BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   17   18   19   20   21   22   23   24   ...   62

________________Milli Kitabxana______________ 
90 
 
Bu taydan o taya haray qaldırıb,  
Özünə güvəndi bu millət yenə.  
Dəmir məftilləri dişiylə qırıb  
Oğullar doladı biləklərinə. 
 
Araz öz yoluyla yenə axırdı  
Həsrət divarını o gün aşdılar.  
Qardaşlar qırandan zənciri qırdı  
Çayın ortasında qucaqlaşdılar.  
Dərdi boğazlayıb o gün sevincdən  
Onlar hönkür-hönkür hey ağlaşdılar.  
Qardaşlar ağladı o gün doyunca  
Soldatlar, sərbazlar dəhşətə gəldi.  
O günün ertəsi Araz boyunca  
Tikanlı dirəklər yenə dikəldi. 
 
Qovuşdu birgünlük bu tay o tayla  
Bir günlük sevincdən çaş-baş oldular.  
Qardaşı qardaşdan ayırmasıyla  
Soldatla sərbaz da qardaş oldular. 
 
Ölmədi, o günü gördü Bəxtiyar Dedi: -  
Haqq önündə zor bərbad olsun. Dedi: -  
Mən o günü gördüm, Şəhriyar,  
Qabaqda işıq var, ruhun şad olsun. 
 
Bu yerdə ustadla neçə il əvvəl  
Telefon söhbəti yadıma düşdü
*
:  
Mən ona "gəl" - dedim, o mənə "gəl-gəl"  
Əllər görüşmədi, səslər görüşdü.  
Məndən xəbər aldı: - Neçə yaşın var?  
Yaşımı söylədim, dedi: - Min alqış!  
Dedim: - Nəyə alqış, ustad Şəhriyar?  
Dedi ki, cavansan, sən mənə baxmış.  
Arzum göyərmədi, keçibdir yaşım, 
 
 
 
 
                                                 
*
1981-ci il yanvarın 23-də Şəhriyarla olan telefon söhbətim 
  


________________Milli Kitabxana______________ 
91 
 
O vüsal gününü sən gör, qardaşım".  
Getməz ağzımızdan o günün dadı  
Mən gördüm o günü bircə gün, ancaq.  
Başımız üstündə yenə oynadı  
Bu tayda "dubinka"
*

o tayda şallaq. 
Biz bunu bacardıq... Ancaq nə fayda?  
Verdik əlimizdən yelə fürsəti.  
Allah bir də nə vaxt, hansı dolayda  
Bizə verəcəkdir elə fürsəti? 
 
Tarixdə neçə yol uduzduq, nədən?  
Zirvəyə qalxmışdıq, biz niyə endik?  
Səbrlə, tədbirlə ölçüb-biçmədən  
Ağla güvənmədik, hissə güvəndik. 
 
Səttarxan, Bağırxan və Pişəvəri  
Bizimçün hər biri diridən diri.  
Onlar qəhrəmandı, qəhrəman, fəqət  
Təkcə igidliklə kar aşmır indi.  
Uzağı görmədən, təkcə cəsarət  
Arzuya, istəyə yol açmır indi. 
 
Onlar ölçmədilər uzunu, eni  
Tədbir tökmədilər, əzab çəkdilər.  
Tuta bilsəydilər günün nəbzini  
Arzu güllərini dərəcəkdüər. 
 
Qırx il həsrət qaldı almana alman  
Dövrana baxdılar, vaxta baxdılar.  
Onlar qanadlanan arzularından  
Zamanın çiyninə qanad taxdılar. 
 
Düşündük, dərdimiz artdı ilbəil  
Vaxtın damarını tuta bilmədik.  
Siz: "zaman başqadır, vaxt o vaxt deyil",  
Bizsə o arzuyla şeirlər dedik. 
                                                 
*
 
Dubinka - Dəyənək (rus sözüdür) 
 


________________Milli Kitabxana______________ 
92 
 
 
 
İstiqlal qazandı quzeydə ölkə  
Bunu gözləmişdi millət yetmiş il.  
Bu gün aldığımız azadlıq bəlkə  
Bizi biz edəcək istiqlal deyil? 
 
İstiqlal qazandıq, kim "oxay" dedi?  
Təzə bəlalara biz sinə gərdik.  
İstiqlal milləti sevindirmədi  
İstiqlal qazanıb, torpaq itirdik. 
 
Çəkdi bu milləti hərə bir yerə  
Məqsəd - kürsü eşqi, amal - mənfəət.  
O qədər çəkişdik, həm firqələrə  
Həm də bölgələrə bölündü millət. 
 
Umdu, nəsə umdu Vətəndən hamı  
Amma unuduldu məmləkət dərdi.  
Kürsüyə çatmaqçün biri Ağdamı  
Biri də Şuşanı güdaza verdi. 
 
Bunlar həqiqətdir, ay bədbəxt, sənin  
Hansı amal ilə qəlbin döyündü?  
Unudub dərdini bütöv Vətənin  
Kürsü hərisliyi amala döndü. 
 

 
İslam bayrağıyla başqası gəldi  
Hamı düşündü ki, dünya düzəldi.  
Solub-saralırdı sahibsiz, təki  
Bizim viran olmuş könlümüzdəki  
Arzu çiçəkləri... 
o gün suladıq. 
Biri-birimizi muştuluqladıq.  
Bizim Söhrab Tahir, Balaş, Mədinə  
Bayram libasları geydi əyninə.  
Ertəsi eşitdik möhtərəm imaın 


________________Milli Kitabxana______________ 
93 
 
Yaratdı ölkədə "cümhuri-islam".  
Çox gözəl, cümhura nə irad, nə söz?  
Məgər bu deyilmi istədiyimiz? 
 
Şahlıq diyarında, şah ölkəsində  
"Döndü həqiqətə" yüzillik xəyal.  
Türkün öz dilində, öz ləhcəsində  
Qəzetlər, dərgilər çıxdı dalbadal. 
Nə oldu sonrası? Keçdi bir qədər  
 
Boyalar silindi, bozardı üzlər.  
Gördük vədlərdən təkcə söz qalıb  
Zülm qah-qah çəkir, haqsa hönkürür.  
Şahlıq devrilsə də, başqa rəng alıb  
Yaşayır əvvəlki zülm başqa cür. 
 
Adını dəyişib, əhdini danıb  
Yenə də həmərı zülm, həmən əsarət.  
Qarmağa taxılan ətə aldanıb,  
Tələni görmədi zavallı millət. 
 
Zülm nə din bildi, nə dil, nə Vətən,  
Cəhalət uydurdu İslam adına.  
Açıq fikirlilər qaçdı ölkədən,  
Dözməyib cahilin xurafatına.  
Düşünən başları qovdu ölkədən  
Farsı da, kürdü də, türkü də qəsdən.  
Deyən tapılmadi, ötur yerində  
Mən qafil deyiləm sözə aldanam. 
 
De, hanı bəs sənin əməllərində  
Şəri boğazlayan müqəddəs islam?  
Məgər yuvasından didərgin düşən  
O bədbəxt kimsələr müsəlman deyil?  
İslamda insanlıq ləyaqətindən  
Nitqlər söylədin minbərlərdə sən,  
Yurddan qovduqların bəs insan deyil? 
  


________________Milli Kitabxana______________ 
94 
 
Minbərdən bağırdı söz gövşəyənlər:  
"İslama hər yerdə dayağıq" - deyə.  
Bizi darda qoyub "İslam" deyənlər  
Niyə dayaq oldu bəs erməniyə? 
 
Dandın həqiqəti sən bilə-bilə  
Sübutun uydurma, dəlilin əbəs.  
Erməni qəsbinə kiriməyinlə  
Xoruzun quyruğu görünmürmü bəs? 
 
Qorxuram bu yerdə belinıiz sına  
Adını qoymusan "İslam dövləti".  
Özün de, budurmu din qardaşına  
İslam dövlətinin xətri, hörməti? 
 
Bunun da kökünü bilirik nədir?  
Səninçin "arilik" dindən öndədir.  
İslama "vay" dedi, dinə "vay" dedi  
Arxaya çəkildi din qohumluğu.  
Sizi erməniyə dayaq eylədi  
Əcdadda birləşən qan qohumluğu.  
Tapıldı bizdə də cəhalətindən  
Dinin cövhərini anlamayanlar.  
Atıldı meydana, yapışıb dindən  
Onu ciblərinə qazanc sayanlar. 
 
Kəbəyə getdilər hər il dalbadal  
Ziyarət deyildi, ticarətdi bu.  
Bəs hanı haqq yolu? Bu səfər, bu yol  
Hacılıq adıyla tacirlik oldu. 
 
Dedilər: Dərdlərə son qoymaq üçün  
"İslam partiyası" gərəkmiş bu gün.  
Bir deyən olmadı amma onlara " 
A qardaş, din hara, siyasət hara?"  
Nədir bu partiya? Mən anlamıram  
Firqə, dar çərçivə, firqə bir qəfəs!  
O boyda ucalıq, o boyda İslam  
Firqə qəfəsinə sığışarmı bəs? 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə