BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

________________Milli Kitabxana______________ 
72 
 
Elə bu vaxt daxmadan yanıqlı bir səs gəlir
Hamı, hamı heyrətlə səsə tərəf çevrilir: 
- Mən indi o dünyaya uçacağam quş kimi, 
Həkim, sənin yerinə qoy mən deyim dərdimi: 
"Eşqdən canımda bir pünhan mərəz var, ey həkim. 
Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim. 
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə. 
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim. 
...Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl, 
Kim olam bu dərdə artıqraq giriftar, ey həkim!.. 
... Rənc çəkmə, sihhət ümmidin Füzulidən gotür
Kim, qəbuli-sihhət etməz böylə bimar, ey həkim..." 
Qapadı gözlərini yana-yana Füzuli, 
Zülmündən usandığı bu cahana Füzuli. 
O, hər cövrə, cəfayə sinə gərdi, dayandı, 
Yanmadı tək həyatda, öləndə də o, yandı! 
Yandı, yandı sənətkar, 
Külə dönər yananlar. 
Külə dönmədi ancaq, günə döndü Füzuli. 
Yalnız gündüzlər deyil, gecələr də dəmadəm 
Gözlərində bir aləm, 
Vətənin göylərində gülümsündü Füzuli. 
Bütün şəhər yana-yana 
Bir sel kimi axıb gedir qəbristana,  
qəbristana. 
Füzulinin arxasınca gedir hamı bu son dəmdə,  
Elin dərdi, elin qəmi birləşibdir bu matəmdə.  
Tabut gedir... Bu ağr ıdan ürəklər də qana dönür,  
Cənazənin arxasınca aram-aram el sürünür.  
Bir ora bax, bir ora bax; Meyitləri adlayaraq  
Bir meyiti dəfn etməyə gedir onlar.  
Gedir, gedir insan seli qatar-qatar.  
Hindistandan, Türkiyədən, Azərbaycan ellərindən,  
İran, özbək mahalından, Türkəmənistan çöllərindən  
Min-min insan seli gəlmiş "o mənimdir, məniın" - deyə; 
  


________________Milli Kitabxana______________ 
73 
 
Füzulini qəbir evinə - son məskənə ötürməyə.  
Şair gedir... Bu gün dua əvəzinə həzin-həzin  
Oxuyurlar "Şəbi-hicran"qəzəlini  
Füzulinin. 
"Şəbi-hicran"... yanar canım, tökər qan çeşmi-giryanım,  
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?"  
Bu bir qəlbin səsi deyil, milyon qəlbin bir səsidir,  
Ömrü-günü əsarətdə keçən xalqın naləsidir.  
"Şəbi-hicran", qoca Şərqin öz varlığı öz adıdır.  
Məhkum olan millətlərin "yandım" deyən fəryadıdır.  
Könül qəmli, gözlər nəmli, baş aşağı gedir hamı,  
Şairə el məhəbbəti aparır bu izdihamı  
Çoxu elə gedə-gedə yıxıldığı yerdə qalır,  
Taun gülür qəhqəhəylə, ölümlərə o, əl çalır.  
Ölüm belə gələ bilmir izdihama qorxu, hədə.  
Şairə el məhəbbəti qalib gəlir, ölümə də.  
"Şəbi-hicran" deyə-deyə çatır onlar qəbristana.  
Şərqin qoca bülbülünü dəfn edirlər yana-yana. 
Bəs o kimdir, o purvüqar?  
Qəbrin üstə son torpağı səpələyən o ixtiyar?  
Saqqalından damcı-damcı axır onun göz yaşları,  
O, əyərək qamətini qəbrə sarı;  
Öpür qəbrin torpağını, birdən-birə  
Üzü üstə dəyir yerə. 
Ah! Odamı təslim etdi öz canını bu tauna!  
Bəli, dostun qəbri üstə çatdı onun ömrü sona.  
Dostlar, gəlin, bir taniyın siz də onu,  
Əbdül Kərim məzarda da tək qoymadı öz dostunu.  
Füzulinin dərdləridir, - dedi, - mənim öz dərdlərim,  
Füzulinin dərdlərini ömrü boyu ötdü Kərim.  
Könül yaxan ney səsində, o, nəğməylə ömür sürdü,  
Öləndə də həmin o ney köksü üstə görünürdü. 
  


________________Milli Kitabxana______________ 
74 
 
EPİLOQ 
 
Füzulimiz qədim İraq totpağında rahat yatdı. 
Kərbəlada ikinci bir Kərbəlanı o yaratdı. 
Ötdü aylar, ötdü illər, dünyanın hər bucağından 
Bu məzarı ziyarətə axın-axın gəldi insan. 
Bu məzarla İraq çatdı daha böyük şan-şöhrətə. 
Müsəlmanlar gəlirdisə Kərbəlanı ziyarətə, 
İndi bütün dünya üçün ziyarətgah oldu bu yer 
Şərafətli bir diyara şərəf verdi bizim şair. 
Bütün dinlər, təriqətlər birləşirdi bu məzarda. 
Gələnlərə, gedənlərə 
Kərbəladan milyon kərə 
Daha artıq şərəf verdi bu məzar da. 
Füzulinin doğum günü bəlli deyil bir insana, 
O gələndə bu cahana, 
Kim bildi ki, Azərbaycan torpağına gün doğuldu. 
Ancaq onun ölüm günü ən böyük bir tarix oldu. 
Hamı bir cür doğulmurmu doğulanda? Taleyə bax! 
Öləndəsə hərə bir cür ölür, ancaq! 
 
Öldün, o zamandan keçdi dörd yüz il,  
Yanır qəlbimizdə sənət çıraınm.  
Dörd min il keçsə də saralan deyil,  
Sənin söz gülşənin, sənin söz bağın. 
 
Əsrlər ötsə də, o vaxtdan sənin  
Hər dərdin, hər qəmin bizə tanışdır.  
Qəlbindən od alan sətirlərinin  
İstisi hələ də soyumamışdır. 
 
Səni yaşadan da söz hünərindir,  
Nəğmələr yarandı ahü-zarından.  
Kədərin böyükdür, eşqin dərindir,  
Doğuldun vətənin yaralarından. 
  


________________Milli Kitabxana______________ 
75 
 
Eşqin bir ümmandır, arzun bir aləm,  
Nə var ki, yazmağa beş-on qəm olsa;  
Yazib dərdlərini qurtara bilməm  
Mənim hər kirpiyim bir qələm olsa. 
 
Ömrünü ahlarla vermədin bada,  
Arzu dəryasında bir yelkən oldun.  
Zaman özgəsini yandıranda da  
Alışan o oldu, yanan sən oldun. 
 
Ağladın, yayıldı səsin hər yana,  
Bülbül bağçalarda ötdü - dedilər.  
Gələndə Məhəmməd gəldin cahana,  
Gedəndə: "Füzuli getdi" - dedilər. 
 
Şəki - Bakı, May - dekabr, 1958 
  


________________Milli Kitabxana______________ 
76 
 
 
 
 
 
 
 
Azərbaycanın birliyi və istiqlal uğrunda  
çarpışan Səttar xan, Şeyx Məhəmməd Xi- 
yabani və Pişəvərinin əziz xatirəsinə 
 
İpək yaylığıyla o, asta-asta  
Silib eynəyini gözünə taxdi.  
Əyilib yavaşca masanın üstə  
Bir möhürə baxdı, bir qola baxdı.  
Kağıza həvəslə o da qol atdı,  
Dodağı altından gülümsəyərək.  
Bir qələm əsrlik hicran yaratdı,  
Bir xalqı yarıya böldü qılınc tək.  
Öz sivri ucuyla bu lələk qələm,  
Dəldi sinəsini Azərbaycanın.  
Başını qaldırdı,  
Ancaq dəmbədəm  
Kəsdilər səsini Azərbaycanın.  
O güldü kağıza qol çəkən zaman,  
Qıydı ürəklərin hicran səsinə.  
O güldü haqq üçün daim çarpışan  
Bir xalqın tarixi faciəsinə.  
Əyləşib kənarda topsaqqal ağa,  
Hərdən mütərcimə suallar verir.  
Çevrilir gah sola, baxır gah sağa,  
Başını yellədib təsbeh çevirir.  
Qoyulan şərtlərə razıyıq deyə,  
Tərəflər qol çəkdi müahidəyə...  
Tərəflər kim idi?  
Hər ikisi yad! 
Yadlarmı edəcək bu xalqa imdad?!  
Qoy qalxsın ayağa ruhu Tomrisin. 
 
 
GÜLÜSTAN


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə