________________Milli Kitabxana______________
106
Heç söndürə bilərmi
Dəryaların suyu da?
Bəs bir bölük külfətim?.
Onların hər arzusu
Bu ocağa bağlıdır,
Axı, külfətim üçün,
Könlümdəki ocaqdan
Bu ocaq maraqlıdır.
Bu ocaqla yaşayır
Evdəki lüt balalar,
Sinəmdəki ocaqdan
Onlara nə fayda var..."
Milyonları düşünən
Böyük bir qəlb sahibi.
Közərən köz önündə
Alışır ocaq kimi...
Milyonları düşünən,
Milyonların yolunda
Əriyib muma dönən
Müyon-milyon insanın
Azadlıq yollarında
Çıraq olan, nur olan,
Milyonlarçın doğulan,
Balacabir külfətin
Çörəyidir, suyudur.
Milyonların yolunda
Atəş udan, od udan
Külfətinin yolunda
Zəhər udur, qan udur.
Milyonlara dərs deyən
Mis tiyana baş əyir –
Bir balaca külfəti
________________Milli Kitabxana______________
107
Dolandıra bilməyir.
"Yox, yox! Bu mümkün deyil,
Sönən ocaqdır, ancaq.
Könlümdəki ocaqsa,
Daha betər yanacaq..."
Ona yağ satmadılar
Sabun bişirmək üçün.
Ürəyinin yağını
Əridərək günbəgün
Şair yazdı... Şeirlə
Haqqını anlamayan
Nadanları bizlədi.
Ürəklərin minillik
Pasını təmizlədi.
Sabun!
Şeir!
İşə bax!
Təsadüfmü bu, ancaq?
Hər ikisi təmizük!..
Sən bu təsadüfdəki
Ahəngə bax, məğzi gör.
Sabun zahir üçünsə,
Şeir batin üçündür...
Sabundan əl çəkməli!
"Bəs mən necə dolanım?"
Deyə o, fikrə dalır...
Əməllər, arzularla
Yaşayanda ucalan,
Çörək dərdi çəkəndə
Görün, necə alçalır...
________________Milli Kitabxana______________
108
3. İMTAHAN
"Zahida! Gəl soyunaq bir kərə paltarlarımızı!
Çıxaraq zahirə batindəki əfkarımızı.
Hər kəsin ağı qara isə utansın, a balam!"
Sabir
O, həqiqət naminə
Qələm çaldı... həqiqət!
Sabun bişirmək - peşə,
Şeir yaratmaq - sənət.
Sabun - çörək üçündür.
Şeir - ürək üçündür.
O, könlünü, eşqini
Vətənə, xalqa verdi,
Çörəyi də ürəklə
Qazanmaq istəyirdi.
- Necə?..
- Müəllim olmaq!
Körpəcə ürəkləri
Pərvazlayıb uçurmaq!
Onların nəzərində
Arzular dünyasından
Minbir kaşanə qurmaq!
Balalara hər şeyin
Öz yerini tanıtmaq!
Ah!.. Onlara... onlara,
Özlərini tanıtmaq!
Həm bu günü tanıtmaq,
İndidən, lap indidən
O körpə balalara
Dost, düşməni tanıtmaq!
Şairim, düz deyirsən.
Mən səni anlayıram.
Düzü, müəllimliyi
________________Milli Kitabxana______________
109
Mən bütün peşələrin
Ən ucası sayıram.
O, elə ulduzdu ki,
Bu gün yanır... işığı
Bizə sabah görünür.
Özü batsa da, ancaq
Vətənin göylərində
Min-min ulduza dönür.
* * *
O bilmir ilk mənzili
Son mənzili haradır;
Bu günkü əməliylə
O, sabahı yaradır.
Omrü bir nur parçasi
O, sabahın carçısı!..
Bəli, müəllim olmaq!
Bunun üçün nə gərək?
Ona bildirdilər ki,
Rəsmi vəsiqə, gərək.
Vəsiqə!
- Kimdən?
- Hardan?
Dedilər:
- Mollalardan.
Yox, yox! O uda bilməz
Bu təhqiri, bu dərdi.
O ki ana dilindən
Dərs demək istəyirdi.
İstəyir ki, balalar
Bizim ana dilinin
O büllur çeşməsindən
Nur içib feyz alalar...
Bəs bunun mollalara,
Bilmirdi nə dəxli var?
________________Milli Kitabxana______________
110
- Dərs demək istəyirəm
Şəriətdən, cənablar,
İmtahan edin məni.
Dayanıb heykəl kimi,
Cahillərin önündə
Cahillərin düşməni.
Taleyə bax, günə bax,
Zamanın hökmünə bax!
Zaman öz loğmanını
Pəncəsində inlədir.
Əsrin nəbzi, nəbzində
Döyünən bir arifi
Cahil imtahan edir.
Zaman - onun ustadı,
O, zamanın həkimi.
Zamanın qarşısında
Dayanıb xəstə kimi...
Yağır bir-bir suallar:
- De görək, cəhənnəmin
Neçə yüz qapısı var?
Əsrin hər cəfasına
Dözüb dayanan insan, -
Əsrin cəhənnəmində
Alışıb-yanan insan
Sayır qapılarını
Xəyali cəhənnəmin...
Dözür, buna da dözür,
Ona vəsiqə gərək.
Özü bilir dalını...
Min cənnətə dəyişməz
O ki öz amalını.
Mənasiz suallara
Cavab verir
Birbəbir
O, bığaltı gülərək.
İyirmicə uşağa
________________Milli Kitabxana______________
111
Müəllim olmaq üçün
Ona vəsiqə gərək...
Axund nə biləydi ki,
Qarşısında dayanan
Milyonların ən böyük
Dahi müəllimidir.
Əsrin ağız dolusu
Həqiqət mahnısını
Ötən sarı simidir...
Böyük müəllim idi
O ki, vəsiqəsiz də.
O, əzilən xalqının
Üsyan deyən səsiydi.
Vətən üçün od tutub
Alovlanan ürəyi,
Onun vəsiqəsiydi.
O ürəyin başında
Qaysaqlanan yaralar,
Daim yanan yaralar,
Ən gözəl möhürüydü
Onun vəsiqəsinin...
Axundda ağıl hanı?
Düşünə dərin-dərin,
Axund nə biləydi ki,
Dayandığı minbərin
Kökünə balta vuran
Elə bunun özüdür.
Bu buxara papaqlı,
Bəstə boylu müəllim,
Xalqın görən gözüdür.
Axund nə biləydi ki,
Ona imtahan verən,
Bu məğmun, miskin insan –
şeirilə çoxdan çıxıb
Əsrin imtahanından,
Axund nə biləydi ki,
Dostları ilə paylaş: |