Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə66/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   62   63   64   65   66   67   68   69   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
243 
az bir hissəsini təşkil edir və onlar regional izlənilmirlər. 
Bütövlükdə Paleogen-Miosen kompleksi qalın plastiki gilli 
süxurlar kimi səciyyələnirlər. Bu çöküntülərin xarakterik 
cəhətlərindən biri, onlarda karbohidrogenlərin tutumlu 
tələlərinin olmaması və karbohidrogenlərin toplanaraq böyük 
yataqlar əmələ gətirməsi üçün, formasiya daxili yaxşı miqra-
siya kanallarının olmamasıdır. Bu səbəbdən də, Paleogen-
Miosen çöküntülərində generasiya olunan karbohidrogenlər 
məhdud yığımlar əmələ gətirirlər. Bununla belə, Paleogen-
Miosen çöküntülərinin rezervuarlarında lokal karbohidrogen 
yığımları ilə yanaşı, eyni zamanda sənaye əhəmiyyətli yataq-
ların da əmələgəlməsi mümkündür. Belə yataqlara misal 
Cənub-Qərbi Qobustanda yerləşən Umbakı yatağını göstər-
mək olar. Bu tip yataqlar məhdud ərazidə əlverişli miqrasiya 
prosesinin getdiyi və sənaye əhəmiyyətli neft və qazın akku-
mulyasiyası üçün yaxşı kollektor xüsusiyyətlərinə malik olan 
qumlu-al
evritli horizontlarla əlaqədar olurlar. Qeyd olunan-
lara əsaslanaraq deyə bilərik ki, Paleogen-Miosen çöküntüləri 
kəsilişində qeyd olunan qumlu-alevritli horizontların məhdud 
sahədə yayılmalarına və kəsilişin 5%-dən az hissəsini təşkil 
etmələrinə baxmayaraq, neft və qazın toplanması və yataq-
ların əmələgəlməsi üçün əlverişli kollektor hesab olunurlar. 
Abşeron yarımadasında, xüsusən onun qərb hissəsində
Paleogen-Miosen 
rezervuarları məhdud sahədə yayıldıqla-
rından flyüidlərin toplanması üçün əlverişli sahələri burada 
geniş yayılmış qeyri-antiklinal tələlərlə əlaqələndirmək olar. 
Belə yataqlar litoloji amillərlə əlaqədar olub, gilli qatın 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
244
qumlu-
alevritli materiallarla zəngin hissələrində əmələ gəl-
dik
ləri üçün strukturların tağa yaxın hissələrində antiklinal-
l
arın qanadlarında və onları ayıran sinklinallarda yerləşirlər. 
Lokal neft və qaz yığımları eyni zamanda süxurların tektonik 
parçalanma zonalarında və eləcə də gilli süxurların şistləş-
məsi ilə əlaqədar çatların yarandığı zonalarda da əmələ gəlir-
lər. Belə zonalarda Pliosen çöküntüləri ilə örtülmüş olan sü-
xurlar yüksək təzyiq altında karbohidrogenlərlə dolduqdan 
sonra, onlarda lokal karbohidr
ogen yığımları əmələ gəlir. 
Yuxanda deyilənləri ümumiləşdirərək belə nəticələrə 
gəlmək olar ki, Abşeron yarımadasında Paleogen-Miosen 
çö
küntülərinin perspektivliyini əsasən onların kəsilişində ge-
niş yayılmış qumlu-alevritli laylarla əlaqədar litolojı-stra-
tiqrafik tələlər və Pliosen çöküntüləri ilə örtülmüş süxurların 
tektonik par
çalanma zonaları ilə əlaqələndirmək olar. 
Qərbi Abşeronun cənub və mərkəzi hissələrində Paleo-
gen-
Miosen çöküntüləri böyük qalınlıqlara (2000 m-ə qədər) 
malikdirlər. Rayonun şimal hissəsində Paleogen-Miosen 
çöküntüləri yer səthinə çıxırlar və onlar az qalınlıqla 
səciyyələnirlər. Bəzi yerlərdə isə onlar eroziyaya məruz 
qalmışlar. Bu səbəblərə görə Qərbi Abşeronun şimal his-
səsində Paleogen-Miosen çöküntüləri az maraq doğururlar. 
Beləliklə, Abşeron yarımadasında Paleogen-Miosen 
çökün
tüləri üzrə axtarış-kəşfiyyat işlərinin perspektivliyi
əsasən, Cənub-Qərbi, Mərkəzi və Şərqi Abşeronda struktur 
və litoloji-stratiqrafik tip tələlərlə bağlı ola bilər. Bu çökün-
tülərdə əsas axtarış kriterilərindən biri də, kəsilişin müxtəlif 
stratiqrafik səviyyələrinə uyğun gələn, böyük amplitudlu 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
245 
üstəgəlmələrlə bağlı tektonik amillərdir. Eyni zamanda neft-
qaz generasiya edici Paleogen-Miosen çöküntü
lərində müx-
təlif tipli tələlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. 
Rayonda Paleogen-
Miosen çöküntülərində axtarış-kəş-
fiyyat işlərinin perspektivliyi, ilk növbədə Miosenə qazılmış 
və tək-tək quyularda neft və qaz fontanı alınmış Binəqədi, 
Çaxnaqlar, Sulutəpə, Lökbatan, Qaradağ və s. sahələrlə 
əlaqədardır. Suraxanı-Qaraçuxur-Hövsan-Türkan və Dübən-
di-
Zirə zonalarında aparılmış seysmik kəşfiyyatın nəticələri-
nə görə MQ-dən altda yatan gömülmüş qalxımlar Miosen 
çöküntü kompleksi üzrə axtarış obyektləri ola bilərlər. 
Qeyd etmək lazımdır ki, Abşeron NQR-də Paleogen-
Miosen çöküntülərinin litofasiyasının regional miqyasda 
dəyişmə xarakteri və onların neft-qazlılıq perspektivliyi haq-
qında əsaslı tam fikir söyləmək kifayət qədər çətindir. Çünki, 
bu çöküntülər quyularla yalnız Abşeron yarımadasının 
şimal, şimal-qərb, qərb hissələrində və qismən Abşeron və 
Bakı arxipelaqlarının şimalında açılıblar. Göstərilən rayon-
lar
da Miosen çöküntüləri kəsilişinin yalnız Cənub-Qərbi 
Abşeronun Lökbatan-Qaradağ zonasında qumlu material-
larla zəngin olduğu müəyyən olunub, qalan sahələrdə isə bu 
çöküntülər gilli litofasiya ilə səciyyələnirlər. 
Cənub-Qərbi Abşeronda Miosen çöküntüləri 1500-
1800 m qalınlıqlı qumlu-gilli litofasiyada yayılmışdır. Bu 
çöküntülərin ən böyük qalınlığı (1600 m-ə qədər) Şorbulaq 
və Qaradağ sahələrində açılmışdır. Lökbatan, Puta, Korgöz-
Qızıltəpə, Şonqar, Sarınca-Gülbaxt və digər sahələrdə isə 
onların quyularla açılmış qalınlıqları 200-400 m-dən artıq 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
246
deyil. Bu sahələrdə aşkar olunmuş lokal neft yataqları əsasən 
Diatom dəstəsinin linzavari qumları ilə əlaqədardır. 
Abşeron yarımadasında Miosen çöküntülərində sənaye 
əhəmiyyətli neft və qaz yataqları ancaq Qaradağ qalxımının 
şimal qanadında aşkar edilib. Yarımadanın bu hissəsində orta 
və üst Miosenin kəsilişi qonşu Qobustan rayonu sahələrinə 
nisbətən daha çox qumlu olması ilə fərqlənir. Qaradağ sahə-
sin
dən cənub-şərqə tərəf Miosenin kəsilişi daha çox qumlaşır. 
Mərkəzi Abşeronda isə Binəqədi-Sulutəpə-Çaxnaqlar 
istiqamətində cənuba doğru orta və üst Miosenin kəsilişində 
qumluluq nəzərə çarpacaq dərəcədə artır. 
Faktlar Miosen çöküntüləri kəsilişində qumluluğun 
şimaldan cənuba doğru artdığını təsdiq edir və yarımadada 
Şorbulaq-Binəqədi-Kürdəxanı-Buzovna xəttindən cənubda 
olan ərazinin Paleogen-Miosen çöküntülərinin qumlu-gilli 
litofasiyada yayıldığını söyləməyə əsas verir 
[
101, 102
]

Abşeron neftli-qazlı rayonunda quyularla açılmış və 
sınaq işləri aparılmış Miosen obyektləri müxtəlif intensiv-
likdə neft-qaz təzahürləri ilə müşahidə olunublar. Fatmayı 
qırışığının şimal-qərb batımında Miosen çöküntülərinin üst 
təbəqələrində qazma və sınaq işləri zamanı 22 və 24 saylı 
quyularda zəif, 23 saylı quyuda isə güclü neft-qaz təzahürləri 
müşahidə olunub. Qazma zamanı müxtəlif intervallarda 
Miosen çöküntülərinin neft-qazlılığını daha çox səciyyələn-
di
rən təzahürlər Digah, Binəqədi, Çaxnaqlar, Sulutəpə, 
Çalayeri, Qaraheybət, Şabandağ, Güzdək, Sarınca-Gülbaxt, 
Şorbulaq, Korgöz-Qızıltəpə, Qaradağ sahələrində qeydə 
alınıb. Quyularda sınaq işləri zamanı isə Binəqədi, Masazır, 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə