B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
231
Burada Miosen çöküntüləri Pontun qalın (300-500 m) gil
qatı ilə örtülmüşdür. Qazılmış quyular Maykopun litofasial
xüsusiyyətlərinin şimal-şərq istiqamətdə yaxşılaşmasını
göstərir. Çokrak horizontu isə litoloji cəhətdən zəif
karbonatl
ı, adətən qumlu gillərdən və nazik qum laycıqla-
rından ibarətdir, qalınlığı 450-500 m-ə çatır.
Tələbi qalxımının cənub-qərb qanadında Sarmatın qalın
qumlu laylarından 12 saylı quyuda sınaq işləri aparılan
zaman 4447-
4565 m intervalından neft axını alınmışdır. Bu
fakt Tələbi-Qaynarca antiklinal zonasında qalxımların qanad
hissələrində Sarmatın qumlu-alevritli süxurlarında neft-qaz
yığımlarının göstəricisidir.
Samur ətrafı zonada hal-hazırda Paleogen-Miosen
komplek
si ilə əlaqədar neft-qaz yataqları aşkar olunmayıb.
Bununla belə qonşu Cənubi Dağıstanda yerləşən Şərq və
Qərb antiklinal zonalarında çatlı və kavernalı mergel və
qum
lu əhəngdaşılardan təşkil olunmuş Eosen-Oliqosen
yaşlı çöküntülərlə əlaqədar qaz yataqları (Xoşmənzil, Duz-
laq, Berikey, Selli
və b.) istismar olunur.
Yalama-
Xudat çıxıntısında yerləşən Xudat və Şirvan
sahələri Paleogen-Miosen çöküntüləri ilə əlaqədar neft-qaz
yataqlarının aşkar olunması baxımından daha böyük maraq
kəsb edir. Xudat qalxımının tağ hissəsində Məhsuldar qatdan
aşağıda Sarmat, Çokrak, Maykop, onlardan aşağıda isə Üst
Tabaşir çöküntüləri yatır. Qazılmış axtarış quyuları burada
tağdan qanada doğru Oliqosen-Miosen kəsilişinin qalınlıq-
larının artmasını göstərir.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
232
Samur ətrafı zonada stratiqrafik və litoloji tipli
yataqlar
Zeyxur çökəkliyinin Yalama-Xudat və Qusar-
Xaçmaz gömül
müş qalxımlarına keçid zonalarında aşkar
oluna bilər. Geoloji-geofiziki məlumatlara əsasən Zeyxur
çökəkliyinin Yalama-Xudat qalxımı ilə təmas zolağında
A
lt Sarmatın gilli süxurları monoklinal yatan Torton yaşlı
layların üzərini transqressiv və qeyri uyğun örtür, nəticədə
Torton mərtəbəsi çöküntülərində stratiqrafik tələlərin
əmələ gəlməsi üçün şərait yaranmışdır.
Paleosen-
Eosen çöküntüləri neft-qazlılıq cəhətcə daha
çox Qusar-
Xaçmaz çıxıntısının cənub-qərb yamacında bö-
yük maraq kəsb edir. Çünki, burada Quba-Dəvəçi çökək-
liyinin ən dərin hissəsindən karbohidrogenlərin miqrasiyası
hesabına terrigen və karbonatlı kollektorlarda stratiqrafik
tipli yataqlar əmələ gələ bilər. Siyəzən monoklinalında Alt
Maykop
un kəsilişindəki qumlu-alevritli kollektorlarda
sənaye əhəmiyyətli neft-qaz yataqlarının olmasını nəzərə
alsaq, həmin kollektorların eyni hövzənin şimal-şərq
yamacında da iştirak etməsini güman etmək olar. Burada
Siyəzən monoklinalında olduğu kimi, çökəkliyin dərin his-
sələrindən flyüidlərin formasiya daxili miqrasiyası nəticəsin-
də lay tipli stratiqrafik və litoloji ekranlaşmış yataqlar əmələ
gələ bilər.
Çokrak və Karaqan dövrlərində karbohidrogenlərin
əmələ gəlməsi üçün ən əlverişli paleocoğrafi şərait Yalama-
Xudat zonasının şimal-şərq və cənub-qərb hissələrində
(Yalama və Şirvan sahələri) olmuşdur. Başqa sahələrdə bu
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
233
vaxt ya kontinental şərait mövcud olmuş və yaxud da
Çokrak-
Karaqan çöküntüləri yuyulmuşdur
[
73, 74
]
.
Yalama və Şirvan sahələrində Çokrakın aşağı və orta
hissələrində 200-225 m qalınlıqda zəif qumlu və karbonatlı
gil qatı, ondan üstdə isə karbonatlı qum və qumdaşının
növbələşməsindən ibarət olan dəstə yerləşir. Ayrı-ayrı qum
dəstələrinin qalınlığı 2-4 m-ə çatır. Dəstənin qalınlığı 45-79
m, qumlu layların ümumi qalınlığı isə 17-21 m təşkil edir.
Çokrak horizontunun üst hissəsi (qalınlığı 50-66 m-dir) zəif
karbonatlı gillədən ibarətdir. Onun tavanında 20-26 m,
aşağı hissəsində isə 10-15 m qalınlığında ikinci qumlu dəstə
ayrılır. Qumlu layların ümumi qalınlığı 15 m-ə qədər artır.
Çokrakın ümumi qalınlığı burada 293-377 m təşkil edir.
Karaqan dövründə də çöküntütoplanma şəraiti əlverişli
olmuşdur. Kəsilişin aşağı hissəsində 60-70 m qalınlıqda
qumlu gillərdən, xırda və orta dənəli, bəzən gilli qumlarla
növbələşməsindən ibarət dəstə yatır. Qumlu təbəqələrin
qalınlığı 4-6 m, qumlu layların ümumi qalınlığı isə 8-26 m
təşkil edir. Kəsilişin orta hissəsində 50-60 m qalınlığında
mergelli gillər qeyd olunur. Onun üstündə isə xırdadənəli
qumların gillərlə növbələşməsindən ibarət olan qumlu dəstə
yatır. Qumlu layların ümumi qalınlığı 13-23 m arasında
dəyişir. Kəsiliş 14-25 m qalınlıqda gil dəstəsi ilə tamamlanır.
Karaqan
ın ümumi qalınlığı 211-284 m təşkil edir.
Çokrak və Karaqan çöküntülərinin litoloji tərkibi və
geokimyəvi xüsusiyyətləri onlarda neft-qazın əmələgəlməsi
üçün əlverişli şəraitin olmasını göstərir. Lakin Yalama sahə-
sində neft və qazın toplanması üçün qapalı tələ olmayıb.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
234
Burada Çokrakın tavanına görə qurulmuş struktur xəritədə
az meylli
hemiantiklinal ayrılır. Şirvan və İmamqulukənd
sahələrində isə şimal-şərq istiqamətində 1,5-2° bucaq altında
monoklinal layların yatması qeydə alınmışdır. Çokrak
çöküntülərinin yatma şəraiti və kəsilişdə iştirak edən qumlu
layların litoloji dəyişkənliyi bu çöküntülərdə yalnız lay tipli
litoloji tələlərin intişar etməsinin mümkünlüyünü göstərir.
Belə tələlərin mövcudluğu Yalama-Xudat çıxıntısının
cənub-qərb yamacında-Şirvan sahəsində güman olunur.
Yalama-
Xudat çıxıntısının cənub-qərb yamacında
Karaqan h
orizontunun qumlu dəstələri layların qalxımı boyu
A
lt Sarmatın gilli süxurları ilə qeyri-uyğun örtülür. Ona görə
də burada litoloji-stratiqrafık tipli tələlərdə neft-qaz
yataqlarının əmələ gəlməsi üçün şəraitin olmasını güman
etmək olar.
Sarmat çöküntülərinin yalnız alt hissəsi (Alt Sarmat)
geokimyəvi xüsusiyyətlərinə görə neft törədici lay dəstəsi
sayıla bilər. Yalama-Xudat və Qusar-Xaçmaz çıxıntılarında
Sarmat üzrə struktur tələlərin olması, Meotis-Pont dövrlə-
rində onların yuyulması və MQ-nin pis çeşidlənmiş süxurları
ilə örtülməsi burada Sarmat əsrində əmələ gələ bilən neft və
qaz yataqlarının saxlanması üçün əlverişli şəraitin olmama-
sını göstərir. Ona görə də Sarmat laylarının perspektivliyi
Qusar-
Xaçmaz qalxımının yalnız cənub-qərb qanadında,
onlar
ın Meotis və Pontun gilləri ilə örtüldüyü zonada,
stratiqrafik və litoloji tipli tələlərlə əlaqələndirilə bilər
[
77,
79, 103, 108, 110
]
.
Şamaxı-Qobustan NQR-də Paleogen-Miosen çöküntü-
lərinin neft-qazlılıq perspektivliyi kifayət qədər yüksək
|