Bəxtiyar tuncay


açmax (-nı, -ınq) f.i. – açılma, açılış, açıqlama, şərh, yorum: Aldınqız sizgə atalğan haybatnı, çeşməxni da bağlamaxnı, açmaxnı da yapmaxnı



Yüklə 0,83 Mb.
səhifə5/14
tarix14.12.2017
ölçüsü0,83 Mb.
#15624
1   2   3   4   5   6   7   8   9   ...   14

açmax (-nı, -ınq) f.i. – açılma, açılış, açıqlama, şərh, yorum: Aldınqız sizgə atalğan haybatnı, çeşməxni da bağlamaxnı, açmaxnı da yapmaxnı. Sizə vəd olunmuş şöhrəti, icazəni, bağlılğı, açılıç və bağlanışı aldınız. Tenqri çıxmaxınq çıxqanınqa senin alnına joqovurtunqnunq seninq, açmaxınq seninq, pustalix bilə, yer də teprəndi, zera da kök yaxış etsərlər keçkəningə seninq anabaddan yer titrədi, xaçan ki, kök tə kropit etti yüzündən Tenqrininq. Sinada alnına Tenqrininq İsrayelninq (Məz. 67/68: 8, 9). Ey Tanrı, Sən xalqının önündə gedərkən, çöllükdə yürüşə çıxarkən, Sina dağındakı Tanrının qarşısında, Tanrının, İsrailin Tanrısınn hüzurunda yer lərzəyə gəldi, göydən yağış töküldü.

açq Bax: açıx

açtır ~ (-dı, -dıx, -dılar). fel. – açdırmaq: Tenqri kensinə uzax ömür bergəy ki, kömülgən xaznanı açtırdı da tiyilğan çovraxnı açtırdı ki, susamış canlarnı içirgəy. Ey Tanrım ona uzun ömür ver ki, bağlı xəzinəni açdrdı və gözü tutulmuş bulağı açdırdı ki, susamış canların susuzluğunu yatrtsın. Açtırdılar eşikni yarımkündə da kirdilər içkəri. Günorta qapnı açdırdılar və içəri girdilər.

ada ism. – ada. Dörd tərəfi su olan quru parçası: Ya xaysı adağa aytkaymen: “Yap meni xorxusu alnlna Tenqrininq”? Hansı adaya deyim ki, “Məni Tanrı qorxusundan qoru”?

adam (-men, -sen, -dır, -nınq, -nınqdır, -ğa, -ğadır, -nı, -da, -dan, -lar, -larbiz, -larsiz, -lardırlar, -larnınq, -larına, -ların) ism. – adam, insan: Men adammen, neçik sen. Mən də sənin kimi adamam. Biyimiz Yisus Krisdos, xaysı Tenqri da adamsen. Həm Tanrı, həm də insan olan Bəyimiz (Rəbbimiz) İsa Məsih. Xaçan ki aytsa xaysı sizdən, ki: “Men Bolostanmen”, – da birsi, ki: “Men Abolostan”, – dügülmi ki, adamlarsiz?... (1 Kor. 3: 4). Çünki əgər biri «Mən Pavelinəm», digəri isə «Mən Apollosunam» deyirsə, siz adam deyilsinizmi? Keri etti kendindən çatırni Selovda, çatırnı, xaysı ki sığındırdı arasına adamlarnınq (Məz. 77/78: 60). İnsanlar arasında qaldığı çadırını, Şilodakı məskənini tərk etdi. Dügül ki, xuvatın atnınq klədi Biy da ne erlikinə adamnınq aznavur da dügül ki, tanqlama velet adamğa biyəndi (Məz. 146/147: 10). O, güclü atlardan zövq almaz, qüvvətli addımlardan razı qalmaz. Bu türlü adam ki, xorxar Eyəmizdən... (Məz. 127/128: 4). Rəbbimizdən qorxan bu cür insan... Burungi adam yerdən, torpaxtan, evet, ekinçi Adam – Biy kökrən (l Kor. 15: 47). Birinci adam yerdən, torpaqdan, bəli, ikinci Adam – Bəy (Rəbb) isə göydən. Anınq üçün ağırlanmasbiz da yoxesə egər ki, çxarığı adammız bizim buzursa, na içkərigi yanqırır kün-kündən (ll Kor 4: 16). Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. Nedir çektiri adamnınq? İnsanın xüsusiyyəti nədir? Menqərüçisi adamnınq oğludur, xaysınınq ki, tölövü kendininqdir. Adamın varisi övladıdr ki, onun dölüdür. Şaytan içinə kirgən deli adamnınq... İçinə şeytan girmiş dəli adamın... Bütün dünyanınq Tenqrisi da Biyi barça yaratqanınqnınq, yasovuçısı tüşkünlüxün adam canınnq. Bütün dünyanın və bütün yaratdıqlarının Bəyi (sahibi), cəsur insan qəlblərinin xilaskarı. Abra meni, Biy, adamdan yaman, adamdan egri xutxar meni (Məz. 139/140: 2). Bəy (Ya Rəbb), məni şər adamlardan xilas et, məni qəddar insanlardan hifz et. Adam fəhamsız bunu ki heç tanımas da essiz heç almastır eskə (Məz. 91/92: 7). Nadan insan bunu heç vaxt bilməz, axmaq insan bunu dərk etməz. Yarğu etməgə öksüzgə da yarlığa ki, dağın artmağay adam ulu sözləməxində kendininq üstünə yüzününq yerninq (Məz. 9/10: 18). Yetimə, fəqirə ədalət göstərəcəksən; Belə ki torpaqdan yaradılan insan bir daha təhlükə yaratmasın.

Adam Bax: Adəm

adamça sif. – adam kimi, insancasına

adam-hayvan ism. (adam ər. + hayvan ər) – “canlılar”, “canlı varlıqlar” anlamında işlədilən ifadə (adamlar və heyvanlar);

adami Bax: adəmi

adamilik Bax: adəmilik

adamısı Bax: adəmi (-sı)

adamlan ~ (-ğan) fel. – mifoloji mənada adama çevrilmək, adam qılığına girmək: Toğıyır adamlanğan, qoysluqun buzulmaxsız saxlamax bilə. O, adam qiyafəsində, anasının bakirəliyini pozmadan doğuldu.

adamlat ~ (-tım, -tınq, -tı, -tıq, -tınqız, -tılar) fel. – məcazi mənada “adam etmək”, yəni kimisə doğru yola gətirmək, ona elm və əxlaq vermək və ya ev-eşik, iş sahibi etmək və s.

adamlıx ~ (-nınq, -qa, -nı, -ta, -ınınq, -ım, -mıznnq, -lar, -larnınq, -larnı, -larğa, -larda) ism. – bəşəriyyət: Özgədən özgəgə keltirmə, neçik adamdan adamlıx, neçik tenqizdən tenqizlix. “Adam”dan (“adam” sözündən) “adamlıx” (“bəşəriyyət” sözü), “dəniz”dən “dənizlik sözü yarandığı kimi (bu da bir) törəmədir (düzəltmə ismidir).

adamnınqki ism. – adamınki, insanınki. Adama məxsus, hər hansı bir adamın malı olan: Bar mendən keri, şaytan! Azmaxlıxım menimsen! Ki, sağışlamassen Tenqrininqkin, yoqsa adamnınqkın (Mat. 16: 23). Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insanınkilər barəsində fikirləşirsən.

adamsız l ism. – adamsız, adamlar olmayan

adat Bax: adət

Adəm ~ (-ninq, -ni, -dən) // Atəm ~ (-ninq, -dən) // Atam ~ (-ninq) x. ism. – Həzrət Adəm (ə) peyğəmbər. İlk insan və ilk peyğəmbər: Zera Adəm əvəl yaratıldı da sonqra Eva da Adəm yanqılmadı, yoxsa xatın aldandı da yanqıldı (l Tim 3: 13). Çünki əvvəl Adəm yaradıldı, sonra Həvva və Adəm yanılmadı, amma qadın aldandı və yanıldı. Ağaçtan edi Adəmninq ölümi, yənə ağaçtan boldu tirilməxi. Ağacdan idi Adəmin ölümü, yenə ağacdan oldu dirilməyi. Boldu kişi burungi, Adəm, tiri nəfəsli, ekinçi Adəm – can bilə tirgizüçi (l Kor. 15: 46). Oldu birinci kişi, Adəm, diri nəfəsli, ikinci Adəm – can ilə canlandıran. Atəm atamıznı da Evanı yarattı. Adəm atamızı və Həvvanı yaratdı. Adəm atamnı da Evanı alda(tı)p uçmaxtan atan çıxardım. Ulu ata Adəmi və Həvvanı aldadıb cənnətdən çıxardım. Tenqri ayttı Adəm atamızğa ki: “Seninq emgəkinq bilə yeğaysen seninq ötməkinqni”. Tanrı atamız Adəmə dedi: “(Ağır) əməyinlə öz çörəyini (qazanıb) yeyəcəksən sən. Barça adamlar, ne xadar ki edilər, Atəmdən başlap... Bütün adamlar, nə qədər ki idilər (olublar), Adəmdən başlayıb... Azadlıx berdinq canlarğa ki, Atəmdən beri anda edilər. Adəmdən bəri orada olan ruhlara azadlıq verdin.

adəmi (-ninq, -gə,-ni, -də, -dən, -si, -sinə, -lər, -lərninq, -lərninqdir, -lərgə, -lərdən, -ləri, -lərinq, -lərdən, -ləri, lərininq, -lərində) ism. – Adəm oğlu, Adəm övladı, adam, insan, bəşər: Ayttılar naxaşlar ki; “Adəmini asrı köçürübiz, yoxesə Tenqrini bolmasbiz köçürməgə”. Nəqqaşlar (rəssamlar İsaya) dedilər: “Səni(n rəsmini) bir Adəm övladı kimi asan köçürürük (çəkirik), amma Tanrını köçürmək (təsvir etmək) üçün bula bilmirik. Adəmininq 365 boğumu. Adəm oğlunun 365 oynağı. Kördüx tanq adəmilər otlu xanatllar ki, xulux etiyirlər edi bu tonğa da biz xorxtux yuvuxlanma ol yergə. Biz odlu qanadları olan işıqlı Adəm övladları gördük. Onlar bu dona (mifik geyimə) qulluq edirdilər və biz o yerə yaxınlaşmağa qorxduq. Adəmininq tarbiyatı. Adəm oğlunun təbiəti.

adəmilik // adəmlix (-ninq, -qə,-ni, -tə, -tən, -imni, -i, -inə, -in, -inə, -imiz, -imizninq, -imizni) ism. – insanlıq, insan təbiəti, insanın mahiyyəti: Egər ki ayrılmaxnı bilsə edi arakel adəmilikində da Tenqrilikində, kerək edi aytma ki, Söz Tenqri – tünəgün da Yisus Krisdos – bügün. Əgər həvvari Onun insanlıq və Tanrılıq sifətlərinə ayrıldığını bilsəydi, gərək deyəydi: Tanrı-Söz dünən, amma İsa Məsih bu gün. Kim ki xaytsa yazıxlarından igitliktə, anqa bağışlarmen uçmaxnı yüzünə yüz kez. Da kim ki orta adəmilixinə xaytsa, anqar seksəninə seksən kez bağışlarmen uçmaxnı. Kim ki günahlarından gəncliyində qayıtsa (geri dönsə), ona onun yüzünə qarşı cənnəti yüz dəfə bağışlaram. Kim ki orta yaşlarında qayıtsa onun səksəninə cənnəti səksən dəfə bağışlaram. Eki türlü bardır səbəp: adəmilik tarbiyatından da törədən. İki cür səbəb var: insan təbiətindən və Törədən (qanunlardan qaynaqlanan səbəb). Da boldu eki tügəl tarbiyattan Tenqrilikninq da adəmilikninq bir boy tügəl. Və oldu iki təkmil təbiətdən – Tanrılıq təbiətindən və insanlq təbiətindən bir kamil tam. Men kristanmen da adəmiliktə ündəliyirmen Mariane. Mən xristianam (məsihiyəm), insanlıq təbiətimcə məni Mariane adlandırırlar.

adəmlik Bax: adəmilik // adəmlix

adət (-ninq, -qə, -ni, -i, -imizgə, -lər, -lərgə, -ləri, -ləringiz) ism. (< adət azər. < ər.) – adət, adət-ənənə, hər hans bir xalqın həyatında kök salmış ənənə, alışqanlıq, alışılmış şey və ya hərəkət: Adət buyurur. Adət buyurur. Adətgə görə. Adətə görə. Adətimizgə görə. Adətimizə görə.

adətçə zrf. (< adət azər. < ər.) – adətən, adəti üzrə, bir qayda olaraq, mütəmadi olaraq, həmişə

Addrianos Bax: Adrianos

aden (-də, -i) ism.(aram) – məşhər, məhkəmə, məhkəmə salonu: Burungi adendə kimesə manqa boluşmadı, yoxsa barçası saldılar meni (ll Tim.4: 16). Birinci məhkəmədə kimsə mənə kömək etmədi, əksinə, hamısı məni tərk etdi. Mununqki haybatlıx adeni qorunmax, xaysı ki bu cuhutqa qorundu, Ata Tenqrininq zorqundan u küçündən. Ata Tanrının qüdrət və hökmü ilə cuhuta (yəhudiyə) görünən möhtəşəm məhkəmənin təsviri belədir.

adeni Bax: aden

Adige Bax: Atxesis

Adirna Bax: Ədirnə

Adonida x. ism. (< yun. Adonis) – Adonis. Kipr çarı Kinirin və onun qızı Mirranın oğlu, qədim yunan sevgi tanrıçası Afroditanın sevgilisi. Qısqanc Arey tərəfindən öldürülən Adonida Afrodita tərəfindən çiçəyə çevrildilmişdi. Payızın gəlişi ilə ona matəm saxlanılar, ağılar deyilər, yazın gəlişi ilə isə dirilişi naminə bayram edilərdi. Bu personajın prototipi rolunda qədim şumerlərin çobanlar və təbiət tanrsı Dumuzi çıxış etməkdədir. Dumuzi kultunu şumerlərdən alan akkadlar və onların varisləri babillilər Dumuziyə “Təmmuz” deyirdilər ki, yunanlar da sonradan onu “Dionis”ə çevirmişlər.

Adrianos // Adriyanos // Addrianos x. ism. – Roma imperatoru Publiy Eliy Adrian Trayan (76-138)

afat ~ (-nı, -ta) ism. (< afət azər. < ər.).- afət, bədbəxtlik, fəlakət, təbii fəlakət, epidemiya: Bu yazıxlar üçün Tenqri türlü-türlü yaman berir dunyanınq üstünə: xılıç, açlıx, olcalıx, afat, nahlı ölüm. Bu günahlara görə Tanrı dünyaya cürəbəcür fəlakətlər göndərir; qılınc, aclıq, əsirlik, gözlənilmz (vaxtdan əvvəl) ölüm. Kötür öcəşməxinqni yaratkanlarınqdan, açlıxnı, xılıç kötürməxni, afatnı, xardaşlıxımıznı bizim saxla tügəl sövüktə tirilmə birliktə. Çək qəzəbini öz yaratdıqlarından, aclığını, qılıncını, təbii fəlakətini, bizim tam sevgi və qardaşlığımızı saxla ki, birgə yaşayaq.

ağa (-nınq; -sı, -sın; -lar, -larnınq, -larğa, -lardan, -larım, -larımda; -larımız; -ları, -larına, -larından) // aha (-sına; -lar, -larğa) ism. - 1. böyük qardaş: Niğol Can oğlu, Sultannınq ağası. Niğol Can oğlu, Sultanın böyük qardaşı. 2. ağa: Sultan yeniçeri ağasın yürəklənip xondikar mənzul etti. Sultan qəzəblənib, yeniçərilərin ağasını vəzifəsindən azad etdi.

ağaç (-nınq; -qa, -nı; -ta, -tan, -tandır, -lar, -larnınq, -larğa, -lardan, -larım, -larımda; -larımız; -ları, -larına, -larından) // ahaç (-tan; -ına) // axaç ism. – ağac, dəyənək, zopa: Xadaldi xaçqa ki, bizni çeşkay baqdan da baqışlağay aqaçın tirlikninq ornuna ağaçınınq ölümnünq. Xaça mıxlandı ki, bizi bağlardan azad etsin və ölüm ağacı əvəzinə həyat ağacı bağışlasın. Eki bazıx ağaçtır, ne üsnə kemidir, burnuna kemininq yabuşupturlar. Gəminin üzərlərində qərar tapdığı iki möhkəm şalban gəminin burun tərəfində pərçimləniblər. Anq... ağaçlar bilə tüvüp sürgənlərni. Xatırla... necə ağacla döyüb səni qovurdular.

ağaça ism. – əmi, atanın qardaşı: Ağaça ya atam xardaşı. Əmi və ya atamın qardaşı.

ağa-xardaş // aha-xardaş ism. – qardaşlar, böyük və kiçik qardaşlar.

ağalıx (-nınq, -qaa; -ınq; -ların) ism. – ağalıq, hakimiyyət, hökmranlq: Bergin manqa sövünçlükün xutxarılma anınq da can ağalıxınq bilə seninq toxtat meni. (Məz. 50/51: 14). Məni azad et hökmünlə, qan tökmək təqsirindən məni qurtar.

ağarlan ~ Bax: ağırlan ~

ağart // axart ~ fel. (TZ) – ağartmaq.

ağart ağın Bax: axart ~

ağça Bax: axça

ağit // tağit – ibrani əlifbasının hərflərindən birinin adı. Bu kəlmə alban (qarqar-qıpçaq) əlyazmalarından yalnız “Zəbur”un yer aldığı əlyazmalarda, ibrani hərflərinin adı çəkilən məzmurlarda işlənməkdədir.

ağı ~ (nqnınq, -nqnı) ism. – 1. acı (dad); 2. acı, üzüntü, dərd, kədər, təəssüf, ağrı:

Oşta haqsız xazğandı törəsizlikni, yüklıdi ağını da toğurdı törəsizlikni (Məz. 7: 15). Pislər hiyləyə hamilə olar, şər üçün ağrı çəkər, yalan doğar. 3. acıq: Xorxuludur öçəşməxi ağinqnınq seninq yazıxlılar üsnə. Sənin günahkarlara qəzəb və acığın qorxuludur. Tik, Biy, ağınqnı da xorxunqnu seninq yürəkimə menim. Öz acıq və qorxunu ürəyimə sal mənim (ki, yolumu çaşmayım).



ağın l Bax: axın

ağın ll Bax: sığın

ağın ~ (-ınqız, -sınlar, -dınq, -dı, -dılar, -ıpdırlar, -ıyır, -ıy edi, -ğanda, -ğanqnı, -ğanna, -ğanından, -maxnınq, -maxnı, -maxta, -maxtan, -maxı, -ma, -maxınınq, -maxın, -maxında, -maxından, -ıp) fel. – ucalmaq, yüksəlmək, qalxmaq, göyə qalxmaq, qeybə çəkilmək: Ağınınqız, buyruxçılar, eşikinqizdan sizinq yoğarı, ağınsınlar eşiklar menqilik da kirgəy xanı haybatnınq (Məz. 23/24: 7). Ey darvazalar, başlarınızı qaldırın, ey qədim qapılar, açılın, əzəmətli Xan içəri daxil olsun! Çıxtı kerovpelərdən da uçtu, ağındı ol xanatlarında yellarninq (Məz. 17: 11). Bir keruva minib uçdu, yel qanadları üstə qalxıb şığıdı. Ağındı ulu körkünq seninq dağin biyik, ne ki kök (Məz. 8: 2). İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır. Buyruxçılari joğovurtnunq yığıldılar alnına Tenqrisininq Aprahamnınq, zera Tenqrininq xuvatlari yerdən asrı ağındılar (Məz. 46/47: 10). İbrahimin Tanrısının xalqı ilə bir yerdə olmaq üçün xalqların əsilzadələri yığılır, çünki yer üzünün sipərləri Tanrnındır. O nə qədər ucadır! Çıxardı alarnı tağina arilikininq kendininq, tağ ol, xaysi ki tapunup edi onqu aninq. Keri etti yüzündən alarnınq dinsizlərni, ülüşlü etti alarnı ülüşünə menqərmaxininq kendininq, da acindirdi otaxına alarnınq cinsin Israjelninq (Məz. 77/78 54, 55). Onları Öz müqəddəs torpağına, sağ əli ilə aldığı dağlar diyarına gətirdi. Onların qarşısından başqa millətləri qovdu, torpaqlarını da İsrail qəbilələrinə mülk olaraq payladı, Yaşamaq üçün yurd-yuvalarını onlara verdi.

ağır (-men, -dır, -dırlar; -nı; п, -ın) // ağr // ahır sif. – ağır, sanballı, tutumlu kütləsi böyük olan, çətin, dözülməz, çəkilməsi zor olan: Bitiklərinq ağırdırlar da küçlü, evet körümü teninqninq küçsüz, da sözünq heç etilgən (ll Коr. 10: 10). Onun məktubları sanballı və təsirlidir, özünü görəndə isə zəhmsiz, nitqi də heçdir. Xorğaşından ağirdir qurğuşundan ağırdır. Ol ağır xıyın tibinə klədinq azğına tinməgə. Bu ağır işkəncələr zamanı o azacıq dincəlmək istədi, Yaşırma bolmağaylar bizim ağır ögütümüz tibinə. Onlar bizim ağır öyüd-nəsihətimizdən sonra heç bir şeyi gizlətməməlidirlər Tenim bilə ağırmen da canım bilə xaramğulanıpmen. Bədənim ağırlaşdı, ruhum tutqunlaşdı. Ağır tenim yenqilləngəy çalışmaxqa barça türlü yaxşılıxnı. Hər cür xeyirli işlər görmək üçün, qoy, ağır bədənim yüngülləşsin. Kelinqiz, barça emgəgənlər da ağır yüklülər yazıx bilə da men tinçlix berirmen sizgə (Мat.11: 28). Ey bütün əməkçilər (yorğunlar) və yükləri ağır olanlar, günahlarınızla yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Yazıxlı xulunq da ağır yüklü yazıx bilə, tüşiymen alnnqa seninq, Biyim menim da Tenqrim. Sənin günahkar və çətinliyə düşmüş qulun, qarşında səcdəyə qapanıram, Bəyim (Rəbbim) və Tanrım mənim. Ağır zamanlarına. Çətin vaxtlarında.

ağırayaxlı (nınq) – 1. ism. hamilə qadın: Neçik ınçxanğanı ağırayaxlınınq ki, yetişiptir zamanəsi toğurmaxınınq da ağrıxından ınçxanğay (Yeş. 26: 17). Hamilə doğuş vaxtı gələndə ağrı çəkib qovrularaq necə qışqırırsa. 2. sif. hamilə ~: Ağırayaxlı xatun. Hamilə qadın.

ağırıxlı Bax:. Ağrıxlı

ağırlan ~ (-ma, -masın, -malıx, -manqız; -dım, -dı, -dıx, -dılar; -madı; -ıpmen; -masbiz; -ıyırmen, -ıyırlar; -ğaymen, -ğay, -ğaysız; -mağay, -mağaysız; -mağay edi; -sa; -ğan, -ğanğa, -ğanıma; -maq, -maxqa, -maxlarından; -mıyın; -ıp) // ahırlan ~ (-manqız) fel. – ağırlaşmaq, tənbəllik etmək: Evet yaxşı etmə ağırlanmalıx ki, zamanəsinə kensininq çalğaybiz, salınmıyın (Qal. 6: 9). Yaxşılıq edərkən tənbəllik etməyək (ağır tərpənməyək). Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik. Egər kimesə inanğan tullar saxlağay, yetkinçə bolsun alarğa da ağırlanmasın yıxövgə, zera köni tullarğa yetkinçə bolsun (l Тim. 5: 16). İmanlı (mömin) kimsə, qoy, dul qadınlara yardım etsin. Kilsənin yükü ağırlaşmasın ki, həqiqi dul qadınlara yardım edə bilsin. Hər zaman alğış etiinqiz da ahırlanmanqız (Mat. 26: 41). Oyaq durub dua edin ki, ağırlaşmayasınız (İşiniz ağır getməsin, sınağa düşməyəsiniz). Anınq üçün ağırlandım ol millət bilə ya igrəndim da ayttim: “Tiyğisiz bularıptırlar yürəkləri bilə da alar tanimadılar yollarımnı menim” (İbr. 3: 10). Buna görə o nəsildən zəhləm getdi. Dedim: “Onlar həmişə ürəklərində azır, yollarımı tanımırlar”. Ağırlandı xolunq seninq üstümə menim kündüz u keçə. (Məz. 31/32: 4). Əlin üzərimdə gecə-gündüz ağırlaşdı, sanki yayın quraqlığı məni taqətdən saldı. Yedi Jağop, toydu, ağırlandi sövüklü (Qan. 32: 15). Yedi Yaqub, doydu, əzizxələf ağırlaşdı (piyləndi). Zera kləmən biliksiz bolma sizgə, xardaşlar, tarlıxımiz üçün bizim bolğan Asiyada, zera artıx küçümüzdən çıxarı ağırlandıx anqar ança ki, umsasız da boldux tirliktən (ll Коr.1: 8). Ey qardaşlar, Asiya vilayətində çəkdiyimiz əziyyətlərdən bixəbər olmağınızı istəmirəm. Gücümüzdən daha artıq bir yük altında qaldıq. Hətta yaşamaqdan belə, ümidimizi kəsmişdik. Xaçan ağırlansa, Eyəmninq alnına tökkəy alxışın kensininq (Məz.101/102: 1). Ağırlaşdığnda Rəbbə alqış et, ey könlüm.Anınq üçün bar bizdə bu xulux, ne türlü ki taptıx yarlğamax da ağırrlanmaq (ll Коr. 4: 1 ). Beləliklə, bizə verilən mərhəmətlə bu xidmətə təyin olunduq.

ağırlat ~ (-tım, -tnq, -tı; -madım; -ıyırmen, -ıyır; -qan) – ağrlaşdırmaq, çətinlik yaratmaq, yük olmaq: Özgə yixövlərni yırttım, alıp azıx sizinq xuluxunquzğa da xaçan keldim sizgə, egər ki nemə eksildi da esə, kimsəni sizdən ağırlatmadım (ll Коr. 11: 8, 9). Sizə xidmət etmək üçün başqa cəmiyyətlərdən təminat alaraq sanki onları soydum. Yanınızda olarkən ehtiyacım olduğu halda heç birinizə yük olmadım.

ağırlıx ~ (-qa, -nı, -tan; -ıma; -ınq, -ınqnı; -ı, -ına, -ın, -ından; -larından) ism. – ağırlıq, çətinlik, darlq, sıxıntı: Körgüzdünq joğovurtunqa ağırlıxnı da berdinq içmə bizgə çaxırın essizlikninq (Məz. 59/60: 5). Göstərdin öz xalqını çətinlikləri, şərab içirərək bizi səndələtmisən. Tarlıx da ağırlıx üsnə barça adamlarnınq, kim ki xılınır yamanlıxnı, əvəl cuhutnunq, sonqra qurkçnınq (Rom. 2: 9). Pislik edən hər kəsə – əvvəlcə yəhudiyə, sonra da gürcüyə (yunana?) əziyyət və sıxıntı.

ağırsız zrf. – ağrısız, əziyyət çəkmədən, incimədən: Ağırsız Biyimiz Krisdosnu toğurdu. (Məryəm) bəyimiz (Rəbbimiz) Məsihi ağrısız doğdu.

ağırt ~ fel. – ağrıtmaq, ağrı hiss etmək: Ne xadar birgəsinə baş ağırttı. Ona görə nə qədər başı ağrdı (əziyyət çəkdi).

ağıryüklü Bax: ağır ~

ağıştırırmen Bax: alğıştır ~ (-ırmen)

ağız (-nınq, -ğa, -nı, -dan; -ım; -ınqnı; -ın; -lar; -larımız; -ları, -larınınq, -larına, -ların, -larında, -larından) // ağz ~ (-ım, -ımnınq, -ıma, -ımnı, -ımda, -ımdan; -ınq, -ınqnınq, -ınqa, -ınqnı, -ınqdan, -ı, -ıdır, -ınınq, -ına, -ınadır, -ın, -ını, -ında, -ından; -ımız, -ımıznı, -ımızda; -ınqız, -ınqıznı, -nqızdan, -ıları, -ılarımız, -ılarn), // ahz (-ımızda) ism. – ağız, dil: Xazğanğanı ağızlarınınq kendilərininq yapqay alarnı (Məz. 139/140: 10). Ətrafımdakıların ağzından çıxan pis sözlər, qoy, öz başlarına tökülsün! Xoydular kökkə ağzların kendilərininq da tillərin kendilərininq aylandırdılar yer üstnə tillərin kensilərininq aylandırdılar yergə (Məz. 72/73: 9). Ağızlarını göylərin əleyhinə açırlar, dillərinin sözləri dünyanı gəzib-dolaşır. Turğuzdu bizgə munquz xutxarılmaxnınq övündən Tavitninq, xulununq kendininq, necyik sozlədi ağızları bilə arılarnınq ki, menqiliktən markarelər edilər (Luk. 1: 69, 70). O, qulu Davudun nəslindən bizə qüdrətli Xilaskar yetirdi. Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin dili (ağzı) ilə bildirdiyi kimi. Evet bilirbiz, ne ki bir oğurdan orenk aytır alarğa ki, orenk tibinədirlar, aytır ki, barça ağız tiyilgay, da borcylu bolgay barça dünya Tenqrigə (Рom. 3: 19). Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın. Alar yanqşasnlar ağızları bilə kensilərininq da itidir ağızlarına alarnınq (Məz. 58/59: 8). Gör dodaqlarından nələr tökülür, ağızlarından iti qılınclar çıxır. Xaytıp andan ötləş sunalıx xurban alğıştan hər sahat Tenqrigə, budur ki yemişin ağıznınq tapunğanlarğa atına anınq (İbr. 13: 15). Onda onun vasitəsi ilə Tanrıya həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin (ağzının) bəhrəsi olan sözləri təqdim edək.Tas et, Biy, barça ustat ağıznı da ulu sözlü tilni (Məz. 11/12: 4).Ya Bəy (Rəbb) yalan danışan hər bir ağzı yum, hər lovğa dili kəs!

ağızlıx // ağızlx // ağzlx // yügən ism. – ağızlıq, yüyən

Ağkermən Bax: Axkermən

ağlasalan ~ Bax: alğasalan ~

ağpaş Bax: axpaş

ağr Bax: ağır

ağrı ism. – ağrı, sancı

ağrı ~ fel. – ağrımaq, incitmək: Kördüm sizni xayğulu da ağrıdır manqa. Sizi qayğılı (qəm-kədər içində) gördüm və bu məni üzür.

ağrı ~ (-dı, -dılar; -ıy edi; -yır, -ıyırlar; -ırlar; -sa, -sarlar) ahrı ~ (-ma) – fel - ağrımaq, xəstəlik keçirmək, əziyyət çəkmək: Közlərim menim ağrıdı, kuçsüzləndilər miskinliktən (Məz. 87/88: 10). Bu zülmümdən gözlərimin nuru sönür. Yarlığa manqa, Biy, zera xastamen, sağayt boyumnı, zera ağrıdılar (muşxullandılar) sövəklərim (Məz.6: 3). Mənə rəhm et, Ya Rəbb, çünki xəstəyəm (taqətim qalmayıb). Mənə şəfa ver, sümüklərim sızlayır. Egər ki ağrısa bir xaysı gövdə, ağrırlar barça gövdələr birgəsinə da egər sövünsə bir gövdə, sövünürlər barça gövdələr birgəsinə (l Коr.12: 26). Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir.

ağrığ Bax: ağrıx

ağrığlı Bax: ağrıxlı

ağrıx (-nınq, -qa, -nı, -ta, -tan; -ım, -ımnınq, -ıma, -ımnı, -ınq, -ı, -ınınq, -ına, -ın, -ında, -ından, -ınqız; -lar, -larnı, -lardan; larım, ~larımnınq, -larıma, -larınqnı, -ları, -larınınq, -ların) // ağrığ (-nınq, ların) // ağrx // ahrıx (-ına, -larım) ism. – ağrı, sızıltı, sancı, xəstəlik, taqətsizlik: Xarxış da lağılıx da hilləlik toludır ağzına anınq da tibinə tilininq anınq ağrıx da xazğanç (Məz. 9/10: 7). Onun ağzı qarğışla, hiylə ilə, hədə ilə doludur, dilinin altında ağrı və şər var. Körərsen sen an ağrıta da yüraklənməxinə baxarsen, sanqa xoyuluptur miskin da öksüzgə sensen boluşuçı (Məz. 9/10: 35). Amma Sən bu əzab-əziyyətə baxırsan, məzluma kömək əlini uzadırsan. Biçarə özünü Sənə tapşırar, yetimlərin imdadı Sənsən. Neçik ınçxanğanı ağırayaxlınınq ki, yetişiptir zamanəsi toğurmaxınınq da ağrıxından ınçxanğay (Yeş. 26: 17). Hamilə qadın doğuş vaxtı gələndə ağrı çəkib qovrularaq necə qışqırırsa. Zamanı yillarımıznınq bizim tıyğısız, neçik örməşüx da sani künlərimizninq yıllarımıznınq bizim, alar da yetmiş yil. Egar ki artıx dağın – seksen yil, xaysi nemə artıx, ne ki andan, ağrıx bilə da küstünməx bilə (Məz. 89/90: 10).Yetmiş il ömür sürərik, sağlam olsaq, səksənə yetişərik. Ən yaxşı çağımız belə, zəhmətlə, kədərlə keçir, Ömrümüz tez bitir, uçub-gedir. Biy boluşuçıdır anqar töşəkində ağrıxınınq kendininq, barça ornun anınq xaytarır xastalıxndan anınq (Məz. 40/41: 4). Yatağa düşəndə Rəbb ona dayaq olar, onu bütün xəstəlikdən sağaldar.Baxtım biyiklikkə, Biygə, Tenqrimə menim ki, xutxardı meni da ketərdi mendən ağrıxımnı canımnınq menim (Yeş. 38: 14). Baxtım ulu Rəbbə, Tanrıma ki, məni xilas etsin, canımdan ağrını aparsın.Xaytsın ağrıxlar başına anınq, tebəsi üsnə anınq törəsizliki kendininq engəy (Məz. 7: 17). Yamanlıqları öz üstlərinə dönər, zorakılıqları başlarına düşər. Zera matriцası barça yamanlıxnınq kümüş sövməxlixtir, xaysına ki xaysıları suxlanir, boş xaldılar inamlarından da boyların xoydılar köp ağrıx tibinə (l Тiм 6: 10). Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər. Ağrıx bilə toğursarsen oğlunu (Yar. 3: 16). Uşaqlarını ağrı içində doğacaqsan. Negə dirə xoysarmen sağışımnı canımda menim da ağrıı yürəkimninq menim künlərni? (Məz. 12/13: 3). Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Eksildilər ağrıxlardan tirlikim menim da yıllarım menim can çıxmaxtan (Məz. 30 / 31:11).Əksildi ağrılardan həyatım, can dərdindən illərim mənim. Oşta haqsız xazğandı törəsizlikni, başladı ağrıxnı da toğurdı törəsizlikni (Пс7: 15). Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə