BəXTİyar vahabzadə seçİLMİŞ ƏSƏRLƏRİ İKİ Cİlddə 2/2 CİLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/62
tarix18.06.2018
ölçüsü2,8 Kb.
#49814
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

________________Milli Kitabxana______________ 
86 
 
Saldıq özümüzü özümüz gözdən  
Kül ilə oynadıq, əl çəkib közdən.  
Ölkələr nur aldı şəfəqimizdən  
Günəş bizim oldu, səhər özgənin. 
 
Mənim sərvətimə cahan göz dikdi  
Sərvətim, dövlətim ona gərəkdi.  
Babam yer şumladı, babam yer əkdi  
Zəhmət bizim oldu, bəhər özgənin. 
 
Açdı sinəsini bizə bu torpaq  
Aləmi bəzəyib lüt olduq, ancaq.  
Cıdırda çapsaq da hamıdan qabaq  
Hünər bizim oldu, nəmər özgənin,  
Qızıl bizim oldu, kəmər özgənin. 
 
Meydan oxusaq da, çərxi-dövrana,  
Bəzən özümüzlə üzbəüz olduq.  
Düşməni əzsək də, mərdü-mərdana,  
Bəzən düşmənimiz özümüz olduq. 
 
Zamanın küləyi, də, əsdi hardan?  
Uduza-uduza axır udulduq.  
Vaxtın axarında gəldi bir zaman  
Biz iki hakimə dönüb qul olduq.  
Ayılın, hakimlər, dönür bu dövran  
Qorxun haqqı görən Allahmızdan.  
Tarixi gerçəyi danmaym barı  
Sizin çörəyiniz diziniz üstdə.  
Tarixi əzmiylə yaradanları  
Niyə çökdürdünüz bu gün diz üstə? 
 
Sədi dərs də verdi sizə ədəbdən  
Sizsə, başqasnımı bəyənmədiniz.  
Möhtəşəm bir dini alıb ərəbdən  
Ərəbə "çəyirtkə yeyən" dediniz. 
 
  


________________Milli Kitabxana______________ 
87 
 

 
Quzeydə ayağa qalxdı məmləkət  
Bir təpə bir dağla üz-üzə gəldi
*
.  
Millətin qəlbində boy atan nifrət  
Köksün həmləsiylə o dağı dəldi. 
 
Yaman acıq gəldi bu nifrət ona  
Tankların altında əzdi milləti.  
Sığdıra bilmədi dağ qüruruna  
Təpə önündəki məğlubiyyəti.  
Millət millət olur, arzu, niyyəti,  
İnamı, inadı,  
öz imanıyla. 
Dərk edib bu haqqı, bu həqiqəti,  
Suvardıq torpağı şəhid qanıyla. 
 
Eşidib qəlbimin üsyan səsini,  
Yazdım "Şəhidlər"in faciəsini:  
"Dilək bir çiçək də bitirə bilməz  
Bu gündən sabaha körpü olmasa.  
Azadlıq ağacı bar verə bilməz  
Şəhidlər qanıyla suvarılmasa.  
...O şənbə gecəsi gecikdi səhər  
Zaman itirmişdi o gün sağ-solu.  
Ömürdən keçərək, keçdi şəhidlər  
Bir qanlı gecədə minillik yolu. 
 
O şənbə gecəsi ölüb-dirildik  
Şərəf papaq oldu, başlara qondu.  
O qətl gecəsi xalqın min illik  
Şücaət tarixi təkrar olundu. 
 
Qatil gülləsinə qurban gedirkən  
Gözünü sabaha dikdi şəhidlər.  
Üçrəngli bayrağı öz qanlarıyla  
Vətən göylərinə çəkdi şəhidlər. 
 
                                                 
*
 1990-cı il 20 yanvar qırğınına işarədir. 
 


________________Milli Kitabxana______________ 
88 
 
O şənbə gecəsi, o qətl günü  
Mümkünə döndərdik çox namümkünü.  
Xalqın qəlbindəki qorxu mülkünü  
O gecə dağıdıb sökdü şəhidlər". 
 

 
"Gülüstan" yarandı düz qırx il əvvəl  
"Şəhidlər" nəticə, "Gülüstan" təməl,  
Azadlıq verilməz bilək bir kərə  
Azadlıq alınar, budur doğru yol.  
Axı "Gülüstan"dan ta "Şəhidlər"ə  
Gedən uzun yoldu keçilən bu yol
*
.  
Daş körpü - vəhdətini daş Xudafərin!  
Gərəksiz daşların qalağı oldu.  
Üstündən bir kimsə keçmədi... min-min  
Könül həsrətinin gözdağı oldu.  
Gəldi başımıza nələr, ay nələr,  
Goramı aparaq bu dərdi, qardaş?  
Bütün bu bəlalar, bu faciələr  
Həmən "Gülüstan"dan göyərdi, qardaş. 
 
Quzeydə yerini göstərdik yada,  
Zorun təməlini haqq deşə bildi.  
Gördük, bizdən başqa bu gen dünyada  
Bütün ayrılanlar birləşə bildi. 
 
Biriykən ikiyik, bu halımızla  
Biri-birimizə həsrət qalmışıq.  
Biz hələ bu gün də xəyalımızla  
Həsrətin üstündən körpü salmışıq.  
Buna da şükr eib, "təvəkkül" - dedi,  
İmdadçün həmişə üz tutduq göyə.  
Elə zaman gəldi, keçmək istədik  
Xəyali körpüdə biz, daş körpüyə. 
 
 
                                                 
*
 
Bu misralardakı fikir dostum H.Həsənovun "İstiqlal" adlı kitabına yazdığı ön sözdəndir. 
 


________________Milli Kitabxana______________ 
89 
 
Daş körpü - vəhdətim, daş Xudafərin!  
Gərəksiz daşların qalağı oldu.  
Üstündən bir kimsə keçə bilmədi  
Bölünən bir xalqın gözdağı oldu. 
 
Biri-birimizə gendən "gəl" - dedik  
Tanrı üz çevirdi elə bil bizdən.  
O qədər üstündən keçə bilmədik  
Körpünü ot basdı qəhərimizdən. 
 
İki əsrdir ki, o daş körpünün  
Bu tayında mənəm, o tayında sən.  
Sökülüb-dağılır daşlar günbəgün  
Sərhəd dirəkləri xəbərsiz oldu  
Bizim qəlbimizdən keçən körpüdən. 
 
Qəsbkar qəsdini abədi sanmış  
İki başda duran tağlara bir bax.  
Çoxu dağılsa da, dimdik dayanmış  
Birinci tağ ilə axırıncı tağ. 
 
O tağın biri mən, o biri sənsən  
Onlar əsrlərlə dözüb sellərə.  
Selin zərbəsinə tağlar dözübsə,  
Nə gəlib arzusu bir könüllərə? 
 
Bu gün qismətimiz qəm-kədərdisə,  
Dünənki birliyim heç unudulmaz.  
Çayın altındakı torpaq birdisə,  
O tayı bu taydan ayırmaq olmaz. 
 
Neçə il əvvələ qayıdaq yenə  
Diləklər dikəldi, "mən varam" - dedi.  
Bu böyük diləyin zərbələrinə  
Sərhəd dirəkləri tab gətirmədi
*
 
 
 
                                                 
*
1989-cu ilin dekabr ayında quzey azəri türklərinin tikanlı  sərhəd məftillərini yarıb o taya 
keçmələrinə işarədir. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə