleogen-Miosen dövründə
top
lanmış 4000-5000 m qalınlığında çöküntü qatının lito-
fasial xüsusiyyətləri, çökmə şəraiti, üzvi qalıqların miqdarı
və onların karbohidrogenlərə çevrilmə dərəcəsinə görə bu
çöküntülərin kəsilişində aşağıdakı neftli-qazlı
litoloji-
stratiqrafi
k kompleksləri ayırmaq olar:
1.
Paleoseninin karbonatlı süxurları;
2.
Eosenin (xüsusən Orta Eosenin) qumlu-alevritli
l
ayları;
3. Oliqosen-Alt Miosenin qumlu-
alevritli çöküntüləri;
4. Orta Miosen
in (Çokrak və Karaqan horizontları)
qumlu təbəqələri;
5. Üst Miosen
in (Sarmat lay dəstəsi) qumdaşı və qumlu
təbəqələri.
Bu stratiqrafik vahidlərin çöküntüləri Paleogen-Miosen
dövrü
ndə Qusar-Xaçmaz qalxımı ilə ayrılan
körfəz şəkilli
hövzələrdə toplanmışdır.
Tektonik sxemlərdə eyni adla ayrılan çökəkliyə uyğun
gələn Quba-Dəvəçi zonasında stratiqrafık və litoloji tipli neft
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
229
və qaz yataqların əmələ gəlməsi üçün əlverişli struktur-
tekton
ik şərait aşağıdakı sahələrdə yaranmışdır:
1.
Çökəkliyin cənub-qərb hissəsində - Təngi-Beşbar-
maq antiklinoriumunun
Siyəzən monoklinalı ilə təmas xətti
boyu Üst
Tabaşirlə Paleogenin qeyri-uyğun kontaktı
zolağında,
2.
Çökəkliyin şimal-şərq hissəsində - Quba-Dəvəçi çö-
kəkliyinin şimal-şərq yamacının
Qusar-Xaçmaz Mezozoy
qalxımına keçid zonasında.
Birinci zonada Paleogen-
Miosen çöküntülərində lito-
loji-
stratiqrafik tələlərin əmələ gəlməsi üçün əlverişli
struktur-
tektonik şəraitin varlığı burada həmin çöküntülərlə
əlaqədar tələlərdə neft-qaz yataqlarının aşkar olunması ilə
təsdiqlənmişdir. Quba-Dəvəçi zonasında əsasən
Paleogen
və Orta Eosen çöküntüləri ilə əlaqədar neft-qazlılıq
Paleogenin Üst
Tabaşirin karbonatlı süxurları ilə qeyri-
uyğun kontaktı boyu müəyyən edilmişdir
[
73, 74
]
.
Siyəzən monoklinalının Çandahar-Zarat sahəsində neft
yataqları Eosen və Maykop
lay dəstələri və qismən də
Çokrak horizontunda aşkar olunmuşdur. Siyəzən-Nardaran
sahəsində neft-qazlılıq əsasən Maykop lay dəstəsi, qismən
Eosen çökün
tüləri və Çokrak horizontu ilə əlaqədardır
[
19
]
.
Monoklinalın əsas neftli sahəsi olan Saadan sahəsində
neft-
qazlılıq geniş stratiqrafik intervalda (Maastrixtdən
Sarmata qədər) müəyyən edilmişdir. Əmirxanlı sahəsində
isə əsas neftli-qazlı laylar Maykopla əlaqədardır. Bununla
belə burada Paleosen, Eosen və Çokrak horizontlarında da
neft yataqları müəyyən edilmişdir. Zağlı-Zeyvə sahəsində
kəşfiyyat quyularında Paleogen çöküntüləri ilə (Paleosen,
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
230
Eosen və Alt Maykop) əlaqədar böyük debitli neft axınları
alınmışdır. Siyəzən monoklinalının şimal-qərb davamında
da stratiqrafik
yataqların varlığı aşkar olunmuşdur. Burada
Paleogen-
Miosen çöküntülərinin kollektor xüsusiyyətləri-
nin və neftqazdoyma əmsalının artması müəyyən olmuşdur.
Hal-
hazırda Paleosenin karbonatlı
və Orta Eosenin
terrigen-
karbonatlı neftli-qazlı süxurları Təngialtı sahəsinə
qədər izlənilmişdir. Onların daha şimal-qərb sahəsinə qədər
davam etməsi güman olunur.
Tələbi-Qaynarca antiklinal zonasının yerləşdiyi Quba-
Dəvəçi çökəkliyinin mərkəzində isə qeyri-antiklinal tələlərin
varlığı Tələbi və Qaynarca antiklinallarının qanadlarında
güman olunur. Tələbi qalxımının tağ hissəsində Sarmat
çöküntüləri böyük bucaq uyğunsuzluğu ilə Orta Yura çökün-
tülərini örtür. Qaynarca qalxımında isə geoloji quruluşda
iştirak edən Maykop, Çokrak və Sarmatın kəsilişində ayrı-
ayrı təbəqələrin pazlaşması qeyd olunur.
Bundan başqa
qazma zamanı Qaynarca sahəsində 6 və 7 saylı axtarış
q
uyularında müvafiq olaraq 3610-3685 m və 2850 m
dərinliklərdə gil məhlulunda qaz, 1, 2 və 3 saylı quyularda
Sarmat çöküntüləri açılanda isə intensiv neft-qaz təzahürləri
müşahidə olunmuşdur. Tələbi-Qaynarca zonasında Paleo-
gen-
Miosen kompleksi çöküntülərində neft-qaz yığımları
maraq doğurur. Siyəzən monoklinalında Paleogen-Miosenin
neftli-
qazlı horizontları 500-2000 m dərinliklərdə yatdığı
halda, Tələbi-Qaynarca antiklinal zonasında onlar 2000-
2500 m dərinlikdə izlənilir. Bundan əlavə, antiklinal zonada
tektonik qırılmaların sayı dərinlik artdıqca azalır və onların
əksəri Paleogen-Miosen çöküntülərinə çatmamış sönür.