Bəxtiyar tuncay



Yüklə 0,83 Mb.
səhifə9/14
tarix14.12.2017
ölçüsü0,83 Mb.
#15624
1   ...   6   7   8   9   10   11   12   13   14

andiçkən Bax: antiçkən

andiçtir ~ fel. məcbur. for. – and içdirmək, and içməyə məcbur etmək: Ludvikni, hörmətləp, yeberdi volno övgə, andiçtirip kensin ki, artıx xılıçnı kötürməgəy anınq üsnə. O, bir daha ona qılınc qaldırmayacağı barədə and içdirib Lüdoviki hörmətlə azad etdi və evə yola saldı.

andıç ~ Bax: andiç ~

andıçkən Bax: antiçkən

Andioq l (-nunq, -qa, -ta) // Antioq (-nunq) // Antiox (-nu) // Yandioq x. ism. (yun) – Antioxiya (Antakya). Selevkilər dövründə Suriya şahkığının paytaxtı. Hazırda bu şəhər Türkiyənin Xatay elində yerləşir və Antakya kimi tanınır. Ümumilikdə isə bu adı qədimlərdə 16 irili-xırdalı şəhər daşımışdır: Yoxsa ol sahat keldi Gepas Andioqqa, xarşı turdum anqar, zera kök neçik ki, yanqılğan kibik edi (Qal. 2: 11). Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki tənqidə layiq idi.Luqas avedaraniç peşəsi bilə otaçı, hakim edi, 72 arakellərdan edi da sonqra Bolos arakelgə şagert boldu. Buyruxu bilə Bolos arakelninq yazdı Avedaranın kendininq 17 yildan sonqra hamparцumundan Jisus Krisdosnunq Andioq kerməninə asori tildə. İncil katiblərindən Lukanın peşəsi həkim idi. 72 həvvaridən biri idi və sonra həvvari Pavelin şagirdi oldu. İsa Məsihin qeybı çəkilməsindən 17 il sonra onun buyuruğu ilə Antakya şəhərində assur dilində öz “İncil”ini yazdı.

Andioq ll Bax: Andioqos

andioqaçi (-lərgə) ism. – antakyalı (antioxiyalı)

Andioqos // Andioq (-nunq) x. ism. (yun) – lV Antox Yeplfan. Böyük Antioxun ikinci oğlu və Suriya padşahı. Tarixdə Qüds (Yerusəlim) məbədini talan edən və 40 mindən artıq yəhudini məhv edən hökmdar kimi əbədiləşmişdir: Andioqos padşah aldi Erusalemni. Antiox padşah Qüdsü aldı (ələ keçirdi).

andox zrf. – elə ora, geri, geriyə, yenidən, təzədən, eləcə də, həmçinin: Evet ki aşaxlandım men, neçik oğlan urulmış töşlərindən anasınınq kendininq da xaytkanı anınq andox anqar (Məz. 130/131: 2). Bəli, ovunub səsimi kəsmişəm, ana qucağından ayrılan, sonra da geri dönən körpə kimiyəm. Çıxqay can alardan da xaytkaylar andox topraxqa da ol kündən tas bolğay barça sağışları alarnınq (Məz. 145/146: 4). Onlar canı çıxan kimi torpağa geri dönər, niyyətləri bircə anda yox olar. Egar ki kimesə körsə seni ki, biliklikinq bar, olturğan bujniцada, dügül ki sumenası esininq anınq ki muxanatlıx bilə birləniptir,andox yasalğay yemagə xurbannı? (l Коr. 8: 10). Əgər vicdan məsuliyyəti zəif olan şəxs görsə ki, bilik sahibi olan sən də həmçinin büt evində süfrəyə oturmusan, bütlərə təqdim olunan qurbanın ətini yeməyə cürət etməzmi?

androniq ism. (< androniqos yun) – kişilərə qalib gələn, ərənləri yenən

Anğarya x. ism. (yun) Ankara. Hazırki Türkiyənin paytaxtı

anğınça zrf. – onca, o qədər ki, o vaxta qədər. “O” (ol) əvəzliyindən törəmədir: Da yarğuçi bolmağay 1 yartın isyitkəy, könününq ya egrininq, gileyin angınça ki, yüz də yüz eksi da turmıyın (Mxitar Qoşun “Törə Bitiqi” kitabından). Qoy, hakim bir tərəfin, - istər haqlı tərəf olsun, istər haqsız, - sözlərinə nə qədər ki, onlar üz-üzə durmayıblar, qulaq asmasın.

anğren (-lər) ism. (orta fars) – qanuna hörmət etməyən şəxs, qamumu pozan adam

anğurya Bax: anquryalı

Anğurya Bax: Anqarya

anğuryalı // enquryalı ism.– ankaralı, Ankara sakini: ´Çöraxçi anguryalı cuvut. Ankaralı yəhudi çörəkçi.

anğustiae (lat) Bax: totxarlıx zabunlux

animuş (-tan, -u, -un, -ların) ism. (lat) – ruh, şüurlu ilkin başlanğıc

anı əvz. (Gİ, KK) – onu, onun. “O” (ol) əvəzliyinin yönlük və bəzi hallarda yiyəlik hallarındakı forması: Xacyan kördi Herodes ki aldadılar anı tatarlar, yürəkləndi. İrod tatarların onu aldatdıqlarını görüb, acıqlandı. Anqar ağzım bilə menim sarnadım da biyiklətiyim anı tilim bilə menim (Məz. 65/66: 17). Ağzımla Onu səslədim, dilimlə Onu mədh etdim.

anın Bax: anınq

anınkibik Bax: anınqkibik

anınq əvz. – onun. “O” (ol) əvəzliyinin yiyəlik halındakı forması: Xırığından köknünqdir çıxqanı anınq, tinçlixi anınq çax xırığına anınq da kimsə bolmas ki, yaşıngay xızovundan anınq (Məz. 18/19: 7). Bir qırağından göyün çıxır, göylərdə dövrə vurur, heç nə istisindən gizlənə bilmir onun. Yedilər da yerni öptülər anqar barça semizləri yerninq, alnına anınq tüşkəylər barçası ki, enərlər topraxqa (Məz. 21/22: 30). Bütün dünya zənginləri yeyib-doyacaq, Rəbbin hüzurunda səcdə qılacaq. Torpağa düşənlərin hamısı – özlərini ölümdən saxlaya bilməyənlər Onun hüzurunda diz çökəcəklər. Da keçirdi Israyelni arasından anın (Məz. 135/136: 14). Və keçirdi İsraili arasından onun. Sapqın yamandan da etkin yaxşılıxnı, xolğın eminlikni da bar artından anınq (Məz. 33/34 15). Şərdən kənar dur və yaxşılıq elə, sülh dilə və aedınca get onun. Çağırınqız Tenqrigə, barça yerlər, salmos aytnqız atına annq da berinqiz haybatnı alğışına anınq (Məz. 65/66: 1, 2). Ey bütün dünya əhli, cuşa gəlib Tanrıya nida edin, şərəfli ismini onun tərənnüm edin, Onun adına şərəflə həmd edin! Boyum anınq bilə tiridir da oğlum xullux etkəy anqar (Məz. 21/22: 31). Ruhum Onu ilə yaşayır və oğlum (gələcək nəsillərim) Ona qulluq edəcək. Böliyim da men zağalsız anınq bilə da saat bolıyım törəsizlikimdən menim (Məz. 17/18: 24). Onunla mən kamala çatmışam, özümü günahdan qorumuşam. Xoydu xaramğuluxnu yapovun kendininq da çöp-çövrəsina anınqdırlar otaxları kendininq da xaramğuluxlar suvları çax bulutqa dirə havanınq (Məz. 17/18: 12). Gizlənmək üçün ətrafını zülmətə bürüdü, tufan qoparan qara buludlardan Özünə çardaq qurdu. Hüzurundan Onun şəfəq saçdı, odlu közlər və dolu buludları yardı. Ot alnına anınq yaltrasar da çövrəsinə anınq dufan asrı (Məz. 49/50: 3). Önündə Onun yandırıb-yaxan alov var, ətrafında Onun şiddətli tufan qopar.

anınqki (-dir, -dirlər, -ninq, -gə, -ni, -n, -ndən, -lər, -lərgə, -lərni, -lərdən) – onunki, ona məxsus: Anınq üçün törə tügəllənir könülüknünq tügəllikin barça adamilərgə anınqkin berməgə (Mxitar Qoşun “Törə bitiqi”ndən). Ona görə qanunlar təkmil olmalıdır ki, ədalət yerini tapsın və hər kəsinki özünə verilsin.

anınqkibik (ninq, -kə, -ni, -tən, -lər, -lərninq, -lərninqdir, -lərgə, -lərni, -lərdən) // anınkibik zrf. – onun kimi: Evet yazdım sizgə ki, xoşulmağaysiz, egar ki kimesə xardaş undalğan ya borniq bolsa, ya grabaşd, ya aqah, ya pampas etüçi, ya cimri, ya kuç bilə yırtuçı, anınqkibik bilə ötmək ta yemagin (l Коr 5: 11). Əslində mən sizə yazmışdım ki, siz özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq, tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq edənlə ünsiyyətdə olmayın. Belələri (onun kimiləri) ilə bir yerdə çörək belə, yeməyin. Siz də anınqkibik kimsəlar edinqiz, yoxsa yuvundunquz, arndınqız, yoxsa artarlandınqız atına Eyəmizninq bizim Jisus Krisdosnunq da Canı bilə Tenqrimizninq (l Коr 6: 11). Sizlərdən bəzisi onun kimi idiniz. Amma Rəbb İsa Məsihin adı ilə və Tanrımzın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız. Evet men bir neməni bundan işkə keçirmadim. Da yazmadım bunı ki, manqa annqkibik nemə bolğay (l Коr 9: 15). Amma mən bu hüquqların heç birindən istifadə etməmişəm. Bunları yazmıram ki, mənə də belə (onun kimi) edəsiniz.

anlandır ~ Bax: aylandır ~

anlar əvz. – onlar Bax: alar anqlar

anlarnnq – onların

anlat ~ Bax: anqlat ~

ansıxrıst (-nı) // ansıxirist // ansıxırıst // ansıxrist (-ninq) // ansıxrısd // ansıxrisd // ansıqrisd // ansıxrəst // antixrist (-ninq) ism. (antichristus lat) – antixrist, Dəccal. Xristian və müsəlmanların qiyamətdən öncə peyda olaraq bütün bəşəriyyəti aldadacağına və sapıqlığa, əxlaqsızlığa, küfrə sürükləyəcəyinə inanılan dini personaj. Xristianların inamına görə onu İsa Məsih, müsəlmanlara görə isə İsa Məsih və Mehdi Sahub əz-Zaman öldürəcəklər.

ansız zrf. – istəmədən, qeyri-iradi, biixtiyar, özündən asılı olmayaraq Bax: anqqsızın anqsızım

ansızım // ansızın zrf. – birdən-birə, gözlənilmədən, qəflətən, qəfikdən, bir anda: Xardaşlar, egər ki ansızım, kes-kenetə tüşkəy kimesə sizdən ne yazıxqa da esə, siz ki duxovnıylarsız, toxtatınqız anınqkibikni can ivaşliki bilə, saqt bolunquz boyunquzğa ki, siz da sinəlməgəysiz (Qaı. 6: 1). Qardaşlar, əgər gözlənilmədən sizlərdən bir adam bir təqsir üstündə tutulsa, siz ruhanilər onu həlimlik ruhu ilə bərpa edin. Sən də sınağa düşməmək üçün özünə fikir ver. Salma yapuxluxqa alarğa, kimlər ki toğrudurlar yürəkləri bilə, ansızım salğaylar alarğa da xoramağaylar (Məz. 63/64: 5). Ürəkləri düz olan günahsız insanlara pusqu qurduqları yerlərdən qəfildən, çəkinmədən atırlar. Evet ne türlü boldular pusta, ansızım xırıldılar, eksildilər, tas boldular torəsizliklari üçün kendilarininq (Məz. 72/73: 19). Doğrudan da, onları sürüşkən yerə qoymusan, onları məhvə yuvarlayırsan. Onlar bir anda yox olacaqlar, dəhşət içində itib-batacaqlar. Ansızım yügürsərlər azsaxlar, neçik yednorojeц da ağır tillilərninq sözü yenqillənsər (Yeş. 35: 6). Axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək. Bax: anqsızım

ant (-tır, -nınq, -qa, -qadır, -nı, -ta, -tan, -ım, -ıma, -ımnı, -ınqa, -ınqnı, -ı, -ına, -ın, -ını, -ımızğa, -lar, -larımnı, -ları, -larına, -larn) // and ism. – and: 6-ınçı ki, yarğununq işi ant bilə tügəllənir, evet ki, Tenqridən buyurulmadı ant içməgə. Yoxesə yamanlıx artıptır bu zamanda, a krisdanlar tügül ki yalğız yarğu alnına ant içər, yoxsa hər yerdə hər kez heç nemədən, da anınq bilə Xutxaruçumuznunq buyruxun heç etərlər, da biz klədik ki, Tenqrininq boyruxun heç etkənlərgə törə u ganunk berkitip xoydux yarğuda. Altıncısı odur ki, Tanrı and içməyə icazə verməsə də məhkəmələr and içməklə bitir. Bununla belə, zamanəmizdə pislik və yamanlıqlar çox artmışdır, xristianlar isə Rəbbimizlə olan əhdlərinə xilaf çıxaraq, həm məhkəmədə, həm də harada gəldi və hər hansı bir önəmsiz səbəb üzündən and içirlər. Biz də Tanrı qanunlarını pozanlar üçün məhkəmə hüququ və qanunları yaratmağı qərara aldıq. Dağı da ant üçün ki, ne türlü kerək ant içməgə. Bir də and barədə. Andı necə içmək lazımdır. Tügül ki boyrux berip aytırbiz, yoxsa övrəniptirlar yaman antlar içməgə, anınqkibiklərgə törə u qanunk toxtatırbiz. Ulu xorxulu buyruxun Tenqrininq köriyirbiz emdigi vaxtta adəmilərninq ayax tibinə, zera asrı artıptır heç nemə üçün ant içmək, xaysın ki Biyimiz Krisdos buyuruptur ki, heç ne bir kez də ant içməgəylər, bügün köriyirbiz, sahal iş üçün da heç nemə üçün mahalədə u hezem arasına u talaşkanda asrı yaramas antlar içərlər, tügül oğlanlar, yoxsa xartlar da, tügül aşxarağanlar, yoxsa köp kez kahanalar da. Da xaçan ki yarğu işi yoluxsa aralarına, tözməslərdir yarğu alnına barğınça ya yarğucı buyurğınca, talaş arasına, barırda yarğuçığa köp kez antlar içərlər xorxulu antlar bilə, da xaçan kelsələr yarğuğa da yarğuçu buyursa könülük üçün ant, da ol çaxta utru bolurlar ki, barça dünyaninq aslamı üçün ant içmənbiz, da klərlər munınqki sözlər bilə ki, kendi kendilərin törə saxlovucu körgüzgəylər. Da kimsə tabalasa ki, törədən burun nek antlar içər edinqiz?– «Anınq üçün ki, inanmaslar edi bizgə»,– da pambasel etərlər Krisdosnunq törəsin ki, ne üçün buyurmadı ant içməgə? Oxşarlar anınqkibiklər soxurlarğa ki, soxurnunq körməkliki xarmalamaxtır. Anınqkibiklərgə bolur aytmağa ki, Krisdos xoymadı çarəsiz törə, yoxesə çarəli. Egər ki çarəsiz iş bolsa edi, törə xoymas edi ki, barça kendininq ari vartabedliki bilə ol türlü bu yergəni da bu türlü klədi ki, biz könü krisdanlar bolğaybiz, ol türlü heç kerək bolmağay bizgə ant içmək bizim könü u toğru teprənişimiz üçün. And içmək barədə biz hökmlə danışmırıq, fəqət bunun üçün qayda – qanun qoymaq istəyirik, çünki bu, get – gedə pis bir vərdişə çevrilir. Tanrının böyük və sərt buyuruğuna insanların önəm vermədiyini, boş yerə and içməmək barədə İsa Məsihin hökmünə baxmayaraq, insanların, yeri gəldi-gəlmədi, and içdiklərini, bunu küçədə, mübahisə edəndə və hər boş şey üçün etdiklərini görürük. Özü də bunu təkcə uşaqlar yox, həm də yaşlılar, təkcə adi insanlar yox, həm də ruhanilər edirlər. Aralarında hər hansı bir mübahisə yarandıqda məhkəməyə gedib çatmalarını və ya hakimin onları and içməyə məcbur etməsini gözləmədən ən dəhşətli şeylərə and içirlər, məhkəmə qarşısına çıxdıqda və bunu onlardan hakim tələb etdikdə dərhal etiraz edir və deyirlər ki, heç nəyin müqabilində and içməyəcəklər. Özlərini qanunun keşikçisi kimi göstərməyə çalışırlar. Bu an onları kimsə “Belə isə, yolda niyə and içirdiniz?” – deyə məzəmmət edərsə, dərhal cavab verirlər: “Çünki onlar bizə inanmırlar”. Ardınca da Məsihin and içməyi yasaqlayan qanununun qarasına deyinirlər: “Axı, O, and içməyi niyə yasaqlayıb?” Onlara cavab vermək olar ki, Məsih edilməsi mümkün olmayan yox, mümkün olan qanunlar qoyub. Əgər onlar icrası imkansız qanunlar olsaydı, o onları qoymazdı. Çünki o, öz elmi ilə bizim gerçək imana sahib xristian olmamıza, əməlisalehliyimiz və inancımızın kamilliyi səbəbindən and içməyə ehtiyac hiss etməməmizə nail olmaq istəyirdi. Xaytıp ant içti Tenqri Tavitkə könülük bilə, dağı munqar oxşaş işlər. Da arakəl ant içti, aytıp: «bazıp sizgə ant işərmen, xardaşlar». Xanlar da könülük üçün ant içərlər, alay ox ulu biylər ki, toxtalğay ki, tiyişlidir ant içməx, artıxsı yarğuda. Xaytp, megnel etərmen Tenqrininq antını. Övrətir bizni arakəl, aytıp: barça utru bolğan adəmilərgə biri birinə toxtalğan işninq ucu anttır, xaysın ki klədi Tenqri, 2 teşkirilməs neməni ortada xoyup, ant bilə da kendi boyından ant içmək bilə, tutunur alğışnı berməgə. Da aytkanımız bu türlüdür ki, adəmilərgə u artıxsı xanlarğa övrənciktir ant içmək kendi boylarından, xaysı bilə ki, tügəllikin işninq möhürlərlər, ol türlü Tenqri də bu oxşa işni boyına aldı dügül ant içmək bilə, yoxesə körgüzmək bilə ki, adəmilər ant bilə kendilərininq işlərin tox tatırlar. Ol türlü Tenqrininq tutunmaxı da yalğansızdır. Xaytıp aldı Tenqri adəmininq tarbiyatın [tügül ki, Tenqri adam tarbiyatınq alıp da bizim övrəncikimizgə tüşti. Yoxesə, bizim övrəncikimizni körüp, övrətti bizni yaxşı xılınmaxka. Ol türlü Aprahamnınq da törə bilədir ki, xoydu xulu üsnə tanıxlıx üçün. Ol türlü Tenqri Noy vaxtına kendi yayını tutundı xoymağa köktə tanıxlıx üçün ki, dünyüğa şağavatlımen. Klərmen aytma ki, ne türlü bolur ant içmək. 2 türlü orinağdır ant: biri xosdovanutiundur, birsi dinini tanımaxtпr. Din tanmaqnınq antı budur ki, xoyğay xolunu xaç üstünə ya yıxöv üstünə da hrajarel bolğay ari yöxövdən; ya aytkay alay: kendi krisdan dügül, egər ol iş alay tügül esə. Kim bu türlü ant içsə, alay tut ki, dinin tandı, xaysı ki tiyməstir krisdan kişigə munınqki antnı üstünə kötürməgə, egər ki ölümgə də keltirsələr ya övün buzmağa kləsələr. Xaytıp xosdovanutiun antı budur ki, xoyğay xolunu xaç, ya Avedaran, ya yöxöv üstünə da bilgəy ki, Tenqri yapuxnu bilicidir, da aytkay: «Bilir Tenqri, da bu xaç u Avedaran u surp yöxöv ki, könüdür aytkanım»,– da aytkay alay ki, bularnınq hörməti u zorku üçün ki, yalğan aytman,– bu türlü ant xosdovanutiundur, xaçan ki Tenqrini yapux bilici aytır, Avedarannı Krisdosnınq sözü aytır, da yöxövni Krisdosnınq övün aytır. Da xaçan ki kimsə kləsə ant içməgə, xosdovanutiun ant içkəy, bolmağay ki, kimsə dinin tanmax antın içkəy, munu ögüt berip aytırmen, boyrux berməndir. Egər ki dəvikarlar 2-si də krisdan bolsa, biri

birinə utru bolup, da din tanmax antını kləgəy berməgə, yarğuçu sürgəy alnından da berməgəy ol antnı içməgə angınca ki, poşumanlıxka kelgəylər, xosdovanutiun antın bergəylər. Və demişdi: “Özümə and olsun!” Və İbrahim də qulundan and içməsini tələb etmişdi. Eləcə də Tanrı Davudun önündə haqqa and içmişdi və s. Həvvari Pavel bizi öyrədərək deyir: “Qürur hissi ilə önünüzdə and verirəm, qardaşlar”. Xanlar da, böyük bəylər də sədaqət andı içirlər ki, bu da andın gərəkliliyinə, xüsusən də məhkəmədə vacib olduğuna dəlalət edir. Beləliklə, Tanrıya and içməyi izah edirəm. Həvvari (Pavel) öyrədir: “Təsdiqini tapan and insanlar arsındakı hər cür mübahisəyə son qoyur” və Tanrı bunu xoş qarşılayır, amma bununla yanaşı iki şeyə - öz canına içilən anda və Tanrıya içilən anda diqqət yönəldir. Söyləniləni belə anlamaq lazımdır: İnsanlarda, xüsusən də xanlarda mütləq həqiqəti təsbit etmək üçün and içmək adəti olduğu kimi, buna bənzər bir şeyi Tanrı da öz üzərinə götürmüşdür, amma and içmək üçün yox, insanlara and içməklə sözlərində və əmllərində düz olduqlarını sübut etmələrinin mümkün olduğunu göstərmək üçün. “Onun andı yalandan xalidir” Tanrı kəlamının mənası budur. Tanrı insanların qayda – qanunlarına ona görə uymadı ki, onlara tabe olsun. Adətlərimizə əməl etməklə bizə əməlisalehliyi öyrətdi. Eləcə də İbrahim qulunu and içməyə məcbur edəndə qanuna uyğun davranmışdı. Eynən Tanrı da Nuh zamanında bütün dünyaya mərhəmətli olduğunu göstərmək üçün öz oxunu (göy qurşağını) göyə yerləşdirməyə boyun oldu. İndi də keçirəm and içməyin qaydalarına. Andın iki növü var: şəhadət və mürtədlik. Mürtədlik (dindən çıxmaq) andı zamanı əllər xaçın və ya kilsənin divarları üzərinə qoyulur və kilsədən üz döndərilir və ya da deyilir: “Əgər filan iş filan cür deyilsə, mən də gerçək xristian deyiləm”. Bunu belə başa düşmək lazımdır ki, bu cür and içənlər dinindən çıxırlar, halbuki, gerçək xristianlar, onu öldürmək və evini başına uçurmaqla hədələsələr də, bu cür and içməzlər. Şəhadət andı isə odur ki, Tanrının hər şeyi gördüyünün fərqində olaraq, əli xaçın və ya İncilin üzərinə qoyub deyirsən: “Bunun şərəfinə və qüdrətinə and içirəm ki, yalan söyləmirəm”. Belə and şəhadət andıdır, çünki bu zaman Tanrının qeyblərdən xəbərdar olduğu, İncilin Məsihin sözü, kilsənin isə onun məbədi olduğu təsdiq edilir. And içmək istəyən, qoy, şəhadət andı içsin, amma heç kəs heç vaxt mürtədlik andı içməsin. Bunu hökm kimi yox, tövsiyyə edərək söyləyirəm. Əgər çəkişənlərin hər ikisi xristiandırsa və ortadakı ziddiyyət mürdətlik andını gərəkli edirsə, qoy hakim onları hüzurundan qovsun və tövbə etməyənə qədər onlara and içməyə imkan verməsin, yalnız bundan sonra şəhadət andı üçün vaxt təyin etsin. Hakim and içmək üçün imkan verməyə tələsməməlidir, o öncə məsələni andsız həll etməyə çalışmalıdır, yox, əgər andsız keçinmək mümkün deyilsə, onda hakim əvvəl andın necə içilməli olduğunu, bunun necə ağır iş olduğunu izah etməli, yalnz bundan sonra and vaxtını təyin etməlidir. Xırda – para işlərə görə anda dəvət etmək, dünyanın bütün nemətləri müqabilində olsa belə, and içmək məsləhət deyil. Dağı da bolmağay ki, az nemə üçün ant bolğay, zera egər dünyaninq igilikin də bersələr edi, tiyməs edi ant içməgə. Egər ki haqarağ bolğaylar ki, yarlıbiz, da anınq üçün kləgəy ant içməgə, tiyəsidir ki, buyurğaylar, borcnunq yarımın tölöv etkəy da ant içməgəy. Əgər kimsə kimisə borcuna görə və ya hansısa başqa məsələyə görə məhkəməyə verərsə və nə onun, nə də qarşı tərəfin şahidi yoxdursa, məhkəməyə müraciət edənin and içməsinə ehtiyac yoxdur, şikayət

edilən isə, əgər dürüst adamdırsa, and içməyə məcburdur. Əgər kiminsə yalandan and içmək və ya kimisə yalandan and içməyə məcbur etmək istədiyi hakimə məlum olarsa, o, yalanın təntənəsinə mane olmaq üçün anda yol verməməlidir.



Qeyd: Yuxarıda gətirilən misallar bütünlüklə Mxitar Qoşun “Törə Bitiqi”ndən götürülmüşdür.

antdaş ism. – anddaş, birlikdə and içən tərəflərdən hər biri, bir-biri qarşısında and içmiş şəxslər

antiçkən (-ninq, -ni, -i, -inə, -lər, -lərninq, -lərni, -ləri, -lərin) // andıçkən (-ni, -lərgə) // andiçkən (-ni) ism. – məhkəmə iclaslarının daimi iştirakçısı, müşahidəçi, məhkəmədə hakimin yanında oturub həmsədr funksiyasını yerinə yetirən, yardımçı hakim, hakimin köməkçisi: Eki inamlı antiçkən. İki güvənilən müşahidəçi (hakim köməkçisi).

antiçkənlix ism. – məhkəmədə müşahidəçilik, yardımçı hakimlik:

antixrist см. Ansıxrıst

antic ~ Bax: ant iç ~

antkına // antkina ism. – kiçik and, qısa and içmə

Antroniq (gə) // Antronigos x. i. – Bibliyada adı çəkilən tarixi simalardan və ilk xristianlardan biri. Onun adı sonrak dövrlərdə bəzi xristian xalqlar arasında, o cümlədən albanlar və ermənilər arasında geniş yayılmış adlardan idi. Bax: androniq

antsız sif. və zrf. – andsız, and içmədən: Əvaldən yarğuçi cəht etməx kerək ki, antsız yarğuğa uç etkəy. (Mxitar Qoşun “Törə Bitiqi”ndən) Hakim məhkəmni əvvəl andsız sonuclandırmağa cəhd etməlidir.

anq ~ (-ma, -mağa, -ğın, -ıyıx, -alıx, -ınqız, -mıyım, -ma, -mağın, -dım, -dınq, -dı, -dıx, -dılar, -madınq, -madın, -madı, -madılar, -ıpmen, -armen, -ar, -arbiz, -arsiz, -arlar, -man, -mam, -mamdır, -mas, -ar edi, -arlar edi; -ıyırmen, -ıyır, -ıyırbiz, -ıyırsiz, -ıyırlar, -ğaymen, -ğaysen, -ğay, -ğaybiz, -ğaysiz, -ğaylar, -mağaymen, -mağaysen, -mağay, -mağaysiz; -ğıy edi, -ğıy edilər, -sam, -sanq, -sa, -sax, -sanqız, -salar, -masam, -masalar, -sam edi, -salar edi, -sarsen, -mısarmen, -mısarsen, -ğan, -ğanlarnı, -mağan, -max, -maxqa, -maxıma, -maxınq, -maxınqdan, -maxı, maxına, -maxınqıznı, -ıp) fel. (GT, Kİ, MS, TA) – yada salmaq, xatırlamaq, xikr etmək: Anq meni, Biyim menim Yisus Krisdos, yazıxlı da arzanisiz xulunqnu, yarxlı da uçmaxınqda seninq. Rəbbim mənim İsa Məsih, məni - öz günahkar və layiq olmayan qulunu nurlu cənnətində yada sal. Anq, anqmağan yamannı Biy, ol sahatnı ki, xaçnı tirgizüçii eninq üsnə kötürdünq. Yada sal, qəddarlağı yadında saxlamayan Rəbbim, o saatı ki, can verən xaçı çiyinlərin üzərinə qaldırmışdın. Xutxarucçim menim sensen, aylan manqa da anqğın meni xanlıxınqa seninq. Xilaskarım mənim, öz (göylərdəki) Xanlığında nəzərlərini məndən əsirgəmə və məni də yada sal. Anqma ilgərgi yazıxlarımnı menim ari atınq üçün seninq. Müqəddəs adın naminə mənim keçmeş günahlarım yada salma (unut).Tek yalğız ki yarlılarnı anqalıx, xaysı ki men də cahtlandım anı etma (Qal. 2: 10). Yalnız yoxsulları yad etməyimizi istədilər, mən də məhz bunu icra etməyə səy göstərdim. Anqıyıx kecçə atınqnı seninq, Biy! Gecə ikən adını xatırlayırıq, ya Rəbb! Maxtarmen sizni ki, barça neməni menim anqarsiz da ne türlü ki, sımarladım sizgə, sımarlağanımnı tutqaysız (l Kor. 11: 2). Hər işdə məni xatırladığınız və sizə tapşırdığım təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm. Zera kimesə yoxtur ki, ölümdə anqğay seni ya tamuata tapunmax etkəylər sanqa? (Məz. 6: 6). Çünki səni ölüb-gedən insan xatırlamaz. O necə ölülər diyarından Sənə şükür etsin? Yöğöştırmağaymen yığınların alarnınq xanlı da anqmağaymen atların alarnınq erinlərimdə menim (Məz. 15/16: 4). Yad tanrıların ardınca qaçanların dərdi artacaq. Onlar üçün qan təqdimləri vermərəm, adlarını dilimə gətirmərəm (yada salmaram). Zera boşatuçi bolsarmen egirliklərinə alarnınq da yazıxların alarnınq da törasizliklərin alarnınq dağı da anqmısarmen (İbr. 8: 12). Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam, günahlarını daha yada salmayacağam.

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə