Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə72/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   68   69   70   71   72   73   74   75   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
267 
Sarmat çöküntülərinin kəsilişində qumluluq artmaqla qum 
laycıqlarına da rast gəlinir. Udabno sahəsində qalınlıqları 
390 m-
ə çatan bu çöküntülər, konqlomerat laylarına malik 
gil və alevritlərdən ibarətdir. 
Yevlax-
Ağcabədi çökəkliyində Alt Sarmatın qalınlığı 
200-250 m-
ə çatır (Duzdağ, Şirvanlı, Bərdə, Beyləqan). 
Çöküntülər dayaz dəniz-kontinental fasiyada çökmüş, əsa-
sən qumdaşı və alevrolit laycıqlarına malik boz, qonuru-boz 
gillərdən ibarətdir. 
Orta Sarmatda çöküntütoplanma prosesi daha intensiv 
olmuşdur. Alt Sarmatda qalınlıqlar 300-350 m olduğu halda, 
O
rta Sarmatda bu rəqəm 800-900 m-ə çatmışdır. 
Kür-
Qabırrı çaylararası rayonda (Ağtəpə, Eldaroyuğu, 
Palantökən) Orta Sarmat vaxtı dərin dəniz fasiyası çöküntü-
ləri çökmüşdür. Qalınlıqları 600-800 m-ə çatan bu çökün-
tülər mergel və qumdaşı laycıqları ilə zəngin boz rəngli, 
bərk, şistvari gillərdən ibarətdir. Kəsilişin yuxarı hissəsində 
qumdaşı laycıqlarının artması müşahidə olunur. 
Qərbdə Sacdağ, Armudlu, Udabno, Məmmədtəpə sahə-
lərində də Orta Sarmat dəniz fasiyasında yayılmışdır.
Armudlu, Göytəpə, Molladağ strukturlarının cənub qa-
nad
larında, eləcə də Alaçıq yüksəkliyinin yamacında qalın-
lığı 800 m-ə çatan Orta Sarmat çöküntüləri dayaz dəniz 
fasiyasında təmsil olunmuşlar. 
Sarmat çöküntülərində üzvi maddələrin (C
üzv
) miqdarı, 
Kür-
Qabırrı çaylararası rayonunda qumlarda 0,2%, gillərdə 
0,036% təşkil edir. Yevlax-Ağcabədi çökəkliyinin cənub-
qərb bortunda bu rəqəm 0,24-0,43% arasında dəyişir. Kəsiliş 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
268
üzrə üzvi maddələrin miqdarının aşağıdan yuxarıya doğru 
azaldığı müşahidə olunur. Bu isə çöküntütoplanma pro-
sesində zəif reduksiyaedici və neytral geokimyəvi şəraitin 
tədricən üstünlük təşkil etdiyini göstərir.
Yevlax-
Ağcabədi çökəkliyinin Sovetlər, Ağcabədi, 
Şirvanlı, Bərdə, Duzdağ sahələrində, ümumi qalınlıqları 
400-500 m-
ə çatan Orta Sarmat çöküntüləri qumdaşı, qum 
və alevrit laycıqlarına malik qumlu gillərdən ibarətdirlər. 
Çökəkliyin mərkəzi hissəsindən bortlarına doğru qumlulu-
ğun artması müşahidə olunur. 
Üst Sarmat çöküntülərinin ən çox qalınlığı (800 m) 
Eldaroyuğu, Ağtəpə və s. sahələrdə qeydə alınmışdır. Bura-
da Üst Sarmat çö
küntüləri Rostov, Hersin və Eldar horizont-
larına ayrılırlar. Bu horizontların qalınlıqları müvafiq olaraq 
110-300 m, 250-
460 m və 80-300 m arasında dəyişir.
Yevlax-
Ağcabədi çökəkliyində ən intensiv çökmə 
prosesi Ağcabədi və Bərdə çökəkliklərində getmişdir. Bura-
da əsasən gilli litofasiyada yayılmış Üst Sarmat çöküntü-
lərinin qalınlığı 600 m-ə qədər çatır. Kəsilişdə bəzi hallarda 
qumdaşı və mergel laycıqlarına da rast gəlinir. 
Bu rayonların ərazisində orta və üst Miosen çöküntü-
lərindən hələ ki, sənaye əhəmiyyətli karbohidrogen yataqları 
aşkar edilməmişdir. 
Meotis əsrində dəniz hövzəsi Kür-Qabırrı çaylararası 
rayonun ərazisini və Kiçik Qafqazın şimal-şərq ətəklərini 
tamamilə tərk edir və göstərilən ərazilər dağətəyi düzənliyə 
çevrilirlər. Bu düzənlikdə Meotis, Pont və Məhsuldar qat 
vaxtı toplanan qabadənəli kontinental çöküntülər Şirak lay 
dəstəsini təşkil edirlər. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
269 
Kür-
Qabırrı çaylararası rayonun şimal-şərqində, Qare-
Kaxeti neftli-
qazlı rayonun şərq hissəsində yerləşən Mirzani, 
Patara-
Şiraki, Qaribani, Noria-Satsxenisi neft yataqlarında 
orta-üst Miosen 
çöküntülərində və eləcə də Şirak lay dəstəsi 
çö
küntülərində litoloji tipli yataqlar istismar olunurlar. Bu 
yataqlarda neftli layların qalınlıqları 1-3 m-dən 5-10 m-ə 
qədər dəyişir. Çöküntülərin ümumi məsaməliyi orta hesabla 
20%, effektiv məsaməliyi isə 7,2% olan neftli obyektlərdən 
işləyən quyuların ilkin orta hasilatı 3-8 t/gün, tək-tək hallarda 
isə 10-15 t/gün olmuşdur. 
Kür-
Qabırrı çaylararası rayonda orta və üst Miosen 
çöküntüləri ilə əlaqədar olan çoxsaylı neft-qaz çıxışları 
Çatma antiklinoriumunun şimal hissəsini təşkil edən Alaçıq-
Eldaroyuğu antiklinal zonasında qeydə alınmışdır. Bu 
zonanın şimal-qərbində neft-qaz çıxışları Alt Sarmat, cənub-
şərqində isə Üst Sarmatın qumlu horizontları ilə 
əlaqədardırlar. Bu çıxışların bir qismi palçıq vulkanları, 
digərləri tektonik qırılmalar və kollektor süxurların yerüstü 
çıxışları ilə əlaqədardırlar. 
Tülkütəpə sahəsində neftli layların sayı 17-yə qədərdir. 
Neftli kollektor layların qalınlıqları isə 3 m-dən 25 m 
arasında dəyişir. Ağtəpə, Eldaroyuğu və Palantökən sahə-
lərində qazılmış struktur-axtarış quyularında neft-qaz əla-
mətlərinə yalnız üstəgəlmə zonasında qazılmış quyularda 
rast gəlinmişdir. Çatma antiklinoriumundan cənubda yəni, 
Ceyrançöl zonasında istər yer üstündə, istərsə də qazılmış 
quyularda orta-üst Miosen 
çöküntüləri ilə əlaqədar olan neft-
qaz nişanələrinə rast gəlinməyib.


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
270
Deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, istər 
Maykop lay dəstəsinin, istərsə də orta-üst Miosen çöküntü-
lərinin neft-qazlılığı Çatma və Kaxetiya antiklinoriumları 
arasında yerləşən depressiya ilə əlaqədardır. Burada böyük 
qalınlığa malik olan Oliqosen-Alt Miosen (2000-2500 m), 
orta-üst Miosen (3200-
3800 m) çöküntülərindən çökəkliyin 
mərkəzi hissəsində generasiya olunmuş karbohidrogenlər, 
burada yerləşən antiklinal strukturları doldurmaqla yanaşı, 
miqrasiya edərək çökəkliyin cənub bortundakı Çatma 
antiklinoriumunun şimal hissəsində yerləşən antiklinal 
qalxımlara da yığılmışlar. Bu cəhətdən Çatma antiklinoriu-
mu
nun şimal qanadlarında tektonik və litoloji ekranlaşmış 
yataqların qorunub saxlanılması üçün daha münasib struk-
tur-
tektonik şərait mövcuddur. 
Gəncə neftli-qazlı rayonunda Miosen çöküntüləri çox 
böyük yuyulmaya məruz qalmışlar. Belə ki, Gəncə, Goran-
boy, Bərdə, Ağcabədi və Beyləqandan keçən xətdən cənub-
da və cənub-qərbdə Maykop lay dəstəsinin əhəmiyyətli dərə-
cədə yuyulmuş səthi üzərinə Ağcagil mərtəbəsi çöküntüləri 
qeyri-
uyğun yatırlar. 
Du
zdağ, Gödəkboz, Bərdə, Şirvanlı, Ağcabədi, 
Beyləqan sahələrində axtarış-kəşfiyyat və struktur-axtarış 
quyuları ilə açılmış orta-üst Miosen çöküntüləri kəsilişi az 
qalınlıqlı, qum, alevrit, bəzən də əhəngdaşıları və qabadənəli 
qumdaşıları olan gillər və mergellərdən ibarətdir. 
Torton mərtəbəsi (Tarxan, Çokrak, Karaqan, Konk 
horizontları) çöküntülərinin ümumi qalınlığı 550 m-ə çatır. 



Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə