Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə69/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   65   66   67   68   69   70   71   72   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
255 
çöküntülərinin bu rayonda vulkanogen-çökmə və tufogen 
fasiyada olması, onların nefttörədici olmaqlarından daha çox 
karbohidrogenlərin toplanması üçün kollektorlar olduğunu 
göstərir. Orta Eosen çöküntüləri göstərilən fasiyada cənub-
şərq istiqamətində İncəçay və Tərtər çayları arası sahəyə 
qədər davam edir. Bu çayların arasında yerləşən Şimali 
Naftalan sahəsində Orta Eosen çöküntülərinin əsasını 
mergelli-
tuflu çöküntülər təşkil edir. Zəif keçiriciliyə malik 
olan bu çöküntülərin kollektorluq xüsusiyyətləri əsasən 
onların çatlı olmaları ilə əlaqədardır. 
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunun 
cənub-şərq hissəsində yerləşən Ağcabədi, Beyləqan sahələ-
rin
də Orta Eosenin kəsilişində gillər, mergellər və tufogen 
ç
öküntülərlə yanaşı, karbonatlı qumdaşıları da iştirak edirlər 
ki, bunlar da Orta Eosen 
laylarının kollektor xüsusiyyətlə-
rinin yüksəlməsinə səbəb olur. Bunu Ağgöl sahəsində qazıl-
mış 1 saylı axtarış quyusunda 3593-3640 m intervalında 
tufqumdaşılarından 200 m
3
/gün hasilatla su axınının alınma-
sı sübut edir. 
Üst Eosen 
çöküntüləri tədqiq etdiyimiz Kür-Qabırrı 
çaylararası NQR-də və Yevlax-Ağcabədi çökəkliyində əsa-
sən gilli fasiyada olduqları üçün, onlar Orta Eosenin məsa-
məli-çatlı kollektorları üçün əsasən izoləedici örtük rolunu 
oynayırlar. Lakin Qazax körfəzində Üst Eosen kəsilişinin alt 
hissəsində qumluluğun 30%-ə çatması, Yevlax-Ağcabədi 
çökəkliyinin şimal-qərb hissəsinin kəsilişin alt hissəsində 
yerləşən və qalınlığı 30-40 m-ə çatan qumlu horizontun 
olması (III-Qazanbulaq horizontu) bu çöküntülərin də neftli-


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
256
qazlı obyektlər kimi müəyyən perspektivliyə malik 
olduğunu göstərir. Bunu Qazanbulaq və Dəliməmmədli 
strukturlarının cənub-şərq periklinallarında lokal yayılma 
sahələrinə malik olan III Qazanbulaq horizontunun sənaye 
əhəmiyyətli neftliliyi sübut edir. Qazanbulaq sahəsində 
stratiqrafik tipli neft yatağına malik olan III Qazanbulaq 
horizontundan başlanğıc hasilatı 50 t/günə qədər olan neft 
axınları alınmışdır. 
Orta Eosen
in böyük qalınlığa (400-500 m-dən çox) 
malik olan mergelli-
tufogen çöküntüləri Kür-Qabırrı çaylar-
arası NQR-in və Yevlax-Ağcabədi çökəkliyinin əsas neftli-
qazlı obyektidir. Bu çöküntülər Yevlax-Ağcabədi çökək-
liyinin şimal-şərq bortunda pazlaşırlar. Muradxanlı struk-
turunun cənub-qərb qanadında və cənub-şərq periklinalında, 
litostratiqrafik və tektonik ekranlaşma tipli neft yataqları 
aşkar edilmiş və hal-hazırda işlənmədədir. 
Muradxanlı yatağından cənub-şərqdə yerləşən kiçik 
ölçülü Cəfərli antiklinalının tağ hissəsində Orta Eosenin 
mergelli-
tufogen çöküntülərindən 120 t/gün hasilatla neft 
alınmış və yataq sənaye işlənməsinə verilmişdir. Zərdab 
sahəsində qazılmış 3 saylı axtarış quyusunda lay sınayıcısı ilə 
350-400 m
3
/gün hasilatla qısa müddətli neft axını alınmış, 
lakin sonra güclü su axınının olması ilə əlaqədar, quyunu 
normal vəziyyətdə sınaqdan keçirmək mümkün olmayıbdır. 
Zərdab-Şıxbağı sahəsindən şimal-qərbdə yerləşən Əmirarx 
sahəsində də Orta Eosenin daban hissəsində yerləşən mergel 
laylarından 2 saylı quyuda 5087-5092 m intervalından lay 
sınayıcısı vasitəsi ilə 20 t/gün hasilatla neft axını alınmışdır. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
257 
Deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, Yevlax-
Ağcabədi çökəkliyində Orta Eosenin mergelli-tufogen 
çökün
tüləri regional neft-qazlılığa malikdirlər. Çökəkliyin 
bortlarında və sentriklinal hissələrində Orta Eosen çöküntü-
lərinin pazlaşma zonalarında əmələ gələn stratiqrafik və 
litoloji ekranl
aşmış tələlər neft-qaz yataqlarının axtarışı 
üçün perspektivli obyektlər ola bilərlər.
Kür-
Qabırrı çaylararası NQR ərazisində Orta Eosen 
çöküntülərinin sənaye əhəmiyyətli neftliliyi yalnız Tərsdəllər 
sahəsində müəyyən edilmişdir. Tərsdəllər strukturunun
şimal-şərq qanadının tağa yaxın hissəsində qazılmış 1 saylı 
axtarış quyusunda 2882-2865 m dərinlikdə yatan Orta Eose-
nin mergelli-
tufogen çöküntülərindən 250-300 m
3
/gün hasi-
latla neft alınmışdır. Sonradan qazılmış 4 saylı quyuda bu 
obyektdən 160 m
3
/gün, 
8 saylı quyuda 35-40 m
3
/gün və 9 
saylı quyuda isə 20 m
3
/gün hasilatla neftin alınması strukturun 
şimal-şərq qanadının tağa yaxın hissəsində litoloji və tektonik 
ekranlaşmış kiçik ölçülü neft yatağının olmasını göstərir. Bu 
sahədə qazılmış quyuların əksəriyyəti texniki səbəbdən ləğv 
edilib, bəzilərində sınaq işləri aparılmayıb, digərlərində isə 
sənaye əhəmiyyətli neft axınının olmaması, onların 
qazıldıqları sahələrin struktur-tektonik vəziyyətləri ilə yanaşı, 
Orta Eosen 
çöküntülərinin litofasial xüsusiyyətləri, ən əsası 
isə onların kollektor xüsusiyyətlərinin neftin, qazın yığılıb 
saxlanılması üçün kifayət dərəcədə yüksək olmaması ilə 
əlaqədardır. Süxurların kollektorluq xüsusiyyətlərinin pisləş-
məsi isə layların qalınlıqlarının azalması istiqamətində baş 
verir. Orta Eosen 
çöküntülərinin qalınlıqlarının 50 m-dən az 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
258
olduqları sahələrdə, əhəmiyyətli dərəcədə gilləşməsi baş verir. 
Bu regional qanunauyğunluq yalnız Kiçik Qafqazdan Qabırrı-
Acınohur çökəkliyinə axan paleoçayların vadilərində pozulur. 
Belə paleoçayların dərələrindən biri Keyrük-Keylan sahəsin-
də qazılmış 1 saylı axtarış quyusu rayonunda seysmik kəşfiy-
yat materialları əsasında müəyyən edilmişdir. Bu çay dərəsini 
seysmik kəşfiyyat materialları əsasında 1,5 km məsafədə izlə-
mək mümkün olmuşdur [Ş.S.Köçərli, F.M.Hacıyev]. Keyrük-
K
eylan sahəsində qazılmış 1 saylı quyuda Orta Eosenin 
tufogen çökün
tülərindən üzərində neft pərdələri olan 150 
m
3
/gün lay suyu
nun alınması, belə vadilərdə Orta Eosenin 
neftli çökün
tülərinin kollektor xüsusiyyətlərinin kifayət qədər 
yük
sək olduğunu göstərməklə yanaşı, bu vadilərin Kiçik Qaf-
qaz
qarşısı çökəkliyin cənub-qərb qanadında neftlilik baxımın-
dan perspektivli obyektlər kimi baxılmasına əsas verir 
[
43
]

Kür-
Qabırrı çaylararası neftli-qazlı rayonunun şimal-
şərq hissəsində Orta Eosen çöküntülərinin qalınlıqlarının 
artması ilə yanaşı, onların kollektorluq xüsusiyyətləri yaxşı-
laşmaqla neftlilik perspektivlilikləri də artır. Bunu bəzi 
sahələrdə qazılmış quyuların məlumatları təsdiq edirlər. 
Bunlardan 
Gürzündağ sahəsində qazılmış 3 saylı axtarış 
quyusunda 4259-
4330 m intervalında Eosen çöküntülə-
rindən 25-100 t/gün hasilatla neft axını alınmışdır. Böyük 
Palantökən sahəsində qazılmış 2 saylı quyuda sınaq zamanı 
Orta Eosen 
çöküntülərinə aid olan 5114-5117 m intervalın-
dan 12 m
3
/gün neft axını alınmışdır.
Qərbi Gürzündağ sahəsində qazılmış quyularda Orta 
Eosen 
çöküntülərindən alınan neftin və suyun kiçik həcmdə 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə