B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
251
çatan gillərdən ibarətdir. Cənub-qərb istiqamətində Xaçın-
çay və Qarqarçay arasında pelitamorf, qumlu əhəngdaşıla-
rının, mergellərin üstünlük təşkil etdiyi kəsilişdə gillər və
gilli qumdaşıları az qalınlıqlı aralayları şəklində yayılmışlar.
Bu çöküntülərdən götürülmüş süxur nümunələrinin
tədqiqi göstərir ki, Kiçik Qafqazqarşısı çökəklikdə Paleosen
çöküntülərinin toplanması vaxtı neytral və ya zəif reduksiya-
edici şərait mövcud olmuşdur. Bunu çöküntülərdə olan üzvi
maddələrin 0,1-0,5% arasında dəyişilməsi və neytral
geokimyəvi şərait üçün səciyyəvi olan siderit, qlaukonit və
dəmir oksidi minerallarının, zəif reduksiyaedici şərait üçün
isə siderit, pirit və qlaukonit autigen mineralların mövcud
olması əsasında demək olar.
Paleosen çöküntüləri Kür-Qabırrı çaylararası rayonun
və Yevlax-Ağcabədi çökəkliyinin əksər strukturlarının kəsi-
li
şində iştirak edirlər. Bu çöküntülərin daha çox karbonatlı
olduğu Gəncə neftli-qazlı rayonu ərazisində perspektivlik-
ləri, onlardan altda yatan Üst Tabaşirin karbonatlı çöküntü-
lərinin perspektivlikləri ilə eynidir. Danimarka-Paleosen çö-
küntüləri özləri müəyyən dərəcədə nefttörətmə qabiliyyətinə
malik olmaqla yanaşı, onlardan altda yatan Üst Tabaşirin
karbonatlı-çatlı süxurlarında kifayət qədər təcridedici gil
laylarının olmaması sayəsində Üst Tabaşirin karbonatlı-çatlı
süxurlarında mövcud olan neft-qaz yığımları vertikal
miqrasiya yolu ilə bu çöküntülərin çatlı mergelləri və
əhəngdaşılarında da toplana bilərlər. Naftalan sahəsində
qazılmış bir kəşfiyyat quyusunda Danimarka mərtəbəsinə və
Paleosenin alt hissəsinə aid olan sıx, çatlı mergellər və qumlu
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
252
əhəngdaşılarından 0,2-0,3 t/gün hasilatla neftin alınması
bunu təsdiq edir.
Şimal-qərb istiqamətində Paleosen yaşlı çöküntülər
gil
ləşir və onlar Alt Tabaşirin karbonatlı çöküntüləri üçün
izoləedici örtük rolunu oynayırlar.
Eosen dövrü Kür-
Qabırrı çaylararasında çökmə tempi-
nin sürəti 60-80 m/mln. il-ə çatmaqla, burada müxtəlif lito-
loji tərkibə malik üç şöbə ilə təqdim olunmuş böyük
qalınlığa malik Eosen çöküntüləri toplanmışdır.
Alt Eosen Kür-
Qabırrı çaylararası sahənin cənub
zolağında Paleosen çöküntüləri üzərinə uyğun yatmaqla,
əsasən gilli fasiyadan ibarətdir. Eosenin əvvəlində çaylar-
arası ərazinin ayrı-ayrı sahələrində qeyri-bərabər çökmə
prosesi gedir. Cənub hissədə Qıraq Kəsəməndən Xatınlıya
qədər uzanan dar bir çökəklik müşahidə olunur. Qıraq
K
əsəməndən cənuba Qazax-Dəllər-Dəliməmmədli rayonu-
nun Tovuz-
Qazax ərazisi Eosen çöküntülərinin maksimal
qalınlıqları 600-800 m-ə çatan, ayrı-ayrı lokal çökəkliklərə
ay
rılırlar. Şimal-qərb istiqamətlərində bu çöküntülərin qalın-
lıqlarının tədricən azalaraq 400-600 m-ə (Sacdağ, Dəmir-
təpə-Udabno) çatması qeyd olunur. Cənub-şərq istiqamətin-
də isə bu çöküntülərin qalınlıqları 100 m-dən artıq deyildir.
Qıraq Kəsəməndə bu çöküntülərin kəsilişində çox vaxt
qumdaşı laycıqlarına rast gəlinir. Onlar gillərlə növbələşir və
qalınlıqları 40-45 m-ə çatan lay dəstələri əmələ gətirirlər.
Şimal-qərb istiqamətlərində bu lay dəstələrinin qalınlıqları
azalır, cənub-şərq istiqamətində isə qumdaşı laycıqları yoxa
çıxırlar və kəsiliş əsasən gillərdən ibarət olur.
B.Hüseynov,
Ə.Salmanov, B.Məhərrəmov
253
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunda
Alt Eosen
çöküntüləri gilli litofasiyada yayılmış və qalın-
lıqları 100-200 m-dir. Cənub-şərq istiqamətində bu çökün-
tülər tədricən terrigen-karbonatlı fasiyaya (gil, mergel,
qum
daşılarının növbələşməsi) keçir. Bəzən tuf, tuflu qum-
daşı, tuflu çınqıl araqatlarına da rast gəlinir. Belə litofasi-
yaya malik Alt Eosen
çöküntüləri çökəkliyin cənub-şərq və
mərkəzi hissələrində (Sovetlər, Ağcabədi, Zərdab, Murad-
xanlı, Cəfərli) quyularla açılmışdır. Qalınlıq 100-400 m
ara
sında dəyişir. Əmirarx-Zərdab-Muradxanlı-Mil zona-
sında Orta Eosenin tuflardan, tuflu qumdaşılarından, tuflu
alev
ritlərdən, mergel və argillitlərdən ibarət olan, qalınlıq-
ları 400 m-ə çatan çöküntüləri toplanmışdır.
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunda aş-
kar edilmiş çoxsaylı lokal qalxımlar əksər hallarda konsedi-
mentasion inkişafda olmuşlar. Burada Orta Eosen çöküntü-
ləri tufogen və mergelli-gilli fasiyada yayılmışlar.
Kür-
Qabırrı çaylararası rayonun cənub zolağında Orta
Eosen
çöküntüləri tufogen-terrigen fasiyada yayılmışlar.
Qalınlıq 100-200 m arasında dəyişir.
Xatınlı sahəsindən başlayaraq cənub-şərq istiqamətində
Orta Eosenin tufogen-
terrigen fasiyası tədricən terrigen-
karbonatlı fasiya ilə əvəz olunur. Qalınlıqların analizi
göstərir ki, şimal-qərb hissədə (Sacdağ, Dəmirtəpə-Udabno)
qalınlıq 200-300 m olduğu halda, cənub-şərq istiqamətində-
Tərsdəllərə doğru qalınlıq 40-100 m-ə kimi azalır. Böyük
Palantökən istiqamətində isə Orta Eosen çöküntülərinin
qalınlığı 250-300 m-ə kimi artır.
Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma
254
Üst Eosen
vaxtı Kür-Qabırrı çaylararası rayonunun kə-
si
lişi əsasən bərk karbonatlı qumdaşı laylarına malik
gillərdən ibarətdir. Qumdaşı laylarının qalınlığı 1,0-1,5 m
təşkil edir.
Ən çox qumluluğa malik Üst Eosen çöküntüləri Qazax
çökəkliyinin mərkəzi hissəsində müşahidə olunur. Qıraq
Kəsəmən sahəsində 26 saylı quyuda kəsilişin qumluluğu
30%-
ə çatır (qalınlıq-331 m). Çaylararası sahənin çox
hissəsində Üst Eosen çöküntüləri gillərdən ibarət olub, gilli
Maykop çöküntüləri ilə örtülmüşlər. Bu sahələrdə həmin
çöküntülər yaxşı örtük rolunu oynaya bilərlər.
Kür-
Qabırrı çaylararası rayonundan cənub-şərq istiqa-
mətində Üst Eosen çöküntülərinin qalınlıqlarının azalması
(Dəliməmmədli-150 m) ilə yanaşı gilliliyin artması da
müşahidə olunur. Burada Üst Eosenin dabanında qalınlığı
30-40 m-
ə çatan qumlu horizont (III Qazanbulaq) yatır. Daha
cənub-şərq istiqamətində hərəkət etdikcə Üst Eosen
çöküntülərinin qalınlıqlarının 500-600 m-ə kimi artması
(Borsunlu, Tər-Tər, Sovetlər) və eyni zamanda qumlu -
alevritli layların çoxalması müşahidə olunur.
Eosen çöküntüləri Kiçik Qafqazqarşısı çökəkliyin əksər
rayonlarında zəif reduksiyaedici geokimyəvi şəraitdə çök-
müşlər. Bunu çöküntülərin tərkibində üzvi maddələrin (C
üzv
)
0,5%-
ə qədər olması və autigen minerallarda siderit, pirit və
qloukonitin mövcudluğu təsdiq edir. Daha çox gilliliyi ilə
fərqlənən Alt Eosen çöküntüləri karbohidrogenlərin əmələ
gəlməsi üçün daha əlverişli sayılır. Bu hal ən çox Kür-Qabırrı
çaylararası rayonun şimal-qərb hissəsinə aiddir. Orta Eosen
|